HəSƏn həSƏnov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/82
tarix20.03.2018
ölçüsü2,8 Kb.
#32677
1   ...   24   25   26   27   28   29   30   31   ...   82

57 
 
ərəb  qrafikasına  əsasən  yazırıq,  lakin  türkcə  ifa edirik. Bu da səhvlərə  gətirib 
çıxarır”. 
N.N
ərimanov məktəblərdə ana dilinin tədrisini çox vacib sayırdı (290, t.1, 
s.98). O, bir m
əqaləsində  dilimizə  hörmətin  əsas təzahürü kimi sözlərin düzgün 
ifad
ə olunmasını qeyd edirdi (285, t.1, s.76). 1906-cı ildə “Həyat” qəzetində çıxmış 
“Bu gün
” adlı məqaləsi onun milli ədəbiyyatımızda ana dilində ifadə olunmuş ən 
ali hissl
əridir (284, I  c, s.98-101). N.Nərimanov 1916-cı ildə deyirdi: “Bir millət 
özünü tanımayınca hüququnu düşünməz. Tanımaq üçün də milli dil, milli məktəb, 
milli m
ətbuat, milli ədəbiyyat lazımdır. Bunların da meydana gəlməsi və tərəqqisi 
bizim üçün hürriyy
ətə bağlıdır...” (345, 20 yanvar 1916; 247). N.Nərimanov hələ 
çarizm dövründ
ə türkdilli xalqlara qarşı yönəlmiş  “assimilyasiya”, “ruslaşdırma”, 
“xristianlaşdırma”  siyasətini  açıq-aydın  tənqid  etmişdir.  1905-ci  il  inqilabının 
g
ətirdiyi dəyişikliklər  arasında  Rusiyanın  türkdilli  xalqlarının  öz  milli 
düşüncələrinə  qayıdışını  xüsusi  vurğulamışdır:  “1905-ci ildə  “bahar” gəldi. 
İlminskilərin qələmləri  sındı,  ağızları  yumuldu,  illərlə  bəslədikləri  acı,  zəhərli, 
vicdansız  fikirləri məhv oldu”. Rusiyada türkdilli xalqlara rus dilində  təhsil 
verm
əklə  və  onları  xristianlaşdırmaqla  məşğul  olan  ruslaşdırma  siyasətinin 
ideoloqu v
ə  təşkilatçısı  (345;  26  fevral  1916,  №  243)  İlminskinin  tələbələrindən 
Smirnovun  Qori  seminariyasının  inspektoru  vəzifəsinə  təyin  olunmasına  qarşı 
N.N
ərimanov  öz  etirazını  bildirmişdi  (360,  14 iyun  1906).  O,  “Həyat” qəzetində 
silsil
ə  məqalələrlə  çıxış  edərək  Qori  seminariyasının  Azərbaycan bölməsini 
az
ərbaycanlılar  yaşayan  ərazilərə  keçirmək məsələsini  qaldırmışdır.  Odessada 
universitet t
ələbəsi olarkən  etdiyi  çıxışların  birində  demişdir  ki,  millətinin 
maarifl
ənməsi  yolunda  çalışmayan  şəxs  xalqının  vicdansız  və  qeyrətsiz  düşməni 
sayılmalıdır  (298,  t.1,  s.58-59). N.Nərimanov  ardıcıl  olaraq  məktəblərimizdə  ana 
dilinin t
ədrisini, dərsliklərin hamısının ana dilində tərtib olunmasını tələb etmişdir. 
O, 1906-
cı ildə “İrşad” və “Həyat” qəzetlərində silsilə məqalələrlə çıxış edərək fəal 
siyasi-publisistik f
əaliyyətini davam  etdirmişdir.  Kommunist  ideologiyasında 
N.N
ərimanovun milli təmayülünün mənbələrindən biri də 1904-cü ildə yaradılmış 
“Hümm
ət” təşkilatında  aktiv  fəaliyyəti  olmuşdur.  Düzdür,  “Hümmət” təşkilatı 
milliyy
ətcə azərbaycanlı fəhlələrin arasında kommunist ideologiyasını yaymaq  və 
onları  bu  siyasi  cərəyana cəlb etmək  üçün  yaradılmışdı.  Amma  bununla  yanaşı, 
başqa sosial-demokrat təşkilatlarından fərqli olaraq bu təşkilatın  məqsədi həm də 
kommunist t
əbliğatında və siyasətində Azərbaycanın milli və dini adət-ənənələrini 
qorumaq idi. 1905-ci il hadis
ələri Rusiyada demokratikləşmə proseslərinə, 1917-ci 
ild
ə baş verən fevral inqilabı isə milli hərəkatlara böyük təkan verdi. Maraqlıdır ki, 
hümm
ətçi bolşeviklər nəinki Cənubi Qafqaz müsəlmanlarının milli komitəsinə üzv 
oldular, h
ətta sədrliyə də bolşevik Sultan Məcid Əfəndiyev seçildi. Daha bir amil 
d
ə  N.Nərimanovun milli təmayülçü  kommunist  kimi  formalaşmağında  böyük  rol 
oynamışdır.  O  da  1918-ci ildə  Bakıda  milli  qarşıdurma  hadisələri  olmuşdur. 
N.N
ərimanovun fikrini cəlb edən  hadisələrin ən vaciblərindən biri erməni və  rus 


58 
 
bolşeviklərinin erməni  daşnakları  ilə  türklərə  və  müsəlmanlara  qarşı  ittifaq 
yaratmaları,  yəni birgə  cəbhə  təşkil  etmələri idi. N.Nərimanov bu hadisələrdə 
özünü sad
əcə sovet hakimiyyəti uğrunda mübarizə aparan bir bolşevik kimi deyil, 
milli t
əəssübkeş  olan  bir  siyasətçi kimi göstərmişdir.  Bu  haqda  onun  müasirləri 
konkret olaraq yazırdılar ki, N.Nərimanov həbs olunmuş Azərbaycan zabitlərindən 
əksinqilabçı  kimi  qiymətləndirilən  general  Talışinskinin  və  polkovnik Səlimovun 
bolşeviklərin həbsindən  azad  olunmalarına  cəsarətlə  nail  olmuşdur.  Sonralar 
N.N
ərimanov mərkəzlə  və  solçu kommunistlərlə  mübahisələrində  Azərbaycanın 
milli  maraqlarını  qoruyarkən tez-tez  xatırlayırdı  ki,  bizim  siyasətimiz 1918-ci il 
hadis
ələrinin  bir  daha  baş  verməməsinə  yönəldilmişdir.  1918-ci  ilin  mart  qırğını 
bütün Az
ərbaycan  ziyalılarında  olduğu  kimi,  hümmətçi kommunistlərdə  də  milli 
t
əmayüllü  ruhu  inkişaf  etdirmişdir.  Ə.Əhmədovun fikrincə, 1917-ci ilə  qədər 
Az
ərbaycan fəhlələrində  milli həmrəylik sinfi həmrəylikdən, 1918-ci il 
hadis
ələrindən sonra isə  milli həmrəylik partiya həmrəyliyindən üstün idi. 20-ci 
ill
ərə  qədər isə  hümmətçi  bolşeviklər bir çox hallarda Azərbaycanın  liberal-
demokratik  burjua  partiyaları  ilə  birgə  cəbhədən  çıxış  etməyə  üstünlük verirdilər 
(265, v.16). Bel
ə  ənənələrə  əsaslanan N.Nərimanov hakimiyyətə  gəlmiş  və  milli 
t
əmayülçü adı ilə tarixdə qalan siyasətini həyata keçirmişdir. 
Bu bir tarixi h
əqiqətdir ki, N.Nərimanov  kommunist  ideologiyasına, 
sosialist sistemin
ə, Rusiyada baş vermiş 1917-ci il oktyabr hadisələrinin vədlərinə 
inanmış  və bunların nəticəsi olaraq Leninlə əməkdaşlığa girmişdir. Sonrakı siyasi 
prosesl
ər N.Nərimanovun siyasi baxışlarını dəyişmişdir. 
Avropada  yaranmış  sosial  yönümlü  kommunizm  ideyası  və  onun real 
t
əcəssümü  olan  sosialist  sisteması  nəzəriyyə  şəklində  yayıldıqca  N.Nərimanov 
bunlara  inanmış  və  Azərbaycan  xalqının  mənafeləri naminə  istifadə  etməyi 
düşünmüşdür.  Rusiya  bolşevikləri tərəfindən bu ideyalar ilk əvvəl Türküstanda, 
sonra is
ə  Azərbaycanda reallaşmağa  başladıqda  N.Nərimanov  onlarla  yollarının 
ayrıldığını  görərək öz yolunu müəyyənləşdirməyə  çalışmış  və  bunu rəsmi bəyan 
etmişdir.  Beləliklə, N.Nərimanov sovet hakimiyyətinin və  bolşevizmin  mənfi 
keyfiyy
ətlərini tez üzə  çıxararaq  mübarizəsinə  başlamışdır.  Azərbaycanda 
yaranmaqda olan sovet hakimiyy
ətinə başçılıq etməyə razılaşarkən o, xalqını baş 
ver
ə  biləcək  qanlı-qadalı  hadisələrdən  qurtarmağı  və  dövlətçiliyin dönməzliyini 
düşünmüşdür. 
B
əs, N.Nərimanov nəyə əsaslanaraq Leninə inanmış və onunla əməkdaşlığa 
girmişdir?  N.Nərimanov vəziyyəti bütün dərinliyi ilə
 
qiym
ətləndirmişdir.  Tarixi 
s
ənədlərin araşdırılması sübut edir ki, N.Nərimanov bolşeviklərin hiylələrindən də 
x
əbərdar  olmuşdur.  Bəs, onda N.Nərimanovun  inamı  nə  üzərində  qurulmuşdu? 
N.N
ərimanovun  əsas məqsədi, imkan daxilində  Azərbaycanı  bolşevik  inqilabının 
qanlı-qadalı  hadisələrindən xilas etmək,  Rusiyada  yaranmış  sinfi  mübarizədən 
doğan vətəndaş müharibəsinin Azərbaycanda təkrarlanmasına yol verməmək, sovet 
sistemini dinc yolla qurmaq, Az
ərbaycan neftinə  sahib olmaq, Rusiya ilə  ittifaq 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə