HəSƏn həSƏnov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/82
tarix20.03.2018
ölçüsü2,8 Kb.
#32677
1   ...   27   28   29   30   31   32   33   34   ...   82

63 
 
qarşı üsyan qaldırmamışdır. Ümumiyyətlə, AXC-yə qarşı üsyan baş verməmişdir. 
N.N
ərimanov hakimiyyətə  gəlsəydi də, gəlməsəydi də sovet ordusu Azərbaycana 
g
əlməli idi. AXC rəhbərliyinə belə  məlumat  verilmişdi ki, XI Qırmızı ordu  guya 
Anadoluya doğru getməlidir. Hətta XI Qırmızı ordunun tərkibində türk zabitləri də 
çalışırdı.  Tarixi  gerçəklik isə  ondan ibarət idi ki, bu ordu Anadoluya getmək 
fikrind
ə deyildi. Xalqı yalnız belə sözlərlə sakitləşdirməklə əsas məqsəddən diqqəti 
yayındırmaq  olardı.  Bu,  əsl mənada təcavüzkar ordu idi. Bolşeviklər tərəfindən 
h
ədəf  düz  seçilmişdi.  Rusiya  hökuməti  yaxşı  başa  düşürdü  ki,  Türkiyəyə  yardım 
adı altında Azərbaycana maneəsiz daxil olmaq  mümkündür. M.Qasımov  yazır ki, 
“ingilisl
ərin bolşevizmi beşiyində boğmaq, türk torpaqlarına sahib olmaq istəkləri 
Ankara il
ə  Moskvanı  müttəfiqə  çevirirdi. Türkiyəni sevən Azərbaycan  xalqında 
ictimai r
əyi ingilislərin əleyhinə yönəldirdi, bolşeviklərin Azərbaycanda nüfuzunu 
artırırdı” (9, s.61). Azərbaycan xalqı Türkiyəyə qarşı hər hansı təcavüzkarlığı ağrılı 
q
əbul edirdi və  ona  yardım  etməyə  hazır  idi,  “Əsrimizin  Səyavuşu”  əsərində 
M.R
əsulzadə də bunu etiraf edirdi (57, s.55). O dövrə aid Böyük Britaniya Xarici 
İşlər Nazirliyinin məlumatları da təsdiq edir ki, rus sovet rəhbərliyinin Azərbaycan 
ərazisi üzərindən göndərilən rus qoşununun türk qoşunu ilə birləşib Ermənistanla 
müharib
əyə  başlaması  fikri  də  mövcud  olmuşdur  (280).  Sual  olunur:  AXC 
r
əhbərliyi  XI  Qırmızı  ordu  qarşısına  nədən  qoşun  çıxarmadı?  Dövrün  arxiv  və 
r
əsmi sənədlərinin öyrənilməsi bunun bir neçə səbəbi olduğunu təsdiq edir. Əsas 
s
əbəbi isə  Azərbaycan  milli  ordusunun  Qarabağda  və  Zəngəzurda  döyüş 
v
əziyyətində  olması  idi.  F.Xoyski  bildirirdi  ki,  “şimaldan  təhlükə  və  ölkənin 
v
əziyyətinin  ağır  olmasına  baxmayaraq”  onlar  ordunu  Qarabağdan  çıxara 
bilm
əzlər,  çünki Zəngəzur istiqamətindən  yeni  hücum  olmayacağına  əmin 
deyildirl
ər (238, v 29). Sözsüz ki, Azərbaycan milli ordusunu Qarabağ cəbhəsindən 
çıxarıb rus ordusuna qarşı qoymaq olardı.  Amma bu halda  Azərbaycan Qarabağı 
birm
ənalı itirmiş olardı. Deməli, tarixi sənədlər sübut edir ki, AXC rəhbərliyi haqlı 
olaraq hakimiyy
ətlərini  deyil,  Qarabağı  qorumağa  üstünlük  vermişdir.  Həm 
beyn
əlxalq, həm də  daxili vəziyyət elə  idi  ki,  XI  Qırmızı  ordu  hökmən 
Az
ərbaycana  daxil  olacaqdı.  Azərbaycanın  müstəqilliyini  tanıyan  Paris 
konfransının iştirakçıları olan dövlətlər Azərbaycanı qorumaq üçün heç bir  əməli 
h
ərbi tədbir görmək fikrində  deyildilər.  Onlar  düşünürdülər ki, Azərbaycanın 
müst
əqilliyini  tanımaqla  onun  müdafiəsi  üçün  lazımi  hüquqi  tədbirlər  görmüşlər, 
xalq özü öz müst
əqilliyini müdafiə etməlidir. Bu dövlətlərin xalqları müharibədən 
bezmişdilər. Azərbaycan Xalq Cümhuriyyəti isə  düşmüş  olduğu  ağır  böhran 
şəraitində, həm hərb, həm də sülh yolu ilə öz iqtidarını qorumaq imkanında deyildi. 
Az
ərbaycanın  müstəqilliyini qorumaq üçün əlverişli  beynəlxalq  şərait yox idi. 
C
ənubi Qafqazda mövcud olan üç dövlət  arasında  yekdillik  hökm  sürmürdü. 
Erm
ənistan ilə  Azərbaycan  arasında  ərazi problemləri üstündə  müharibə  gedirdi. 
N.Usubb
əyov  ingilis  diplomatı  Q.Uordropla  1919-cu ilin sentyabrında  olan 
görüşündə deyirdi ki, Ermənistanın Azərbaycan ərazilərinə iddialarını Azərbaycan 


64 
 
t
əkbaşına  həll edə  bilmir, bu səbəbdən  o,  Böyük  Britaniya,  yaxud  Amerikanın 
vasit
əçiliyini məmnuniyyətlə qəbul edərdi (282). Belə bir vəziyyətdən Azərbaycan 
üçün  yegan
ə  çıxış  yolu  yarana  biləcək  ziyanı  azaltmaq  və  yaranmaqda olan 
v
əziyyəti nəzarət  altına  alaraq  mümkün  qədər  qansız-qadasız  ötüşmək idi. 
N.N
ərimanov məhz bu istəklə  vəziyyətə  müdaxilə  etmiş  və  məsuliyyəti boynuna 
götürmüşdür. 
N.N
ərimanovun AXC xadimlərinə  münasibəti səciyyəvidir. N.Nərimanov 
Az
ərbaycan Xalq Cümhuriyyətinin hərbi rəhbərləri olan generalları - Ə.Şıxlinskini 
v
ə S.Mehmandarovu özü zaminə götürərək ölümdən qurtarmışdır. Əliağa Şıxlinski 
xatir
ələrində yazırdı ki, nəinki onları, hətta “bütün zabitləri” azad edib ailələri ilə 
birlikd
ə  Moskvaya göndərdilər (432, s.189). 1921-ci  ilin  yayında  Ə.Şıxlinski 
Az
ərbaycan hökumətinin  xahişi  ilə  Azərbaycan Hərbi  Komissarlığının 
s
ərəncamına  çağırılır.  O,  Baş  Qərargaha, sonra isə, komandir heyəti  hazırlayan 
m
əktəbə rəis təyin olunur. Azərbaycan Xalq Cümhuriyyəti ordusunda qulluq etmiş 
Abdulla  Şəfiyevin xatirələrindən məlum olur ki, N.Nərimanov ancaq AXC 
generallarına  deyil,  aşağı  rütbəli zabitlərə  də  qayğı  göstərmişdir.  A.Şəfiyevin 
yazdığına  görə  N.Nərimanov  milli alay təşkil  etdiyi  zaman  oraya  siyasi 
m
ənsubiyyətindən  asılı  olmayaraq  Azərbaycan zabitlərini  toplamışdır.  Bu  alay 
sovet hiss
əsi  olsa  da,  Müsavat  mahnıları  oxuyurdu.  A.Şəfiyev xatirələrində  yazır 
ki, N.N
ərimanov Azərbaycandan uzaqlaşdırılandan sonra bu alay tamam ruslaşdı. 
Komandir hey
əti rus, erməni və  b. millətlərin nümayəndələrindən təşkil  edildi 
(402). 
N.N
ərimanov gənclik illərində  dostluq etdiyi, sonralar fərqli siyasi 
əqidələrinə  görə  yolları  ayrıldığı  M.Rəsulzadənin millətimiz  qarşısında 
xidm
ətlərini nəzərə  alaraq onu həbsdən  azad  etdirib,  şəxsən özü Moskvaya yola 
salmışdır  (bu  hadisədə  Stalinin də  müsbət  rolu  olmuşdur).  M.Rəsulzadə  həbsdə 
olark
ən təsadüfən əlinə düşən qəzetdəki bir məqalə haqqında yazırdı: “Azərbaycan 
sovet hökum
ətinin sədri dr. N.Nərimanovun  imzası  ilə  ilk səhifədə  rəsmi bir 
m
əlumat vardı. Məlumatın xatirimdə qalan mətnini əslinə yaxın bir şəkildə burada 
n
əql edirəm: M.Rəsulzadəni vilayətlərdə  hər cür təhlükədən qorumaq məqsədilə 
sovet hökum
əti onun paytaxta gətirilməsinə  qərar  vermişdir.  Burada  isə  həyatı 
əmniyyət altındadır, əhalinin bu xüsusda əmin olmasını və həyəcana düşməməsini 
tövsiy
ə edirik” (58, s.23). Bu məlumat, bir tərəfdən, N.Nərimanovun böyüklüyünü, 
M.R
əsulzadəyə olan hörmətini, digər tərəfdən, xalqın Rəsulzadə sevgisini özündə 
əks etdirir. Qəzetdəki bu məlumatla N.Nərimanovun  guya  H.Əmioğlunun 
ultimatumuna cavab verdiyi ehtimal olunur. Tarixi gerç
əklik  bu  ehtimalın  tam 
əsassız  olduğunu  sübut  edir. Birincisi,  bu,  ona  cavab  kimi  verilsəydi elə  özünün 
n
əzərinə çatdırılardı, qəzetə verilməzdi. İkincisi, N.Nərimanovun bu bəyanatı hələ 
Stalinin M.R
əsulzadəyə  göstərdiyi  qayğıdan  əvvəl  verilmişdir.  Deməli, bu, tam 
m
ənada N.Nərimanovun M.Rəsulzadəyə  şəxsi münasibətinin təzahürüdür. 
M
əlumatın  qəzetə  verilməyinin səbəbi isə  N.Nərimanovun mürəkkəb dövrdə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə