HəSƏn həSƏnov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə45/82
tarix20.03.2018
ölçüsü2,8 Kb.
#32677
1   ...   41   42   43   44   45   46   47   48   ...   82

91 
 
O, q
əzetdə xüsusi məqalə yazaraq ziyalıları bu işdə iştirak etməyə çağırmışdır (75, 
27 dekabr 1971). 
1921-
ci il dekabrın 30-da Darülmüəllimin binasında qrafikaya həsr edilmiş 
xüsusi  birinci  konfrans  oldu.  Konfransda  “bütün  Bakı  ziyalıları,  mühərrirləri, 

əllimləri və bundan başqa nüfuzlu hökumət adamları hazır idilər. Salon başdan-
başa dolu idi”. Konfransı N.Nərimanov giriş sözü ilə açdı. Onun təklifi ilə “Hüseyn 
Cavid s
ədarətə  və  Abdulla  Şaiq  də  katibliyə  intixab olundular”. Bundan sonra 
m
əruzə  üçün söz N.Nərimanova verildi. Məruzəsinin sonunda N.Nərimanov 
demişdi:  “İndi  ixtiyar  özümüzdədir. Hərgah biz indi bu əlifbaya keçməsək, o 
zaman on ild
ən sonra bu əlifba özü-özünə  itəcək. Odur ki, indi keçməli və  elə 
etm
əli ki, on ildən sonra olacaq ədəbiyyatı  zəhmətkeş  balaları  oxuya  bilsinlər” 
(332, 1 yanvar 1922). 
N.N
ərimanov 1922-ci  il  dekabrın  3-də  Tiflisdə  Türk  dram  teatrının 
binasında  yeni  qrafika  haqqında  məruzə  ilə  çıxış  edərək onun dəyişdirilməsi 
haqqında  daha  cəsarətli  olmağa  çağırmışdır.  Bu  nitq  haqqında  Tiflisdə  çıxan 
“Zarya Vostoka” q
əzetinin 6 dekabr tarixli nömrəsində Əziz Şərif N.Nərimanovun 
mövqeyini  alqışlayan  məqalə  ilə  çıxış  edərək onun nitqindən  parçalar  vermişdir: 
“Biz l
əngiyə bilmərik, bir ətrafa baxın! Bütün xalqlar irəli gedirlər! Bir dəqiqə də 
gözl
əmək olmaz!” (384, 13 dekabr 1922, № 143). 
1923-
cü  il  oktyabrın  6-da Azərbaycan  Kommunist  Partiyası  Mərkəzi 
Komit
əsi plenumunun qərarı  ilə  latın  qrafikasına  vətəndaşlıq  hüququ  verildi. 
Birinci sinifl
ərdə tədrisin bu qrafika əsasında aparılması qərara alındı (234). 1924-
cü ilin yayında Azərbaycan MİK müvafiq qərar qəbul etdi. 1924-cü il iyulun 1-dən 
yeni türk 
əlifbası rəsmi dövlət qrafikası sayıldı (200, v.l). 
Yeni türk 
əlifbasına  keçid,  heç  şübhəsiz, Azərbaycan  xalqının 
maarifl
ənməsində, müasir dünya ilə  əlaqələrinin  genişlənməsində  mühüm hadisə 
idi. Bu hadis
əni milli ziyalılar da müsbət hal kimi qiymətləndirmişlər. 
20-ci ill
ərdə N.Nərimanovun təşəbbüsü ilə yaradılan “Azərbaycanı Tədqiq 
v
ə Tətəbbö” cəmiyyətində hər cildi 10-15 çap vərəqi həcmində olmaqla təxminən 
100 çap v
ərəqi həcmində “Azərbaycan dilinin izahlı lüğəti”  hazırlanıb buraxılmaq 
üzr
ə  idi. Bunun nəşrinə  o  dövrün  Aşmarin,  Qubaydulin,  Meşşaninov  və 
Samoyloviç kimi görk
əmli dilçi alimləri cəlb  olunmuşdılar.  N.Nərimanovun 
v
əfatından sonra “Lüğət”in nəşri dayandırılmış və taleyi naməlum qalmışdır (203, 
v. 10). 
Bel
əliklə, N.Nərimanovun milli dövlətçilik  baxışlarında  Azərbaycan 
xalqının milli-mədəni inkişafı, İslam dini problemləri və
 
Az
ərbaycan dilinə dövlət 
dili statusu verilm
əsi xüsusi yer tutmuşdur. 
N.N
ərimanov Azərbaycan adət-ənənələrinin qoruyucusu və  elm, təhsil, 
m
ədəniyyətin inkişafına qayğı göstərən başlıca şəxs olmuşdur. Bu sahələrdə milli 
kadrların  hazırlanması  üçün  müvafiq  sənədlər  imzalamışdır.  N.Nərimanov  İslam 
d
əyərlərinin  qorunmasına  və  dindarlara  xüsusi  qayğı  göstərmişdir.  Onun  milli-


92 
 
m
ədəniyyət quruculuğu sahəsindəki fəaliyyəti Azərbaycan xalqının düşmənlərinin 
v
ə  bir  sıra  məhdud  düşüncəli Azərbaycan  bolşeviklərinin qəzəbinə  tuş  gəlmiş  və 
onun 
əleyhinə geniş kampaniya başlamışlar. 
 
3.2. Az
ərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə və N.Nərimanovun 
f
əaliyyəti 
 
N.N
ərimanovun milli dövlətçilik baxışlarında Azərbaycanın ərazi bütövlüyü 
uğrunda fəaliyyəti  mühüm  yer tutmuşdur.  Tarixi dövrə ümumi qiymət vermədən, 
varislik  baxımından  N.Nərimanovun  ərazi siyasətini obyektiv və  elmi cəhətdən 
qiym
ətləndirmək mümkün deyildir. Ona görə də dövrün ümumi mənzərəsinə qısa 
da olsa diqq
ət yetirək. Birinci dünya müharibəsinin  əsl mahiyyəti hər  vuruşan 
ölk
ənin dünya xəritəsini öz xeyrinə dəyişdirmək planlarının mövcud olmasında idi. 
Regionda bu x
əritə dəyişməsində ən aktual məsələlərdən biri Rusiya və Osmanlı 
dövl
ətinin torpaqlarının hesabına ermənilər üçün dövlət, heç olmasa, muxtariyyət 
yaradılması və sərhədlərinin müəyyənləşdirilməsi idi. 
Heç  şübhəsiz, müharibə  illərində  Azərbaycan  ziyalılarının  müstəqil 
Az
ərbaycan dövləti  yaratmaq  planları  da  mövcud  idi.  Amma  öz  qonşuları  ilə 
müqayis
ədə  Azərbaycanın  vəziyyəti  xeyli  ağır  idi.  Yaranacaq  dövlətin sərhədləri 
m
əsələsi sadəcə ayrı-ayrı qeyri-rəsmi şəxslər tərəfindən müzakirə olunurdu. Ömər 
Nacinin  variantında  Cənubi və  Şimali  Azərbaycan birləşməli idi, Aslan xan 
Xoyskinin  variantında  isə  Bakı,  Yelizavetpol,  İrəvan quberniyaları,  habelə 
Dağıstan və Terek buraya daxil olmalı idi. 
Oktyabr çevrilişindən sonra ərazi problemləri ən vacib məsələ kimi ortalığa 
çıxdı.  Sovet  hakimiyyəti  Finlandiya,  Polşa  və  Baltikyanı  ölkələrin müstəqilliyini 
tanıdı.  1917-ci  il  dekabrın  17-də  isə  Rusiya  Xalq  Komissarları  Soveti  “Türkiyə 
Erm
ənistanı haqqında qərar” qəbul etdi. Bu qərarla uydurma “Qərbi Ermənistan”a 
öz müq
əddəratını təyin etmə hüququ verildi. Bununla yanaşı, bolşeviklərin planına 
gör
ə  müstəqil Azərbaycan dövləti  yaranacağı  təqdirdə  Bakı  onun  paytaxtı 
olmamalı,  Xəzərsahili  ərazilər isə  ona daxil edilməməli idi. Onlar 1917-ci il 
Oktyabr  çevrilişindən bir neçə  gün sonra milli sərhədləri müəyyənləşdirmədən 
az
ərbaycanlı, gürcü və erməni nümayəndələrinin daxil olduğu vahid bir hökumət - 
Transqafqaz Komissarlığını yaratdılar. Sonralar fevral ayının 23-də (martın 10-da) 
Transqafqaz (C
ənubi Qafqaz, Zaqafqaziya) Seymi (parlamenti) də  yaradıldı. 
Az
ərbaycanlı  və  gürcü  fraksiyaları  bunun  lehinə, ermənilər isə  əleyhinə  idilər. 
Bolşeviklər hakimiyyətə gələrkən çar Rusiyasının əksər qərarlarını tanımasalar da, 
devirdikl
əri çar Nikolay tərəfindən qəbul olunmuş “Türkiyə Ermənistanı haqqında” 
dekreti 1917-
ci  il  dekabrın  27-də  tanıdılar.  S.Şaumyanın  tarixi  missiyası  da 
Az
ərbaycanın  ola  biləcək hər  hansı  muxtariyyətinə  və  ya müstəqilliyinə  mane 
olmaqdan,  bolşeviklərin “Türkiyə  Ermənistanı  dekreti”ni  yenidən qüvvəyə 
mindirm
əkdən ibarət idi. Amma Brest-Litovsk  sazişindən  sonra  bolşeviklərin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə