HəSƏn həSƏnov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə39/82
tarix20.03.2018
ölçüsü2,8 Kb.
#32677
1   ...   35   36   37   38   39   40   41   42   ...   82

79 
 
hesabına  instituta  yardım  edilməsi qərara  alınmışdır.  N.Nərimanov Azərbaycanın 
tarixi yerl
ərinin bərpası və qorunmasına xüsusi diqqət yetirmişdir. Azərbaycandan 
edil
ən müraciətə əsasən N.Nərimanovun imzası ilə 1924-cü ilin mayında  Anneno 
şəhərinin adı dəyişdirilərək Şamxor qoyulmuşdur (252, v.7). N.Nərimanov RSFSR 
S
əhiyyə  Komissarı  N.Semaşkoya  və  Rusiyanın  Qırmızı  Xaç  cəmiyyətinin sədri 
Z.Solovyev
ə  müraciət edərək Azərbaycana dava-dərman göndərilməsini  xahiş 
etmişdir (253, v. 1,2). 
1925-ci ild
ə  N.Nərimanovun ölümü ilə  əlaqədar onun xatirəsinə  həsr 
edilmiş  məqalədə  M.Quliyev N.Nərimanovu “Azərbaycan maarifinin  ən parlaq 
ilhamçısı” və “ilk və əsl xalq müəllimi” adlandırmışdır (17, 22 mart 1925, № 63). 
Bel
əliklə, N.Nərimanov Azərbaycan xalqının  milli  mədəni inkişafına  milli 
dövl
ətçiliyin tərkib hissəsi kimi baxmış, ona xüsusi diqqət yetirmiş, milli ziyalılara 
v
ə  təhsilə  önəm  vermişdir.  Onun  fəaliyyəti Azərbaycan  xalqının  mədəniyyətinin 
inkişafına təkan vermişdir. 
N.N
ərimanovun dövlətçilik siyasətində  milli  ziyalı  amili  xüsusi  yer 
tutmuşdur.  N.Nərimanov hökumət  başçısı  olarkən  xalqımızın  görkəmli  ziyalıları 
onunla 
əməkdaşlıq  edirdi.  N.Nərimanov, sovet hakimiyyətinin Gəncə  üsyanını 
q
əddarlıqla  yatırmasına  baxmayaraq,  S.Mehmandarovu  və  Ə.Şıxlinskini ölümdən 
qurtarmış,  onların  sovet  hakimiyyəti ilə  əməkdaşlığına  zəmanət  vermiş, 
F.Köç
ərlinin faciəli ölümündən xəbərsiz  olduğundan  çox  heyfsilənmiş,  onun 
əlyazmasının  qorunmasına  göstəriş  vermişdir  (202,  v.  11).  N.Nərimanov  Hacı 
Zeynalabdin Tağıyevi gözlənilən qətl və təhqirlərdən xilas etmişdir. 
N.N
ərimanov AXC-nin  orqanı  olan  “Azərbaycan” qəzetinin redaktoru 
olmuş Üzeyir Hacıbəyovu öldürüləcək adamların siyahısından çıxarmış (2, s.15) və 
onun öz f
əaliyyətini davam etdirməsi  üçün  lazım  olan  bütün  şəraiti  yaratmışdır. 
1920-ci il aprel hadis
ələrindən sonra mədəniyyətdə yenilik baş vermişdir. Həmin il 
mayın  3-də  hökumət  teatrında  Üzeyir  Hacıbəyovun  “O  olmasın,  bu  olsun” 
operettası  oynanılmışdır.  1920-ci il iyunun 10-da  Saşa  Oqanezaşvili  (milliyyətcə 
erm
ənidir, əsl familiyası Oqanesyandır - H.H.) “Əxbar” qəzetində məqalə ilə çıxış 
ed
ərək  Ü.Hacıbəyovun və  M.Maqomayevin məlumatlı  musiqişünas  bəstəkar 
olduqlarını inkar etmişdir. Həmin qəzetin 24 iyun tarixli nömrəsində Zülfüqar və 
Üzeyir  Hacıbəyovları,  Müslüm  Maqomayevi  “Azərbaycan  musiqisinin  inkişafına 
çalışmamaqda”  ittiham  etmişdir.  Bu  ittiham  heç  də  Azərbaycan hökumətinin 
Üzeyir Hacıbəyova olan müsbət münasibətinə təsir etməmişdir. 1920-ci il iyulun 9-
da Az
ərbaycan SSR Xalq Maarif Komissarlığının kollegiyası Üzeyir  Hacıbəyovu 
inc
əsənətə  yardım  şöbəsi  yanında  musiqi  bölməsinin müdiri təyin  etmişdir  (192, 
v.320). Bu hadis
ədən sonra Azərbaycanda  musiqinin inkişafı və təşkili (həmçinin 
1921-ci ild
ə Üzeyir Hacıbəyovun məruzəsi əsasında konservatoriya haqqında qərar 
q
əbul  olunmuşdur),  dərsliklərin  yazılması,  yeniləşməkdə  olan Azərbaycan 
musiqisinin Şərq, yaxud Qərb yolu ilə, yaxud da bu iki yolun sintezi ilə getməsinin 
bütün t
əşəbbüsü  Üzeyir  Hacıbəyova  keçmişdir.  N.Nərimanov hələ  1916-cı  ildə 


80 
 
g
ənc  Üzeyir  Hacıbəyovun  istedadına  və  yaradıcılığına  yüksək qiymət  vermişdi. 
“Yeni iqbal” q
əzetinin 1916-cı il 16 mart tarixli 257-ci nömrəsində N.Nərimanov 
yazırdı:  “Üzeyir  bəy  oxuduğu  elmin  səbəbinə  daha gözəl operalar meydana 
g
ətirəcəkdir. Hər halda qeyri əsərlərə  nisbət hal-hazırda  Üzeyir  bəyin  əsərləri 
böyük yol açır. Bu yolda Üzeyir bəyin daha artıq tərəqqi etməyini səmimi qəlbdən 
ist
əyirik”. Məhz 20-ci ildən  sonra  Ü.Hacıbəyov Azərbaycan  musiqisinin  inkişaf 
yollarını  elmi  araşdırmağa  başlamışdır.  Bu  araşdırmanın  mahiyyəti o idi ki, 
Az
ərbaycan musiqisi özünə  qapanmalıdır,  yoxsa  Qərb musiqisi ilə 
z
ənginləşməlidir? Ü.Hacıbəyov belə qənaətə  gəlmişdir ki, Azərbaycan musiqisinə 
“Ümumavropa musiqi n
əzəriyyəsi tətbiq olunsun”. 1945-ci ildə onun “Azərbaycan 
xalq musiqisinin 
əsasları”  monoqrafiyası  nəşr  olundu  və  bununla Azərbaycan 
musiqisinin inkişaf yollarının elmi əsasları qoyuldu. 
N.N
ərimanov məşhur din xadimi Molla Məhəmməd Axund Pişnamazzadəni 
h
əbsdən  azad  etmişdir.  A.F.Pişnamazzadənin nəticəsi  Leyla  Əliyevanın  müəllifə 
t
əqdim etdiyi sənəd  “İttiham  işi,  №  163”  adlanır.  Bu  sənədə  əsasən  XI  Qırmızı 
ordunun h
ərbi-inqilabi tribunalı üç nəfərdən ibarət idi: milliyyətcə rus olan Volkov 
Dmitri, Kovalyov Boris v
ə  milliyyətcə  erməni olan Petrosov Sergey. Həmin 
“İttiham”a  əsasən həbs  olunanların  arasında  3  nəfər  İslam  din  xadimi  var  idi: 
Axund F
ərəculla  Pişnamazzadə, Nurməmməd  Əfəndi  İmamzadə,  Molla  Əhməd 
Hacı  Nəbi  oğlu.  Bunların  üçü  də  bəraət  qazanmışlar.  A.F.Pişnamazzadənin  qızı 
M
əğbulə  Pişnamazzadənin söylədiyindən məlum  olur  ki,  onların  bəraət  alması 
xahişi ilə A.F.Pişnamazzadə öz bacısı oğlu Əlinin vasitəsilə N.Nərimanova məktub 
gönd
ərmişdir.  O,  məktubu  corabın  içində  gizlədərək  Bakıya  N.Nərimanovun 
yanına  gəlmişdir.  Məktubda  Pişnamazzadə  etiraf edir ki, o, həqiqətən də  İslam 
dininin t
əbliği  ilə  məşğul  olmuşdur  və  bunu günah bilmədiyindən özünün azad 
olunmağını  xahiş  edir.  N.Nərimanov dərhal D.Volkova məktub yazaraq 
Pişnamazzadənin azad olunması məsələsini qoymuş və buna nail olmuşdur. Qeyd 
etm
ək lazımdır ki, həmin “İttiham”a görə qaçqınlara işgəncə  verdiyinə  və onların 
əmlakını mənimsədiklərinə görə iki erməni də cəza almışdı. Onlardan Ambarsum 
Simonyans 5 il müdd
ətinə,  Arşak  Navasartyans  isə  15 il müddətinə  həbs 
olunmuşdu 
(352, 
iyun 
1990). 
Bəzi mənbələrdə 
N.N
ərimanovla 
A.F.Pişnamazzadənin görüşü haqda da  məlumatlar  vardır  (63, 24 fevral 1995, № 
5). 
N.N
ərimanov  Əziz  Şərifi həbsdən  azad  etdirmişdir  (259,  431).  Əziz  Şərif 
Gürcüstan Sosial-
Demokrat  (menşeviklər)  Partiyası  Mərkəzi Komitəsinin üzvü 
kimi  Əliheydər Qarayevin göstərişi  ilə  həbs edilərək Bakıya  gətirilmişdi.  Məsələ 
haqqında  N.Nərimanova məruzə  edilmiş  və  onun göstərişi  ilə  Əziz  Şərif azad 
edilmişdir (259, v.52). Xatirələrində  Ə.Şərif inqilabi fəaliyyətdən  yaxşı  tanıdığı 
Ə.Qarayevə və M.Hüseynova mənfi xasiyyətnamə verir (259, v.51). Sonralar Əziz 
Şərif  SSRİ-nin görkəmli alimi rütbəsinə  qalxır,  filologiya  elmləri doktoru, 
professor olaraq ölk
ənin  ən nüfuzlu ali məktəbi olan Moskva Dövlət 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə