HəSƏn həSƏnov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə56/82
tarix20.03.2018
ölçüsü2,8 Kb.
#32677
1   ...   52   53   54   55   56   57   58   59   ...   82

113 
 
dövl
ət  kimi  tanınması,  bu  dövlətin  paytaxtının  Bakı  olması  təşkil  edirdi.  Hətta 
N
ərimanovla soyuq münasibətdə olan Çiçerin 1920-ci ilin aprelindən bir ay qabaq 
Lenin
ə yazırdı ki, “Nərimanovun təklif etdiyi yol ilə getmək lazımdır” (244, v.65). 
Bu h
əm də  ondan irəli gəlirdi ki, 1920-ci il aprel hadisələri  ərəfəsində  xalq 
N.N
ərimanova “Sizin təcili gəlişinizi zəruri sayırıq”, “Xalq sizin ardınızca gedir” 
müraci
ətləri ilə səslənirdi. AXC hərbçisi Əsgərov-Kəngərlinskinin dediyinə görə, 
başqalarına nisbətən N.Nərimanov “daha çox nüfuz və hörmətə  malik olmuşdur” 
(96, 1990, № 3, s.80). 
Yeni münasib
ətlər sistemində  N.Nərimanov Azərbaycanı  Rusiyaya  tabe 
olmayan,  onunla  yalnız  müttəfiq olan müstəqil bir dövlət kimi görürdü. 
N.N
ərimanov hələ  AXC dövründə  bu mövqeyində  dururdu. O, Azərbaycan 
Kommunist  Partiyasının  rəhbərliyinə  daxil  olmadığı  bir  vaxtda  milliyyətcə 
az
ərbaycanlı  olan  kommunistlər belə  bir qərar qəbul  etmişdilər: “Moskvaya 
bildirm
ək  lazımdır  ki,  AK(b)P  MK  Azərbaycan  Respublikasının  müstəqilliyini 
r
əsmən tanımağı lazımsız və səmərəsiz sayır” (152, s.418). N.Nərimanov AXC-nin 
r
əhbərliyi ilə  ayrı-ayrı  ideoloji  cəbhədə  olsa da, Azərbaycanın  müstəqilliyi 
m
əsələsində iki tərəfin fikirləri üst-üstə düşmüşdü. 1920-ci il fevralın 9-da Çiçerin 
Lenin
ə  AXC-nin müstəqilliyini  tanımaqla  əlaqədar  yazırdı:  “Nərimanov...  artıq 
h
əmin nöqteyi-nəzəri müdafiə  edir” (36, s.21). Azərbaycanda sovet hakimiyyəti 
qurulandan sonra S.Orconikidze t
ərəfindən yenə  də  Azərbaycanın  Rusiya 
t
ərkibində  muxtariyyət olaraq  qəbul  olunması  məsələsi  qaldırıldıqda,  yenə  də 
milliyy
ətcə  azərbaycanlı  və  Azərbaycana rəhbərlik  iddiasında  olan 
kommunistl
ərdən  Ə.Qarayev,  M.Hüseynov  və  başqaları  Azərbaycanı  Rusiya 
t
ərkibində  muxtariyyət bir qurum kimi görürdülərsə, N.Nərimanov Azərbaycanı 
sovet  Rusiyasının  müttəfiqi kimi görürdü və  onun müstəqil bir respublika olaraq 
qalmağını təkid edib, bu statusu qorudu. Belə olan halda sual olunur ki, o zamanlar 
Leninin, Stalinin qarşısında şərtlər qoya bilən, öz şərtlərini müdafiə edə bilən və 
onla
rı qəbul etdirən ikinci bir Azərbaycanlı siyasətçi var idimi? 
N.N
ərimanovun “Azərbaycanın  xoşbəxtliyi Rusiya ilə  bağlıdır”  fikrinə 
aydınlıq  gətirmək  lazımdır.  O  dövrdə  sosialist  sisteminin  uğuru  haqqında  çox 
yayılmış  və  haqlı  olan  fikir  var  idi,  o  da  ondan  ibarət  idi  ki,  sosializm  ayrıca 
götürülmüş  bir  dövlətdə  uğur  qazana  bilməz. Bu səbəbdən kommunistlərin ali 
m
əqsədləri  “Ümumdünya  inqilabı”  olmuşdur.  Hətta Rusiyada kommunistlər 
hakimiyy
ətə  gələndən sonra da bu mübahisə  uzun müddət davam edirdi. 
“Ümumdünya 
inqilabı”nın baş tutmadığını görən Lenin belə bir fikir irəli sürdü ki, 
h
əqiqətən də  bu elədir,  lakin  ayrıca  götürülmüş  Rusiya  kimi  dövlətdə  sosializm 
q
ələbə  çala bilər. Bütün dünya Rusiyada sosializm cəmiyyətinin  qurulmasının 
əleyhinə qalxmışdır. Etiraf etməliyik ki, N.Nərimanov Azərbaycanın xoşbəxtliyini 
ilk 
əvvəl sosializm sistemində  görürdü.  Sovet  Rusiyası  ilə  dostluğunda  əsas 
m
əqsədi məhz sosializmin qələbəsi naminə idi. N.Nərimanov yaxşı bilirdi ki, sovet 
Rusiyasının yardımı olmasa, Azərbaycanda sosializm qələbə çala bilməzdi. 


114 
 
N.N
ərimanovun    sovet    Rusiyası    hakimiyyətindən,    bolşevik  idarə-
üsulundan ehtiyatlanmağa da əsası var idi. Çünki 1918-ci ilin mart-aprel aylarında 
bolşeviklərə rəhbərlik edən Şaumyan daşnaklarla birləşərək artıq bir dəfə Bakıda 
öz hakimiyy
ətlərinin iyrənc mahiyyətini göstərmişdilər. Ona görə  də 
N.N
ərimanovun  Lenin  qarşısında  qoyduğu  şərtlər daha sərt  olmuşdur.  1918-ci il 
hadis
ələri nəticəsində Bakı fəhlələri Şaumyanın əsl mənada fəhlə sinfinə, proletar 
h
əmrəyliyinə  və  xalqlar dostluğuna  sadiq  bir  adam  olmadığını  bilirdilər. Hətta 
ingilis diplomatı Q.Uordrop 1919-cu ilin oktyabrında Bakıdan göndərdiyi xəbərdə 
Şaumyanın  yerli  azərbaycanlılar  tərəfindən  “yalançı  bolşevik”  kimi 
qiym
ətləndirildiyini bildirirdi (282). Stalin 1918-ci il qırğınının və o zaman Bakıda 
erm
əni məsələsində  bolşeviklərin  buraxdığı  səhvlərin  əsl səbəbkarının  Şaumyan 
olduğunu  deyirdi  (58,  s.27).  N.Nərimanov  bunu  yaxşı  bilirdi.  O,  özü  də  Leninə 
yazdığı  məktublarda belə bir fikri xüsusi  vurğulayırdı ki, “Şaumyan heç də Bakı 
f
əhlələrinin rəhbəri deyildi” (318, v.1) və “daşnaklar Cənubi Qafqaz müsəlmanları 
il
ə bolşevizm ideologiyası arasında bir uçurum yaratmışdılar. Şaumyanın buraxdığı 
s
əhvlər hədsizdir” (280, v.42). 
Sovet  Rusiyası  Cənubi Qafqaz dövlətlərinin müstəqilliyini  tanısa  da  bu 
ölk
ələrin, demək olar ki, bütün işlərinə müdaxilə edir və hətta milli respublikaların 
maraqlarını  tapdamaq  yolu  ilə  gedirdi. N.Nərimanov  bu  iddiaların  çoxuna  qarşı 
barışmaz  mövqe  tuturdu.  Bu  mübarizə  bir neçə  istiqamətdə  getmişdir: 
Az
ərbaycanın ərazi bütövlüyünün qorunması; Azərbaycanın, xüsusən Bakının ifrat 
beyn
əlmiləlləşməsinin qarşısının alınması; Mərkəzlə Azərbaycan arasında siyasi və 
iqtisadi  hüquqların  bölgüsü;  qarşılıqlı  etimad  problemləri və  i.a. Stalinə  yazdığı 
m
əktubdan aydın olur ki, N.Nərimanov “ucqarların” mərkəzə müqavimətinə haqq 
qazandırmış,  mərkəzin  kadrlarının  hazırlıqsız  olduqlarını  vurğulamış,  mərkəzin 
əməkdaşlarının  qeyri-obyektivliyindən,  işlə  deyil,  xəbərçiliklə  məşğul 
olduqlarından,  yerli  işçilərlə  mərkəzdəkilər  arasında  mübarizə  və  qeyri-normal 
qarşılıqlı  münasibətlər  yarandığından,  yerlərdə  mərkəzin  cahanşümul  istilaçı 
siyas
ətini pisləmişdir.  N.Nərimanov Mərkəzin ona etibar etmədiyini  bildirmişdir. 
Bir çox m
əsələlərdən söz açanda N.Nərimanov sadəcə qeyd etmişdir ki, bu və ya 
başqa  məsələdən Mərkəz  baş  aça  bilmir,  səhvləri nəticəsində  təmizliyini və 
q
ərəzsizliyini itirir. Mərkəzin siyasətində  olan səhvləri konkret olaraq bir-bir 
sadalayan N.N
ərimanov  xoşagəlməz bir hadisənin  –  “xalqlar  arasında  bərabərlik 
fikrinin 
əməldə  yox, sözdə  mövcudluğunun”  velikoruslara  xüsusi  imtiyazların 
verilm
əsi haqqında danışmağa bir daha əsas verdiyini yazmışdır (316, s.419).  
M
ərkəzin göstərişlərinə  zidd olaraq Nərimanov Azərbaycanda qarətin 
qarşısını  almış  (30,  27  dekabr  1920;  210,  v. 100a) və  günahsız  insanların  qətlə 
yetirilm
əsi səngimişdir.  N.Nərimanov Azərbaycanda yerləşən  Rusiya  orqanlarını 
maliyy
ələşdirməkdən  imtina  etmişdir  (207,  v.1).  O,  1922-ci ilin aprelində 
Moskvaya Siyasi Büroya gönd
ərdiyi məktubda tələb  etmişdir  ki,  Azərbaycanın 
nümay
əndəsinin bilavasitə  iştirakı  olmadan  Mərkəzdə  Azərbaycana aid heç bir 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə