HəSƏn həSƏnov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə61/82
tarix20.03.2018
ölçüsü2,8 Kb.
#32677
1   ...   57   58   59   60   61   62   63   64   ...   82

123 
 
probleml
ərinin həlli yolları indiyədək ancaq üç Qafqaz dövlətlərinin bir-biri ilə, bu 
üçünün d
ə sovet Rusiyası ilə  və Ermənistanın Türkiyə ilə qarşıdurması şəraitində 
axtarılırdısa, yeni şəraitdə danışıq yolu ilə həllin imkanları meydana çıxmışdı. Bu 
beş  dövlət  arasında  müxtəlif formalarda sərhəd məsələlərinin müzakirəsi  başladı. 
Ən kəskin məsələ  Türkiyə-Ermənistan və  Azərbaycan-Ermənistan sərhəd 
probleml
əri idi. Türkiyənin  sovet  Rusiyası  ilə  münasibətlərinin  xoş  gedişi  bəzi 
m
əsələlərin Azərbaycanın  xeyrinə  həll  olunması  üçün  əlverişli  şərait  yaradırdı. 
Naxçıvanın  taleyinin  həllində  bu  özünü  açıq  şəkildə  göstərirdi. Türkiyədən 
Moskvaya gönd
ərilən heyətlərin  hamısı  Bakıda  dayanaraq  Bakı  ilə  gizli 
m
əsləhətləşmədən sonra Moskvaya gedirdilər. Hər gələn nümayəndə  heyətini 
N.N
ərimanov Moskvaya, Leninə  və  Çiçerinə  Türkiyənin xeyrinə  olan tövsiyələri 
il
ə yola salmışdır. N.Nərimanov Şərq ölkələri barədə Leninlə dəfələrlə danışmış və 
h
ətta ona təsir etdiyini də  vurğulamışdır.  O,  qürurla  deyirdi:  “Yeni,  inqilabi 
Türkiy
ənin dirçəlişi  bu  təsirin nəticəsi  deyilmi?”.  Rus  imperiyasının  tarixi 
iddialarına  baxmayaraq  Lenin  bəyan edirdi ki,  İstanbul  Türkiyə  şəhəri olaraq 
qalmalıdır.  Leninin  bu  mövqeyi  Türkiyəyə  bu tərəfdən xatircəm olaraq bütün 
diqq
ətini başqa sərhədlərdə cəmləşdirməyə imkan verdi (300, 1924, № 5, s.9-13). 
N.N
ərimanov Azərbaycan hökumətinin başçısı olan kimi ilk addımlarından 
biri Türkiy
əyə, Mustafa Kamal Paşaya müraciət etmək olmuşdur. Məktubda o, iki 
xalq  arasında  münasibəti özünəməxsus  dolğun  formada  ifadə  edərək  “qardaşlıq 
silahı ilə silahlanmaq” kimi dəyərləndirmişdir (286, T.2, s. 458). Tezliklə iki dövlət 
arasında  münasibətləri tənzimləmək  üçün  Bakıda  və  Ankarada nümayəndəliklər 
açılmışdır.  1921-ci  il  oktyabrın  22-də  İ.Əbilov  etimadnaməsini  şəxsən Mustafa 
Kamal Paşaya təqdim etmişdir. Bu mərasim iki dövlət və xalq arasında qurulmaqda 
olan  inamın  və  qarşılıqlı  anlaşmanın təzahürü  idi.  İ.Əbilovun  8  noyabr  tarixli 
m
əktubundan  aydın  olur  ki,  mərasimdə  çıxış  edən  Mustafa  Kamal  Paşa 
Az
ərbaycanın  və  N.Nərimanovun  ünvanına  xoş  sözlər söyləmişdir  (251,  v.130-
132). Oktyabrın 23-də Azərbaycanın Ankarada rəsmi nümayəndəliyinin binasının 
açılışı  oldu.  İ.Əbilovun  təklifi ilə  Azərbaycan  bayrağını  bina  üzərində  Mustafa 
Kamal  Paşa  qaldırdı  (170,  v.  169-170).  İ.Əbilovun  1921-ci il 28 sentyabr və  3 
fevral tarixli m
əktublarında iki ölkə arasında daim inkişafda olan dostluq haqqında 
v
ə  Türkiyə  xalqının  Azərbaycana  qarşı  artmaqda  olan  səmimiyyəti  haqqında 
m
əlumatlar verilirdi (251, v. 105-107, 166). 1922-ci  il  sentyabrın  17-də  Bakıda 
xüsusi  “Qırmızı  aypara”  iməciliyi keçirildi və  əldə  olunan bütün gəlir Türkiyəyə 
gönd
ərildi (294, 19 sentyabr 1922, № 180). 
Mustafa  Kamal  Paşa  tərəfindən Türkiyənin  aparılan  istər daxili, istər də 
xarici siyas
əti çox mürəkkəb  bir  tarixi  şəraitdə  həyata keçirilirdi. Cəmiyyətdə  və 
hakim  strukturlarda  parçalanma  göz  qabağında  idi.  Belə  proseslər hər  hansı 
yenil
əşməkdə  olan cəmiyyətə  məxsus  olduğundan  bu  fikir  ayrılığına  Atatürk 
soyuqqanlıqla  baxır,  nəticə  çıxararaq  iradəsini həyata keçirir və  Türkiyəni 
yenil
əşmə  yolu ilə  aparmaqda davam edirdi. O dövrdə  yeniləşən tək Türkiyə 


124 
 
deyildi.  Rusiya  imperiyası  dağıldığından  onun  ərazisində  yerləşən xalqlar da bu 
yolla gedirdil
ər. Hərəsi yeniləşməni müxtəlif  yolla  düşünürdü.  Mustafa  Kamal 
Paşanın digərləri ilə fikir ayrılığı var idi. Bu fikir ayrılığının mahiyyətini Mustafa 
Kamal  Paşa  İ.Əbilovla  söhbətində  izah edirdi. O deyirdi ki, Türkiyənin Böyük 
Mill
ət Məclisində üç qrup vardır. 
Birinci qrup sultan hakimiyy
ətini və  xilafətin mahiyyətini saxlamaq 
ist
əyənlərdir. Bunlar belə  hesab edirlər ki, dinin vasitəsi ilə  Türkiyə  istər Qərbi, 
ist
ərsə  də  Şərqi  işğal  edə  bilər. Taktiki baxışda  onlar  “ya  sülh,  ya  müharibə” 
t
ərəfdarları  idilər.  Mustafa  Kamal  Paşa  isə  “hərb” və  yaxud “sülh” siyasətini 
dövl
ətlərin mahiyyətindən  asılı  olaraq  həyata keçirirdi. Misal üçün, Türkiyə 
torpaqlarında  gözləri olan bir çox Avropa dövlətləri Ermənistanla “hərb”, sovet 
Rusiyası ilə “sülh” siyasəti həyata keçirirdi və i.a. 
İkinci qrup sırf avropalaşma siyasətinin tərəfdarları idi. Bunlara “qərbçilər” 
d
ə  deyirdilər. Bunlar, əsasən,  Mustafa  Kamal  Paşadan  narazı  olan  keçmiş  sultan 
generalları idi. Sovet-türk dostluğunun qatı düşmənləri olaraq onlar dost sifəti ilə 
ancaq Avropa dövl
ətlərini, xüsusən  İngiltərə,  yaxud  Fransanı  görür  və  Sovet-
Türkiy
ə  sazişinə  qarşı  İngiltərə-Türkiyə  və  ya Fransa-Türkiyə  sazişini  qoymaq 
ist
əyirdilər. 
Üçüncü qrup Atatürkün t
ərəfdarları idi. Atatürk bunların siyasi baxışlarını 
bel
ə  izah edirdi ki, onlar sultan hakimiyyətinə  qarşı  çıxırdılar  və  Rusiya ilə 
dostluğun  tərəfdarları  idilər. Bu qrup Türkiyənin  milli  maraqlarına  toxunmadan 
Q
ərb dövlətləri ilə  dostluğun  lazımlığını  və  vacibliyini dərk edirdilər. Mustafa 
Kamal  Paşa  özünün  sultana  və  Qərb dövlətlərinə  qarşı  açıq  çıxış  etmədiyini də 
siyas
ətinin taktikası ilə izah və etiraf edirdi (181, v.1-7). 
N.N
ərimanov hökuməti Türkiyənin TBMM-dəki həmin  qrupları  arasında 
seçim etm
ək məcburiyyətində  qalmamışdır.  O,  hakimiyyətə  gələrkən “Mustafa 
Kamal Paşanın Türkiyəsi bizim dostumuzdur” deyə bəyanat verir (296, c.2, s.376-
377) v
ə  bu mövqeyini xüsusi olaraq belə  vurğulayır:  “Əgər bütün dünya ilə 
müharib
ə  baş  versə  belə, Rusiya və  Azərbaycan Türkiyə  ilə  həmrəy fəaliyyətdə 
olacaq” (296, c.2, s.376-377). N.N
ərimanov  əlavə  edərək deyir: “Tamam yeni 
inqilabi Türkiy
ə  doğuldu  və  özünün son sözünü dedi: Biz öz türk həyatımızla 
yaşayacağıq  və  bizim üzərimizdə  dayə  olmaq istəyənləri tamamilə  rədd edirik”. 
1922-ci il aprelin 10-da N.N
ərimanov RK(b)P MK-ya və Stalinə  yazırdı: “Bütün 
vasit
ələrlə  Ankara hökumətinə  yardım  etmək  lazımdır  ki,  onlar  öz  milli  azadlıq 
mübariz
ələrini  başa  çatdırsınlar,  əgər  bunun  üçün  lazımi  vəsaitimiz  çatışmırsa, 
onda biz heç olmasa m
ətbuat vasitəsilə  onlara hiss etdirməliyik  ki,  biz  onların 
dostuyuq” (324, v.4). Yeni yaranmış vəziyyətdə Azərbaycanın mövqeyi xalq xarici 
işlər  komissarı  M.Hüseynovun  tərəfindən  çox  aydın  şərh  edilmişdir.  O  deyir  ki, 
Türkiy
ə  öz  azadlığı  uğrunda  vuruşanda  biz onunla idik, Türkiyə  daşnaklarla 
vuruşanda  biz  daşnakların  diqqətini Türkiyə  ilə  müharibədən  yayındırırdıq, 
Erm
ənistanda sovet hakimiyyəti  qurulduğundan  biz  problemlərin həllini  artıq 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə