HəSƏn həSƏnov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə40/82
tarix20.03.2018
ölçüsü2,8 Kb.
#32677
1   ...   36   37   38   39   40   41   42   43   ...   82

81 
 
Universitetind
ə uzun illər çalışır. Onun arxivində N.Nərimanov haqqında  yazdığı 
“Doktor N
ərimanov”  adlı  xatirələri  saxlanılır.  Xatirələrində  onun N.Nərimanova 
böyük hörm
ət və məhəbbəti hiss olunur. O, N.Nərimanovu “böyük, çox böyük bir 
sima”  adlandırır.  Bu  xatirələrdə  Mirzə  İbrahimovun  öz  çıxışlarının  birində 
N.N
ərimanov  haqqında  dediyi  fikir  də  verilir: “Nərimanovun sözü hər  hansı  bir 
m
əclisin idrakına yol tapırdı. O, hər kəsi faktlarla, məntiqlə inandırırdı”. 
N.N
ərimanovun  Əbdürrəhim bəy Haqverdiyevlə  dostluq münasibətləri 
olmuşdur. Məlum olduğu kimi, Əbdürrəhim bəy Haqverdiyev AXC-nin görkəmli 
xadimi  olmuşdur.  O,  AXC  dövründə  Dağlı  Xalqları  İttifaqında  (Şimali  Qafqazın 
böyük bir hiss
əsini  əhatə  edirdi) Azərbaycanın  diplomatik nümayəndəsi 
v
əzifəsində  çalışırdı.  Bütün  bunlara  baxmayaraq,  N.Nərimanovla  şəxsi dostluq 
əlaqələri də  saxlayırdı.  O,  N.Nərimanovun hökumətində  Xalq Maarif 
Komissarlığında  müxtəlif vəzifələrdə  çalışmış  və  müxtəlif vaxtlarda ədəbiyyat 
şöbəsinin və teatr şöbəsinin müdiri olmuşdur. N.Nərimanov Azərbaycan teatrının 
50 illik yubiley komit
əsinə rəhbərlik etmiş və Ə.Haqverdiyevin ədəbi fəaliyyətinin 
30 illiyi münasib
əti ilə  təşkil  olunmuş  komissiyanın  fəxri sədri  seçilmişdir.  O 
dövrd
ə Maarif Komissarlığında M.Mahmudbəyov və Rza Təhmasib çalışırdılar. 
N.N
ərimanov Mirəsədulla  Mirqasımovla  hələ  Odessada tələbə  ikən  tanış 
olmuşlar  (419).  M.Mirqasımov  1916-cı  ildə  Bakıya  qayıtmış,  1920-ci ildə 
Mixaylovski x
əstəxanasının  (indi  Əzizbəyov  adına  doğum  evi)  cərrahiyyə 
şöbəsində  baş  ordinator  işləmiş,
 
1923-cü ild
ə  ADU-nun tibb fakültəsinə  dəvət 
olunmuş  və  ömrünü cərrahiyyə  praktikasına  və  elminə  həsr  etmişdir.  O,  1945-ci 
ild
ə Azərbaycan Elmlər Akademiyasının ilk prezidenti seçilmişdir. 
N.N
ərimanovun 1920-ci il 11 iyun tarixli sərəncamı  ilə  Süleyman Sani 
Axundov  İnqilab  Komitəsi tərəfindən  Qarabağa  göndərilən nümayəndə  heyətinin 
s
əlahiyyətli  üzvü  seçilmişdır  (272).  1920-ci il avqustun 12-də  Süleyman Sani 
Axundov  Qarabağ  İnqilab  Komitəsi tərəfindən  Qarabağ  əyalətinin xalq maarif 
komissarı təyin edilmişdir. 
Hüseyn Cavidin 
ədəbi fəaliyyəti N.Nərimanovun hökumət  başçısı  işlədiyi 
dövrd
ə inkişaf etməkdə idi. 1920-ci il aprel hadisələrindən sonra H.Cavidin “İblis” 
adlı  pyesini  başa  çatdırması  barədə  məlumat  yayılır.  Əsərin Bakıda  ilk  tamaşası 
h
əmin  ilin  dekabrında  olur.  Bundan  əvvəl  oktyabr  ayında  “Kommunist”  qəzeti 
H.Cavidi “müqt
ədir və  məşhur  şair”  adlandırırdı.  Orta  məktəb dərsliklərində 
H.Cavidin t
ərcümeyi-halı verilirdi. Xalq Maarif Komissarlığı H.Cavidin pyeslərini 
b
əyənib  almışdır  və  onu “Azərbaycan  ədəbiyyatını  bərpa edəcək komissiya” 
hey
ətinə daxil etmişdir. H.Cavid bir çox ictimai tədbirlərə dəvət olunmuş və orada 
iştirak etmişdır. 1921-ci ildə H.Cavidin “Şeyx-Sənan” və “Afət” pyesləri tamaşaya 
qoyulmuş,  1923-cü ilin yanvarında  o,  “Peyğəmbər”  pyesini  yazıb  başa 
çatdırmışdır. “Yeni fikir” qəzetində D.Bünyadzadə 1923-cü il dekabrın 18-də çap 
olunmuş  “Müsavatçılara  cavab”  adlı  məqaləsində  H.Cavid  haqqında  deyirdi: 
“Ədəbiyyat aləmində böyük simalardan olan Hüseyn Cavid kimi şəxsdən xəbəriniz 


82 
 
yox idi. Siz onun 
əsərlərini vəzi-səhnə etmədiniz. Çünki həmin əsərlər din, zülmət 
v
ə zülmə qarşı yazılmış əsərlər idi. Biz bu kimi ədiblərin fəaliyyətini tövsi edərək, 
ən yaxın zamanda ümum qarşısında onlara rəsmi-təzim edəcəyik” (378, 18 dekabr 
1923). N.N
ərimanovun şəxsi təşəbbüsü ilə 1922-ci il martın 21-də Bakıda 3 №-li 
m
əktəbdə “Cavid gecəsi” təşkil olunmuşdur (48, s.124-126). Bu hadisədən bir ay 
sonra 1922-ci il aprelin 20-d
ə Azərbaycan Xalq Maarif Komissarlığına Mir Fəttah 
Seyid
əliyev  başda  olmaqla  bir  neçə  gənc müraciət edirlər  ki,  Bakının  Təzəpir 
rayonunun sakinl
ərinin ümumi iclasında “Məşhur Azərbaycan şairi Hüseyn Cavid 
ocağı”  adlı  mədəni-maarif təşkilatı  yaratmışlar.  Məqsəd Azərbaycan  əhalisi 
arasında  mədəni-maarif  ideyalarını  yaymaqdır.  Onlar  dövlət vəsaitinə  ehtiyac 
duymadıqlarını, xeyriyyə konsertlərinin və dram tamaşalarının hesabına xərclərini 
öd
əyəcəklərini bildirirlər.  Ocağın  nəzdində  üç dərnək təşkil  olunmuşdu:  dram  və 
xor d
ərnəyi  (tamaşalar  və  konsertlərin təşkili  üçün), elmi-ədəbi dərnək 
(mühazir
ələr və ədəbi müzakirələr üçün) və idman dərnəyi (idman yarışları üçün). 
“Cavid  ocağı”nın  təşkilatçıları  6  qrupa  bölünmüşdü:  fəhlələr, müəllimlər, dövlət 
m
əmurları, ali məktəb tələbələri, kommunistlər və komsomolçular (cəmi 59 nəfər). 
1922-ci il aprelin 25-d
ə  xalq  komissarı  D.Bünyadzadə  onlara dərnəyin 
t
əsdiqləndiyi haqqında vəsiqə təqdim etmişdir. 1922-ci ilin aprelindən 1923-cü ilin 
mayına  qədər  onların  fəaliyyəti  haqqında  məlumat  verilmişdir.  Arxivlərdə  bu 
“Ocağın”  bir  illik  fəaliyyəti  haqqında  müəyyən məlumatlar  saxlanılır.  Amma  bıı 
bir illik f
əaliyyət gənclər  arasında  milli  maarifçilik  ideyalarının  yayılmasında 
N.N
ərimanovun  xüsusi  rol  oynadığını  göstərir (197, v.95-122). Bu müddətdə 
“Hüseyn  Cavid  ocağı”  bir  sıra  tədbirlər keçirmişdir.  Kitabxana  təşkil  olunmuş, 
kitablarla t
əchiz  olunmuş,  savadsızlığı  aradan  qaldırmaq  üçün  xüsusi  kurslar 
açılmış,  idman  yarışları  keçirilmişdir.  Musiqi  dərnəyində  Şərq musiqisinin həm 
n
əzəriyyəsini öyrənirdilər, həm də  tar və  kamança üzrə  ifaçılıq sənətinə 
yiy
ələnirdilər.  Peşəkar xonneysterlərin rəhbərliyi  altında  isə  müğənnilik sənətinə 
yiy
ələnirdilər. “Hüseyn Cavid ocağı”nın sonrakı taleyi haqqında bir xəbər yoxdur. 
Ola  bilsin  ki,  axtarışlar  bir  nəticə  verər.  Heç  şübhə  yoxdur ki, 30-cu illərin 
q
urbanları arasında Hüseyn Cavid ocağı”nın üzvləri də olmuşdur. Bu məlumatlar 
20-ci ill
ərdə Azərbaycanda hökm sürən milli-mədəni maarifçilik hərəkatının və bu 
h
ərəkatda  yaranmaqda  olan  yeni  ziyalı  gənclərin fəaliyyətinin bir təcəssümüdür. 
Hüseyn Cavidin bu 
“Ocağın”  təşkilində  və  fəaliyyətində  iştirakı  haqqında 
s
ənədlərdə  heç bir məlumat  yoxdur.  Cavidin  qızı  Turan  xanım  Cavidin  dediyinə 
gör
ə N.Nərimanovla Cavid arasında çox səmimi münasibət var idi. N.Nərimanov 
d
əfələrlə onların evində olmuş, Cavidlə ədəbiyyatın  vəziyyəti haqqında söhbətlər 
aparmışdır. 
Bununla  yanaşı,  qeyd  etmək  lazımdır  ki,  Azərbaycanda  başqa  mədəni-
maarif d
ərnəkləri də fəaliyyət göstərirdi (197, v.116-117) və N.Nərimanov onların 
normal işləməsinə xüsusi diqqət yetirirdi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə