Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə18/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   ...   14   15   16   17   18   19   20   21   ...   146

53

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)

müəyyən  maliyyə  və  yardımlar  almışıq  və  indi  də  bəzi  proqramların  həyata 

keçirilməsində Avropa Birliyi Komissiyasının yardımlarından istifadə edirik. 

Avropa Birliyi Komissiyası ilə əməkdaşlığımız uğurludur və biz bu əməkdaşlıqda 

da özümüzü çox etibarlı tərəfdaş kimi göstərmişik. Bir faktı qeyd etmək istəyirəm. 

Biz 1994-cü ildə, doğrusu, Avropa Birliyinin Komissiyası ilə əməkdaşlığımızın de-

tallarını o qədər də dərindən bilmədiyimiz bir zaman Azərbaycanla Avropa Birliyi 

arasında müqavilələr imzalanmışdı. Avropa Birliyi Azərbaycana müəyyən yardım-

lar etmişdi. O vaxt Azərbaycanda qıtlıq olduğu zaman biz Avropa Birliyindən xeyli 

miqdarda taxıl alıb respublikamızın əhalisini çörəklə təmin etmək məsələlərini həll 

edirdik. Avropa Birliyi o vaxt Azərbaycana bununla bərabər kredit də vermişdir. 

Mən bu gün etiraf etməliyəm ki, o vaxt həmin kreditin verilməsi şəxsən mənə 

o  qədər  də  dəqiq  məlum  olmamışdır.  Nazirlər  Kabineti  mənimlə  razılaşmamış, 

həmin  kreditlərin  alınması  ilə  əlaqədar  sazişlər  imzalamışdı.  Mən  bu  məsələni 

biləndən sonra həm Nazirlər Kabineti, həm də bizim maliyyə orqanlarımız mənə 

belə bildirdilər ki, bu kredit elə kredit adı ilə verilir, amma bu, Avropa Birliyi Ko-

missiyasının Azərbaycana olan yardımıdır. Sonra da dedilər ki, biz onsuz da bu 

kreditləri hələ üç ildən sonra qaytaracağıq, ona görə də bunun üçün narahat olmaq 

lazım deyildir. 

Bilirsiniz  ki,  təəssüf  ki,  həmin  illərdə  Azərbaycanın  rəhbərliyində  vəziyyət 

gərgin idi. 1994-cü ildə Nazirlər Kabinetinə kim tərəfindən rəhbərlik edildiyi də 

sizə məlumdur. Bütün bunlara görə bu gün mən hesab edirəm ki, o vaxt səhvlər bu-

raxılmışdır. Doğrudur, o vaxt Azərbaycanın həm maliyyə kreditinə, həm də maddi 

yardıma ehtiyacı böyük idi. Ancaq biz həmişə bilməliyik ki, krediti nə üçün alırıq 

və bunu necə qaytaracağıq. Amma o vaxt çoxları, o cümlədən həmin kreditin alın-

masına imza atanlar da bu haqda düşünməmişdilər. 

Kreditlər Azərbaycana guya ərzaq gətirilməsi və həmin ərzağın da ancaq Avro-

pa ölkələrindən alınması üçün bağlanıbdır. Indi məlum olur ki, həmin kreditlərdən 

istifadə olunmasında da səhvlərə yol verilmişdir. Nəhayət, vaxt gəldi çatdı və alın-

mış həmin kreditlərin qaytarılması keçən il - 1997-ci ildə bizdən tələb olundu. 

Həmin  kreditlər  təkcə  bizə  yox,  Gürcüstana  da  verilmişdi.  Hətta  Gürcüstana 

Azərbaycandan da çox verilmişdi. Ermənistana da, başqa ölkələrə də verilmişdi. 

Ancaq Avropa Birliyi və xüsusən Iqtisadi Komissiya bu kreditlərin qaytarılmasını 

Azərbaycandan qətiyyətlə tələb etdi. Biz onun vaxtının artırılmasına çalışdıq. Ça-

lışdıq sübut edək ki, biz bu krediti alanda səhvlər olubdur və bəziləri bunun qayta-

rılacağını anlamayıblar. Ancaq bunlar heç bir nəticə vermədi. Biz keçən il həmin 

bu kreditlərin əvəzinə Avropa Birliyinin Iqtisadi Komissiyasına 57 milyon dollar 

qaytarmağa məcbur olduq. 

Olan-olub, keçən-keçib, 1993-cü, 1994-cü illərdə hətta 1995-ci ildə Azərbaycanda 

iqtisadiyyata  rəhbərlik  edən  və  xüsusən  də  iqtisadiyyatla  məşğul  olan  Nazirlər 



54

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

Kabinetində normal bir rəhbərlik yox idi. Ona görə də belə bir səhv buraxılmışdı. 

Bu məsələni mənə məruzə edərkən dəfələrlə təkidlə soruşurdum ki, bəs nə üçün, 

niyə belə olubdur? Ola bilərdi ki, o vaxt biz həmin kreditləri almayaydıq. Onsuz da 

çətin yaşayırdıq, yaşayacaqdıq. Amma indi biz 57 milyon dollar dəyərində məbləği 

qaytardıq. Yəni Avropa Birliyi ilə bizim belə bir münasibətimiz də olubdur. 

Doğrudur, Avropa Birliyi bizim vəziyyətimizi anlayaraq və verilən həmin kre-

diti qaytardığımıza görə qərar qəbul edibdir ki, belə saf əməkdaşlıq etdiyimiz üçün 

Azərbaycana 30 milyon ekyu məbləğində yardım göstərsinlər. Bu da 1998, 1999 

və 2000-ci illərdə olacaqdır. Şübhəsiz ki, bu, 57 milyon dolların yerini vermir. An-

caq hesab edirəm ki, biz bunu da qiymətləndirməliyik. Avropa Birliyi Azərbaycana 

xoş münasibət göstərir, Azərbaycanın krediti qaytarması ilə əlaqədar atdığı addı-

mı  qiymətləndiribdir. Amma  onu  da  bilirik  ki,  bizə  qonşu  olan  ölkələr  aldıqları 

kreditləri qaytarmayıblar, həmin kreditlərin vaxtları uzadılıbdır. 

Bizə  izah  edirlər  ki,  krediti  qaytarmağa Azərbaycanın  iqtisadi  imkanları  var, 

amma o biri ölkələrin iqtisadi imkanları yoxdur. Bu da bir tərəfdən Azərbaycanın 

həqiqətən öz iqtisadiyyatını öz imkanları ilə idarə etməsini göstərir. Çünki 907-ci 

düzəlişə görə Amerika Birləşmiş Ştatları müstəqil dövlətlərə göstərdiyi yardımdan 

Azərbaycanı məhrum edibdir. Məsələn, qonşu ölkələr - Ermənistan, Gürcüstan və 

başqaları Amerika  Birləşmiş  Ştatlarından  ildə  100  milyon  dollar  birbaşa  yardım 

alırlar. Biz bu yardımdan məhrumuq. 

1994-cü ildə Avropa Birliyi bizə ayırdığı kreditdən də çox o biri ölkələrə yardım 

etmişdi. Biz bu krediti qaytardıq, amma onlara güzəşt ediblər, vaxtını uzadıblar. 

Mən bunu sadəcə bir məlumat kimi bildirmək istədim. Çünki lazımdır ki, Siz də, 

ictimaiyyətimiz də hər bir şeyi bilsin. Bizim iqtisadiyyatımızda görülən hər bir iş 

və aparılan tədbirlərin hamısı göz qabağındadır. Hesab edirəm, gördüyümüz işləri 

də çox peşəkar səviyyədə aparırıq. 

Bu, Avropa Birliyi və Iqtisadi Komissiya ilə bizim əməkdaşlığımızın bir his-

səsidir.  Ancaq  TRASEKA  proqramı  əsasında  Avropa  Birliyinin  yardımı  ilə 

Azərbaycanda  bir  çox  işlər  görülübdür  və  bundan  sonra  da  görülür.  Bu,  təkcə 

Azərbaycan üçün deyildir. Bu, Azərbaycandan keçən nəqliyyat xəttinin TRASEKA 

proqramının keçirilməsindən ötrü lazımi səviyyəyə gətirilməsi üçündür. Məsələn, 

Poylu körpüsü Avropa Birliyindən alınmış 2 milyon dollar vəsait hesabına bərpa 

olundu. Dəmir yolunda da müəyyən işlər görülür. Yəni bunlar kredit deyildir, bu 

işlərin görülməsi üçündür. Işğaldan azad olunmuş ərazilərdə, - Füzuli rayonunun 

işğaldan azad edilmiş qəsəbə və kəndlərində bərpa işləri aparılmasına da Avropa 

Birliyi yardım edir. Baş nazirin müavini Abid Şərifov buradadır, Avropa Birliyi nə 

qədər yardım edir? 



Abid Şərifov: 7 milyon ekyu məbləğində. Onun 4 milyonunu veriblər, 3 mil-

yonunu da ayıracaqlar. Bu, Ağdam və Füzuli rayonlarında işğaldan azad olunmuş 




Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə