Həyat fəALİYYƏTİ TƏHLÜKƏSİZLİYİNİn nəZƏRİ Əsaslari


Partlayış konsentrasiya hədləri



Yüklə 1,81 Mb.
səhifə92/98
tarix22.03.2024
ölçüsü1,81 Mb.
#183264
1   ...   88   89   90   91   92   93   94   95   ...   98
476737273-C-fakepath-hft-muhazir-docx


Partlayış konsentrasiya hədləri

Aşağı

Yuxarı

Ammonyak
Asetilen
Aseton
Benzin-A- 76
Benzol
Butan
Hidrogen
Kerosin
Metan
Propan
Hidrogen-sulfid
Etan
Etil spirti (96 %)

15.5
1.5
2.6
0.8
1.1
1.5
4.0
1.4
2.5
2.0
4.3
2.5
2.6

27.0
82.0
12.0
5.0
6.8
8.5
85
7.5
15.4
11.1
44.5
15.0
19.0

Yuxarı və aşağı temperatur partlayış hədləri mayelərin doymuş buxar təzyiqindən asılı olaraq aşağıdakı düsturlarla tapıla bilər:


; (10.13)

burada – aşağı və yuxarı partlayış temperaturlarına uyğun mayelərin doymuş buxarlarının təzyiqləridir.


– atmosfer təzyiqidir.


10.8 Alovlanmanın istilik impulsları

Alovlanma impulsu mexaniki, elektrik, kimyəvi enerjilər­dən birinin istilik enerjisinə keçməsi, habelə elektrik boşalması nəticəsində əmələ gəlir.


Maddələrə təsir edən və ya onlarda baş verən istiliyin əmələ gəlməsinə imkan yaradan proseslərin xarakterindən asılı olaraq impulslar fiziki, kimyəvi və mikrobioloji qruplara bölünür.
Alovlanma impulsunun əsas mənbələri bunlardır: açıq alov, yanacağın yanmamış hissəcikləri şəklində olan qığılcım­lar, elektrik qığılcımı və ya qövsü, zərbədən və sürtünmədən əmələ gələn qığılcımlar, həmçinin qızmış və közərmiş səthlər.
Mexaniki enerjinin istilik enerjisinə çevrilməsindən yaranan impulslar, zərbədən, sürtünmədən, metal və başqa səthlərin qığılcım verməsindən əmələ gələn istilik enerjisi tezalışan qarışıqların alovlanmasına səbəb olur.
Qasnaq üzərində intiqal qayışlarının və nəqledici lentlərin uzun müddət sürülməsi, ötürülən qüvvə ilə qayış və lent tellərinin gərilməsi arasında uyğunluq olmadıqda, həmçi­nin bərk materialların mexaniki işlənməsi (kəsilməsi, pardaq­lan­ması) zamanı mexaniki enerji istilik enerjisinə çevrilir və bunun nəticəsində alovlanma impulsu yaranır.
Bu impulsdan yaranan istilik belə tapılır:


Q= ; kkal (10.14)

burada N – sürtünən səthə təsir edən normal qüvvə, kq;


f – materialın sürtünmə əmsalı;
– nisbi yerdəyişmə, m.

Mexaniki enerji qaz halında maddələrin həcminin azalmasına və plastik materialların formalarının dəyişilməsinə sərf edildikdə də istilik enerjisinə çevrilir. Bu vaxt sıxılan maddənin, habelə kompressorların və preslərin konstruksiya elementləri qızır.


Qazların adiabatik sıxılması zamanı yaranan temperatur aşağıdakı düsturla təyin edilir:


°K (10.15)
burada qazın sıxılmaya qədər temperaturu;
, – başlanğıc və son təzyiq, kq/sm2;
k – adiabatiya göstəricisidir.
İfrat yüklənmədə, qısaqapanmada, qığılcım (qövs) əmələ gəldikdə, keçid müqaviməti böyük olduqda, fuko cərəyanı yarandıqda istilik enerjisinə çevrilən elektrik enerjisi alovlanma impulsu ola bilər.
Qısaqapanma – gərginlik altında olan müxtəlif qütblü elektrik məftillərinin kiçik müqavimətlə birləşməsindən yaranır.
İfrat yükləmə zamanı naqilin qızma temperaturu belə təyin edilir.
t= ; °C (10.16)

burada J– cərəyan şiddəti, A;


ρnaqilin xüsusi müqaviməti, Om×sm;
s – naqilin en kəsiyinin sahəsi, mm2;
ν – naqilin en kəsiyinin perimetri, mm;
k – istilikkeçirmə əmsalı; kkal/m2× saat × dər.
Böyük keçid müqavimətləri elektrik dövrələrində kontakt lazımı qədər olmaqda əmələ gəlir. Kontakt zəif olan yerlərdə böyük miqdarda istilik ayrılır ki, bunun nəticəsində izoləedici örtük, yaxında olan yanar maddələr və materiallar alovlanır.
İnduktiv fuko cərəyanı güc elektrik maşınlarının metal kütlələrində (transformatorların nüvələrində, dinamomaşınların lövbərlərində) yaranır və onların qızmasına sərf olunur. Belə bütöv kütlələrin temperaturunun yüklənməsi, nəticəsində bir sıra hallarda, məftillərin yanar izoləedici qabığını alovlandıra bilər.



Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə