HəSƏn həSƏnov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə53/82
tarix20.03.2018
ölçüsü2,8 Kb.
#32677
1   ...   49   50   51   52   53   54   55   56   ...   82

107 
 
Qazaxıstandan  ayırmaqla  və  Həştərxan türklərini məcburi assimilyasiyaya 
uğratmaqla bir tərəfdən Başqırdıstanı, Tatarıstanı  və çuvaşları, o biri tərəfdən isə 
Orta Asiya türkl
ərini  türk  dünyasından  təcrid etmək,  tatarları  Krımdan,  türkdilli 
qaraçayları  və  balkarları  Qafqazdan  sürgün  edərək,  Krımı  və  Qafqazı 
türksüzl
əşdirmək və  Azərbaycanı  şimal  türklərindən, Zəngəzuru  ayırmaqla 
Az
ərbaycanı  Türkiyə  dövlətindən təcrid etmək məqsədindən irəli gəlirdi. Bunlar 
möht
əşəm Avrasiya “vahid türk xətti”nin zəncirvari sınmasının təzahürləridir. 
Bel
ə  bir  sual  yaranır:  Əgər N.Nərimanov  bu  şəraitdə  vəzifəsindən istefa 
vers
əydi, yaxud ümumiyyətlə, bu vəzifədə N.Nərimanov deyil, o dövrün başqa bir 
az
ərbaycanlı  siyasətçisi olsaydı,  Azərbaycan dövləti  Naxçıvanı  və  Qarabağı 
Az
ərbaycan  torpağı  kimi  saxlaya  bilərdimi? N.Nərimanov kimi milli təmayüllü 
kommunistl
ər  bir  növ  bolşevik  siyasətinin qəddarlığına  qarşı  xalqlarının 
maraqlarını  qorumaqda  zərbələri özlərinə  olan sipər kimi dururdular.  Axı, 
Gürcüstanda Mdivani, Okucava kimi milli t
əmayüllü kommunistlər vəzifələrindən 
k
ənarlaşdırıldıqdan  sonra  yerinə  Lavrenti Beriya gəldi. Azərbaycanda isə 
N.N
ərimanov hakimiyyətdən  uzaqlaşdırılmaqla  Levon  Mirzoyanın  hakimiyyətə 
g
əlməsi üçün zəmin yaradıldı.  Qazaxıstanda  milli  təmayüllü kommunist Saken 
Seyfullin Xalq Komissarları Sovetinin sədri vəzifəsindən uzaqlaşdırıldıqdan sonra, 
Qazaxıstana başçı  vaxtilə  II Nikolayın qətlində fəal iştirak edən Qoloşşekin kimi 
q
əddar şovinist bolşevik keçdi. O dövrdə vəzifə, onu tutanlar üçün repressiyalardan 
qorunmaq m
əqsədi ilə deyil, bir çox hallarda xalqını repressiyalardan qurtarmaq, 
milli d
əyərlərini mühafizə etmək üçün istifadə olunurdu. Vəzifəli adamlar daha çox 
t
əqiblərə  və  repressiyalara məruz  qalırdılar.  Özbəkistanda milli təmayüllü 
kommunist  A.İkramovu  respublika  partiya  rəhbəri vəzifəsindən azad etməzdən 
əvvəl onu Moskvaya çağırdılar. Həmin dövrdə Özbəkistanda rəhbər vəzifədə olan 
adamların  çoxunu  həbs etdilər.  Onu  Daşkəndə  qaytarıb  vəzifədən azad edərkən 
M
ərkəzi Komitənin üzvləri arasında heç kvorum da olmamışdır. Həmin vaxt onun 
köm
əkçilərindən birini yüksək vəzifəyə çəkdiklərini bilərək A.İkramov ona xəbər 
çatdırır  ki,  bu  addım  “sadəcə  səni həbs etmək üçün edilir”. Həqiqətən də 
A.İkramovun  həbsindən sonra Özbəkistanda görünməmiş  repressiyalar  baş 
vermişdir (386, 1989, № 96, s.75). 
Qeyd etm
ək  lazımdır  ki,  Zəngəzur  bolşevik  Rusiyasının  təkidi ilə  sovet 
Erm
ənistanına  verilmiş  olsa  da,  əslində  1921-ci  ilin  yayına  qədər orada sovet 
Erm
ənistanının orqanları, qurumları deyil, daşnak qüvvələri hökm sürürdü (161). 
1921-
ci  il  martın  21-də  Q.T.Minosyan  adlı  bir  nəfərin Azərbaycan hökumətinə 
Gorusdan vurduğu teleqram bu cəhətdən səciyyəvidir. Teleqramda deyilirdi: “Beş 
aydır  ki,  Zəngəzur  bolşeviklərdən  azad  olunmuşdur və  1920-ci  il  dekabrın  25-də 
Tatev  qurultayında  Zəngəzur  azad  elan  edilmişdir.  Qurultayda  belə  nəticəyə 
g
əlmişik ki, qonşumuz və qardaşımız olan tatarlarla (yəni azərbaycanlılarla - H.H.) 
əlaqələrimiz dostluq əsasında  qurulmalıdır.  Sizə  bir neçə  nüsxə  “Müsəlman 
qardaşlarımıza  müraciət” göndərirəm və  xahiş  edirəm  ki,  onu  yayasınız”. 


108 
 
Teleqramda bir daha qeyd olunurdu: “Biz ist
ərdik ki, qardaşlıq əlaqələrimizi bərpa 
ed
ək” (245, v.17). Bu teleqram bir neçə cəhətdən əhəmiyyətlidir. Sənəddən aydın 
olur ki, 1920-
ci ilin noyabrında Zəngəzur bolşeviklərin deyil, onların əleyhinə olan 
qüvv
ələrin idarəsində idi. Zəngəzurdakı mövcud hakimiyyət sovet Azərbaycanı ilə 
əlaqə saxlamağa ehtiyac duyurdu. 
N.N
ərimanov Zəngəzurla  bağlı  1920-ci il dekabr bəyanatını  verərkən 
meydanda t
əklənmiş  vəziyyətdə  olmuşdur.  O,  təkbaşına  Zəngəzurun 
Az
ərbaycandan  ayrılmasının  qarşısını  almaq  üçün  heç  bir  şey  edə  bilməmişdir. 
N.N
ərimanov özü də  bunu  etiraf  edirdi:  “Əgər müsəlman kommunistlərinin 
əksəriyyəti... milli təmayül  əhval-ruhiyyəsində  olsaydı,  inanın  ki,  Ermənistan 
Z
əngəzuru ala bilməzdi” (243, v.7-8). 
N.N
ərimanovun  Dağlıq  Qarabağ  probleminə  münasibəti birmənalı 
olmuşdur.  1920-ci ildə  Dağlıq  Qarabağda  ermənilərin  keçirdiyi  “qurultayın” 
q
ərarının nəticəsiz qalmasını N.Nərimanovun Ermənistana verdiyi notanın nəticəsi 
kimi qiym
ətləndirmək olar. 1920-ci il iyulun 10-da N.Nərimanov Moskvaya 
RK(b)P MK-
ya  “Dağlıq  Qarabağda  vəziyyət”  haqqında  teleqram  vurmuşdur. 
Teleqram bu sözl
ərlə  bitirdi: “Müsəlman  əhalisi  Moskvanın  qəflətən köhnə 
mövqey
ə  qayıtmasını  və  ermənipərəst siyasət yürütməyini sovet hökumətinin 
Az
ərbaycanın  sərhədlərini  qorumaq  iqtidarında  olmaması  və  xainlik kimi 
qiym
ətləndirəcəkdir” (320, v.3). 1921-ci ildə  bir-birinin  ardınca  qəbul olunan üç 
q
ərardan irəli gələn nəticələri də  N.Nərimanovun siyasətinin  uğuru  kimi 
qiym
ətləndirmək olar. 1921-ci il iyunun 19-da Ermənistan tərəfindən  “Dağlıq 
Qarabağın  Ermənistana yenidən birləşdirilməsi  haqqında”  dekret  həyata 
keçirilm
ədi, iyunun 26-da Azərbaycan XKS-nin qərarı  ilə  Ermənistanın  Dağlıq 
Qarabağda olan nümayəndəsi Mravyanın fəaliyyəti qadağan olunaraq xətm edildi 
(205, v.1). N.N
ərimanov bu qərarı  haqqında  rəsmi olaraq Orconikidzeyə  və 
Erm
ənistan İnqilab Komitəsinin sədri Myasnikova bildirmişdir (206, v.71). 1921-ci 
il iyulun 4-d
ə  RK(b)P MK  Qafqaz  Bürosunun  Dağlıq  Qarabağı  Ermənistanın 
t
ərkibinə daxil etmək haqqında qərarı da nəticəsiz qaldı. Nəhayət, 1921-ci il iyulun 
5-d
ə  RK(b)P MK Qafqaz Bürosunun qərarı  ilə  Dağlıq  Qarabağın  Azərbaycanın 
t
ərkibində saxlanması gerçəkləşdi. Qeyd etmək lazımdır ki, bu qərarla ona “geniş 
vilay
ət muxtariyyəti verildi” (237, v.122). Bu tövsiyənin həyata keçirilməsi 
N.N
ərimanovun Azərbaycanda hakimiyyəti dövründə  baş  tutmamışdır: 
“Mirzoyanın  güclü  təsiri  altında  Dağlıq  Qarabağ  Muxtar  Vilayət  elan  edilmişdir. 
M
ənim  vaxtımda  bu,  mümkün  olmamışdır”  (316,  s.441).  Bu  qərardan az sonra 
N.N
ərimanov Orconikidzeyə, Ermənistan  İnqilab  Komitəsinin sədri Myasnikova 
v
ə Qarabağın Ermənistanda səlahiyyətli nümayəndəsi Mravyana teleqram vuraraq 
bildirmişdir ki, Mravyanın missiyası əsassızdır və o, geri çağırılır (206, v.71). 
N.N
ərimanovun 1922-ci il 13 iyul tarixli “Biz və onlar” qeydlərindən aydın 
olur ki, onun m
əşhur  1920-ci il noyabr bəyanatının  arxasında  hadisələr və 
sövd
ələşmələr  olmuşdur.  Bu  qeydlərində  o deyirdi: “Azərbaycan Zəngəzuru 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə