HəSƏn həSƏnov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə46/82
tarix20.03.2018
ölçüsü2,8 Kb.
#32677
1   ...   42   43   44   45   46   47   48   49   ...   82

93 
 
Qarsı,  Batumu,  Ərdahanı  Türkiyə  torpaqları  olaraq  qəbul etmələri bu  dekretin 
t
ətbiq olunduğu ərazini dəyişirdi. Qeyd edək ki, sonralar 1947-ci il oktyabrın 27-də 
SSRİ xarici işlər naziri Vışinski BMT-də çıxış edərək Qars və Ərdahanı Gürcüstan 
ərazisi  adlandırmışdır.  Buna  cavab  olaraq  Türkiyə  nümayəndəsi  onun  iddialarını 
r
ədd etmişdir. Erməniləri isə işin tamam başqa tərəfi narahat edirdi: Niyə Vışinski 
bu  torpaqları  Ermənistanın  deyil,  Gürcüstanın  olduğunu  bəyan  etmişdir?  Bu 
problem o zamanlar aktiv müzakir
ə mövzusu olmuşdur. Bu xəbər Tehranda çıxan 
“Alik” erm
əni qəzetində  çap  olunmuşdur  (235,  v.39).  Osmanlı  dövləti “Müstəqil 
Qafqaz hökum
ətini” tanımağa  və onunla əməkdaşlığa
 
c
əhd edirdi. Amma Seymin 
az
ərbaycanlı  fraksiyası  bu  əməkdaşlığın  lehinə, gürcü, xüsusilə  erməni  fraksiyası 
is
ə qəti əleyhinə idi. Nəhayət, 1918-ci il martın 1-də Seym Türkiyə ilə danışıqlara 
başlamağın  şərtlərini müəyyənləşdirən qərar qəbul  etdi.  Bu  şərtlərdən birində 
deyilirdi: “Transqafqaz nümay
əndələri Şərqi Anadolunun təyini-müqəddəratına və 
Türkiy
ə  dövləti daxilində  Türk Ermənistanına  muxtariyyət verilməsinə 
çalışacaqlar”. Bundan əlavə  Transqafqaz nümayəndələri Brest-Litovsk barışığının 
Qafqaza aid olan madd
ələrinə  etiraz etdilər. Bu da ilk əvvəl Ermənistanın 
maraqlarından  irəli gəlirdi. Qəbul edilən sənəddə  Qars, Batum və  Ərdahan 
Türkiy
ənin deyil, Transqafqazın  ərazisi hesab olunurdu. Bir neçə  müsəlman 
siyas
ətçisi  Batumun  Osmanlıya  deyil,  Transqafqaza  daxil  edilməsinin tərəfdarı 
olduqlarını açıq-aşkar bildirdilər. Sonralar azərbaycanlı fraksiyasının üzvləri siyasi 
durumdan  asılı  olaraq  Brest  müqaviləsinə  münasibətlərini dəyişdirdilər. Bunun 
s
əbəbi azərbaycanlı fraksiyasının türklərlə  milli həmrəyliyə, erməni və  gürcülərin 
is
ə  torpaq  iddialarının  öz  xeyirlərinə  həll olunmasına üstünlük vermələri idi. 
Transqafqaz Seymi 1918-ci il aprelin 13-d
ə Osmanlı dövləti ilə müharibə haqqında 
b
əyanat verdi. Müharibə  cəmi səkkiz gün davam etdi. 1918-ci il aprelin 22-də 
Seym  Transqafqazı  müstəqil Demokratik Federativ Respublika (Mavərayi-Qafqaz 
Cümhuriyy
əti-Müttəhidəsi)  elan  etdi.  Osmanlı  dövləti ilə  müharibə  dayandırıldı. 
Brest müqavil
əsinin prinsipləri qəbul olundu. Aprelin 28-də  Transqafqaz 
Respublikası  Osmanlı  dövləti tərəfindən  tanındı.  Ermənilər bu qərarlara tabe 
olsalar da, barışmadılar. Onların silahlı dəstələri Ermənistan muxtariyyəti yaratmaq 
m
əqsədi ilə  İrəvan  quberniyasında  211  müsəlman kəndini  yandırdılar.  Əhalidən 
qırılan-qırıldı,  qırılmayan  80  min  nəfər isə  didərgin  düşdü.  Aprelin  25-də 
S.Şaumyan başda olmaqla Bakı XKS yaradıldı. Əslində bununla Şaumyan  İrəvan 
quberniyasında  baş  vermiş  qırğınlardan  sonra  Bakı  və  onun  ətrafında  qırğınlar 
tör
ətməyi bir daha davam etdirdi. Belə şəraitdə Transqafqaz respublikasında artıq 
sakitlik  pozulmuşdu,  onu  bərpa etmək çətin idi. Yaranmaqda olan üç dövlət 
arasında  sərhəd  münaqişələrini həll etmək  yolları  axtarılırdı.  Bir  neçə  variant 
müzakir
ə olunurdu. Daha doğrusu, Rusiya işğalı zamanı  mövcud olan sərhədlərin 
əsas götürülməsi daha düzgün olardı. Amma Rusiya istilasından sonra buraya çox 
sayda köçürül
ən ermənilər  əsrlərlə  formalaşan  etnik  xəritəni öz xeyirlərinə 
pozmuşdular. Belə  bir vəziyyətdə  Avropada daha çox ermənilər tərəfindən 


94 
 
uydurulmuş xəritələr və siyasi oyunlar əsas götürülürdü. Azərbaycan hökuməti də 
s
ərhədlərin mübahisəsiz və kompromis həllinin yollarını axtarırdı. Alimlərin cəlbi 
il
ə  sərhədləri müəyyənləşdirmək  üçün müxtəlif üsullar təhlil olunurdu: mono-
dövl
ət qurmaqla,  ayrı-ayrı ərazilərin  milli çoxluğu ilə, dağ suayrıcısı ilə, çayların 
sahili il
ə,  dağla  aran  arasında  və  i.a. (183, v.19-21). Azərbaycanda sovet 
hakimiyy
əti qurulandan sonra yenə  də  sərhədlərin optimal və  mübahisəsiz 
variantları axtarılırdı (173, v. 19-65). 
Transqafqaz  respublikasında  milli  zəmində  ixtilaflar  özünü  açıq-aydın 
büruz
ə verirdi. Seymin Bakı bolşeviklərinə qarşı ordu göndərmək qərarını erməni 
fraksiyası  dəstəkləmədi.  Batum  danışıqlarında Azərbaycan tərəfi konfederasiya 
yaratmağın  tərəfdarı  kimi  çıxış  edirdi.  Çünki  bu,  yaradılacaq  Azərbaycan milli 
hökum
ətinə  Cənubi  Qafqazda  daha  geniş  ərazilərə  nəzarət etmək  imkanı  verirdi. 
Erm
ənilərin hər  hansı  rus  hakimiyyəti ilə  ittifaqı  açıq-aşkar  görünürdü. Bir çox 
az
ərbaycanlı  siyasətçilər, o cümlədən N.Usubbəyov  Osmanlı  dövlətini köməyə 
çağırmaq  fikrini  irəli  sürdü.  Gürcü  Milli  Şurası  mayın  14-də  qəyyumluq üçün 
Almaniya dövl
ətinə  müraciət etmək qərarına  gəldi.  Maraqlar  ayrı  olduğu  kimi, 
q
əyyumlar da fərqlənirdi. Beləliklə, gürcülər qəyyumlarını  Almaniyada, 
az
ərbaycanlılar Türkiyədə, ermənilər isə Rusiyada axtarırdı. 
Qeyd etm
ək  lazımdır  ki,  çar  Rusiyası  Azərbaycanın  ayrı-ayrı  xanlıqlarını 
işğal edərkən heç də konkret sərhəd siyasətini yürütmürdü və sərhədləri qeydiyyata 
almırdı.  Elə  bu səbəbdən də  AXC yaranarkən sərhəd problemləri ilə  üzləşməli 
oldu. 1918-ci ild
ə  xalqımızın  başbilən siyasətçiləri, milli dövlətlər  yaradıldıqda 
q
ədim Azərbaycan  torpaqlarına  və  xalqımızın  Cənubi Qafqaza səpələnmiş 
nümay
əndələrinə  nəzarət hüququnu itirmək qorxusunu hiss edərək, Cənubi 
Qafqazda ayrı-ayrı milli dövlətlər deyil, konfederativ dövlət yaratmağa çalışırdılar. 
Lakin h
əmin  tarixi  şəraitdə  bu istəyi yerinə  yetirmək mümkün deyildi. Tarixin 
hökmü il
ə milli dövlətlər yaranmalı idi. 
Bel
ə şəraitdə mayın 26-da Gürcüstan, 28-də isə Azərbaycan və Ermənistan 
öz dövl
ət müstəqilliklərini bəyan etdilər. 
AXC-nin s
ərhəd siyasətinə qısa da olsa nəzər yetirmək  vacibdir.  İlk əvvəl 
onu qeyd etm
ək  lazımdır  ki,  “İstiqlal  bəyannaməsi”ndə  Azərbaycan Xalq 
Cümhuriyy
ətinin sərhədləri dəqiq göstərilməmişdir. Bəyanatda sərhədlər mücərrəd 
şəkildə “Cənub-Şərqi Cənubi Qafqaz” kimi  verilmişdir (217,  v.l-2). Müstəqilliyin 
el
ə ilk günü ərazi məsələsi ilə bağlı qərar qəbul olundu. F.Xoyski may ayının 29-da 
Milli  Şuranın  toplantısında  məsələ  qaldırdı  ki,  “Ermənistan  federasiyası 
yaratmaqdan ötrü onlara siyasi m
ərkəz lazımdır.  Aleksandropol türklər tərəfindən 
tutulduğundan belə bir siyasi mərkəz ancaq Yerevan şəhəri ola bilər, ona görə bu 
şəhərin ermənilərə güzəştə gedilməsi labüddür” (216, v.5). Paris sülh konfransında 
Erm
əni  Milli Şurasının  sədri, Erməni nümayəndə  heyətinin  başçısı  A.Aqaronyan 
Ə.Topçubaşovla İstanbuldakı 1919-cu il 16 yanvar tarixli söhbətində deyirdi ki, nə 
q
ədər Azərbaycan hökumətinin  başında  F.Xoyskidir,  ermənilərin Azərbaycana 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə