Həyat fəALİYYƏTİ TƏHLÜKƏSİZLİYİNİn nəZƏRİ Əsaslari


Maddələrin yanğın təhlükəli göstəriciləri



Yüklə 1,81 Mb.
səhifə90/98
tarix22.03.2024
ölçüsü1,81 Mb.
#183264
1   ...   86   87   88   89   90   91   92   93   ...   98
476737273-C-fakepath-hft-muhazir-docx

10.5. Maddələrin yanğın təhlükəli göstəriciləri

Yanma prosesi, yanma və ya öz-özünə yanma kimi iki hissəyə bölünür. Maddənin impuls təsirindən yanması, öz-özü­nə alovlanma temperaturundan yuxarı temperaturda baş verir.


Bu göstəricilərdən başqa, bərk maddələrin yanğın təhlü­kə­li­li­yini xarakterizə edən alovlanma, mayelər üçün alışma temperaturları mövcuddur.
Alovlanma temperaturu elə bir minimal temperaturdur ki, bu temperaturda maddələr çox qısa müddətdə od tutub ardıcıl yanırlar.
Yanma prosesinin baş verməsi üçün yanar maddə ilə oksidləşdirici müəyyən nisbətdə olmalıdırlar. Qazların yanması üçün bu nisbət alovlanmanın konsentrasiya həddi, mayelər üçün isə alovlanmanın temperatur və konsentrasiya hədləri adlandırılır.
Maddələrin fiziki halından asılı olaraq, onlarda yanma prosesini xarakterizə edən əsas göstəricilər aşağıdakılardan ibarətdir:
a) Qaz qarışığının yanması və ya partlaması üçün – alov­lan­manın konsentrasiya həddi və öz-özünə alovlanma tempe­raturu.
b) Mayelərin yanması – alışma temperaturu, öz-özünə yan­ma temperaturu, alovlanmanın konsentrasiya və temperatur hədləri.
c) Bərk maddələrin yanması – od tutub yanma və öz-özünə yanma maddələri.
Aşağıda yanma prosesinin sxemi göstərilmişdir:




Şəkil 1. Yanma prosesinin sxemi.


10.6. Alışma və öz-özünə alovlanma temperaturu

Alışma temperaturu istehsalatın yanğın baxımından kateqoriyasını müəyyən edən əsas göstəricilərdən biridir. Alışma, maddələrin buxarlarına alovlanma impulsu ilə təsir etdikdə baş verən ani yanma prosesidir.


Yanar mayeləri və bəzi bərk maddələri (məsələn, naftalin) müəyyən temperatura qədər qızdırdıqda onların səthi üzərində əmələ gələn buxar alovlanma impulsu təsirindən qısa müddət yanır. Qısa müddətli yanma əlavə buxarlanma yaratmadığı üçün tez kəsilir. Müəyyən temperaturda tez alışan maddə buxarlarının hava ilə əmələ gətirdiyi qarışığa alovlanma impulsu yaxınlaşdırdıqda o qısa müddətdə yanarsa, standart üsulla təyin edilən bu aşağı temperatura alışma temperaturu deyilir. Bu şəraitdə yanma partlayışlı olur.
Alışma temperaturu mayenin və başqa maddələrin yanması üçün potensial hazırlığını xarakterizə edən fiziki amildir. Alışma və sabit yanma temperaturları bir-birinə yaxın olan mayelər yanğına qarşı xüsusilə təhlükəlidirlər.
Alışma temperaturu mayelərdə yanma prosesi yaradan ən aşağı temperatur olduğu üçün, bu onların təsnifatında əsas götürülür.
Alışma temperaturu qapalı qabda 610C və açıq qabda 660C qədər olan mayelərə tez alışan mayelər deyilir. Alışma temperaturu yuxarıda göstərilən temperaturlardan yuxarı olan mayelər isə yanar mayelər adlandırılır.
Aşağıdakı cədvəldə (1) bəzi maddələrin alışma tempe­ra­turları verilmişdir:

Cədvəl 1
Maddələrin alışma temperaturları



Maddələr

Alışma temperaturu,
°C ilə

Maddələr

Alışma temperaturu,
°C ilə

Aseton
Benzin
Benzol
Qliserin
Kerosin

-20
-53
-14
160
-28

Metil spirti
Fenol
Etilenqlikol
Etil spirti
Efir (dietil)

-7
90
40
11
-45

Qaynama temperaturu haqda məlumat olduqda, alışma temperaturunu aşağıdakı emprik düsturlarla hesablamaq olar:
1.Ormandi Qrevan düsturu:


(.8)

burada – alışma temperaturu, K0 ;


qaynama temperaturu, K0.

2. Tornton düsturu ilə alışma temperaturuna uyğun doymuş buxar təzyiqi aşağıdakı kimi təyin edilir:





burada – alışma temperaturuna uyğun doymuş buxar təzyiqi, mm.c.st.


– atmosfer təzyiqi, mm.c.st.
– 1mol mayenin yanması üçün lazım olan oksigen atomlarının sayı.

Maddələrin buxarları ilə hava qarışığını alovlandıran və azı 5san davam edən yanma prosesindəki temperatur alovlan­ma temperaturu adlanır.


Əksər maddələrin öz-özünə alovlanma temperaturu 250-650°C intervalında yerləşir. Lakin, dayanıqlı alov daha yüksək temperaturda başlayır.
Bəzi maddələrin öz-özünə alovlanma temperaturları aşağıdakı cədvəldə verilmişdir (cədvəl 2).

Cədvəl2
Maddələrin öz-özünə alovlanma temperaturları



Maddələr

Öz-özünə alovlanma temperaturu, °C ilə

Aseton
Benzin B-70
Benzol
Hidrogen
Metan
Toluol
Etil spirti
Etan

610
300
625
530
650
550
465
510

Maddələrin yanğın təhlükəsini xarakterizə edən daha bir kəmiyyət induksiya periodudur. Bu maddənin qızdırılması zamanı ayrılan və ətrafa verilən istiliyin tarazlıq anından başlayaraq öz-özünə alovlanma vaxtınadək olan müddəti göstərir.





Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə