HəSƏn həSƏnov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə52/82
tarix20.03.2018
ölçüsü2,8 Kb.
#32677
1   ...   48   49   50   51   52   53   54   55   ...   82

105 
 
Ümumaz
ərbaycan sovetlər qurultayında Naxçıvanla bağlı xüsusi vurğulamışdır ki, 
sovet Rusiyası ilə  Türkiyə arasındakı  müqaviləyə  əsasən Naxçıvan  Azərbaycanın 
protektoratlığı  altında  bir  respublika  kimi  tanınacaq  və  Azərbaycan nümayəndə 
hey
əti bu  işdə  var qüvvəsi ilə  çalışacaqdır  (286,  t.2,  s.500).  Müqavilədən sonra 
Türkiy
ə  Ukrayna ilə  də  saziş  bağladı. Bu tərəfdən sərhədlərini qanuniləşdirən və 
möhk
əmləndirən Türkiyə  silahlı  qüvvələrini  başqa  sərhədlərinə  yönəldərək  uğur 
qazandı.  Türkiyə-Rusiya  və  başqa  sovet  respublikaları  ilə  dostluq və  əməkdaşlıq 
sazişlərinin  əldə  olunmasında  N.Nərimanovun rolu gözə  çarpacaq dərəcədə 
olmuşdur.  Bu  müqavilələrin  imzalanması  və  təsdiqindən sonra Rusiya Cənubi 
Qafqazda öz mövqel
ərini möhkəmləndirdi və  üç respublikanı  vahid  ittifaq 
dövl
ətində birləşdirmək üçün addımlar atdı. 
Bölg
ənin  işinə  müdaxilə  edən ölkələrin və  erməni siyasətçilərinin 
Z
əngəzura  xüsusi  marağı  gözə  çarpır.  1919-cu  il  mayın  19-da  Bakıda  yerləşən 
mütt
əfiq  qoşunlarının  komandanı  general  Şatevord  Azərbaycan hökumətini 
x
əbərdar edirdi ki, “Zəngəzurda Azərbaycan idarəçiliyi təşkil  olunmayacaq”  və 
“Z
əngəzurun  işlərinə  hər  hansı  müdaxilə  yolverilməzdir” (145, s.235). Erməni 
t
ədqiqatçısı  Qrant  Avetisyan  belə  qeyd edir ki, 1919-cu  ilin  dekabrında  erməni 
hökum
əti Azərbaycanla  danışıqlar  aparmağın  aşağıdakı  şərtlərini irəli  sürmüşdü: 
Şərur-Naxçıvan  yolu  açılsın,  Azərbaycan Zəngəzura  olan  iddialarından  imtina 
etsin, erm
ənilər Azərbaycan  ərazisində  azərbaycanlılarla  eyni  hüquqlara  malik 
olsun (390). H
əmin  şərtlərin Ermənistanın  baş  naziri  Aleksandr  Xatisyan 
t
ərəfindən F.Xoyskiyə teleqram şəklində göndərildiyini də müəllif qeyd edir (390). 
1920-
ci  ilin  yanvarından  aprelinə  qədərki dövrdə  daxil olan sənədlərdə 
s
əslənən  əsas  narahatlıq  Zəngəzur və  Qarabağ  cəbhələrinin ermənilər tərəfindən 
birl
əşdirilməsi  idi.  Bununla  yanaşı,  qeyd  etmək  lazımdır  ki,  Azərbaycan ordusu 
Türkiy
ə  ordusu ilə  birlikdə  Zəngəzurda hərbi  əməliyyatlar  aparmağa  məcbur 
olmuşdu  və  bu yerləri nəzarəti  altına  almaqda  idi.  Lakin  Azərbaycan-Türkiyə 
bir
liyi, bir sıra dövlətlər tərəfindən ərazi problemindən daha çox siyasi addım kimi 
qiym
ətləndirilirdi, çünki Qərb ölkələri Azərbaycanın  Türkiyə  ilə  birbaşa 
əlaqəsindən narahat olaraq bunu yolverilməz sayırdılar. Ona  görə ki, bu vəziyyət 
regionda türkçülüyün  gücl
ənməsinə  gətirə  bilərdi.  Narahatlıq  ingilis  hərbi 
diplomatı polkovnik Rxeinin məlumatından da aydın olur. Rxei yazırdı ki, bu hərbi 
yürüşün, Azərbaycan-Türkiyə hərbi birliyinin əsas məqsədi “Azərbaycanı Türkiyə 
il
ə  birləşdirməkdir” və  bu dəhlizlə  Azərbaycana silah və  sursat göndərməkdir. 
Əgər  biz  vaxtında  müdaxilə  etməsək, Türkiyə-Azərbaycan birləşmiş  ordusu 
Z
əngəzuru ala bilər və  ermənilər məğlub  ola  bilər (281). Rxei N.Usubbəyovla 
Erm
ənistan  baş  naziri  Xatisyanın  görüşünə  nail oldu. Həmin  görüşdə 
Az
ərbaycandan tələb olunurdu ki, Zəngəzurda hərbi  əməliyyat  dayandırılsın, 
oradan  ordu  çıxarılsın  və  yollar  açılsın.  Buna  cavab  olaraq  N.Usubbəyov yurd-
yuvasından  didərgin  salınanların  öz  yuvalarına  qayıtmasının  təmin  olunmasını 
t
ələb etdi. Xatisyan bu didərginlərin bir il, il yarım əvvəl Zəngəzuru tərk etdiklərini 


106 
 
v
ə  onların  geri  dönüb  yaşaması  üçün  şəraitin  olmadığını  bəhanə  gətirsə  də, 
N.Usubb
əyov  bununla  razılaşmadı.  Beləliklə,  danışıqlar  Azərbaycanın  xeyrinə 
n
əticələnmədi. 
Amma Az
ərbaycan və  Türkiyə  ordularının  birgə  uğurlu  hərəkatı 
dayandırıldı.  1920-ci il aprelin 27-də  general Səlimov  Şuşadan  Bakıya  belə  bir 
m
əzmunlu teleqram göndərdi: “Bilmirəm, Zəngəzura hərəkəti davam etdirimmi” 
(146, s.578). H
əmin  gün  Bakıda  Parlamentin  iclasında  əsas məruzəçi olan 
M
.H.Hacınski Zəngəzurun taleyinin daxili qüvvələr hesabına həlli qarşısında aciz 
olduqlarını  bildirir  (147,  s.535).  Bu  məlumatlardan iki nəticəyə  gəlmək olar. 
Birincisi, o zaman Z
əngəzurun böyük hissəsi erməni  silahlı  dəstələrinin 
n
əzarətində idi. İkincisi, Azərbaycan ordusunun Zəngəzuru azad etmək gücünə nə 
d
ərəcədə  hazır  olduğu  sualı  hökumət  başçıları  və  ordu  generalları  qarşısında  da 
dururdu. T.Köç
ərli bu məsələyə  münasibət bildirərkən belə  bir nəticəyə  gəlir ki
“Z
əngəzurda erməni  silahlı  bandalarını  darmadağın  etmək  işi  yarımçıq  qalmışdı” 
(43, s.346). R
əsmi sənədlərdə  də  qeyd olunurdu ki, “Zəngəzur Ararat (erməni) 
qoşunları tərəfindən dağıdılmışdır” (233, v. 13). 
Türkiy
ənin “Cümhuriyyət  arxivi”nin  930  №-li fondunda Zəngəzur 
mövzusuna aid 1918-ci ilin avqustundan 1920-ci ilin aprelin
ə qədərki dövrü əhatə 
ed
ən 50-dən çox sənəd saxlanılır. Bu sənədlərlə tanış olaraq Zəngəzurun siyasi və 
h
ərbi durumu haqda nəticəyə  gəlmək  olar.  İlkin  sənəddən  aydın  olur  ki,  1918-ci 
ilin avqustunda Andronikin d
əstələri Zəngəzur  əyalətinin bir qismini ələ 
keçirmişdir.  1919-cu  ilin  yanvarından  başlayaraq  ermənilər tərəfdən Zəngəzurun 
müs
əlman kəndləri yerlə-yeksan edilir, kəndlərin əhalisinin bir qismi məhv edilir, 
qalan hiss
əsi isə  qovulurdu. Məktublarda ermənilər tərəfindən vaxtaşırı  dağılan 
k
əndlərin sayı göstərilir: 30 kənd (yanvar 1919), 110 kənd (oktyabr 1919), 20 kənd 
(dekabr 1919), 26 k
ənd (dekabr 1919), 26 kənd (yanvar 1920), 40 kənd (yanvar 
1920). 19 yanvar 1920-ci ild
ən başlayaraq  və xüsusən 31 dekabr 1919-cu ildən 5 
fevral 1920-ci il
ə  qədər bəzi məktublarda  dağıdılan  kəndlərin  adları  sadalanır: 
Oqupir,  Davidan,  Atkız,  Şabadan,  Apişu,  Kuşuçilər,  Kazıkurdalı,  Koğçinək 
bölg
əsi,  Xanbulaq  otlağı.  3  dekabr  1919-cu ildə  Zəngəzurda məsciddə  toplanan 
900  kişinin,  400  qadın  və  uşağın  ermənilər tərəfindən dinamitlə  partladılması 
haqda x
əbər verilir. Həmin dövrdə insan və kənd itkiləri o qədər idi ki, bəzən məhv 
edil
ən kəndlərin, mətnsiz, sadəcə  siyahısı  göstərilmişdir.  Zəngəzur Azərbaycan 
torpağı  olsa  da,  oranın  böyük  bir  hissəsi 1919-cu ildə  artıq  ermənilər tərəfindən 
idar
ə olunurdu və azərbaycanlılar yaşayan bir çox kəndlər dağıdılmışdı (277). 
Z
əngəzuru Azərbaycandan ayırmaq dünya siyasətinin gizli oyunun nəticəsi 
v
ə dünya geosiyasətinin maraqlarının təcəssümü idi. Tarixən Avrasiyada mövcud 
olan “vahid türk x
ətti”nin dünya xəritəsində  bir neçə  sahədə  sınması,  türk 
xalqlarının  bir-birindən təcrid  olunması  dünya  və  xüsusən erməni və  rus 
siyas
ətçilərinin ümdə  maraqları  idi.  Sibir  türklərini məcburi assimilyasiyaya 
uğradaraq  Yaqut  və  Altay türklərini təcrid etmək, Orenburq vilayətini 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə