Həyat siğortasi qaydalari razilaşdirilmişdir



Yüklə 222,58 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix26.10.2017
ölçüsü222,58 Kb.
#6638
növüQaydalar
1   2   3   4   5   6   7

 

6.3.1.10.

 

Psixi  və  ya  ağır  əsəb  pozuntuları,  hipertoniya  xəstəliyi  (insult),  epileptik 



ürəkkeçmələr (tutmalar); 

 

6.3.1.11.



 

Zöhrəvi xəstəliklər, qazanılmış immun çatışmamazlığı sindromu (QİÇS) və immun 

çatışmamazlığı virusu (İÇV) ilə əlaqədar meydana gələn bütün xəstəliklər

 

6.3.1.12.



 

Hamiləlik və ya doğum

 

6.3.1.13.



 

 Sığorta olunanın qəsdən özünü təhlükəyə  məruz qoyması (insan həyatını xilas 

etmək  cəhdləri  istisna  olmaqla),  qəsdən  özünə  xəsarət  yetirməsi,  intihar  və  ya  ona  cəhd 

etməsi və ya tibbi məsləhətə riayət etməməsi. 

 

7.

 

Sığorta müqaviləsi 

 

7.1. Bu  Qaydalar əsasında bağlanan həyat sığortası Müqaviləsinə görə Sığortaçı Müqavilə 

ilə razılaşdırılmış və Sığortalının ödədiyi sığorta haqqı müqabilində Sığortalının özünün və 

ya  Müqavilədə  Sığorta  olunan  qismində  göstərilən  başqa  şəxsin  müəyyən  yaşa  çatdığı, 

öldüyü  və  ya  Müqavilədə  nəzərdə  tutulmuş  digər  sığorta  hadisəsinin  baş  verdiyi  təqdirdə 

Müqavilə  ilə  şərtləşdirilmiş  sığorta  məbləğini  bir  dəfəyə  və  ya  vaxtarışı  faydalanan  şəxsə 

ödəməyi öhdəsinə götürür. 

 

7.2.  Sığortalı  sığortaçı  tərəfindən  təklif  olunan  aşağıdakı  həyat  sığortası  sinifləri  üzrə 



müqavilələr bağlaya bilər: 

 

7.2.1. sığortalı və ya sığorta olunan öldükdə sığorta ödənişinin həyata keçirilməsini nəzərdə 



tutan həyatın ölüm halından sığortası; 

7.2.2.  sığorta  müqaviləsinin  qüvvədə  olduğu  müddətdə  sığorta  olunanın  öldüyü,  yaxud 

sığorta  müqaviləsində  müəyyən  edilmiş  yaşa,  müddətə  qədər  yaşadığı  halda  sığorta 

ödənişinin həyata keçirilməsini nəzərdə tutan həyatın yaşam sığortası; 

7.2.3. sığorta olunanın müəyyən yaşa çatması, yaşı, əlilliyi və ya xəstəliyi ilə əlaqədar əmək 

qabiliyyətini itirməsi,  ailə başçısını  itirməsi,  işsiz qalması  və  şəxsi  gəlirlərinin  azalmasına, 

yaxud  itirilməsinə  səbəb  olan  digər  hallarda  pensiya,  yaxud  renta  şəklində  dövri  sığorta 

ödənişinin həyata keçirilməsini nəzərdə tutan annuitet sığortası; 

7.2.4. sığorta olunanın xəstəlik və ya bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini tam və 

ya qismən itirdiyi halda, onun itirilmiş gəlirinin əvəzini ödəmək məqsədilə vaxtaşırı sığorta 

ödənişlərinin  həyata  keçirilməsini  nəzərdə  tutan  əmək  qabiliyyətinin  itirilməsi  halından 

sığorta; 

7.2.5.  sığorta  olunanın  səhhətində  onun  həyatını  təhlükə  altına  qoyan  xəstəlik  müəyyən 

edildikdə sığorta ödənişlərinin həyata keçirilməsini nəzərdə tutan  sağalmaz xəstəliklərdən 

sığorta.  

 

7.3.  Bu  siniflərdən  hər  hansı  biri  üzrə  bağlanmış  müqaviləyə  görə  verilən  sığorta  ödənişi 

müqavilədə müəyyən edilmiş sığorta məbləği həddində birdəfəlik və ya hissə-hissə (annuitet 

şəklində) ödənilir. 

 

7.4. Müqavilənin tərəfləri aşağıdakılardır: 



7.4.1. Sığortaçı -  “Qala Həyat” Sığorta Şirkəti ASC 


 

7.4.2.  Sığortalı  –  sığorta  şəhadətnaməsində  adı  Sığortalı  kimi  göstərilən  və  sığortaya  görə 

haqq ödəyən hüquqi və ya fəaliyyət qabiliyyətli fiziki şəxsdir; 

 

7.4.3. Sığorta olunan - Sığortalı tərəfindən əmlak mənafeləri sığorta olunmuş  fiziki şəxs.  



7.4.4. Faydalanan şəxs - Sığorta olunan, onun öldüyü halda isə Müqavilədə müvafiq olaraq 

fayda əldə edən qismində göstərilmiş şəxs

 

7.5. Müqavilədə aşağıdakılar göstərilməlidir: 



7.5.1. sığortaçının adı və ünvanı; 

7.5.2. sığortalının adı (fiziki şəxs olduqda, həmçinin soyadı və atasının adı) və ünvanı; 

7.5.3.  sığorta  predmeti  olan  sığorta  olunan(lar)ın  adı,  soyadı,  atasının  adı,  doğum 

tarixi və ünvanı; 

7.5.4.  faydalanan  şəxsin  adı  (fiziki  şəxs  olduqda  həmçinin  soyadı,  atasının  adı  və 

doğum tarixi) və ünvanı; 

7.5.6. sığorta məbləğinin hər bir sığorta predmeti və ya onun hissəsinə, yaxud hər bir 

sığorta olunana münasibətdə ayrı-ayrı risklər üzrə miqdarı; 

7.5.7. sığorta haqqının ümumi və hər bir sığorta predmeti üzrə məbləği və ödənilməsi 

qaydası; 

7.5.8. sığorta müqaviləsinin qüvvədə olduğu müddət və ərazi

7.5.9.  sığorta  müqaviləsinə  əlavələr  və  dəyişikliklər  edilməsi,  həmçinin  ona  xitam 

verilməsi qaydası; 

7.5.10. sığorta müqaviləsi üzrə təminat verilən sığorta riskləri, eyni zamanda əgər bu 

barədə  razılaşdırılıbsa,  müvafiq  sığorta  qaydalarında  nəzərdə  tutulmuş  əlavə  sığorta 

təminatları; 

7.5.11.sığorta ödənişinin verilməsi qaydası və əsasları; 

7.5.12. sığorta ödənişinin verilməsindən imtinanın əsasları; 

7.5.13. sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada 

yerinə yetirilməməsinə görə tərəflərin məsuliyyəti

7.5.14. mübahisələrin həlli qaydası; 

7.5.15.  sığorta  müqaviləsinin  tərəflərinin  qarşılıqlı  razılaşması  əsasında  müəyyən 

edilən, qanunvericiliyə zidd olmayan digər şərtlər. 

 

7.6. Müqavilənin qüvvədə olma müddəti aşağıdakı kimi müəyyən edilə bilər: 



7.6.1. həyatın ölüm halından sığortası üzrə - 1 ildən az, 30 ildən çox olmamaq şərtilə; 

7.6.2. həyatın yaşam sığortası üzrə - 6 aydan az, 10 ildən çox olmamaq şərtilə; 

7.6.3. annuitet sığortası üzrə - 1 ildən az, 30 ildən çox olmamaq şərtilə; 

7.6.4. əmək qabiliyyətinin itirilməsi halından sığorta üzrə - 1 ildən az, 30 ildən çox olmamaq 

şərtilə; 

7.6.5. sağalmaz xəstəliklərdən sığorta üzrə - 1 ildən az, 30 ildən çox olmamaq şərtilə. 



 

7.7. Sığorta müqaviləsinin bağlanması. 



 

7.7.1.  Sığorta  müqaviləsinin  bağlanması  üçün  müraciət    Sığortalı  tərəfindən  Sığortaçıya 

müəyyən  edilmiş  yazılı  formada  ərizə  ilə  və  ya  şifahi  müraciət  edildikdən  sonra  sorğu 

vərəqinin doldurulub imzalanaraq sığortaçıya geri qaytarılması ilə rəsmiləşir. Müraciətdə 

aşağıdakılar mütləq göstərilməlidir: 

 

-



 

Sığorta olunanın (faydalanan şəxsin) şəxsiyyətini təsdiq edən sənədin göstəriciləri; 




Yüklə 222,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə