Həyat fəALİYYƏTİ TƏHLÜKƏSİZLİYİNİn nəZƏRİ Əsaslari


Yanğınsöndürmə vasitələrinin təsnifatı



Yüklə 1,81 Mb.
səhifə95/98
tarix22.03.2024
ölçüsü1,81 Mb.
#183264
1   ...   90   91   92   93   94   95   96   97   98
476737273-C-fakepath-hft-muhazir-docx

11.3. Yanğınsöndürmə vasitələrinin təsnifatı

Yanğının söndürülməsi, yanma zonasına aktiv təsir edə­rək, onda gedən reaksiyanın dayanıqlığını pozmağa yönəl­dil­miş odsöndürən vəsaitin seçilməsindən ibarətdir.


Yanmanın dayanıqlığı, ilk növbədə, yanma zonasında gedən kimyəvi reaksiyanın temperaturundan və onun ətraf mühitlə gedən istilik mübadiləsindən asılıdır.
Yanma zonasının temperaturunun tkp temperatura qədər enməsi, yanma prosesinin sona çatmasını göstərir. Bu tempera­turu aşağıdakı düstur vasitəsilə təyin etmək olar:


(4)
burada – yanma zonasının temperaturu;
universal qaz sabiti;
– verilmiş maddənin aktivləşmə enerjisidir.
Yanğının söndürülməsi üçün istilik müvazinətinin pozul­ması və yanma zonasında yaranan temperaturun aşağı salın­ması, ayrılan istiliyin ətraf mühitə verilmə sürətinin artırılması və ya həmin zonadan ayrılan istiliyin azaldılması vasitəsilə nail olmaq olar.
İstiliyin ətraf mühitə verilmə sürətinin artırılması ilə yanğının söndürülməsi yanğının fiziki üsulla söndürülməsi adlandırılır.
Yanma prosesi zəncirvarı reaksiya xarakteri daşıdıqda, ayrılan istiliyin azalmasına asan nail olmaq mümkün olur ki, bu da yanğının “kimyəvi üsulla söndürülməsi” adlandırılır. Həqi­qət­də, yanğın zamanı gedən yanma prosesi “istilik” və “zəncirvarı” xarakter daşıyır. Buna görə də, yanğının söndürül­məsi üçün hər iki üsulun tətbiqindən istifadə olunur.
Aşağıdakı sxemdə (şəkil 1) yanğınsöndürmə üsulları göstərilmişdir:


Şəkil 1. Yanğının söndürülməsi üsulları
Yanğının söndürülməsi və onun dayanıqlığının azaldıl­ma­sına bu və ya digər odsöndürücü maddələrin yanma zonasına yönəldilməsi vasitəsi ilə nail olmaq olar. Odsöndürən maddələr bərk, maye və qaz halında ola bilər. Yanğının söndürülməsi üçün lazım olan odsöndürücünün tipi yanar maddə ilə odsöndürücünün fiziki-kimyəvi qarşılıqlı təsiri nəzərə alınaraqdan seçilir.
Yanğının söndürülməsi üçün su və su buxarı ilə yanaşı, böyük söndürücü effektliyinə malik olan bərk maddələrin tozundan, müxtəlif maye və qazlardan istifadə edilir. Bu və ya digər odsöndürücünün seçilməsində, onların insan orqanizminə və texnoloji avadanlıqlara mənfi təsir etməyəcəyi əsas tutulmalıdır.



Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə