HəSƏn həSƏnov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə38/82
tarix20.03.2018
ölçüsü2,8 Kb.
#32677
1   ...   34   35   36   37   38   39   40   41   ...   82

77 
 
mühafiz
ə  etmək sahəsində  işimlə  əlaqədar olaraq mən tez-tez Nərimanovla 
görüşməli olurdum... Azərbaycanda sovet hakimiyyətinin çətin dövrlərində  onun 
B
akıda  müsəlman sənət abidəsi  olan  Xan  sarayının  mühafizəsi  işinə  nə  qədər 
diqq
ət yetirməsi, ona təşkilati  yardım  göstərməsi,  bizim  Bakı  təbliğ-tənqid 
teatrımızla  necə  yaxından  maraqlanması  yadımdadır...”  (387,  1925,  №  18, s.3). 
N.N
ərimanov  Novruz  bayramının  ümumxalq  bayramı  şəklində  qeyd  olunması 
haqqında qərar qəbul etmişdir (156).  
1920-
ci il mayın 15-də Xalq Maarif Komissarlığı bütün qəza komitələrinin 
n
əzdində maarif şöbələrinin təşkili haqqında 2 nömrəli dekret qəbul etmişdir (191, 
v.15).  Bundan sonra m
əktəblərin təşkilində, onların  tikintisində, dərslik və  başqa 
d
ərs vəsaitləri ilə  təchiz  olunmalarında,  müəllimlərin  toplanması  və 
hazırlanmasında  silsilə  tədbirlər  görülmüşdür.  Azərbaycan dilli mütəxəssislərin 
hazırlanmasına xüsusi diqqət yetirilmişdir (193, v.910). Bir-birinin ardınca ali  və 
orta ixtisas m
əktəbləri  yaradılmışdır. Bakı Dövlət Universitetinin 1920-ci il aprel 
çevrilişi  ərəfəsində  iki fakültəsi (tibb və  tarix-filologiya fakültələri) var idi. 
N.N
ərimanovun səyləri nəticəsində  universitetdə  1921-ci ildə  fizika-riyaziyyat 
fakült
əsi, 1923-ci ildə  ictimai elmlər fakültəsi, 1924-cü ildə  isə  pedaqoji fakültə 
t
əşkil  olunmuşdur.  1920-ci ildə  Politexnik institutu, 1922-ci ildə  Teatr məktəbi 
(209,  v.107)  yaradılmışdır.  Azərbaycanlı  tələbələr  Rusiyanın  bir çox 
universitetl
ərinə  oxumağa  göndərilmişlər (177, v.380). Avropada oxuyanlara 
xüsusi qayğı göstərilmişdir (177, v.212). N.Nərimanov həmin gənclərə daim diqqət 
göst
ərmişdir. 
N.N
ərimanovun milli-mədəni  inkişafa  xüsusi  qayğı  göstərməsini 
Az
ərbaycan İnqilab Komitəsinin dekretləri də təsdiq edir. Azərbaycanın incəsənət 
abid
ələrinin  qorunması  (156,  s.96),  universitet  müəllimlərinin (156, s.406) və 
t
ələbələrinin sosial təminatı  (156,  s.105),  Azərbaycan dilinin məktəblərdə  tədrisi 
(156, s.208), Az
ərbaycan dilində  dərsliklərin  yazılması  (156,  s.322),  universitetə 
q
əbul olunacaq tələbələrin  sayının  təxminən iki-üç dəfə  artırılması  (156,  s.365), 
ümumi m
əcburi ibtidai təhsil (156, s.302) və texniki peşə təhsili (156, s.184) və s. 
haqqında dekretlər qəbul olunmuşdur. 
1920-ci ilin ilk t
ədris ili  başlayarkən  artıq  Azərbaycanda  79,4  min  şagird 
t
əhsil  almağa  başladı.  965  ümumtəhsil məktəbi  açıldı.  107  klub  və  61 kitabxana 
mövcud idi (42, s.164-
181). Bakı Universitetinə 1430 nəfərin qəbuluna dair qərar 
verildi. Onlardan 500 n
əfəri tibb fakültəsinə qəbul edilməli idi (12. s.54). 1923-cü 
ild
ə Azərbaycanda ən azı 951 məktəb açıldı (201, v.43) və bu məktəblərə 80 minə 
yaxın  şagird  cəlb olundu. Onlardan 40 mini milliyyətcə  azərbaycanlı  idi  (213, 
v.190). 
N.N
ərimanovun təşəbbüsü  ilə  Azərbaycan təhsilinin  inkişafı  üçün  və  ali 
m
əktəblərdə milliyyətcə azərbaycanlı müəllimlər çatışmadığı üçün, Azərbaycan ali 
m
əktəblərində  dərs deməyə  və  tədqiqat  işləri  aparmağa  başqa  nüfuzlu  ali 
m
əktəblərin  ən görkəmli müəllimləri və  elm  adamları  dəvət  olunmuşlar. 


78 
 
Az
ərbaycanda çalışan professor P.K.Juze Azərbaycanda tədrisin və elmin inkişafı 
üçün görk
əmli  professorları,  alimləri dəvət etmək məqsədilə  Xalq Maarif 
Komissarlığı  tərəfindən  Moskva,  Petroqrad,  Simbirsk  şəhərlərinə  xüsusi ezam 
olunmuşdur.  Həmin illərdə  Azərbaycana gələrək fəaliyyət göstərənlərdən tarixçi 
L.A.İşkov,  kimyaçı  P.İ.Kuznesov,  geoloq  P.P.Pyatniski,  hidravlika  sahəsində 
İ.Q.Esman,  mühəndislik sahəsində  K.V.Pokrovskiy, həkim  İ.İ.Şirokoqorov, 
şərqşünas  A.N.Samoyloviç,  türkoloq  N.İ.Aşmarin,  şərqşünas  V.V.Bartold,  dilçi 
N.N.Marr,  tarixçi  A.S.Qubaydulin,  fizik  E.B.Lopuxin,  şərqşünas  P.K.Juze, 
şərqşünas  A.O.Makovelskiy,  filosof  A.D.Qulyayev,  həkim  N.Q.Uşinskiy,  geoloq 
İ.M.Qubkin,  kristaloqraf-mineraloq  S.M.Romanov,  elektrotexnik  Z.B.Glyaşeviç, 
tarixçi  L.İ.Baybakov,  sənətşünas  V.M.Zummer,  tarixçi  akademik  Meşşaninov, 
E.A.Paxomov, türkoloq aliml
ər Bəkir Çobanzadə, Miller, A.R.Zifeldt, R.O.Şor və 
başqalarının  adlarını  çəkmək olar (148, s.219-226). Konservatoriyaya gələrək 
çalışanlardan  isə  Presman, Borisenko, Kozolupov, Konyus, Berlin, Samuelsoqn, 
Barabeyçik, Tarnovskiy v
ə  başqalarını  göstərmək olar (198, v.220). 
N.N
ərimanovun  qayğısı  sahəsində  Azərbaycan  kitabxanaları  dünyanın  ən dəyərli 
əsərləri ilə zənginləşdirilmişdir (198, v.126). 
1924-cü 
il  martın  20-də  Moskvada  partiyanın  siyasi  bürosunda 
N.N
ərimanovun təklifi ilə  məsələ  müzakirə  olunmuşdur.  O,  Feliks  Dzerjinskinin 
fikrinin 
əleyhinə gedərək neftdən gələn gəlirin böyük bir hissəsinin Azərbaycanda 
maarifin v
ə  səhiyyənin  inkişafına  xərclənməsi məsələsini  qoymuşdur. 
N.N
ərimanov  buna  nail  olmuş  və  öz tövsiyələrini  Xalq  Komissarları  Sovetinin 
s
ədri Q.Musabəyova yazmışdır (328). 
N.N
ərimanovun fəal iştirakı ilə Bakıda misilsiz bir tədbir - Şərq xalqlarının 
birinci qurultayı keçirilmişdir. O, qurultayda Təbliğat və Fəaliyyət Şurasına rəhbər 
seçilm
əyə  namizəd  olmuşdur.  Amma  Orconikidzenin  təklifi ilə  N.Nərimanov bu 
işdən uzaqlaşdırılmışdır. 
1920-
ci  ilin  sentyabrında  Azərbaycan maarif və  mədəniyyət  işçilərinin ilk 
qurultayı  keçirildi.  Bu  qurultayın  sənədləri ilə  tanış  olarkən N.Nərimanovun və 
onun hökum
ətinin gördüyü əzəmətli işin əhəmiyyəti bir daha aydın olur (350, 30 
sentyabr 1920, № 64; 3 oktyabr, № 66;
 
11 oktyabr, № 73; 12 oktyabr, № 14). 
1921-
ci  il  mayın  6-9-da I Ümumazərbaycan sovetlər  qurultayında 
N.N
ərimanov hökumətin fəaliyyəti haqqında, D.Bünyadzadə isə  maarif sahəsində 
hesabat  vermişlər. Hesabatlar, N.Nərimanov  başda  olmaqla,  hökumətin 
Az
ərbaycanda mədəniyyətin inkişafında xüsusi rol oynadığını sübut edir. 
N.N
ərimanovun  SSRİ  Mərkəzi  İcraiyyə  Komitəsinin sədri vəzifəsində 
gördüyü  işlərin  hamısını  sadalamaq  və  təhlil etmək mümkün olmasa da, bir 
neç
əsini qeyd etmək  lazımdır.  O.Y.Şmidtin  redaktorluğu  ilə  nəşr  olunan  “Böyük 
sovet  ensiklopediyası”nın  yaradılması  haqqında  qərarı  N.Nərimanov  vermişdir. 
N.N
ərimanovun təşəbbüsü ilə SSRİ  MİK-in müzakirəsinə  Azərbaycan Politexnik 
İnstitutunun vəziyyəti haqqında məsələ çıxarılmış və Rusiyanın maarif ocaqlarının 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə