HeydəR ƏLİyev fondu miLLİ yaddaşin keşİYİNDƏ II ciLD



Yüklə 1,7 Mb.
səhifə20/93
tarix25.06.2018
ölçüsü1,7 Mb.
#51864
1   ...   16   17   18   19   20   21   22   23   ...   93

52

Akademiyasının Əlyazmalar İnstitutunda 11 mindən çox qədim əlyazma qoru-

nur. Onlar müxtəlif zamanlarda, müxtəlif dillərdə, müxtəlif müəlliflər tərəfin-

dən yazılmışdır. Bu əlyazmaların arasında şeir və nəsr əsərləri, eləcə də müxtə-

lif mövzularda kitablar vardır. O cümlədən tibb və əczaçılığa aid 360­dan çox 

əlyazma  qorunur.  UNESCO  bu  əlyazmalardan  üçünü  seçib  dünya  yaddaşı 

siyahısına  daxil  etdi.  Bunlar  Əbu  Əli  İbn  Sinanın,  Əbülqasim  Zəhrəvinin  və 

Rüstəm  Cürcaninin  əsərlərinin  əlyazmalarıdır.  Bu  üç  əlyazma,  həqiqətən  də, 

ümumdünya əhəmiyyəti kəsb edir. Məsələn, İbn Sinanın Azərbaycanda qoru-

nan əsəri onun dünyada mövcud olan ən qədim əlyazmalarından biridir. Zəhrə-

vinin əlyazmasında yüzlərcə cərrahiyyə aləti təsvir edilmişdir. Rüstəm Cürcani-

nin əlyazması isə, ümumiyyətlə, Azərbaycandan başqa heç yerdə yoxdur. 

Qədim Azərbaycan təbabəti və əczaçılığının çoxəsrlik irsini araşdırmaq və 

müasir  tibb  elminin  istifadəsinə  qaytarmaq  alimlərimizin  vacib  vəzifələrin-

dən biridir. Hazırkı konfrans bu istiqamətdə atılmış mühüm addımlardan biri-

dir. İndi öz tariximizə yeni gözlə baxdığımız, elmi və mədəni dəyərlərimizin 

qaynaqlarını  daha  obyektiv  meyarlarla  araşdırmağa  başladığımız  bir  vaxtda 

bugünkü konfrans sanki bizim zəngin keçmişimizə açılan pəncərədir”. 

UNESCO­nun İnformasiya cəmiyyəti bölməsinin direktoru Əbdüləziz Abid 

çıxış  edərək  demişdir:  “Bu  konfrans  sizin  bu  sahəyə  verdiyiniz  əhəmiyyə-

tin bariz nümunəsidir. Mən sizə məlumat vermək istəyirəm ki, Dünya Yaddaşı 

Proqramı UNESCO­nun dünyanın bütün xalqlarının irsinin qorunması sahəsində 

həyata  keçirdiyi  dünyamiqyaslı  bir  proqramdır.  Bizim  işimiz  bununla  bitmir. 

Bu  proqramın  uğurlu  olması  üçün  işlərimizi  davam  etdirməliyik.  Bu  proq-

ram 1992­ci ildən gerçəkləşdirilir. Təbii fəlakətlər, müharibələr və münaqişələr 

nəticəsində bir çox mühüm tarixi sənədlər məhv olmuşdur. Lakin bu proqramın 

həyata keçirilməsi sayəsində qiymətli əlyazmalar rəqəmsal formata keçirilmişdir. 

Beynəlxalq  məşvərət  komitəsi  69  ölkədə  öz  ofisini  açmışdır.  Əminəm  ki, 

Azərbaycanda da komitənin ofisi açılacaqdır. Komitənin əsas məqsədi UNES-

CO­nun üzvü olan ölkələrə mədəni və tarixi irsin qorunması sahəsində öz töv-

siyələrini verməkdir. Biz bu yaxınlarda Asiya və Sakit okean regionu, habelə 

Latın Amerikası  və  Karib  dənizi  ölkələrində  regional  layihələrin  reallaşdırıl­

ması üçün bir sıra tədbirlər keçirmişik. Onlardan öz tarixi sənədlərini beynəl­

xalq siyahıya təqdim etmələri xahiş olunmuşdur. Bu siyahı üç hissədən ibarət-

dir.  Sənədlərin  siyahıya  salınması  onların  təşviq  olunmasına  xidmət  edir. 

Sənədlər  məşvərət  komitəsinin  iclasının  qərarı  əsasında  beynəlxalq  siyahıya 

salınır. Bu, UNESCO­nun mədəni irsin qorunması ilə bağlı digər proqramlarına 

bənzəyir. Hazırda beynəlxalq siyahıya 77 ölkədən tibb elminə və əczaçılığa aid 

120­dən çox mühüm əlyazma daxil edilmişdir. 

Azərbaycan Milli Elmlər Akademiyası da bu sahəyə öz töhfəsini vermişdir. 

Hazırda  Azərbaycanda  ən  mühüm  əlyazmalardan  ibarət  milli  registrin  yara-



53

dılmasına  başlanmışdır.  Biz  bunu  çox  yüksək  dəyərləndiririk.  Bu  siyahıla-

rın tərtib olunması tarixi sənədlərin qorunub saxlanmasına böyük əhəmiyyət 

verildiyini göstərir. 

Dünya Yaddaşı Proqramına təqdim olunan sənədlər müxtəlif meyarlar baxı­

mından  öyrənilir  və  sonra  məşvərət  komitəsi  tərəfindən  nəzərdən  keçirilir. 

Siyahı olduqca mühüm siyahıdır və hər hansı sənədin oraya daxil edilməsi o qədər 

də asan prosedura deyildir. Bu proqram bir sıra pilot layihələrlə başlanmışdır 

və bunlardan əsas məqsəd sənədlərin saxlanmasının müasir və ənənəvi metod-

larının öyrənilməsi, onların veb­saytlara çıxarılması, dərc olunması yollarının 

araşdırılmasıdır. Bir çox sahələrdə proqramlarımız var. Məsələn, 6­7 il bundan 

əvvəl Praqada əlyazmalar rəqəmsal formata salınmışdır. Hazırda orada 30 min 

tarixi əlyazma rəqəmsal formada saxlanılır. 

Digər layihəni Yəməndə həyata keçirmişik. Bu layihə çərçivəsində müqəd-

dəs  Quranın  əlyazmasının  müasir  üsullarla  qorunub  saxlanmasına  yönəldil-

mişdi. İstanbul Universitetində də mühüm layihə həyata keçirmişik. Burada da 

əlyazmaların saxlanması üsulları müzakirə edilmişdir. 

Qahirədə  İslam  dininə  aid  sənədlərin  qorunub  saxlanması  ilə  əlaqədar 

layihə həyata keçirmişik. Bu sənədlər kompakt disklərə köçürülmüş və çox 

yüksək keyfiyyətlə arxivləşdirilmişdir. Bu sənədlərdə islam alimlərinin tibb 

sahəsinə töhfələri əksini tapmışdır. 

Hindistanın Mədrəs şəhərindəki institutda da bir layihə həyata keçirmişik. 

Oradakı  sənədlərdə  otlarla  ənənəvi  müalicə  üsulları  göstərilir.  Özbəkistanda 

Əl­Biruni  institutunda  saxlanılan  XIV­XVII  əsrlərə  aid  əlyazmalarla  bağlı 

layihə həyata keçirilmişdir”. 

Mehriban  xanım  Əliyeva  bildirmişdir  ki,  konfrans  təkcə  Bakı  şəhə-

rində keçirilmir, iyunun 14­də Yevlax şəhərində də davam edəcəkdir. Hesab 

edirəm ki, bu çox yaxşı haldır, çünki qonaqlarımız regionlarla, bölgələrlə də 

tanış olacaqlar. 

2006­cı  il  noyabrın  1­də  “Gülüstan”  sarayında  “Gənclər  sivilizasiyaların 

alyansı naminə” beynəlxalq konfrans başlanmışdır.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNES-

CO­nun və İSESCO­nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban 

xanım  Əliyevanın  himayəsi  ilə  keçirilən  konfransda  Qətər  Dövləti  Əmirinin 

xanımı Şeyxa Moza bint Nasir əl­Misnəd və bir sıra beynəlxalq təşkilatın rəh-

bərləri iştirak etmişlər.

Konfrans  “Gənclər  sivilizasiyaların  alyansı  naminə:  arzular  həyata  keçir” 

filminin nümayişi ilə başlanmışdır. Filmdə Azərbaycanda mədəniyyətə göstə-

rilən diqqət və qayğıdan bəhs olunur, sivilizasiyalar arasında ittifaqın yaradıl-

ması təşəbbüsünün əsas məqsədləri vurğulanır.




Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə