HəSƏn həSƏnov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə55/82
tarix20.03.2018
ölçüsü2,8 Kb.
#32677
1   ...   51   52   53   54   55   56   57   58   ...   82

111 
 
Qarabağda  separatçı  silahlı  üsyan  qalxmış,  Naxçıvanda  vəziyyət  çox  ağır  olaraq 
qalmışdı.  Zəngəzurun böyük hissəsinə  erməni  silahlı  dəstələri tərəfindən nəzarət 
olunurdu. 
“V.İ.Leninə məktub”unda N.Nərimanov ərazi problemləri haqqında erməni 
v
ə  rus siyasəti ilə  barışmaz  mövqeyini  açıq-aydın  ortaya  qoymuşdur. 
M
əktubundakı  fikirlər bunu təsdiq edir: “Dəhşətli vəziyyət  yaranmışdır.  Mərkəz 
Az
ərbaycanın  tamamilə  mübahisəsiz  ərazilərini Ermənistana  verir.  Ərazilərimizi 
Erm
ənistana, daşnaklara vermək, düzəldilməsi mümkün olmayan pis nəticələr verə 
bil
əcək səhvdir” (314, s.443-444). Bu ikiüzlü siyasəti  ifşa  edən N.Nərimanov 
yazırdı:  “Həmişə  Denikini müdafiə  etmiş  Ermənistan müstəqillik  qazanmış  və 
üst
əlik də  Azərbaycanın  ərazilərini  almışdır”  (314,  s.443).  Bu  məktubda 
N.N
ərimanov Azərbaycanın  mahiyyətcə  milli bir dövlət  olduğunu  V.İ.Leninin 
n
əzərinə  bir  daha  çatdırmağa  çalışmışdır:  “Çoxmillətli  əhalinin hüquq və  hissləri 
il
ə belə zarafat etmək olmaz. Siz inanmayın ki, Azərbaycan yalnız çoxsaylı şüurlu 
rus f
əhlələri  yaşayan  Bakı  deməkdir. Bu, kobud səhvdir.  İndi  Bakıda  şüurlu 
müs
əlman fəhlələrinin sayı iki dəfə  çoxdur. Bəs bütün Azərbaycanın kəndliləri?” 
(314, s.443). N.N
ərimanov Leninə  sadəcə  şikayət  etmirdi,  o  özünün  barışmaz 
mövqeyini v
ə  bu mövqedən irəli gələn qəti  addımlar  atacağını  V.İ.Leninə 
çatdırırdı:  “Mən qəti surətdə  bildirirəm,  əgər Siz də  bizim dəlillərə  diqqət 
yetirm
əsəniz, məcbur  olacağıq  ki,  bizim  geri  çağırılmağımız  barədə  Mərkəz 
qarşısında  məsələ  qaldıraq!”  (314,  s.443).  Aydındır  ki,  söhbət Azərbaycanın 
Rusiya il
ə ittifaqdan çıxmasından gedirdi. 
Erm
ənilər Zəngəzur,  Dağlıq  Qarabağ  və  Naxçıvan  məsələləri həll 
olunandan sonra da sakit durmamışdır. RK(b)P MK Siyasi Bürosunun sənədində 
deyilir ki, Rusiya Kommunist Partiyasının Qafqaz Bürosunun toplantılarının birinə 
Erm
ənistan nümayəndəsi Bekzadyan Azərbaycan və  Ermənistan  arasında  sərhəd 
x
əttini bildirən bir xəritə  təqdim  etmişdır.  Bu  xəritə  də  daşnaksütun  partiyasının 
görk
əmli  xadimi  olan  Xatisyanın  1917-ci ildə  təqdim etdiyi xəritənin eynisi idi. 
İddia əsassız sayılaraq müzakirəyə belə qoyulmadı (262). 
Erm
ənilərin xarici və daxili dəstəklərinə baxmayaraq, onların ərazi iddiaları 
ist
ədikləri kimi ödənilmədi. 1921-ci ildə  Z.Kartaşyanın  Avropada  nəşr  olunan 
kitabında  deyilirdi  ki,  Amerika  Ermənistana  torpaqlarını  əldə  etməkdə  lazımi 
köm
ək göstərmədiyindən Ermənistan  iddia  etdiyi  torpaqların  60%-ni  əldə  edə 
bilm
ədi (184, v.81-82). Axalkələk  (Cavaxetiya),  Borçalı,  Naxçıvan,  Qarabağ 
əraziləri  onların  rəsmi sərhədlərindən kənarda  qaldı.  Kopes  adlı  şəxsə  yazılan 
raportda xüsusi qeyd olunurdu ki, “Erm
ənistanın Türkiyə ilə sərhəddinin Arpaçay 
v
ə  Araz  çaylarında  bitməsi böyük qurban deməkdir. Erməni kommunistləri bu 
sazişi  yeni  Brest  adlandırırlar”  (245,  v.29).  Erməni siyasətinin mahiyyətini AXC 
parlamentinin keçmiş üzvü, N.Nərimanovun təşəbbüsü ilə Azərbaycanın Türkiyədə 
diplomatik nümay
əndəsi təyin edilən və  orada  çox  uğurla  çalışıb  Atatürklə 
mehriban 
əlaqələr  yaradan  İ.Əbilovun  (208,  v. 171) məktubundan da görürük. 


112 
 
Daşnak  hökumətində  baş  nazir  vəzifəsində  çalışan  Xatisyan  hakimiyyətdən 
ged
əndən sonra Türkiyəyə gəlib, “elə bir müqavilə bağlayıb ki, Ermənistan faktiki 
olaraq Türkiy
ənin muxtar vilayəti statusunu almışdır” (251, v.193-195). 
N.N
ərimanovun sərhədlərdən nigarançılığı azalmırdı. 1921-ci il aprelin 11-
d
ə  Azərbaycan  İnqilab  Komitəsinin qərarı  ilə  “Azərbaycan  diviziyası”  yaradıldı. 
Diviziyada 30 min 
əsgər nəzərdə  tutulmuşdu  ki,  onun  da  20  mini  Ermənistanla 
s
ərhəddə yerləşmişdi. 
Bel
əliklə, N.Nərimanovun Azərbaycanın ərazi bütövlüyü uğrunda fəaliyyəti 
əksər  hallarda  uğurlu  olmuşdur.  Naxçıvan,  Qarabağ,  Zaqatala  Azərbaycanın 
t
ərkibində saxlanılmış, Bakı Azərbaycanın paytaxtı kimi tanınmışdır. N.Nərimanov 
Naxçıvanın Azərbaycandan qoparılmaması üçün Meğridən yol verilməsi uğrunda 
ardıcıl  mübarizəsini  davam  etdirmişdir  (256,  v.23).  İrəvan və  Dərbənd 
xanlıqlarının, Zəngəzur mahalı ərazilərinin taleyi bağışlanmaz itkidir. O dövrdə baş 
ver
ən  ərazi bölgüsünü bəzi erməni siyasətçiləri özlərinin  məğlubiyyəti kimi 
qiym
ətləndirirdilər (184, v.81-82; 245, v.29). 
 
3.3. N.N
ərimanovun sovet Rusiyası hakimiyyətinin iddialarına qarşı siyasi 
x
ətti 
 
N.N
ərimanov ona təklif olunan vəzifəni tutub-tutmamasından  asılı 
olmayaraq, Rusiya hökum
ətləri  -  istər çar Rusiyasının  qalıqları  (Denikin  və 
başqaları),  istərsə  də  yeni  bolşevik  Rusiyası  Azərbaycandan müxtəlif don 
geyindirilmiş  təslim siyasətini qəbul etməyi tələb edirdilər. Amma Azərbaycan 
artıq Paris sülh konfransında müstəqil dövlət kimi tanınmışdı. Odur ki, Rusiya öz 
m
əqsədlərinə qanuni don geyindirmək istəyirdi. 
N.N
ərimanovla Rusiyanın  əlaqələri təslimçilik əsasında deyil, düşünülmüş 
milli-maraqlara 
əsaslanan prinsiplər  əsasında  qurulmuşdur.  Bu  prinsipləri 
N.N
ərimanov  V.İ.Leninlə  danışıqlarda  şərt  kimi  qoymuş  və  sonralar dəfələrlə 
bunlara istinad etmişdir: Sovet Rusiyası Azərbaycanı  müstəqil sovet respublikası, 
Bakını da onun paytaxtı olaraq tanımalı, N.Nərimanov kommunist ideologiyasının 
v
ə sosialist sisteminin prinsiplərinin Azərbaycanda yayılmasını təmin etməli, milli 
respublikalar öz ad
ət-ənənələrini  qoruyaraq  inkişaf  etməlidirlər. N.Nərimanov 
Lenini  inandırmışdır  ki,  məhz  S.Şaumyanın  azərbaycanlılara  qarşı  siyasəti  onları 
bolşevizmə  soyutduğundan,  1918-ci il hadisələrində  təqsirkarlar Azərbaycanda 
hakimiyy
ətə  buraxılmamalıdırlar.  N.Nərimanov belə  hesab edirdi ki, Rusiya 
qüvv
ətli və  varlı olmalı, ucqarların inkişafına yardım  etməli, yerli kadrlara etibar 
etm
əlidır.  N.Nərimanovun  V.İ.Leninlə  danışığı  məhz bu səpkidə  olmuşdur.  O 
zaman Stalin h
əbsdən azad edilən M.Rəsulzadə ilə söhbətində bir məsələni xüsusi 
vurğulayırdı  ki,  “Nəriman bizimlə  yox, biz Nərimanla  anlaşdıq”  (58,  s.29).  Bu 
deyimd
ən  açıq-aydın  görünür  ki,  Leninlə  danışıqlarda  şərtləri Lenin (Moskva) 
deyil, N.N
ərimanov  qoymuşdur.  Bu  şərtlərin  əsasını  Azərbaycanın  müstəqil bir 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə