HəSƏn həSƏnov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/82
tarix20.03.2018
ölçüsü2,8 Kb.
#32677
1   ...   32   33   34   35   36   37   38   39   ...   82

73 
 
h
ərəkatı  bolşeviklərin təbliğatının  daha  kəsərli  olmağında  böyük  rol  oynadı. 
Ankara m
əhz Denikini özünə ən təhlükəli rəqib kimi qiymətləndirərək Azərbaycan 
hökum
ətini  buna  inandırmaq  üçün  öz  nümayəndələrini  Bakıya  göndərmişdi. 
Ə.Qarayevin  dediyinə  görə  Ankara hökuməti Azərbaycana silah vermək təklifini 
ir
əli sürdüsə  də, Azərbaycan hökuməti  Tomson  başda  olmaqla  ingilis 
komandanlığından  çəkinərək bu təklifdən imtina etdi. Türkiyəyə  meylli 
Az
ərbaycan ziyalılarının kommunistlərə müsbət meyli də bu zəmində formalaşırdı. 
Az
ərbaycanda olan türk zabitləri də  Türkiyəyə  ikili münasibəti görərək 
kommunistl
ərə  meyl edirdilər (117, s.59-60,  88).  Ə.Qarayevin  yazdığına  görə, 
h
ətta  ittihadçılar  da  türk  xalqlarının inkişafını  və  panislamizmin mütəşəkkilliyini 
bolşevizmdə  görür  (117,  s.91),  öz  qurultaylarında  müsavat  əleyhinə  və 
bolşeviklərin tərəfini saxlayan şüarlar səsləndirirdilər (117, s.100). 
Mikoyan xatir
ələrində  qeyd edirdi  ki,  Bakıda  bolşeviklər 1918-ci ilin 
sentyabrından dekabrına qədər olan dövr istisna olmaqla daim fəaliyyətdə olmuşlar 
(422). Böyük Britaniyanın xarici işlər nazirliyinə İstanbuldan verilən 1919-cu il 27 
iyul tarixli m
əlumatda deyilirdi ki, Azərbaycanda  “hələlik közərən, amma ciddi 
şəkildə alovlanacaq həcmdə bolşevik imkanları var”. Xarici diplomatların Bakıdan 
verdikl
əri xəbərlərdən də Azərbaycanda bolşevizmin xüsusən çoxsaylı rus fəhlələri 
arasında  mövcud  olduğu  aydın  olur.  Azərbaycanda yaranan siyasi və  iqtisadi 
v
əziyyət də buna zəmin  yaradırdı. 1918-1920-ci illərdə Azərbaycandakı siyasi  və 
iqtisadi durum haqqında ətraflı məlumat bilavasitə hadisələrin iştirakçısı olan 20-ci 
ill
ərin bolşevik strukturlarında çalışan müsavat-yönümlü tədqiqatçı Ə.Əhmədovun 
yazılarında  mövcuddur.  O  yazırdı  ki,  1919-cu  ilin  mayında  kommunistlər 
ümumbakı fəhlə tətili elan etdilər. Müsəlman fəhlələri bu tətildə iştirak etmirdilər. 
T
ətil  iştirakçıları  heç  bir  nəticə  əldə  edə  bilmədilər.  Ə.Əhmədovun fikrincə, bu 
uğursuzluqdan  çıxarılan  əsas nəticə  o  idi  ki,  artıq  istər Azərbaycanda, istərsə  də 
Bakıda  müsəlman fəhlələrinin iradəsi olmadan uğur qazanmaq olmazdı. Odur ki, 
kommunistl
ər təbliğatı və milli hökumət daxilində intriqaları gücləndirərək bu işə 
müs
əlman fəhlələrini cəlb edirlər. 
1920-
ci ilin yanvarında Azərbaycanın müstəqilliyi bəyənildi və bir neçə gün 
sonra böhranı başladı. Azərbaycan Xalq Cümhuriyyətinin mübarizəsiz bolşeviklərə 
t
əslim  olunmağının  səbəblərindən  ən ümdəsi də  bu  idi.  Rusiyanın  Azərbaycana 
münasib
ətdə yeritdiyi siyasətin çox səciyyəvi nümunəsi Çiçerinlə Xoyskinin 1920-
ci ild
ə nota mübadiləsi və bunların ətrafında baş verən hadisələr oldu. 1920-ci ilin 
yanvar-
aprel  aylarında  bir-birinin  ardınca  Çiçerinlə  F.Xoyski  arasında  sərt 
diplomatik mübariz
ə  davam etdi. Azərbaycan rəhbərliyində  isə  böhran 
d
ərinləşməkdə  idi. Belə  şəraitdə  ittihadçılar,  sosialistlər və  başqaları 
N.Usubb
əyovun hökumətinin tərkibindən  çıxmışdı.  Artıq  hökumət ancaq 
müsavatçılardan ibarət idi. 
Rusiyanın  Xalq  Xarici  İşlər  Komissarlığında  hazırlanan bir sənəddə 
deyilirdi  ki,  Bakıda  iqtisadiyyat  dayanmışdır,  sahibkarların  maaş  verməyə  pulu 


74 
 
yoxdur, maaşın 50%-i hökumətin büdcəsindən verilir, Rusiya ilə iqtisadi əlaqələrin 
tam pozulması Bakıda iqtisadiyyatın bərpasına imkan vermir, qiymətlər günbəgün 
artmaqdadır,  kəndliyə  torpağı  vermək  yolunda  heç  bir  addımlar  atılmır,  siyasi 
partiyalar n
əinki fəhlələrin, hətta  ziyalıların  və  xırda  sahibkarların  yanında 
nüfuzdan düşürlər, çörək qıtlığının qarşısını almaq üçün hökumətin qərarı ilə bütün 
şirniyyat bişirən müəssisələr bağlanaraq çörək bişirməyə yönəlmişlər (182, v. 16). 
Bakıda kütləvi qırğınlar və tətillər hazırlandığı haqda  şayiələr yayılmaqdadır (182, 
v.16).  Bakı  polisində  siyasi  əyintilər  aşkar  olduğundan  orada  islahatlar  aparmaq 
q
ərarı  qəbul olundu (182, v.17). R.Osmanova da qeyd edir ki, Azərbaycanda 
sosial-iqtisadi v
əziyyət  xeyli  ağır  idi,  sənayedə  və  aqrar sahədə  xeyli səhvlər 
yaranmışdı  (55,  s.  16).  Dağıstanda  kommunistlər dirçəlməkdədirlər və  türk 
qoşunları ilə qarşıdurma artmaqdadır (182, s. 17). Gürcüstanda tez-tez üsyanlar baş 
verir,  aclıqdır  (211,  v.248).  Ermənistanla müharibə  dayanmadan davam edir
fevralda Erm
ənistanın  nizami  qoşunları  Qars  vilayətinə  hücum edərək 
müs
əlmanlara qarşı qırğın törətdilər, aprel ayında daşnaklar Naxçıvan və Ordubada 
hücum etdil
ər (184, v.23). Ermənilər guya Türkiyə ilə  Azərbaycan arasında Qərb 
üçün qorxulu, gizli, h
ərbi sövdələşmə  hazırlandığı  haqda  öz  təxribatlı  təbliğini 
Avropada davam etdirirl
ər. Türkiyə hökuməti bunu təkzib edən bəyanatlarla çıxış 
edir (182, v.17). 
Sovet Rusiyası AXC-yə qarşı çox mürəkkəb bir siyasət yeridirdi. 
Az
ərbaycana XI Qırmızı ordunun gəlişinin məqsədi birmənalı işğal olsa da, tarixi 
s
ənədlərdən aydın olur ki, ordunun məqsədi əvvəl ancaq Bakı quberniyasını işğal 
ed
ərək, buranı Azərbaycandan ayırıb sovet ərazisi elan etmək idi. Lakin sonralar, 
lap y
əqin ki, N.Nərimanovla  görüşdən sonra, Lenin fikrini dəyişdi.  Qafqaz 
c
əbhəsinin  komandanı  Tuxaçevskinin  XI  Qırmızı  ordunun  komandanı 
Levandovskiy
ə göndərdiyi 1920-ci il 23 aprel tarixli teleqramında deyilirdi: “490 
№-li göstərişimizə  dəyişiklik  olaraq  əmr edirəm ki, ordunun son məqsədi ancaq 
Bakı  quberniyasına  deyil,  bütün  Azərbaycana yiyələnməkdir” (242, v.146). 
Dem
əli, Rusiya bolşevikləri Bakını Azərbaycandan ayırıb Rusiyanın tərkibində bir 
qurum yaratmaq fikrind
ə  idilər. Ancaq N.Nərimanovun  “Bakısız  Azərbaycanın 
mövcudluğundan  söz  gedə  bilməz” kimi sərt mövqeyindən  sonra  bolşeviklər və 
Lenin fikrini d
əyişdi.  Onlar  Nərimanovla  hesablaşmaya  bilmirdilər.  Bu  faktı 
sonralar M.R
əsulzadə ilə söhbətində Stalin də etiraf etmişdi. Bu da Azərbaycanın 
taleyinin strateji m
əsələlərində, yəni Bakının paytaxt olması şərtilə  Azərbaycanın 
müst
əqil respublika kimi Rusiya tərəfindən  tanınması  işində  həlledici rol 
oynamışdı.  Həmin gün Orconikidze də  Nərimanovla hesablaşmağın  vacibliyi 
haqqında  mərkəzə  teleqram vuraraq qeyd edirdi ki, ordunun Azərbaycana 
müdaxil
əsi üçün çox əlverişli vəziyyət yaranmışdır. 
Bel
ə  vəziyyətdə  AXC hökuməti heç bir müqavimət göstərmədən 
hakimiyy
əti təhvil  verdi. XI Qırmızı ordunun əldə etdiyi kəşfiyyat  məlumatlarına 
gör
ə milli Azərbaycan ordusu 30 min əsgərdən ibarət olsa da AXC-nin hərbi naziri 
S.Mehmandarov sovet hakimiyy
əti  legitim  sayıldığından  orduya  da  müqavimət 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə