HəSƏn həSƏnov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/82
tarix20.03.2018
ölçüsü2,8 Kb.
#32677
1   ...   25   26   27   28   29   30   31   32   ...   82

59 
 
bağlayıb  Azərbaycanın  müstəqilliyini qorumaq, Azərbaycanın  xarici  dövlətlərlə, 
xüsusil
ə  də  Türkiyə  ilə  əlaqələrini  yaratmaq  olmuşdur.  Bütün  bunları  həyata 
keçirm
ək üçün N.Nərimanov özünə güvənir, hökumətə daxil olan həmkarlarına və 
xalqının  iradəsinə  inanırdı.  Aparılan  təhlil göstərir ki, hakimiyyətə  gəldiyi ilk 
günd
ən N.Nərimanovun əsas məqsədi Azərbaycan xalqında geniş təfəkkür, vətənə 
sahiblik, milli özünüd
ərketmə  kimi keyfiyyətləri tərbiyələndirmək  olmuşdur. 
Hakimiyy
ətin dəyişməsinə  baxmayaraq, N.Nərimanov Azərbaycanın  müstəqil 
olaraq qalacağına ümidini itirməmişdir. 
N.N
ərimanovun  tarixi  missiyasını  o  dövrdə  Azərbaycanda və  dünyada 
mövcud olan iqtisadi, siyasi v
ə  hərbi vəziyyəti nəzərə  almadan qiymətləndirmək 
mümkün  deyildir.  M.Qasımov  şəraiti təhlil edərək  yazır  ki,  bu  zaman 
Az
ərbaycanın beynəlxalq vəziyyəti bütövlükdə beynəlxalq vəziyyətin tərkib hissəsi 
idi (9, s.29). Bel
ə  bir  tarixi  şəraitdə  dünyanın  aparıcı  dövlətlərinin dəstəyinə 
baxmayaraq Az
ərbaycan Xalq Cümhuriyyətinin  çıxılmaz  vəziyyətə  düşdüyünü 
n
əzərə  almadan N.Nərimanovu bolşeviklərlə razılaşıb hakimiyyətə  gəldiyinə görə 
günahlandırmaq tarixi gerçəkliyi özündə əks etdirmir. Sual olunur: O, hakimiyyətə 
g
əlməsəydi  rus  qoşunu  Azərbaycana gəlməyəcəkdimi,  yaxud  bolşeviklər 
Az
ərbaycanı  bolşevikləşdirmək fikrindən və  ya Azərbaycan neftinə  sahib olmaq 
arzusundan 
əl çəkəcəkdilərmi?  Ə.Qarayev,  M.Hüseynov,  yaxud  hər  hansı  başqa 
az
ərbaycanlı  bolşevik-kommunist hakimiyyətə  gəlsəydi, Azərbaycan  xalqı  üçün 
dahamı münasib olacaqdı, yaxud qan tökülməyəcəkdimi? Həmin məqamda kimsə 
tarixi m
əsuliyyəti öz boynuna götürməli və xalqını,  vətənini daha ağır bəlalardan 
qorumalı idi. Bütün bunları bilərək N.Nərimanov ağır və ziddiyyətli bir missiyanı 
öz boynuna götürmüşdür. 
H
əm N.Nərimanov, həm də  AXC rəhbərləri belə  düşünürdülər ki, söhbət 
müst
əqil Azərbaycan Xalq Cümhuriyyətinin  dağılmasından  deyil,  sadəcə  bir 
hökum
ətin o biri hökumətlə  əvəz  olunmasından  gedir.  Elə  bu səbəbdən AXC 
r
əhbərləri öz hökumətlərini mübarizəsiz və  qan tökmədən təhvil verdilər. Onlar 
siyasi f
əaliyyətlərini müxalifətdə qalaraq davam etdirmək fikrində idilər, lakin real 
h
əyat buna imkan vermədi. AXC rəhbərlərinin bəziləri - F.Xoyski, N.Usubbəyov, 
H.Ağayev elə 1920-ci ildə, bəziləri isə bir qədər sonra qətlə yetirildilər. 
N.N
ərimanov  İnqilabi  Komitənin sədri olaraq hakimiyyətə  gəlsə  də  tam 
s
əlahiyyətlərə  malik deyildi. O, əslində  bolşeviklərin içində  müxalifətə  çevrildi. 
Az
ərbaycanda N.Nərimanovun rahat fəaliyyət  dövrü  çox  qısa  olmuşdur.  Sovet 
Az
ərbaycanında hakimiyyətdə  N.Nərimanovun  başçılıq  etdiyi  Müvəqqəti  İnqilab 
Komit
əsi və  Xalq  Komissarları  Soveti  olsa  da,  qısa  bir  müddətdən sonra 
hökmranlıq  Azərbaycan  Kommunist  Partiyası  Mərkəzi Komitəsinin  əlinə 
keçmişdir.  Lenin  və  Stalinin  yaratdıqları  sosialist  dövlətinin xüsusiyyəti ondan 
ibar
ət idi ki, bu, qanunlardan daha çox partiya iradəsinə əsaslanırdı. Azərbaycanda 
da m
əhz  Kommunist  Partiyası  1920-ci ildən 1930-cu illərin  ortalarına  qədər 
rusların  və  ermənilərin əlində  idi. 1920-ci il  fevralın  11-də  keçirilən Azərbaycan 


60 
 
Kommunist  Partiyasının  təsis  qurultayında  M.Hüseynov  partiyaya  rəhbər seçildi. 
Lakin  qurultaydan  sonra  partiyanın  fəaliyyət  strukturları  yaranmadı.  Bu  iş 
Az
ərbaycanda sovet hakimiyyəti  qurulandan  sonra  baş  verdi.  Partiyaya  isə 
M.Hüseynov deyi
l,  başqaları  rəhbərlik etdilər. Partiya rəhbərləri içərisində 
az
ərbaycanlılar,  demək  olar  ki,  yox  idi.  ARSPİHDA-nın  məsul  işçilərinin 
topladıqları  sənədlərə  görə, Azərbaycan  Kommunist  Partiyasına  M.C.Bağırova 
q
ədər  aşağıdakı  şəxslər rəhbərlik  etmişlər  -  V.İ.Naneyşvili  (23  iyul  -  8 sentyabr 
1920), E.D.Stasova (9 sentyabr - 15 sentyabr 1920), V.E.Dumbadze (15 sentyabr - 
24 oktyabr 1920), Q.N.Kaminski (24 oktyabr 1920 - 24 iyul 1921), S.M.Kirov (24 
iyul 1921 - 
20  yanvar  1926),  L.İ.Mirzoyan  (21  yanvar  1926  -  11  iyul 1929), 
N.F.Qikalo (11 iyul 1929 - 
4 avqust 1930), V.İ.Polonski (18 avqust 1930 - 6 fevral 
1933), R.Q.Ruben (6 fevral 1933 - 10 dekabr 1933) (261). 
N.N
ərimanov üçün Azərbaycanda  çıxılmaz  vəziyyət  yaranmışdı. 
Az
ərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin səlahiyyətləri gündən-günə 
artır,  onunku  isə  azalırdı.  Xalqla  N.Nərimanov  arasında  süni  sədlər  yaranırdı. 
Kommunist Partiyasının  müxtəlif səviyyəli toplantılarında onun ünvanına  müsbət 
bir söz dem
ək, hətta  adının  çəkilməsi belə  qadağan  idi.  N.Nərimanovun Xalq 
Komissarları  Sovetinin  sədri vəzifəsindəki fəaliyyəti hələ  o,  sağ  olarkən də 
bolşevik  ideologiyasına  zidd  və  qeyri-məqbul hesab olunurdu. Ortodoks-
bolşeviklərin təşəbbüsü ilə  N.Nərimanovun  Kommunist  Partiyasının  sıralarından 
xaric  olunması  məsələsi  qaldırılmışdı.  Öz  həmvətənləri olan kommunistlərdən 
Ağazadə  qardaşları  hətta N.Nərimanovu güllələməyi təklif  etmişdilər. 
N.N
ərimanov isə  özünün  tarixi  missiyası  haqqında  oğlu  Nəcəfə  məktubunda 
yazırdı: “Mənim qəlbim ona görə narahat idi ki, bəşəriyyətə heç olmasa müəyyən 
bir fayda verm
ək istəyirdim və ona cəhd göstərirdim”. 
Xalq  Komissarları  Sovetinin  sədri vəzifəsində  işləyərkən mübarizə  edərək 
lazımi nəticə əldə edə bilməməyi haqda N.Nərimanovun etirafları var. Bu da ondan 
ir
əli gəlirdi ki, o zaman Azərbaycanda və xüsusən də Bakıda baş verən hadisələrə 
t
əsir edə  biləcək bir neçə  güc mərkəzi  mövcud  idi.  Bunlar  Moskvanın  mərkəzi 
orqanları  (Stalin,  Çiçerin,  Yaroslavski),  Kommunist  Partiyasının  Cənubi Qafqaz 
Komit
əsi (Orconikidze), Azərbaycan Kommunist Partiyasının  Mərkəzi Komitəsi, 
Bakı şəhər və rayon partiya komitələri (S.Kirov  [Yazılarda, arxiv  materiallarında 
Kirovla N
ərimanov arasında birbaşa münaqişəyə az rast gəlinir. Bu o deməkdirmi 
ki, bunların arasında tam əmin-amanlıq hökm sürürdü? - Yox! Sadəcə o zamanlar 
partiyanın direktivlərindən biri o idi ki, yerli millətçiliyə qarşı  məhz yerli millətə 
aid olan kommunistl
ər mübarizə  aparmalı  idilər. Bunlardan istifadə  etmək 
Kommunist  Partiyasının  aparıcı  üsullarından  idi.  Bu  mövqeyini  Stalin  qətiyyən 
gizl
ətmirdi.] (135, t.5, s.266-268), Lominadze, Stasova, Mirzoyan (onun haqqında 
N.N
ərimanov Stalinə demişdi ki, “cəsusu olan və ancaq xəbərçiliklə məşğul olan, 
onun f
əaliyyətini tənqid edənlərə  qarşı  vəzifəsindən  intiqam  silahı  kimi  istifadə 
edir” (316, s.401), 
Sarkis  Danelyan,  Artak  Stamboltsyan,  Şatunovskaya), 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə