HəSƏn həSƏnov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/82
tarix20.03.2018
ölçüsü2,8 Kb.
#32677
1   ...   33   34   35   36   37   38   39   40   ...   82

75 
 
göst
ərməmək əmrini verdi. Əmrdə deyilirdi: “Azərbaycan parlamentinin qərarı ilə 
sovet hakimiyy
əti tanınmışdır” (242, v. 146). 
Ə.Əhmədovun fikrincə, Müsavat hökumətinin süqutunun bir çox səbəbləri 
var idi. O, 
əsas səbəb kimi Ermənistanla müharibəni və  1920-ci ilin mart-aprel 
aylarında Gəncə və Qazax qəzalarında baş verən iki üsyanı göstərir. Başqa səbəblər 
sırasında hökumətdaxili çəkişmələri qeyd edir. Müsavat, İttihad, Əhrar, sosialistlər, 
bit
ərəflər arasında daim hakimiyyət uğrunda mübarizə gedir, “permanent” hökumət 
böhranı yaranırdı. Ə.Əhmədovun fikrincə, Müsavat hökumətinə daim müxalifətdə 
olan ittihadçılar sovet Rusiyasına və Qırmızı orduya daha çox meyl edirdilər. Onlar 
Müsavat hökum
ətindən  açıq  tələb edirdilər  ki,  bolşeviklərlə,  sovet  Rusiyası  ilə 
saziş
 
bağlansın  və  Qırmızı  ordu  Azərbaycana gələrək Türkiyənin köməyinə 
yollansın.  Azərbaycan hökuməti  yanında  işləyən türk hərbi məsləhətçiləri Xəlil 
Paşa,  Rüfat  bəy, Yaqub bəy, Fuad bəy də  həmin fikirdə  idilər.  İttihadçılar 
kommunistl
ərə  qarşı  təqib siyasətinin  əleyhinə  idilər.  Müsavat  partiyasının 
daxilind
əki solçular da hökumətin daxili və  xarici siyasətini tənqid edirdilər. 
Sonralar erm
əni terrorçusu Toplaqyan tərəfindən  İstanbulda “Pera-Palas” otelinin
 
qarşısında  qətlə  yetirilmiş  daxili  işlər  naziri  Behbud  xan  Cavanşirin  başçılığı  ilə 
f
əaliyyətdə  olan bitərəflər qrupu və  Müsavat  Partiyasından  uzaqlaşan 
M.H.Hacınski də bolşeviklərlə dostluq sazişinin bağlanmasının tərəfdarları idi. Və 
n
əhayət, Ə.Əhmədovun yazdığına görə AXC hökumətinin dövlətçilik təcrübəsinin 
olmaması  məğlubiyyətin  başlıca  səbəblərindən biri oldu (270). C.Həsənli bu 
m
əsələyə  münasibətdə  haqlı  olaraq  birmənalı  nəticəyə  gəlir:  “Sovet  Rusiyasının 
bütün Az
ərbaycanı işğal etmək niyyətinin qarşısını yalnız xarici qüvvə ilə almaq 
olardı” (71, s.78-79). 1918-ci ildə Bakıda sovet hakimiyyətini S.Şaumyana tapşıran 
Ru
siya  bolşevikləri hakimiyyətin  asanlıqla  alınmayacağına  əmin  olduğundan, 
m
əhz bu səbəbdən müsəlmanların  içində  nüfuza malik bir siyasətçi ilə  əlaqəyə 
girm
ək məcburiyyətində qaldı. F.Əhmədova yazır ki, konkret tarixi şəraitdə Bakıya 
v
ə  müsəlmanlara  yaxşı  bələd olan Nərimanov yeganə  uyğun  namizəd idi. Onun 
Az
ərbaycana gəlməsi üçün təkidli tələblər bu mülahizəni təsdiqləyir (35, s.17). 
K.R
əhimov Azərbaycanın  bolşevikləşməsində  N.Nərimanovun rolundan 
danışarkən  haqlı  olaraq  belə  bir nəticəyə  gəlir: “Bu və  ya digər hadisəyə  o vaxt 
obyektiv qiym
ət vermək, onun siyasi anatomiyasını o vaxt düzgün açmaq olar ki, 
onu o dövrd
ən, o dövrdə  baş  verən hadisələrdən təcrid etməyəsən, hadisələri 
qarşılıqlı dialektik vəhdətdə götürəsən” (56, s.107). 
Bel
əliklə, Azərbaycanda sosialist cəmiyyətinin  qurulmasının  yeganə  və 
h
ətta aparıcı carçısı N.Nərimanov deyildi. Bu cəmiyyətin bərqərar olması üçün o 
zamanlar burada mü
əyyən qədər zəmin  mövcud  ıdi  Bu  zəmini ilk əvvəl  Bakıda 
fövq
əladə  güclü olan və  imkansızlıqlar  içində  çarpışan  fəhlə  sinfi və  Bakının 
çoxmill
ətliliyi yaradırdı. N.Nərimanov ya xalqın taleyini öz taleyi kimi qəbul edib 
bu  yükün  altına  girməli idi, ya  da  xalqın  taleyinə  biganə  qalaraq  siyasi  meydanı 
t
ərk etməli idi. 


76 
 
III FƏSİL 
 
N.NƏRİMANOVUN AZƏRBAYCANDA MİLLİ DÖVLƏTÇİLİK 
BAXIŞLARINI HƏYATA KEÇİRMƏK UĞRUNDA MÜBARİZƏSİ 
(1920-ci il aprel – 1925-ci il mart) 
 
3.1. N.N
ərimanovun milli-mədəni inkişaf və din məsələlərinə münasibəti 
 
N
ərimanovun dövlətçilik fəaliyyətində  Azərbaycan  xalqının  milli-mədəni 
inkişafı,  İslam  dini  problemləri, milli-mənəvi dəyərlərin  qorunması,  inkişafı  və 
z
ənginləşdirilməsi  xüsusi  yer  tutmuşdur.  Azərbaycan  xalqının  dini,  dili  və  milli 
ad
ət-ənənələri Nərimanov üçün müqəddəs amillər  olmuşdur.  Sinfi  mübarizə 
k
əskinləşən zaman Nərimanov çıxışlarının birində xüsusi qeyd edirdi ki, hökumət 
indiy
ə qədər  yazılan əsərlərdə  yalnız əqidə cəhətini nəzərə alırdısa, bundan sonra 
əxlaq tərəfini də  nəzərə  alacaqdır  (301,  26  dekabr  1921,  №  263).  Aparılan 
araşdırma onun bu sahədə gərgin fəaliyyətinin müxtəlif cəhətlərini üzə çıxarmağa 
imkan verir.  
Az
ərbaycan  xalqının  milli-mədəni  inkişafında  N.Nərimanov müstəsna rol 
oynamışdır.  O,  ətrafdakıların  etirazına,  anlaşılmazlığına  baxmayaraq  Mirzə 
Ələkbər Sabirə  heykəl  qoydurmuşdur.  Abidənin  açılışında  çıxış  edərək 
vurğulamışdır  ki, indiki və  gələcək  türk  şairləri  Sabir  yaradıcılığından 
ruhlanmalıdırlar.  Universitet  müəllimlərini və  aparıcı  elmi  işçiləri (211, v. 121), 
teatr  işçilərini və  İranlı  tələbələri hərbi  çağırışdan  azad  etmişdir.  Bakıda  “Şərq 
xalqları”  jurnalının  nəşri  barədə  qərar qəbul  etmiş,  müəllimlərin və  qadınların 
qurultaylarını  keçirərək  orada  çıxış  etmişdir.  Bütün  teatr  kollektivlərini və 
m
əktəbləri hökumət himayəsi  altına  almış,  universitetin  əməkdaşlarının  maaşını 
qaldırmış,  tələbə  qəbulunun  sayını  artırmışdır.  “Azərbaycan Tədqiq və  Tətəbbö 
C
əmiyyəti”ni yaratmaqla Elmlər  Akademiyasının  təməlini  qoymuşdur.  Bu 
c
əmiyyətə o zaman SSRİ-nin görkəmli alimləri cəlb olunmuşdular.  
N.N
ərimanovun  şəxsi təşəbbüsü ilə  Azərbaycan Dövlət Muzeyi, Dövlət 
Teatrı  və  Tənqid-təbliğ teatrı təşkil olunmuşdur (220,  v.50a). Dövlət simfonik və 
xalq çalğı alətləri orkestrləri yaranmış, Tağıyev teatrının, Nuxa (Şəki) və Şuşa xan 
saraylarının  təmirinə  başlanılmışdır.  Baki  Ali  Pedaqoji  İnstitutunun  banisi  və 
hamisi olmuşdur. Politexnik texnikumunu, Ali Musiqi Akademiyasını təşkil etmiş 
v
ə  musiqi alətlərinin milliləşdirilməsi barədə  dekret qəbul  etmişdir.  Müsəlman 
f
əhlələri  üçün  türk  dram  truppasının  yaradılmasına  və  truppanın  fəaliyyətinə  nail 
olmuşdur (156).  
N.N
ərimanovun milli-mədəni  inkişafımıza  göstərdiyi  qayğı  SSRİ  alimləri 
t
ərəfindən də  yüksək qiymətləndirilmişdir.  1925-ci ildə  “İskusstvo  trudyaşixsya” 
jurnalında  Nərimanovun ölümü ilə  əlaqədar Sergey  Qarodetski  adlı  bir  şəxs 
yazırdı:  “Sovet  Azərbaycanında  bədii təbliğat  və  keçmişin  mədəni abidələrini 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə