HəSƏn həSƏnov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə48/82
tarix20.03.2018
ölçüsü2,8 Kb.
#32677
1   ...   44   45   46   47   48   49   50   51   ...   82

97 
 
Erm
ənilər haqqında o dövrün bir gürcü siyasətçisi qısa və konkret deyirdi: 
“N
ə  qədər ki, ermənilər  onları  təmin edən qədər  ərazi  əldə  etməyiblər, bizim 
h
əyatımızı  zəhərləyəcəklər” (215, v.l). Gürcü siyasətçisinin bu fikrini eynilə  hər 
h
ansı  Azərbaycan siyasətçisi də  deyə  bilərdi. Çünki ermənilər Azərbaycan 
ərazisinə göz dikmişdilər. Ə.Topçubaşov İstanbulda Osmanlı dövlətinin baş naziri 
T
ələt Paşa ilə  görüşlərində erməniləri xarakterizə edən mövqeyini belə bildirirdi: 
“Erm
ənilərlə  dil tapmaq çox çətindir,  onların  səmimiyyətinə  biz  inanmırıq, 
dünyada neç
ə  dövlət  varsa,  onların  da  bir  o  qədər  siyasi  orientasiyaları  var, 
İstanbulda  sizə, Berlində  isə  almanlara məhəbbətlərini  açıqlayırlar”  (166,  s.11). 
“Biz erm
ənilərlə dostluğa çalışırıq, amma qorxuram ki, buna nail olmayaq, çünki 
onların iştahası böyükdür, özgələrinin, yəni bizim hesabımıza öz məqsədlərinə nail 
olmaq üçün bizim maraqlarımızı tapdalayaraq bütün paytaxtlarda bizi dövlətçilikdə 
bacarıqsız  və başqa xalqlara qarşı ədalətsiz bir millət kimi qələmə  verirlər” (166, 
s.13-
14).  “İnanmadığın  bir  kəslə  müttəfiq olmaq çox çətindir (166, s.15).  
“Erm
ənilər qəflətən  bolşeviklərə  çevrilə  bilərlər  (166.  s.  17).  “Avropanın  bütün 
paytaxtlarında  ermənilər bizi pisləyirlər” (166, s.18). “Ermənilər Parisdə, 
Londonda,  Vaşinqtonda  faktları  öz  xeyirlərinə  şişirdərək  bağırırlar  və  bununla 
özl
ərinə  marağı  artırırlar”.  Bu  fikirləri  Ə.Topçubaşov  ingilis  polkovniki  Tampla 
söhb
ətində  qeyd edirdi (166, s.68, 86). F.Xoyski bildirirdi ki, 1918-ci ildə  biz 
Bakını azad edərkən “ermənilər özlərini gah bolşevik, gah da ingilis kimi qələmə 
verirdil
ər və onsuz da mürəkkəb vəziyyəti ağırlaşdırırdılar” (166, s.69). Ermənilər 
dünya siyas
ətçilərini inandırmışdılar kı, bütün Cənubi Qafqaz onların əraziləridir. 
H
ətta  Ə.Topçubaşov  ABŞ-ın  İstanbulda  diplomatik  nümayəndəsi ilə  görüşərkən 
özünü “Az
ərbaycandanam” deyə  təqdim etdikdə  Braun deyir: “Deməli, 
erm
ənisiniz” (166, s.86). 
1918-
ci il oktyabrın 14-də Osmanlı dövləti Azərbaycanla Dağıstanın vahid 
bir dövl
ətdə birləşməsi təklifini irəli sürdü. Dağıstanın bəzi siyasətçilərinin də buna 
meyli var idi. Bu fikir onunla 
əsaslandırılırdı ki, Azərbaycan və Dağıstan ayrılıqda 
zamanın imtahanından çıxa bilməzlər. Tiflisdən Fariz bəy Vəkilovun müşayiəti ilə 
Bakıya  gələn ingilis hərbi diplomatı  Q.Uordrop  N.Usubbəyovun  etirafını  nəzərə 
çatdırır:  “Bir  neçə  Dağıstan  xalqının  müraciətinə  baxmayaraq, Azərbaycan bu 
yolda oyun oynadı və heç bir əməli iş görmədi” (282). 
O zamanlar 
ən mübahisəli  ərazilərdən biri də  Batum idi. Hər üç dövlət 
Batuma yiy
ələnmək istəyirdi. Gürcüstanın iddiaları ona əsaslanırdı ki, Batum onun 
tarixi 
ərazisidir. Ermənistanın  iddiaları  ona  əsaslanırdı  ki,  onun  dənizə  çıxışı 
olmalıdır. Azərbaycanın iddiaları isə ona əsaslanırdı ki, o, Avropaya neft ixracını 
Batum vasit
əsilə həyata keçirir. Qeyd edək ki, sonralar N.Nərimanovun bilavasitə 
iştirakı ilə qısa müddətdə neft kəmərinin tikintisi başa çatdırılıb istifadəyə verildi. 
N.N
ərimanovun Azərbaycanın  ərazi  bütövlüyü  uğrunda  mübarizəsi. 
Az
ərbaycanda sovet hakimiyyəti qurulmaq ərəfəsində ərazi problemi nə vəziyyətdə 
idi? Naxçıvan (Şərur-Dərələyəz daxil olmaqla) müharibə vəziyyətində idi, daşnak 


98 
 
Dronun r
əhbərlik  etdiyi  yaraqlılar  tərəfindən nəzarət olunan Zəngəzur və 
Qarabağda vəziyyət çox ağır idi. Onu da qeyd etmək lazımdır ki, Dağlıq Qarabağ 
erm
əniləri təxminən 1919-cu  ilin  mayında  keçirilən  qurultaylarında  özlərini 
“Az
ərbaycanın  tərkibində  müvəqqəti”  sayırdılar  və  Azərbaycan hökumətinə 
imzalamaq üçün “Müv
əqqəti saziş” göndərmişdilər (176, v. 10). 1920-ci il aprelin 
23-29-
da  Dağlıq  Qarabağın  Taqavard  kəndində  qondarma  “Dağlıq  Qarabağın 
əməkçi kəndlilərinin doqquzuncu qurultayı” keçirildi. Qurultay Dağlıq Qarabağın 
Erm
ənistanın ayrılmaz hissəsi olduğu qərarını qəbul etdi. Ermənistan Azərbaycana 
qarşı  öz  ərazi  iddialarından  əl çəkməmişdi.  Bu  ərazilərin üçündə  də  (Naxçıvan, 
Z
əngəzur,  Qarabağ)  müharibə  gedirdi. 1920-ci  ilin  yazında  Qarabağ  cəbhəsində 
v
əziyyət Azərbaycanın  xeyrinə  əsaslı  şəkildə  dəyişsə  də, rəsmən Azərbaycan 
ərazisi  olmasına  baxmayaraq, Zəngəzurda vəziyyət erməni hərbi dəstələrinin 
xeyrin
ə idi. Mənbələr sübut edir ki, AXC-nin hərbi uğurları zamandan asılı olaraq 
d
əyişirdi, xüsusən Zəngəzurda  gah uğurlu, gah da uğursuz olurdu.  Azərbaycanda 
sovet hakimiyy
əti qurulanda Paris sülh konfransına  təqdim olunan ərazilərin 
siyahısının bir çoxu artıq Azərbaycanın nəzarətindən çıxmışdı. İrəvan və Dərbənd 
xanlıqlarının  əraziləri,  Borçalı  və  i.a. azərbaycanlıların  nəzarətindən kənar qalan 
ərazilər idi. 
Sovet  Rusiyasının  hələ  1918-ci  il  Bakı  Kommunası  yaradılan  zamandan 
m
əqsədi  bu  idi  ki,  Bakını  və  hətta  keçmiş  Bakı  quberniyasının  bütün  ərazisini 
Az
ərbaycandan  ayırsın.  1918-ci  il  mart  qırğınının  əsas məqsədi də  Bakının  milli 
simasını dəyişmək və buranı müsəlman əhalisindən azad etmək idi. S.Şaumyan bu 
m
əqsədlərini gizlətmirdi və dəfələrlə  çıxışlarında,  məktublarında da qeyd etmişdi 
(140, c.2, s.246). N.N
ərimanovun  V.Lenin  qarşısında  qoyduğu  məsələlərin 
arasında ən ümdələrindən biri Bakının Azərbaycandan ayrılmayaraq paytaxt kimi 
tanınması  idi  (329, v. 158). V.Lenin N.Nərimanovun bu tələbinə  razılıq  verir. 
1920-ci il aprelin 23-d
ə, xüsusi olaraq bu problem haqqında Leninin göstərişi ilə
 
Qafqaz  ordusunun  komandanı  Tuxaçevski  və  Hərbi  İnqilabi  Şuranın  üzvü 
Orconikidze Rostovdan ordu komandanı  Levandovskiyə
 
v
ə Xəzər hərbi donanma 
komandanı Raskolnikova teleqram göndərirlər. Teleqramda deyilirdi ki, “490 №-li 
direktiv
ə  əlavə  və  dəyişiklik  edərək  əmr edirəm: XI ordunun son məqsədi  Bakı 
quberniyası deyil, bütün Azərbaycanı ələ keçirməkdir” (242, v.146). Bu teleqram o 
dem
ək  deyil  ki,  sovet  Rusiyası  Bakını  ələ  keçirərək Azərbaycanın  geridə  qalan 
hiss
əsi ilə işi olmayacaydı. Bir tarixi fakta diqqəti cəlb etməliyəm. 12 fevral 1920-
ci ild
ə  AK(b)P-nin təsis  qurultayında  faktiki  olaraq  iki  struktur  yarandı. 
“Hümm
ət”,  “Ədalət”, Azərbaycanda fəaliyyətdə  olan “Rusiya Kommunist 
Partiyası”  ləğv  olundu  və  onlar Azərbaycan  Kommunist  Partiyası  adı  altında 
birl
əşdilər. Bunlara rəhbərlik etmək üçün AK(b)P Mərkəzi Komitəsi  yarandı. 
Bununla  yanaşı,  “Hümmət”,  “Ədalət”, Azərbaycanda fəaliyyətdə  olan “Rusiya 
Kommunist  Partiyası”nın  Bakı  təşkilatları  və  Bakı  Komitələri nə  Azərbaycan 
Kommunist Partiyasının tərkib hissəsi oldular, nə də AK(b)P Mərkəzi Komitəsinin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə