Həyat siğortasi qaydalari razilaşdirilmişdir



Yüklə 222,58 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix26.10.2017
ölçüsü222,58 Kb.
#6638
növüQaydalar
1   2   3   4   5   6   7

 

-

 



Sığorta olunanın təvəllüdü; 

-

 



Sığortanın müddəti; 

-

 



Sığorta məbləği; 

-

 



Sığorta  olunanın,  Faydalanan  şəxsin  öldüyü  halda  sığorta  təminatını  alacaq  şəxsin 

şəxsiyyət vəsiqəsinin göstəriciləri. 

 

7.7.2.  Sığortalı  sığorta  ilə  bağlı  müraciət  zamanı  özünə  məlum  olan  bütün    zəruri 



məlumatları  Sığortaçıya  bildirməlidir.  Sığortalı  müqavilənin  bağlanması  zamanı  məlumat 

verərək  vəzifəsini  pozduqda  (bu  vəzifənin  qəsdən  yerinə  yetirilməməsi  halları  istisna 

edilməklə), əgər  Müqavilə  bağlanmasından 5 il keçmişdirsə, Sığortaçı Müqaviləni bu əsasla 

ləğv edə bilməz.  

 

7.7.3. Sığorta təminatının verilməsi üçün əhəmiyyət kəsb edən hallar barədə Sığortalı və ya 



Sığorta  olunan  tərəfindən  bəyan  edilməmiş  və  ya  düzgün  bəyan  edilməmişdirsə,  Sığortaçı 

Sığorta  müqaviləsinin  bağlanması  anından  5  il  müddətində  Müqavilədən  imtina  edə  bilər, 

sığorta  hadisəsinin  baş  verdiyi  halda  isə  bu  müddət  Sığorta  müqaviləsinin  bağlanması 

anından keçən 10 ildir. 

 

7.7.4. Sığortalı və ya Sığorta olunan məlumat vermək vəzifəsini qəsdən yerinə yetirmədikdə 



Sığortaçı istənilən vaxt sığorta müqaviləsinə xitam verə bilər. 

 

7.7.5.  Vasitəçinin  (agentin,  brokerin  və  s.)  məlumatlı  olması  faktı  Sığortaçının  məlumatlı 



olması  hesab  edilmir.  Əgər  Sığortaçıya  müvafiq  sənədlər  təqdim  etməklə  sübut  edilsə  ki, 

yalan və ya tam olmayan məlumatın verilməsində Sığortalının və ya Sığorta olunanın təqsiri 

olmamışdır, Sığortaçının Müqavilədən imtina etməsi etibarsız hesab edilir. 

 

7.7.6.  Əgər  Sığortaçı  Sığorta  müqaviləsindən  sığorta  hadisəsinin  baş  verməsindən  sonra 



imtina etməsini bəyan edirsə, onun Müqavilə üzrə sığorta məbləğini ödəmək vəzifəsi o şərtlə 

qüvvədə  qalır  ki,  Sığortaçının  haqqında  məlumatlandırılmadığı  şərait  və  ya  hal  sığorta 

hadisəsinin  baş  verməsinə  və  ya  müqavilə  üzrə  ödəniş  məbləğinin  həcminə  təsir 

göstərməmiş olsun. 

 

7.7.7. Sığortaçının sığortanın qəbul edilməsi barədə qərarına şüurlu və məqsədli şəkildə təsir 



göstərmək üçün düzgün və ya tam olmayan məlumatın verilməsi faktına görə də Sığortaçı 

Müqavilədən  imtina  edə  bilər.  Bu  hal  sığorta  olunanın  verdiyi  məlumatlarla  bağlı  olduğu 

halda  hətta  Sığortalının  Müqavilə  bağlanarkən  məlumat  vermək    vəzifəsinin  pozulması 

barədə xəbərdar  olmadığına baxmayaraq, Sığortaçı Müqavilədən imtina edə bilər. 

 

7.7.8.  Müqavilə  bağlanarkən  Sığortaçı  öz  tələblərinə  uyğun  olaraq  Müqavilə  üzrə 



Sığortalanacaq  şəxsin  səhhətinin  tibbi  müayinəsini  tələb  etmək  hüququna  malikdir.  Tibbi 

müayinədən keçməkdən imtina edildiyi halda Sığortaçı Müqaviləni bağlamaqdan imtina edə 

bilər.   

 

7.8. Sığorta olunanın yaşına qoyulan tələblər aşağıdakı kimi müəyyən edilir:  



 

7.8.1.  Bu  Qaydaların  7.2.  bəndində  nəzərdə  tutulan  hər  hansı  sinif  (təminat)  üzrə  sığorta 

qüvvəyə minən anda Sığorta olunanın yaşı 2-dən aşağı ola bilməz. 

 



 

10 

7.8.2.  Əgər  sığorta  müqaviləsi  üzrə  başqa  hal  nəzərdə  tutlmyıbsa,  bu  Qaydaların  7.2. 

bəndində nəzərdə tutulan hər  hansı təminat üzrə Sığorta müqaviləsinin müddətinin bitdiyi 

(qüvvədən düşdüyü) anda sığorta olunanın yaşı 65-dən yuxarı ola bilməz. 

 

  7.9.  Sığorta  olunanın  öldüyü  hal  üçün  Faydalanan  şəxsin  təyin  edilməsi  Sığorta  olunanın 



yazılı  razılığı  ilə  Sığortalı  tərəfindən  həyata  keçirilir.  Sığorta  olunan  fəaliyyət  qabiliyyətsiz 

olduqda  və  Sığorta  olunan  öldüyü  hal  üçün  Faydalanan  şəxsin  təyin  edilməsi  Sığorta 

olunanın  qanuni  nümayəndəsinin  yazılı  razılığı  ilə  Sığortalı  tərəfindən  həyata  keçirilir. 

Sığorta olunanın öldyü hal üçün Faydalanan şəxs təyin edilməzsə, Sığorta olunanın qanuni 

varisləri Faydalanan şəxslər hesab edilirlər. 

 

7.10.  Müqavilədə  işəgötürənin  (hüquqi  şəxs)  və  onun  işçisinin  sığorta  haqqının 



ödənilməsində payçı kimi iştirakları nəzərədə tutula bilər. Bu halda işəgötürən və onun işçisi 

Birgə  sığortalılar  olurlar.  Bu  halda  tərəflər  bir-birinə  Sığorta  müqaviləsindən  irəli  gələn 

Sığortalı vəzifəsinin icrasını etibar edə bilərlər. 

 

7.11.  Müqavilə,  sığorta  haqqının  razılaşdırılmış  birinci  hissəsinin  Sığortaçıya  nağd  və  ya 



hesabına  köçürmə  yolu  ilə  ödənilməsi  şərti  ilə,  Müqavilədə  müəyyən  edilmiş  tarixdən 

qüvvəyə minir. 

 

7.12.  Sığortaçı,  müqavilə  qüvvəyə  mindikdən  10  gün  müddətində  Sığortalıya  sığorta 



şəhadətnaməsini  təqdim  etməlidir.  Sığorta  şəhadətnaməsi  sığorta  müqaviləsinin 

bağlanılmasını təsdiq edən sənəddir. 

 

8. Sığorta haqqı 

 

8.1.  Sığorta  haqqı  Sığortaçı  tərəfindən  onun  tarifləri  əsasında  seçilmiş  sığorta  variantı, 



sığorta  məbləği,  sığorta  müddəti,  Sığorta  olunanın  yaşı  və  cinsi,  səhhətinin  durumu  və 

sığorta haqqının ödənilməsi qaydası nəzərə alınmaqla müəyyən edilir.  

 

8.2.  Sığortalı  müqavilə  bağlandıqdan  15  gün  müddətində  müqavilədə  nəzərdə  tutulmuş 



şərtdən  asılı olaraq sığorta haqqını birdəfəlik və ya onun bir hissəsini ödəməlidir. 

 

8.3. Sığorta haqqı Sığortaçının nümayəndəsinə və ya kassasına nağd ödəmə qaydasında və 



ya hesabına köçürmə yolu ilə ödənilə bilər. 

 

8.4. Sığortalı sığorta təminatından (7.2 bəndi ilə müəyyən olunmuş siniflərdən) asılı olaraq 



sığorta haqqının ödənilməsinin aşağıdakı qaydalarından birini seçə bilər: 

 

8.4.1.  Sığorta  təminatının  ödənilməsinin  müddəti  müəyyən  edilmiş  həyat  sığortası  variantı 



istisna olmaqla həyat sığortasının bu Qaydalarla nəzərdə tutulan istənilən variantında tətbiq 

edilə bilən Müqavilə bağlanarkən sığorta haqqının birdəfəlik ödənilməsi; 

 

8.4.2.  Həyat  sığortasının  bu  Qaydalarla  nəzərdə  tutulan  istənilən  variantı  üzrə  sığorta 



haqqının tədricən (aylıq, rüblük, illik) ödənilməsi. Bu zaman aşağıdakılar nəzərə alınmalıdır:  

 

8.4.2.1.  kredit  götürən  şəxsin  həyat  sığortası  üzrə  sığorta  haqlarının  tədricən  ödəmələri 



Müqavilə müddətinin 2/3-si ərzində həyata keçirilməlidir. 


Yüklə 222,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə