Həyat fəALİYYƏTİ TƏHLÜKƏSİZLİYİNİn nəZƏRİ Əsaslari


Yanğınsöndürücü maddələrin seçilmə prinsipi



Yüklə 1,81 Mb.
səhifə96/98
tarix22.03.2024
ölçüsü1,81 Mb.
#183264
1   ...   90   91   92   93   94   95   96   97   98
476737273-C-fakepath-hft-muhazir-docx

11.4. Yanğınsöndürücü maddələrin seçilmə prinsipi

Yanğının söndürülmə üsulu və vəsaiti hər bir konkret hal üçün, onun inkişaf mərhələsindən, maddələrin yanma xüsusiy­yə­tin­dən və s. asılı olaraq seçilir. Bərk və maye yanacaq maddələrinin yanmasında yanğının artmasının üç mərhələsi qeyd edilir.


Başlanğıc mərhələdə yanmanın davamiyyəti az, tempera­turu alçaq olmaqla bərabər kiçik sahəni əhatəedir (1-2m2). Bu mərhələdə yanğın ən sadə vəsaitlərlə tez bir zamanda asanlıqla söndürülə bilər.
İkinci mərhələdə yanğından ayrılan istilik yanar maddə­nin buxarlanması və ya parçalanmasına sərf olaraq onun sürətini artırır. Yanma səthi və alovun yüksəkliyi artır, yanma daha dayanıqlı forma alır. Bu zaman, ətraf mühitin temperaturu yüksəlir və şüa enerjisinin təsiri güclənir. Yanğının söndürül­məsi üçün, xeyli miqdarda, ilk yanğınsöndürmə vəsaiti tələb olunur.
Üçüncü mərhələdə yanma sahəsi genişlənir (on kvadrat metrlərlə), temperatur yüksəlir, şüalanma səthinin sahəsi artır və nəticə etibarilə tikinti və konstruksiyalar deformasiyaya uğrayaraq dağılırlar.
Yanar qazlarda yanma daha sürətlə yayıldığı üçün, onun mərhələlərə ayrılması mümkün olmur.
Hər bir yanğının onun başlanğıc mərhələsində söndürül­məsi daha asan olur. Yanğının ilk mərhələdə məhdudlaşdırıl­ması və söndürülməsinin müvəffəqiyyəti, mövcud yanğınsön­dürmə vasitələrindən düzgün istifadə edilməsindən asılıdır. Bu müvəffəqiyyət, həmçinin yanğın siqnal vasitələrinin , avtomat yanğınsöndürücü qurğuların və s. tətbiqindən asılıdır.


11.5. Odsöndürən vəsaitlər və onların xassələri


Maye odsöndürən maddələr. Su yüksək istilik tutumuna malik olduğuna görə, alışma temperaturu 60°C-dən yuxarı olan mayelərin və bərk yanar maddələrin söndürülməsi üçün geniş istifadə edilir. Adətən su 0°-dən 100°-yə qədər qızdırıldıqda 419 kilocoul, buxarlandıqda isə 2260 kC istilik udur. Bundan başqa, ilkin su buxarlandıqda atmosfer şəraitində 1700 litr buxara çevrilir.
Bu xassələrindən asılı olaraq, su aşağıdakı odsöndürmə qabiliyyətinə malik olur:
1. Yanar maddənin və yanma səthinin soyudulması;
2. Yanar maddə ilə qarışaraq onun yanma effektinin azal­dıl­ması;
3. Yanar maddənin yanma zonasından izolə edilməsi;
4. Oksigenin yanma zonasına daxil olmasının məhdudlaş­dırılması.
Yanğın zamanı su yanma zonasına aşağıdakı formada vurulur :
a) diametri 13-50mm olan oymaqlı lülələrdən çıxan güclü şırnaq şəkilində;
b) damcıların ölçüsü 100mk-dan böyük olan səpələnmiş axın formasında;
c) sabit və yaxud səyyar səpələyicilərdən alınan narın səpələnmiş axın (damcıların ölçüsü 100mk-dan kiçik) şəkilin­də;
d) səthi gərginliyi azaltmaq məqsədilə tərkibindəisladıcı maye olan məhlul şəkilində;
e) yanma reaksiyasının sürətinə müqavimət göstərmək üçün emulsiya şəklində (90% su, 10% etil-brom qarışığı) istifadə edilməsi.
Neft və neft-kimya sənayesində dayanıqlı sayılan iki növ odsöndürən köpük geniş tətbiq olunur: – kimyəvi və hava-mexaniki köpüklər.
Kimyəvi köpük tezalışan mayelərin hamısını söndürmək üçün işlədilir. Lakin, bunlar asan alovlanan yüngül neft məhsulları üçün işlədilir.
Kimyəvi köpük qaz ilə maye qatışığından əmələ gələn damcılardır. Qaz qabarcıqlarının ölçüsü və səthdə yaratdığı pərdənin gərginliyi az olduqda köpük dayanıqlı olur.
Köpük aşağıdakı kimyəvi reaksiya nəticəsində alınır:

Köpük-generator tozuna təsərrüfat sabunu (2.3 hissə çəki hesabı ilə) qatıldıqda sabunlanmış toz alınır ki, bu asan alovlanan mayeləri söndürmək üçün işlədilir. Toz suda (spirtdə) əriyir.
Hava-mexaniki köpük yanar mayeləri söndürmək üçün tətbiq edilir. Bu köpük, həcmi 1000m3-dək şaquli rezervuar­larda saxlanılan asan alovlanan mayeləri (təyyarə benzinlərin­dən başqa) söndürmək üçün işlədilə bilər. Hava-mexaniki köpük 90% havanın, 9,6-9,8% suyun, 0,2-0,4% köpükəmələ­gətirən maddələrin qarışdırılmasından alınır.
PO-I köpükəmələgətirəni tərkibində 44%-dən çox sulfat turşusu olan kerosin kontaktından, yapışqandan (xammal), etil spirtindən, yaxud konsentrasiyası yüksək olan (95%) spirtdən, etilenqlikoldan və kaustik sodadan ibarətdir.
PO-6 köpükəmələgətirən buynuzlu heyvanların texniki qanından və sümük yapışqanından hazırlanır.
Halloidləşmiş karbohidrogenlər. Yüksək söndürmək qa­bi­liy­yə­tinə malik olan maddələr sırasına metil-bromid, xlor­brom­metan, triflüorbrommetan, metilxlorid və s. halloidləşmiş karbohidrogen birləşmələrinə daxildir.
Bu maddələrin havadakı konsentrasiyası 3-5% olduqda yanğının söndürülməsi təmin olunur.
Tərkibində flüor və brom olan odsöndürən maddələr ən effektli birləşmələr sayılır.
Son illərdə, şərti olaraq 3,5B və 4DN adlanan yeni odsön­dürən vasitələr (qaz tərkibli) hazırlanmışdır. Bunların əsas komponenti bromlaşmış karbohidrogenlərdir. 3,5B tərkibli maddə 70% etil-bromid və 30% CO2-dən ibarət olur.
3,5B və 4DN odsöndürən maddələr tezalışan mayeləri, yanar bərk maddələri, daxili yanma mühərriklərini, gərginlik altında olan avadanlıqları, habelə unikal avadanlıqları, (məsələn, laboratoriya avadanlığını) söndürmək üçün tətbiq edilir.
BF-1, BF-2 və BM odsöndürən maddələr daha geniş yayılmışdır. Bu maddələr əsas komponent kimi etil-bromiddən ibarət olunmaqla tetraflüordibrometil və ya metilen-bromid əlavəsinə də malikdir.
BF-1,BF-2 tərkiblərinin gəmilərdə və sənaye stasionar odsöndürən qurğularda tətbiqi məsləhət görülür.
Qaz və toz halında yanğınsöndürən vasitələr. Yanğın nöqteyi-nəzərdən təsirsiz qazlar (karbon qazı, azot) qapalı yerlərdə alovla yanan maye və qazların söndürülməsi üçün müvəffəqiyyətlə tətbiq edilir. Bu qazlar maqnezium, kalium, alüminiumun yanmasını dayandırmaq üçün işlədilir. Onlar pambığı, odunu, parça və s. közərə bilən materialları pis söndürür. Təsirsiz qazlar başqa yanğınsöndürən vasitələrdən (su, köpük) onunla fərqlənir ki, söndürülən materiallara və avadanlığa mənfi təsir etmirlər.
Əksər maddələrin söndürülməsi üçün konsentrasiyası 30-35% olan CO2 odsöndürənindən istifadə edilir. Odsöndürən vasitə kimi CO2 bərk halda da tətbiq edilir (qarabənzər kiçik kristallik kütlə).
Buxar, əsasən, qapalı yerlərdə yanğın söndürən vasitə hesab olunur. İşlənmiş buxar , çox qızdırılmış buxara nisbətən effektli söndürmə vasitəsi sayılır. Həcmi 500 m-dən az və aralıqların bağlanması asan olan binalarda yanğını söndürmək üçün buxar ən əlverişli vasitədir.
Su buxarı ilə yanğının müvəffəqiyyətlə dayandırılması üçün, onun həcmi yanğın baş verən binadakı havanın həcminin 35%-dən az olmamalıdır.
Bərk və toz halında odsöndürən maddələrə qələvi və qələvi-torpaq metalların xloridləri, karnalit, soda bikarbonatı, soda karbonatı, potaş, zəylər, sulfat tortaları buxarlandıqda alınan quru qalıq qum, quru torpaq və s. daxil olur. Onlar mayeləri və bərk maddələri söndürmək üçün işlədilir. Yanğını söndürmək və alovlanmağa başlayan kimi materialları təhlükəsiz yerə köçürmək məqsədi ilə keçə, asbest, adyal, möhkəm parçalar və s. işlədilir.



Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə