HəSƏn həSƏnov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə47/82
tarix20.03.2018
ölçüsü2,8 Kb.
#32677
1   ...   43   44   45   46   47   48   49   50   ...   82

95 
 
münasib
əti anormal olacaq, çünki ermənilər məhz  F.Xoyskini  sentyabrda  Bakı 
alınarkən  baş  verən erməni  qırğınlarında  günahkar  sayırlar  (166,  s.130).  Bu, 
s
əmimi bir bəyanat deyildi. Söhbət heç də  F.Xoyskinin  şəxsiyyətindən getmirdi. 
Problem daha geniş idi. Ermənilərin əsas məqsədi bütün vasitələrlə Azərbaycanda 
sabitliyi pozmaq, Az
ərbaycan  siyasətçilərinə  qarşı  xalqda  inamsızlıq  yaratmaq, 
onları uğursuzluqların səbəbkarı kimi qələmə vermək idi. Bu məsələ müzakirədən 
sonra s
əs çoxluğu ilə qəbul olundu. İrəvan Türk Milli Şurasının üzvləri buna etiraz 
etdil
ərsə  də, Azərbaycan  Milli  Şurası  bu  qərarı  qəbul  etdi.  Ətraf  əraziləri ilə 
birlikd
ə  İrəvan  şəhəri Ermənistana verildi. Müzakirələrdə  Xasməmmədov
C
əfərov,  Şeyxülislamov,  Məhərrəmov etiraf etdilər  ki,  “İrəvanın  ermənilərə 
güz
əştə gedilməsi qaçılmaz bəladır” (147, s.14). F.Xoyskinin bu qərardan sonrakı 
iki teleqramı da məsələnin mahiyyətini açmağa kömək edir. Birinci teleqramında, 
o,  xarici  işlər  naziri  M.Hacınskiyə  yazırdı  ki,  “ermənilərlə  bütün mübahisələri 
qurtardıq”, “onlar bizim ultimatumu qəbul edəcəklər və müharibə işi bitəcək” (217 
v. 1-
2). Əlbəttə, hökumətin bütün üzvlərinin ermənilərlə belə asanlıqla barışığa nail 
olunduğuna  inandığını  söyləmək  mümkün  deyildir.  F.Xoyskinin  vurduğu  ikinci 
teleqram is
ə  M.Rəsulzadəyədir:  “Əgər ermənilər  Qarabağa  qarşı  iddia  irəli 
sürs
ələr, İrəvanı güzəştə getməyimizdən imtina edin” (64, s.33, 37). Amma siyasi 
hadis
ələr elə cərəyan etdi ki, ermənilər Qarabağa sahib olmaq iddialarında qaldılar, 
az
ərbaycanlılar  isə  İrəvanı  güzəştə  getmək qərarlarından  imtina  edə  bilmədilər. 
Az
ərbaycan tarixçisi T.Köçərli bu qərarla  bağlı  tarixi  aspektdə  bir suala cavab 
axtarır:  “Azərbaycan  Milli Şurası  İrəvanı  Ermənistana verməmək  haqqında  qərar 
q
əbul edə bilərdimi? - Şübhəsiz. Lakin bununla Azərbaycan  İrəvanı əldə saxlaya 
bil
ərdimi?  -  Birmənalı  cavab  yoxdur”  (43,  s.309).  Bu  tarixi sual və  cavabı 
N.N
ərimanovun Zəngəzurla  bağlı  mövqeyinə  də  aid etmək olar. Onu da qeyd 
etm
ək  lazımdır  ki,  1920-ci  ilin  axırında  Zəngəzurda erməni  əhalisi çoxluq təşkil 
edirdi (163, v.22). Az
ərbaycan Xalq Cümhuriyyəti  başçılarının  qərarı  ilə 
Aleksandro
pol  quberniyası  ərazilərinin bir qisminin də  Ermənistana verilməsinə 
etiraz  olmadı.  Batum  konfransının  nəticəsi  kimi  üç  respublika  arasında  müqavilə 
imzalandı,  Ararat  (Ermənistan)  Respublikasının  ərazisi təxminən 10 min kv.km 

əyyənləşdirildi.  Lakin  ermənilər bununla kifayətlənməyərək yeni-yeni iddialar 
ir
əli sürməyə  başladılar.  1918-ci ildə  AXC hökumətinin qərarı  ilə  İrəvan və 
Aleksandropol  hesabına  ərazilərini qanuniləşdirən ermənilər Azərbaycanda sovet 
hakimiyy
əti qurulanda artıq 25 min kv.km əraziyə malik idi. Bununla yanaşı, qeyd 
etm
ək  lazımdır  ki,  Zaqatala  dairəsinin Milli Komitəsi  əhali  arasında  sorğu 
keçir
ərək Azərbaycana birləşmək  haqqında  nəticəyə  gəlmişdir.  AXC  hökuməti 
1918-ci il iyunun 30-da “Zaqatala dair
əsinin Azərbaycana birləşməsi  haqqında” 
180 №-li qərar qəbul etmişdir (199, v.10). 
Az
ərbaycan hökuməti İrəvan şəhərindən ermənilərin xeyrinə imtina etmişdi. 
Lakin b
əzi xarici dövlətlər  İrəvan və onun ətrafının hələ də Azərbaycana məxsus 
olduğu  fikrində  idilər. 1918-ci  ilin  yayında  bir  ingilis  diplomatının  göndərdiyi 


96 
 
m
əlumata görə, yeni Azərbaycan  Respublikası  üç  quberniyanın  ərazisi  hesabına 
t
əşkil olunurdu: Bakı, Yelizavetpol (Gəncə) və İrəvan (274). 1918-ci il 31 oktyabr 
tarixli “Az
ərbaycana diqqət yetirin” adlı bir məlumatda yazılırdı ki, Azərbaycanın 
t
ələb etdiyi ərazilər “müəmmalı  olsa  da”  o,  Yelizavetpol  (Gəncə),  Bakı  və  ola 
bilsin ki, İrəvan və Dağıstandan ibarət olsun (275). 1919-cu ilin fevral ayında daha 
bir  ingilis  diplomatı  “Azərbaycanda vəziyyət”  adlı  məruzəsində  yazırdı  ki, 
Az
ərbaycanın  tələb etdiyi ərazilər  arasında  Bakı,  Yelizavetpol  (Gəncə), Zaqatala 
v
ə İrəvan adlı məkan vardır (276). 
1918-
ci  ilin  iyul  ayında  “Mərkəz” və  “Qafqaz”  adı  ilə  İstanbulda  birgə 
konfrans keçirilm
əli idi. Mərkəz adı ilə  Almaniya, Avstriya-Macarıstan, Osmanlı 
v
ə  Bolqarıstanın,  Qafqaz  adı  ilə  Gürcüstan, Azərbaycan, Ermənistan,  Dağlılar 
İttifaqının  (bu  ittifaqa  Dağıstan,  İnquşetiya,  Çeçenistan,  Kabarda,  Osetiya  və 
Şimali Qafqazın başqa müsəlman xalqları daxil idilər) nümayəndə heyətləri iştirak 
edirdil
ər. Bu konfransın  müzakirə  ediləcəyi  ən vacib məsələlərdən biri dövlət 
ərazilərinin və  sərhədlərinin dəqiqləşdirilməsi idi. Ermənistanın  təqdim etdiyi 
s
ənəddə ərazi tələbləri ondan ibarət idi ki, Sürməli, Naxçıvan, Ordubad, Axalkələk, 
Eçmi
ədzin, İrəvan qəzası, Borçalı, Qazax, Qarabağ və Zəngəzur onlara verilsin. Az 
sonra erm
ənilər əvvəl istədikləri ərazilərə Türkiyənin Kilikiya vilayətini və İranın 
idar
əsində olan Azərbaycan ərazilərini də əlavə etdilər. AXC nümayəndə heyəti də 
İstanbul konfransına Azərbaycana daxil olan ərazilərin siyahısını təqdim etdi: Bakı 
vilay
əti (şəhər daxil olmaqla), Cavad, Göyçay, Şamaxı, Quba, Lənkəran qəzaları, 
G
əncə vilayəti (Gəncə, Cavanşir, Şəki, Ərəş, Qarabağ, Cəbrayıl, Zəngəzur, Qazax 
q
əzaları),  Yerevan  vilayəti  (Naxçıvan,  Şərur-Dərələyəz, Yeni Bəyazid qəzaları), 
Tiflis vilay
əti (Borçalı, Sıqnağ qəzaları və Tiflis qəzasının bir hissəsi) və Zaqatala 
sancağı (62, 1990, № 3, s.122). 
Bir müdd
ət sonra isə  Azərbaycan hökumətinin  Paris  sülh  konfransına 
t
əqdim etdiyi memorandumda Azərbaycan Respublikasının  ərazisi  aşağıdakı 
şəkildə  təqdim  olundu:  Bakı  quberniyası,  Yelizavetpol  quberniyası,  İrəvan 
quberniyasından  Naxçıvan,  Şərur-Dərələyəz, Sürməli qəzaları,  habelə  Yeni 
B
əyazid, Eçmiədzin,  İrəvan və  Aleksandropol qəzalarının  bir  hissəsi; Tiflis 
quberniyasından Borçalı, Tiflis və Sıqnağ qəzalarının bir hissəsi, Zaqatala qəzası; 
Dağıstan  regionundan  Samur  nahiyəsini  əhatə  edən  ərazinin bir hissəsi, habelə 
D
ərbənd  şəhəri və  onun  ətrafı  da  daxil  olmaqla  Qaytaq-Tabasaran qəzasının  bir 
hiss
əsi (11, s.29). Həmin memoranduma əsasən Azərbaycan  Respublikasının 
ərazisi 94,1 min kv.km müəyyənləşdirilmişdi.  1919-cu ilin iyununda 
Ə.Topçubaşov Paris sülh konfransının sədri, Fransanın baş naziri J.B.Klemansoya 
gönd
ərdiyi notada Azərbaycan  ərazisinin 100 min kv.km  olduğunu  iddia  edirdi. 
Amma Paris sülh konfransı Azərbaycanı müstəqil dövlət kimi tanısa da, onun ərazi 
t
ələblərini təmin etmək  iqtidarında  deyildi  və  ya etmək istəmirdi. Çünki 
erm
ənilərin bu konfransda ərazi  iddialarını  dəstəkləyən çoxlu tərəfdarlar və  b. 
s
əbəblər var idi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə