Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə13/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   ...   9   10   11   12   13   14   15   16   ...   146

40

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

görüş və bu birgə bəyanat indiki mərhələdə bizim üçün lazımdır. Bu, dünyaya bir 

daha nümayiş etdirir ki, ağır zərbələr almasına baxmayaraq, Azərbaycan yenə də 

sülhsevər siyasət aparır, sülh yolu ilə gedir, məsələni sülh yolu ilə həll etmək istəyir. 

Mənim  Brüsseldə  Gürcüstan  prezidenti  Eduard  Şevardnadze  ilə  də  görü-

şüm oldu. Bu görüş Gürcüstan ilə Azərbaycan arasında olan dostluq əlaqələrinin 

yeni  bir  təzahürüdür.  Mən  mart  ayında  Gürcüstanda  səfərdə  olmuşdum,  biz  çox 

əhəmiyyətli danışıqlar aparmışdıq və dəyərli sazişlər imzalamışdıq. Biz bunları bir 

daha nəzərdən keçirdik. Görüşdə təkcə Gürcüstan-Azərbaycan əlaqələri yox, bü-

tün regionda olan vəziyyət, o cümlədən dünyanın və Müstəqil Dövlətlər Birliyinin 

problemləri ilə əlaqədar geniş danışıqlar apardıq. Mən bunu da çox əhəmiyyətli 

hesab edirəm. 

Şübhəsiz  ki,  Brüsseldə  başqa  görüşlər  də  olub.  Bilirsiniz  ki,  mən  Brüsseldə 

ticarət  mərkəzinə,  o  cümlədən ABŞ-ın  oradakı  ticarət  mərkəzinə  getdim.  Digər 

görüşlərim də oldu. Mən bunların hamısını çox əhəmiyyətli hesab edirəm. Ancaq 

bir neçə məqam üzərində dayandım. 

Norveçə  isə  rəsmi  səfərə  getmişdim.  Bu  səfər  Norveçin  Baş  naziri  xanım 

Brundtlandın  dəvəti  ilə  idi.  Mən  bu  dəvəti  çoxdan  almışdım,  onun  vaxtını  elə 

müəyyənləşdirdim  ki, Avropa  Birliyinə  səfərimlə  eyni  zamanda  olsun  ki,  vaxta 

qənaət edə bilim. Mən hesab edirəm ki, bu səfər də çox uğurludur. 

Bizim Norveç ilə əməkdaşlığımız çox səmərəlidir. Deyə bilərəm ki, Norveçdə 

olarkən apardığım danışıqlar, keçirdiyim görüşlər nəticəsində belə qənaətə gəldim ki, 

bu əməkdaşlıq, ola bilər, Azərbaycanda hələ təsəvvür edilməyən qədər səmərəlidir. 

Ola bilər ki, bu əməkdaşlığın bu gün və gələcək üçün nə qədər əhəmiyyətli oldu-

ğunu ictimaiyyətimiz hələ o qədər də bilmir. Yəqin ki, siz bu görüşlər, danışıqlar 

haqqında məlumat verdikdən sonra ictimaiyyətimiz bunu biləcək və hesab edirəm, 

bunun nə qədər əhəmiyyətli olduğunu dərk edəcəkdir. Mən bunu xüsusi qeyd etmək 

istəyirəm. 

Ilk dəfədir ki, Norveçlə Azərbaycan arasında birbaşa sazişlər imzalanıb. Biz Baş 

nazir xanım Brundtland ilə Norveç və Azərbaycan arasında əməkdaşlıq haqqında 

bəyanat imzaladıq. Bu, çox mühüm bir bəyanatdır. Başqa sazişlər də imzalandı. 

Yəni Norveç ilə Azərbaycan arasında əlaqələr indiyədək sadəcə iqtisadi əlaqələr 

səviyyəsində  idisə,  indi  isə  dövlətlər  arasındakı  əlaqələr  səviyyəsinə  qaldırıldı. 

Əgər indiyədək bizim əməkdaşlığımız iki ölkənin ayrı-ayrı şirkətləri ilə əlaqələr 

səviyyəsində idisə, indi bu, dövlətlərarası səviyyəyə qalxdı. Bu, çox əhəmiyyətlidir. 

Bilirsiniz ki, Norveç Avropanın həm iqtisadi cəhətdən inkişaf etmiş, həm də iq-

tisadiyyatın demokratiya prinsipləri əsasında qurulması sahəsində çox nailiyyətlər 

əldə etmiş bir ölkədir. Norveçin xüsusiyyətlərindən biri də budur ki, bu dövlətdə 

bazar iqtisadiyyatı prinsipi ölkənin əhalisinin sosial vəziyyətinin inkişafı ilə çox 

sıx bağlıdır. Bu, Avropanın başqa ölkələrindən fərqlidir. Burada sosial problemlərə 




41

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)

çox  böyük  qayğı,  diqqət  göstərilir  və  nailiyyətlər  çoxdur.  Ona  görə  də  indiki 

mərhələmizdə biz respublika əhalisinin sosial problemləri ilə ciddi məşğul olarkən 

mən bu təcrübənin çox əhəmiyyətli olduğunu qeyd etmək istəyirəm. 

Şübhəsiz ki, Norveçdə neft-qaz sənayesi sahəsində əldə olunan nailiyyətlər çox 

maraqlıdır. Stavanger şəhərində, Stavangerdən 240 kilometr məsafədə dənizin or-

tasındakı platformada gördüklərimiz məni çox heyran etdi. Bu, çox əhəmiyyətlidir. 

Çünki 25-30 il ərzində neft və qaz istehsalı sahəsində, dənizin dərinliyindən neftin, 

qazın çıxarılması və ondan istifadə edilməsi sahəsində əldə olunmuş nailiyyətlər 

çox yüksək qiymətə layiqdir. 

Müxbir: Cənab prezident, siz Norveçdə olarkən bu platformanı möcüzə adlan-

dırdınız. Azərbaycan prezidenti, yəni neft sənayesi ilə çox bağlı olan bir adam bunu 

möcüzə adlandırır. Bunun möcüzəliyi nədən ibarətdir? 

Heydər Əliyev: Bunun möcüzəliliyi ondadır ki, birincisi, bu, suyun dərinliyi çox 

olan sahədə yerləşən bir platformadır. Ikincisi, bu platforma elə bir qurğudur ki, 

orada hər bir şey yaradılmışdır. Üçüncüsü, orada çox yüksək texnika, texnologiya 

tətbiq edilib, hər şey elektronika vasitəsilə idarə olunur. Məsələn, təsəvvür edin ki, 

ildə altı milyard kubmetr qaz istehsal olunan bir platformada onu idarə edən cəmisi 

51 adam işləyir. Bilirsiniz, bu çox yüksək nailiyyətdir. 



Müxbir: Deməli, həm də öyrənməyə çox şey var. 

Heydər  Əliyev:  Bəli,  öyrənməli  çox  gözəl  şeylər  var.  Indi  biz  imzaladığımız 

müqavilələr əsasında quracağımız platformalar məhz belə platformalar olacaqdır. 

Ola bilər. Biz onu təkrar etməliyik, o cür qurmalıyıq. “Statoyl” şirkəti ilə yanaşı, o 

platformanı quran şirkətlərin hamısı məhz Norveçdə yerləşir. Mən onlarla da gö-

rüşdüm. Yəni bu platformanı təkcə neft istehsal edən şirkət qurmur. Bu platforma 

bir çox şirkətlərin birgə əməyinin nəticəsində yaranıb. Bu, kompleks inteqrasiyadır. 

Ona görə də bu, mənim üçün çox maraqlıdır, ona görə də, bu, möcüzədir. 

Vaxtilə biz də möcüzələr yaratmışıq. Məsələn 20-30 il bundan əvvəl Neft Daşla-

rına dünyada möcüzə deyirdilər. Amma indi onlar Neft Daşlarında olan nailiyyətləri 

çoxdan ötüb keçiblər. Təkcə Neft Daşları deyil. Bizdə bu platformalar qurulubdur. 

Amma biz bu səviyyəyə hələ gəlib çatmamışıq. Mən belə platformaları 15 il bun-

dan əvvəl Meksika körfəzində görmüşdüm. Ancaq bu, ondan da yüksəkdir, üstün-

dür. Ona görə də möcüzədir. 

Ola bilər, gələcəkdə Xəzər dənizində biz bundan da möcüzəli bir şey yaradaq. 

Ancaq  bu  gün  biz  sadəcə  olaraq  bu  təcrübədən  istifadə  etməliyik.  Ona  görə  də 

Norveçdəki görüşlərimiz çox əhəmiyyətlidir. Həm Baş nazir, həm parlament sədri, 

həm  kral  ilə,  həm  də  nazirlərlə  görüşlərim  çox  maraqlı,  məzmunlu,  əhəmiyyətli 

oldu. O cümlədən Oslo şəhəri ilə yanaşı Stavangerdə bir çox şirkətlərlə görüşlərim 

oldu. Mən dünən iş adamları ilə çox ətraflı söhbət etdim, onların qarşısında çıxış 

etdim. Azərbaycanın bugünkü iqtisadi imkanları haqqında geniş məlumat verdim, 




Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə