HəSƏn həSƏnov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə60/82
tarix20.03.2018
ölçüsü2,8 Kb.
#32677
1   ...   56   57   58   59   60   61   62   63   ...   82

121 
 
inc
ə  üsullarla erməni kommunistlərinin Azərbaycanda  tutduqları  vəzifələrdən 
uzaqlaşdırılması,  onların  yerinə  azərbaycanlıların  yerləşdirilməsi məqsədi 
daşımışdır. 
Qeyd etm
ək lazımdır ki, N.Nərimanov Azərbaycandan gedəndən sonra bəzi 
siyas
ətçilər bəzən də  öz  şəxsi  karyeralarını  güdərək ermənilərə  imtiyazlar 
verirdil
ər. Məsələn, 20-ci illərin axırlarında Ə.Qarayev heyfsilənərdi kı, ermənilər 
dağlıq yerlərdə yaşayaraq 40-50 rubl qazanırlarsa, azərbaycanlılar aran yerlərində 
yaşayaraq ayda 250-300 rubl qazanırlar. Ona görə də Ə.Qarayev ermənilərin daha 
çox g
əlirli yerlərə köçürülməsini təklif edirdi (117, s.41). Azərbaycan rəhbərliyinin 
bel
ə  mövqeyini görən ermənilər isə  erməniləşmə  siyasətlərinə  müxtəlif rəng 
ver
ərək onu illərlə davam etdirirdilər. 
Bel
əliklə, N.Nərimanov öz fəaliyyətində Bakının erməniləşdirilməsinə qarşı 
v
ə  paytaxtın  milli  simasının  saxlanılması  uğrunda  açıq  siyasi  mübarizə  aparan 
yegan
ə  siyasətçi  olmuşdur.  Bu  məqsədlə  o, müxtəlif yollardan məharətlə  istifadə 
etmiş,  vəzifələrdə  oturan bir çox ermənilərin  Bakıdan  uzaqlaşdırılmasına  nail 
olmuşdur. 
 
3.4. N.N
ərimanovun Türkiyə siyasəti və türkçülük mövqeyi 
 
N.N
ərimanovun fəaliyyətində türkçülük mövqeyi, Türkiyəyə dost və qardaş 
münasib
əti xüsusi yer tutmuşdur. 
N.N
ərimanov hələ  hakimiyyətə  gəlməmişdən  əvvəl, 1918-ci ildə 
Zaqafqaziya seyminin Osmanlı dövlətinə qarşı müharibə etməsini pisləmişdi (303, 
t.2, s. 126). O, Nargin adasında saxlanılan türk hərbi əsirlərinə baş çəkmiş, onlara 
t
əcili tibbi və  mənəvi  yardım  etməyi məsləhət  görmüşdü  (304,  c.2,  s.139).  Türk 
ordusunun  Bakını  tərk etməsini  əhalinin  inamını  doğrultmayan,  onu  məyus edən 
s
əhv bir addım  kimi  qiymətləndirmişdi  (291,  c.2,  s.189-190).  Bolşeviklərin 
İstanbulun Türkiyə dövlətinə məxsusluğunu qəbul etməsini alqışlamışdı (293, c.2, 
s.250). 
N.N
ərimanovun Türkiyə siyasətini araşdırmadan əvvəl, o zamanın Rusiya-
Türkiy
ə münasibətlərinə ümumi şəkildə nəzər salmaq lazımdır. İlk əvvəl onu qeyd 
etm
ək  lazımdır  ki,  Rusiyada  bolşeviklər hakimiyyətə  gəldikdə, Türkiyə  hələ  də 
sultan hakimiyy
əti altında idi və  Almaniya ilə koalisiyada Rusiyaya qarşı, əsasən 
d
ə  Qafqaz cəbhəsində  müharibə  aparırdı.  Osmanlı  dövlətinin müharibədə 
m
əğlubiyyəti tamamilə  yeni  şərait  yaratdı.  1919-cu ilin avqustunda keçirilən 
Ərzurum  konqresində  Mustafa  Kamalın  sədrliyi ilə  Nümayəndəlik Komitəsi 
yaradıldı.  Bu  orqan  Türkiyənin müvəqqəti hökuməti statusunda idi. Buna paralel 
olaraq 
İstanbulda  sultan  hökuməti öz hakimiyyətindən  əl çəkmək istəmirdi. 
N
əhayət, 1920-ci il aprelin 23-də  Kamalçılar  tərəfindən  Ankarada  çağırılan 
Türkiy
ə Böyük Millət Məclisi özünü ölkənin yeganə qanuni hakimiyyəti elan etdi. 
Bel
əliklə, ölkədə ikihakimiyyətlilik yarandı. Ərzurum konqresindən sonra Türkiyə 


122 
 
sovet  Rusiyası  ilə  əlaqə  yaratmağa  can  atırdı.  Bu  məqsədlə  hələ  1919-cu ilin 
yayında Mustafa Kamal Paşa Yunus Nadi adlı nümayəndəsini Moskvaya göndərdi. 
Amma o, heç bir n
əticə əldə edə bilmədi. 1920-ci ilin əvvəllərində Mustafa Kamal 
Paşa  bildirirdi  ki,  Qafqaz  respublikalarının  sovet  Rusiyası  ilə  əlaqələrinin 
mür
əkkəbliyi Türkiyəyə  maneçilik törətdiyindən,  bolşeviklərlə  birbaşa  əlaqə 
yaratmaq  lazımdır  (126,  t.3,  s.313).  Bu  məqsədlə  Kazım  Karabəkir  Paşanın 
r
əhbərliyi altında Şərq cəbhəsi yaradıldı, Xəlil Paşanın rəhbərliyi altında Moskvaya 
nümay
əndə  heyəti göndərildi və  nəhayət,  əlaqə  quruldu (155, s.67). 1920-ci il 
aprelin 23-d
ə  Azərbaycanın  əsas tarixi müttəfiqi olan Türkiyədə  hakimiyyət 
d
əyişiklikləri  baş  verdi.  Ankarada  çağırılan  Türkiyə  Böyük Millət Məclisi 
mill
ətlərin müstəqil dövlət  yaratmaq  hüququnu  vurğulayaraq  özünü  türklərin 
yegan
ə  nümayəndəsi kimi bəyan etdi. Amma dünya siyasəti heç də  Türkiyənin 
xeyrin
ə inkişaf etmirdi. Bu səbəbdən 1920-ci il aprelin 26-da Mustafa Kamal Paşa 
Lenin
ə  məktubla müraciət edərək öz xarici siyasətinin əsas prinsiplərini izah etdi 
(158, c.2, s.544-555). Müraci
ətin  əsas mahiyyəti, iki ölkə  arasında  diplomatik 
əlaqələrin  yaradılması,  imperialist  dövlətlərə  qarşı  birgə  hərbi siyasət  aparılması, 
Az
ərbaycanla  sovet  Rusiyası  arasında  münasibətlərin tənzimlənməsi və  nəhayət, 
Rusiya t
ərəfindən Türkiyəyə  silah və  pulla  yardım  göstərilməsi idi (151, c.2, 
s.725). Bu m
əktubun Azərbaycanın sovetləşdirilməsində hər hansı bir rolunu qeyd 
ed
ənlər  əsassızdırlar.  Ona  görə  ki, məktub Azərbaycanda sovet hakimiyyətinin 
qurulmağından  cəmi iki gün əvvəl  yazılmış  və  artıq  Azərbaycan sovetləşəndən 
sonra Lenin
ə çatmışdı. Bu məktub sadəcə mövqe ifadə etməkdən artıq heç bir rol 
oynamamışdır.  Təsadüfi deyil ki, Atatürk sovet Azərbaycanı  ilə  məmnuniyyətlə 
əməkdaşlıq  etmişdir.  Yeniləşməkdə  olan  Mustafa  Kamal  Paşa  Türkiyəsinin 
bolşevik Rusiyası ilə əlaqələrinin yaxşılaşması və sıxlaşması məsələləri 1920-ci il 
mayın  11-də  Türkiyə  Böyük Millət Məclisinin  iclasında da çox ciddi olaraq 
müzakir
ə  olundu.  Çıxış  edənlərdən Millət Məclisinin sədr müavini Adnan bəy 
xüsusi  qeyd  edirdi  ki,  bolşeviklərlə  ittifaq bizə  milli  maraqlarımız  üçün  lazımdır 
(165, s.291-299). Antanta is
ə  Mustafa Kamaldan Sultan hökumətinə  tabe  olmağı 
t
ələb edirdi. Belə  halda bundan irəli gələn nəticələr  meydana  çıxırdı.  Ən  əsas 
n
əticələrdən biri Mustafa Kamal Türkiyəsinin Rusiya ilə  hərbi  qarşıdurmasının 
meydana  çıxması  idi  (161,  c.3,  s.99-100). 1920-ci  ilin  may  ayında  TBMM 
nümay
əndələrinin xarici ölkəyə ilk rəsmi səfəri məhz sovet Rusiyasına oldu. İyun 
ayında artıq Rusiyadan Türkiyənin ünvanına xoş xəbərlər gəlirdi (153, c.1, s.457). 
1920-
ci ilin ikinci yarısında Türkiyə ilə sovet Rusiyası arasında diplomatik əlaqələr 
yarandı. Mustafa Kamal Paşa fəxrlə qeyd edirdi ki, bu, Türkiyənin xarici siyasətdə 
q
əbul etdiyi ilk qərar idi (126, t.3, s.93). 
Az
ərbaycanda sovet hakimiyyəti qurulduqda N.Nərimanovun siyasətində 
Türkiy
ə-Rusiya-Azərbaycan  strateji  üçbucaq  maraqları  özünü  büruzə  verməyə 
başladı. N.Nərimanov Azərbaycanın maraqlarını Mustafa Kamal Türkiyəsi ilə sıx 
əlaqədə görmüş və bu birgə maraqları sovet Rusiyası ilə əlaqələndirmişdir. Qafqaz 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə