Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə15/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   ...   11   12   13   14   15   16   17   18   ...   146

45

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 

Tarixi İpək Yolunun bərpası üzrə Bakıda keçirilmiş 

beynəlxalq konfransda giriş nitqi 

 8 sentyabr 1998-ci il

Hörmətli dövlət və hökumət başçıları, nümayəndə heyətlərinin rəhbərləri!

Xanımlar və cənablar!

Sizi, Tarixi Böyük Ipək yolunun bərpası üzrə beynəlxalq konfransın iştirakçıla-

rını səmimi salamlayıram.

Avropa Birliyi Komissiyası ilə birlikdə belə mötəbər məclisin təşkilatçısı olmaq 

Azərbaycan Respublikası üçün böyük şərəfdir.

Konfransımız yeni müstəqil dövlətlərə kömək edilməsi sahəsində Avropa Bir-

liyinin göstərdiyi səmərəli səylərin nəticəsidir. Həmin köməyin bünövrəsini 1991-

ci ildə təsis edilmiş TASIS proqramı qoymuşdur. TASIS-in milli və dövlətlərarası 

proqramları çərçivəsində bir çox mühüm layihələr həyata keçirilir və bunlar yeni 

müstəqil  dövlətlərdə  demokratik  islahatlar,  bazar  islahatları  aparılmasına  kömək 

göstərir.

Belə  layihələrdən  biri  də  1993-cü  ilin  mayında  qəbul  olunmuş  “Avropa-Qaf-

qaz-Asiya Transqafqaz nəqliyyat dəhlizi (TRASEKA)” proqramıdır. Avropa Bir-

liyi  Komissiyasının  təklifi  ilə  Azərbaycan,  Gürcüstan,  Qazaxıstan,  Qırğızıstan, 

Ermənistan,  Tacikistan,  Türkmənistan,  Özbəkistan  nümayəndələrinin  Brüsseldə 

görüşü olmuş və bu görüşdə regionun nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı 

məsələlər müzakirə edilmişdir.

Brüssel bəyannaməsi Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin əhəmiyyətini, 

onun inkişaf etdirilməsi sahəsində əməkdaşlığın konkret istiqamətlərini, forma və 

mexanizmlərini müəyyənləşdirmiş ilk beynəlxalq sənəd olmuşdur. 

O vaxtdan bəri TRASEKA-nın işçi qruplarının Almatıda, Vyanada, Venesiya-

da, Afinada və Tbilisidə beş iclası keçirilmiş və bu iclaslarda mövcud nəqliyyat 

strukturlarının modernləşdirilməsinə və yeni obyektlərin tikilməsinə dair bir çox 

layihələr qəbul edilmiş və artıq qismən yerinə yetirilmişdir. Ukrayna və Monqolus-

tan TRASEKA proqramının tam hüquqlu iştirakçıları olmuşlar.

TRASEKA proqramının uğurla həyata keçirilməsi, Avropa Birliyi Komissiya-

sının və iştirakçı ölkələrin gördükləri böyük iş, əməkdaşlığımızın konkret müsbət 

nəticələri daha genişmiqyaslı layihələr işlənib hazırlanmasına təkan vermişdir. Ta-

rixi Böyük Ipək yolunun bərpası bu layihələr arasında başlıca yer tutur.

Bununla əlaqədar olaraq, Avropa Birliyi Komissiyası və TRASEKA proqramının 

iştirakçısı olan ölkələr bu gün açdığımız Bakı Beynəlxalq konfransının keçirilməsi 

haqqında qərar qəbul etmişlər.




46

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

Konfransda 32 ölkənin və 13 beynəlxalq təşkilatın nümayəndə heyətləri iştirak 

edirlər.

Əminəm  ki,  tarixi  Böyük  Ipək  yolunun  bərpası  məsələlərinin  müzakirəsi, 

konfransımızın nəticələri və yekunları milli və regional nəqliyyat strukturlarının, 

beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı, Avrasiya məkanında sülhün, sabitliyin və 

tərəqqinin möhkəmləndirilməsi üçün böyük əhəmiyyət kəsb edəcəkdir.

Icazə  verin,  konfransımızın  hazırlanması,  imzalanmağa  təqdim  olunmuş 

sənədlərin işlənib hazırlanması və razılaşdırılması üçün gördüyü böyük işə görə 

TRASEKA-nın işçi qrupuna təşəkkür edim.

Konfransın təşkilində köməyinə görə, demokratik islahatların, bazar islahatla-

rının aparılmasında, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsində yeni müstəqil 

dövlətlərə böyük maliyyə yardımı və texniki yardım göstərdiyinə görə Avropa Bir-

liyi Komissiyasına təşəkkür edirəm.

Dəvətimizi  qəbul  edib,  Bakı  şəhərinə  gəlmiş  bütün  konfrans  iştirakçılarına 

təşəkkürümü bildirirəm, onlara qonaqpərvər Azərbaycan torpağında uğurlu iş ar-

zulayıram.

Tarixi Böyük Ipək yolunun bərpası üzrə beynəlxalq konfransı açıq elan edirəm.




47

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 

Tarixi İpək Yolunun bərpası üzrə Bakıda keçirilmiş 

Beynəlxalq Konfransda çıxışı 

8 sentyabr 1998-ci il

Hörmətli  dövlət  başçıları  və  nümayəndə  heyətlərinin  rəhbərləri,  xanımlar  və 

cənablar!

Bəşər  sivilizasiyasının  tarixində  yollar,  nəqliyyat  xətləri  həmişə  çox  böyük 

rol  oynayaraq,  həyatın  bütün  sahələrinə  -  siyasətə,  iqtisadiyyata,  mədəniyyətə 

təsir göstərmişdir. Bunun parlaq nümunələrindən və rəmzlərindən biri də bir çox 

ölkələrin və xalqların minillik tarixini, Çinin qədim mədəniyyətini, avropalıların 

böyük coğrafi kəşflərini, orta əsr müsəlman intibahının nailiyyətlərini və bir sıra 

digər cəhətləri ehtiva etmiş qlobal, nadir hadisə olan Böyük Ipək yoludur.

Azərbaycan əzəldən Böyük Ipək yolunda mühüm məntəqə olmuş, Avropa ilə 

Asiya arasında özünəməxsus körpü rolu oynamışdır. Qafqaz, Xəzər dənizi və Qara 

dəniz hövzələri ölkələri inkişaf etmiş ticarət, qarşılıqlı mədəni zənginləşmə, dini 

dözümlülük zonasını təşkil edərək, Böyük Ipək yolunun özgür tərkib hissələrindən 

biri olmuşlar.

Bəşər tarixinin ayrılmaz tərkib hissəsi kimi Böyük Ipək yolu yüksəliş və tənəzzül 

dövrləri  keçirmişdir.  Müharibələr,  ideoloji  və  coğrafi-siyasi  qarşıdurmalar,  ayırı-

cı  xətlər  dövrləri  başlandıqdan  sonra  bu  yol  həyatımızdan  yox  olaraq,  gözəl  bir 

əfsanəyə çevrilmişdi.

Lakin “soyuq müharibə” qurtardı, xalqlar müstəqillik əldə etdilər, ümumbəşəri 

dəyərlər, demokratik normalar, inteqrasiya prosesləri dünya siyasətində üstün yer 

tutdu və Böyük Ipək yolu ideyasını tarixin gedişinin özü yenidən zəruri etdi.

Avropa Birliyi Komissiyasının uzaqgörən qərarını lazımınca qiymətləndirmək 

gərəkdir. Bu komissiyanın təşəbbüsü ilə 1993-cü ilin mayında Brüsseldə Qafqaz və 

Mərkəzi Asiya dövlətlərinin milli və beynəlxalq nəqliyyat, ticarət kommunikasiya-

larının inkişafı strategiyasının müzakirəsinə həsr edilmiş xüsusi görüşü oldu.

Həmin  görüşdə  təsis  edilmiş  “Avropa-Qafqaz-Asiya  (TRASEKA)  nəqliyyat 

dəhlizi”  proqramı  Avrasiya  məkanında  həyata  keçirilən  ən  dinamik,  iqtisadi 

cəhətdən ən səmərəli layihələrdən biri oldu.

Proqramın  iştirakçısı  olan  ölkələrin  sıx  əməkdaşlığı,  Avropa  Birliyi  Komis-

siyasının  fəal  köməyi  sayəsində  ötən  beş  ildə  kommunikasiya  obyektlərinin 

modernləşdirilməsi və tikintisi müvafiq qanunların və məcəllələrin işlənib hazır-

lanması,  kadrlar  hazırlanması,  gömrük  və  tarif  siyasətlərinin  təkmilləşdirilməsi 

sahəsində böyük iş görülmüşdür.

Azərbaycan, Gürcüstan, Türkmənistan və Özbəkistan arasında tranzit daşımala-



Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə