HəSƏn həSƏnov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə44/82
tarix20.03.2018
ölçüsü2,8 Kb.
#32677
1   ...   40   41   42   43   44   45   46   47   ...   82

89 
 
v.158). 1922-
ci ilin yanvar ayında dövlət idarələrində məmurların ixtisarı haqqında 
q
ərar qəbul olundu. N.Nərimanov  ixtisar  aparılarkən Azərbaycan dilini bilənlərə 
xüsusi qayğı  göstərilməsi barədə qərar qəbul etmişdir (211,  v.158).  Amma bu işi 
h
əyata keçirmək yolunda xeyli maneələr var idi. K.Nərimanov Genuya konfransına 
ged
ərkən, Bakıda Azərbaycan dili dərslərinin sayını ixtisar etmək, Azərbaycan dilli 
teatr 
truppası  tamaşalarının  sayının  azaldılaraq,  rus  dilli  teatr  truppasının 
tamaşalarının  sayını  artırmaq  haqqında  açıq  fitnəkar məqalələr və  fikirlər irəli 
sürülmüşdür. N.Nərimanov qayıdan kimi bu məsələyə müdaxilə etdikdə məsələnin 
əks-sədası Moskvaya gedib çıxmışdır. 
N.N
ərimanov “Bakinski raboçiy” qəzetində  “Bəzi  yoldaşlara  cavab” 
s
ərlövhəsi ilə  ana dilimizin Azərbaycanda  mövqeyi  haqqında  sərt bir məqalə  ilə 
çıxış  etmişdir  (305,  5  iyun  1922,  №  130).  O,  məqalədə  yazırdı:  “Türk 
(Az
ərbaycan) dili Azərbaycanda  dövlət  dili  elan  edilmişdir  və  Azərbaycanda bu 
dilin hüquqlarından və üstünlüklərindən tam şəkildə istifadə olunmalıdır. Heç kim 
bunu l
əğv edə bilməz. Azərbaycan öz ana dilindən imtina edə bilməz və heç kimə 
d
ə  imkan verməz ki, Azərbaycanda bu dilin mənasını,  rolunu  azaltsın”.  Qeyd 
etm
ək lazımdır ki, bu məqalə sovet dövründə də tədqiqat obyekti olmuşdur (50). 
N.N
ərimanov bu məsələlər barədə ürək  ağrısı ilə yazırdı ki, əhalinin üçdə 
iki hiss
əsi yoxsul və savadsız azərbaycanlılar, əhalinin üçdə bir hissəsi isə nisbətən 
savadlı  rusdilli  əhalidir. O, məqaləsində  bundan irəli gələn məsələləri  qaldırırdı: 
“Kim
ə daha çox savadlanmaq lazımdır, lazımınca savadlı olan rus dillilərə, yoxsa 
savadsız  azərbaycanlılara?”  Bu  sualı  cavablayaraq  N.Nərimanov deyirdi: “Biz 
g
ərək dövlət vəsaitinin 2/3 hissəsini türklərin (azərbaycanlıların)  savadlanmasına 
v
ə maariflənməsinə xərcləyək, partiyanın diqqətinin 2/3 hissəsini və ümumiyyətlə, 
bütün enerjimizin 2/3 hiss
əsini gərək türklərə  (azərbaycanlılara)  sərf edək”. O, 
fikrini bu sözl
ərlə  bitirirdi: “Kim ki, Azərbaycanı  sevir,  onunla  ruhən  bağlıdır, 
“bütün  dünya  proletarları  birləşin”  şüarına  sadiqdir,  fəaliyyətini məhz belə 
qursun”. N.N
ərimanov ruspərəst şovinistlərin mövqeyini belə təsvir etmişdir: “Rus 
dili m
ənim xoşuma gəlir, rus dilində  mənə hər şey  asan  və  aydın gəlir. Puşkinin 
göz
əl  şerləri rus dilində  yazılıb.  Mən istəyirəm ki, türk (azərbaycanlı)  uşaqları 
bunları  bilsinlər”. N.Nərimanov  rus  şovinistlərinin bu mövqeyinə  qarşı  öz 
mövqeyini d
ə izah edərək deyirdi: “Türk (azərbaycanlı) uşaqları tək Puşkini deyil, 
h
əm də Şekspiri, Şilleri bilməlidir. Ancaq türk (azərbaycanlı) uşağı özünə doğma 
olan 
əsl proletar şairi Sabirin odlu-alovlu şeirlərini, xalq şairləri Vaqifin, Zakirin, 
Vidadinin  şeirlərini biləndən  sonra  bunları  bilməlidir”. N.Nərimanovun tövsiyəsi 
bu idi ki, “türk (Az
ərbaycan) dilinin tədrisini azaltmaq təklifini irəli sürənlər özləri 
bu dili öyr
ənsinlər ki, Sabiri anlasınlar” (50). 
N.N
ərimanov Azərbaycan dilini sıxışdıran kommunistlərin mövqeyinin çar 
Nikolayın  mövqeyi  ilə  üst-üstə  düşdüyünü  vurğulayaraq  onları  çəkinmədən 
şovinist  adlandırmışdır.  Şovinistlər ancaq Azərbaycan  dilini  sıxışdırmaqla 
kifay
ətlənmirdilər, onların irəli sürdükləri mülahizələr arasında belə bir fikir də var 


90 
 
idi ki, sovetl
ərin Azərbaycana gəlməyi “rus  torpaqlarının  toplanması”  ideyasının 
reallaşmasıdır.  N.Nərimanov bunlara da cavab verərək deyirdi: “Bu, rus 
torpaqlarının  toplanması  deyil,  sadəcə  müxtəlif millətlərə  mənsub fəhlələrin 
toplanmasıdır” (50). 
N.N
ərimanovun bu sahədəki fəaliyyəti Azərbaycan xalqının düşmənləri və 
bir sıra bədxahlar tərəfindən qəzəblə qarşılanmışdır. İlk əvvəl ermənilər və özlərini 
beyn
əlmiləlçi kimi qələmə  verən azərbaycanlılar  hərəkətə  gəlmişlər. Nəhayət, 
onlar N.N
ərimanova  qarşı  açıq  mübarizəyə  keçmişlər. Levon Mirzoyan Mərkəzə 
m
əktub göndərərək bu  yazının “əsassız yazıldığını” bildirmişdir (316, s.422). Bir 
neç
ə  gün sonra Azərbaycan K(b)P MK Rəyasət Heyətinin  iclasında 
N.N
ərimanovıın  məqaləsi “antipartiya” məzmunda qiymətləndirilərək  ifşa 
olunmuşdur.  Burada  ifşaçıların  cəmi biri erməni idi, o da Levon Mirzoyan idi. 
Qalanları  isə  azərbaycanlılar  idi.  Bu  müzakirə  də  N.Nərimanovu mövqeyindən 
ç
əkindirməmişdir.  O,  ana  dili  uğrunda  mübarizəsini  davam  etdirmişdir.  Yeri 
g
əlmişkən, onu da qeyd etmək  lazımdır  ki,  N.Nərimanov hətta Moskvada 
işləyərkən bəzi rəsmi toplantılarda Azərbaycan dilində çıxış etmişdir. 
N.N
ərimanov Azərbaycan  dilinin  saflığı  uğrunda  daim  çalışmışdır.  O 
zamanlar qeyri-slavyan dill
ərinə  rus sözlərinin keçməsi dəb  düşmüşdü.  1924-cü 
ilin  mayında  “Elmləri yeni tamam  etmiş  müəllimlərə  açıq  məktub”unda 
N.N
ərimanov  yazırdı:  “Dilimizi  lüzumsuz,  qeyrisinin  dilinin  təsiri  altına  salmaq 
işimizi təxirə salar. Bu səbəblərə görə biz dilimizi müstəqil bir şəklə salmaq üçün 
ən çox müəllimlərə ümid bağlayırıq” (362, 2 mart 1924, s.39). 
N.N
ərimanovun təşəbbüsü və  sədrliyi ilə  latın  qrafikasına  keçmək, yaxud 
islah etm
ək məsələsi  geniş  şəkildə  müzakirə  olunmuşdur.  1922-ci ildə 
S.Ağamalıoğlu  yazırdı:  “1922-ci ilin əvvəllərində  Nərimanov  yoldaş  tərəfindən 
qurulmuş  yığıncaqda  məruzə  üzərində  iki günlük mübahisədən sonra iki 
komissiyon seçildi. Bunlardan biri 
ərəb əlifbası yerinə latın əlifbasının keçirilməsi 
üçün  materiallar  hazırlayacaq,  digəri  ərəb  əlifbasını  islah  edəcəkdir.  İkinci 
komissiyon... f
əaliyyətsiz göründü və çox yaşamadı. Birinci isə indi də fəaliyyətdə 
olan Yeni Türk Əlifba Komitəsinə çevrildi”. 
1920-ci il iyulun 3-d
ə  Xalq  Maarif  Komissarlığı  latın  qrafikasına  keçid 
haqqında qərar qəbul etdi (195, v.28). Həmin ilin noyabr ayında Juzenin sədrliyi ilə 
Türk Əlifba Komitəsi təşkil olundu (191). Xalq Maarif Komissarlığının 1921-ci il 
5 yanvar tarixli 
əmri ilə artıq bu keçidin yolu müəyyənləşdirildi (194, v.192). Yazı 
qrafikasının  dəyişdirilməsi  ideyasını  xalq  arasında  yaymaq  məqsədi ilə  qəzalarda 
şöbələr təşkil olundu... ( 347, 1925, № 65). 
N.N
ərimanov  bu  ideyasını  Türkiyə  vəkilləri ilə  də  müzakirə  edərək belə 
n
əticəyə gəlmişdir: “Onlar bu fikrə şərikdirlər. İstanbul yox, Ankara. Çünki Ankara 
solu sevir” (332, 1 yanvar 1922). 
N.N
ərimanovun bu təşəbbüsü Azərbaycan  ziyalıları  tərəfindən 
alqışlanmışdır.  Təşəbbüsə  tərəfdar  çıxanlardan  ən  birincisi  C.Cabbarlı  olmuşdur. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə