HəSƏn həSƏnov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə54/82
tarix20.03.2018
ölçüsü2,8 Kb.
#32677
1   ...   50   51   52   53   54   55   56   57   ...   82

109 
 
Erm
ənistanın  ayrılmaz  hissəsi elan edir”. Buna cavab olaraq Ermənistan  Dağlıq 
Qarabağı  Azərbaycanın  ayrılmaz  hissəsi elan etdi (287, s.53-56).  Qarabağ 
probleminin h
əllində  N.Nərimanovun  mövqeyi,  ardıcıl  fəaliyyəti və  nəticəsi 
müsb
ət  olmuşdur.  O,  RK(b)P  MK  Qafqaz  Bürosunun  Dağlıq  Qarabağı 
Erm
ənistana vermək qərarını bir gecənin içində dəyişdirtmişdir. 
Az
ərbaycan  Respublikasını  müstəqil dövlət  olaraq  tanımaq  istəməyən 
bolşeviklər sovet hakimiyyəti qurulandan bir neçə gün sonra, 1920-ci il mayın 7-də 
menşeviklərin idarə etdikləri müstəqil Gürcüstanı bir dövlət kimi tanıyaraq onunla 
saziş bağladı (135, s.27-31). Sazişdən aydın olur ki, Gürcüstan Zaqatala qəzasına 
olan  iddialarını  hələ  də  qüvvədə  saxlayırdı.  Sazişdə  nəzərdə  tutulurdu ki, bu 
ərazinin statusuna yenidən  baxılacaqdır.  Azərbaycan tərəfi də  bu qeydlə 
razılaşmışdı  (135,  s.27-31).  Bu  razılıq  N.Nərimanovdan  alınmamışdı,  çünki  o, 
Bakıya  ancaq  mayın  16-da gəlmişdi.  Sovetləşmə  baş  verəndən sonra 
N.N
ərimanovun səyi nəticəsində  Gürcüstan  Zaqatalanı  və  “Poylu körpüsündən 
şimal-şərqə  tərəf olan ərazidən imtina edərək, bu əraziləri Azərbaycanın  ərazisi 
elan etdi” (287, s.53-56). 
Milli  respublikaların  ərazilərində  muxtar  qurumların  yaranması  da  ərazi 
bütövlüyün
ə  xələl gətirirdi. Gürcüstanda yaranmaqda olan muxtariyyətlərə  qarşı 
çıxış  edirdilər. Azərbaycandan fərqli olaraq orada bu istiqamətdə  fəaliyyət 
göst
ərənlərin  sayı  məhdud  deyil,  geniş  idi.  Gürcüstanda  muxtariyyətlərin 
yaranması  Gürcüstan  KP  MK-da və  İnqilab  Şurasında  müzakirə  ediləndə 
Gürcüstan Komm
unist  Partiyası  Mərkəzi Komitəsinin və  İnqilab  komitəsinin 
r
əhbərləri B.Mdivani, S.Kavtaradze, M.Okucava, K.Tsintsadze və başqalarının səyi 
il
ə  səs  çoxluğu  ilə  qərar qəbul  olunmadı.  Muxtariyyətlərin  paytaxtını 

əyyənləşdirəndə  də  rəhbərlik Sxinvalinin Cənubi  Osetiyanın,  Batumun  isə 
Acarıstanın paytaxtı olmasına etiraz etdilər. Amma bütün bu səylərə baxmayaraq, 
muxtariyy
ətlər də, nəzərdə tutulan paytaxtlar da Moskvanın təkidi ilə həyata vəsiqə 
aldı. 
Zaqafqaziya federasiyasının və SSRİ-nin yarandığı zaman N.Nərimanov və 
gürcü milli t
əmayülçüləri bir çox məsələlərdə  vahid cəbhədən  çıxış  edirdilər. Bu 
fikir ümumiliyi C
ənubi  Qafqaz  respublikalarının  dəmiryollarının  və  xarici 
banklarının  birləşməsi, müttəfiq  respublikalar  arasında  mövcud  olan  gömrük 
sisteminin l
əğvinə qarşı çıxmaqda özünü daha aydın büruzə verirdi. Bu məsələlərə 
münasib
ətdə N.Nərimanov etiraz səsini ucaldaraq və xüsusi mövqeyini bildirərək 
açıq-aydın  elan  edirdi  ki,  istənilən vəziyyətdə  respublika öz müstəqilliyini siyasi 
sah
ədə tam şəkildə qoruyub saxlamalıdır.  Hərbi komissarlıqların fəaliyyətində  və 
xarici ticari 
əlaqələrdə də müstəqillik qalmalıdır (322, v.1-4). Lenin Cənubi Qafqaz 
federasiyasının yaradılmasını tələsik addım saydığı halda, Stalin bu federasiyanın 
qurulmasını reallaşdırdı. Qeyd etmək lazımdır ki, 1922-ci ilin fevral ayında Şimali 
Qafqaz h
ərbi dairəsinin  xüsusi  şöbəsi Azərbaycan  MİK-dən Berlində  oxuyan 
az
ərbaycanlı  tələbə  Məmmədova göndərilən məktubu kəşfiyyat  yolu  ilə  əldə 


110 
 
etmişdi. Məktubda deyilirdi ki, “N.Nərimanov  federasiyanın  yaranmasına  etiraz 
etdi, amma buna baxmayaraq federasiya yarandı. N.Nərimanovu fəaliyyətinə görə 
el
ə “millətçi” deyərək qaralayırlar. Bizdə dövlət naminə çalışan  müsəlmanlar yox 
d
ərəcəsindədir” (280, v. 12). N.Nərimanov sonralar Zaqfederasiya hökumətinin 
başçısı seçilərək, milli respublikaların hüquqlarına hörmətlə yanaşırdı. 
SSRİ  yaradılarkən Ukrayna yaranan qurumun sadəcə  ittifaq 
adlandırılmasını,  Stalin  isə  yeni qurumun dövlət  adlandırılmasını  təkid etdi. 
Ukrayna yeni qurumun m
ərkəzi  orqanlarının  formal  xarakterli  olması,  Stalin  isə 
onların  canlı  orqanizm  olması  təkliflərini irəli sürdü. O zamanlar hətta 
quberniyaların bərpası haqqında da fikirlər var idi (121). Azərbaycan, Gürcüstan və 
Ukrayna r
əhbərlərinin birgə  səyi nəticəsində  Lenin yeni dövlətin yaradılma 
şərtlərinə bir neçə əlavə etdi. Onlardan biri bu dövlətin əslində Rusiya federasiyası 
mahiyy
ətində  deyil,  “eyni  hüquqlu  respublikaların  ittifaqı”  və  hər ittifaqa daxil 
olan dövl
ətin  “suveren  respublika”  olduğu  və  istədiyi  zaman  ittifaqdan  çıxmaq 
hüq
uqunun olması idi. Birgə səylərin nəticəsi bununla kifayətləndi. 
Bel
əliklə, Cənubi Qafqazda sərhəd məsələlərinin  ətrafında  ziddiyyətlər 
Rusiya  imperiyasının  Cənubi Qafqazda demoqrafik xəritəni dəyişdirmək siyasəti 
il
ə  yaranmış,  1917-ci  il  Fevral  inqilabından sonra bir çox hallarda erməni 
siyas
ətçilərinin təşəbbüsü ilə gündəliyə çıxmış (105), Oktyabr çevrilişindən sonra 
inkişaf etmiş, Cənubi Qafqazda müstəqil dövlətlər yaradılarkən şiddətlənərək qanlı 
qarşıdurma  şəklini  almış,  dünyanın  aparıcı  dövlətləri bu işdə  çox vaxt obyektiv 
mövqe tutmamış, qeyri ardıcıl siyasət aparmış, Cənubi Qafqazda sovet hakimiyyəti 
qurulandan sonra bu mübariz
ə sovet Rusiyasının iştirakı ilə davam etmiş və onların 
maraqları nəzərə alınaraq, nəhayət, beynəlxalq sazişlərlə rəsmiləşmişdir. Beləliklə, 
Az
ərbaycanın  ərazi  bütövlüyü  uğrunda  mübarizə  və  onun nəticələri  ayrı-ayrı 
dövrl
ər və hökumətlərin məsuliyyəti ilə yanaşı, Rusiya istilası dövrü və 1917-ci ilin 
fevralından 1923-cü ilin iyuluna qədərki dövrü tam şəkildə əhatə edərək hərtərəfli 
qiym
ətləndirilməlidir. 
Az
ərbaycanda sovet hakimiyyətinin  qurulması  ərəfəsində  Naxçıvan, 
Qarabağ,  Zəngəzur və  Zaqatalanın  sovet  Rusiyası  tərəfindən Azərbaycan  ərazisi 
olduğu  dəfələrlə  etiraf edilsə  də  Gürcüstanın  sovetləşmə  növbəsi çatanda Rusiya 
artıq Zaqatalanın gürcülərin xeyrinə mübahisəli olduğu haqda saziş imzaladı (135, 
t.4, s.27-31). Erm
ənistanda sovet hakimiyyəti qurulmaq ərəfəsində  onlara verilən 
v
əd,  qurulduğu  gün  -  dekabrın  1-də  yerinə  yetirildi. Ermənistan  Naxçıvanı, 
Z
əngəzuru,  Qarabağı  onlara vermək  haqqında  Azərbaycanın  bəyanatına  nail 
oldular. 1920-
ci il dekabrın 2-də Rusiya ilə artıq sovetləşmiş Ermənistan arasında 
imzalanan sazişdə Zəngəzur Ermənistan ərazisi kimi göstərilmişdirsə də, Naxçıvan 
v
ə  Qarabağ  haqqında  heç  bir  qeyd  olmamışdır.  Azərbaycanda sovet hakimiyyəti 
qurulark
ən Azərbaycan tərəfindən  artıq  İrəvan  xanlığının  əraziləri rəsmi olaraq 
erm
ənilərə  verilmiş,  Borçalı  və  Dərbənd problemi gündəlikdən  çıxmış,  Zaqatala 
Rusiya-Gürcüstan müqavil
əsi ilə  mübahisəli  ərazi kimi müəyyənləşdirilmiş, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə