HeydəR ƏLİyev fondu miLLİ yaddaşin keşİYİNDƏ II ciLD



Yüklə 1,7 Mb.
səhifə19/93
tarix25.06.2018
ölçüsü1,7 Mb.
#51864
1   ...   15   16   17   18   19   20   21   22   ...   93

50

dər Əliyev ideyalarının həyata keçirilməsinə verdiyi töhfələr, qurumun bey-

nəlxalq  əlaqələri  barədə  geniş  təsəvvür  yaradır.  Xüsusilə  ölkəmizdə  xalq 

təbabətinin  qədim  tarixi,  ənənələri,  Azıx  mağarasından  tapılan  əşyalar, 

Qəbələ,  Təbriz,  Şamaxıda  VII­XIV  əsrlərdə  mövcud  olan  əczaxanalar,  tibb 

məktəbləri,  alim­həkimlər,  Azərbaycanın  flora  və  faunası,  dərman  bitkiləri, 

onlardan istifadə qaydaları, mineral ehtiyatları barədə verilən elmi­tarixi məlu-

matlar konfrans iştirakçıları tərəfindən maraqla qarşılanmışdır. 

Tibb  elminə  və  əczaçılığa  həsr  olunmuş  bu  birinci  beynəlxalq  konfrans 

yazılı  irsin  qorunmasının  vacibliyini  diqqətə  çatdırmaq  üçün  mühüm  fürsət 

kimi dəyərləndirilmişdir.

Vaşinqton  Elmlər Akademiyasının  vitse­prezidenti,  Ümumdünya Tibb Ta­

rixçiləri Cəmiyyətinin baş katibi Alen Tuveyd çıxış edərək demişdir: “Heydər 

Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu konfransda iş tirakı 

onun bu tədbirə böyük əhəmiyyət verdiyini göstərir. Burada iştirak etməsinə və 

xüsusi qayğısına görə ona dərin minnətdarlığımı bildirirəm. 

Mən  burada  UNESCO­nun  bu  işə  verdiyi  əhəmiyyət  barədə  deyilən  söz-

ləri  dinlədim  və  hesab  edirəm  ki, Azərbaycanın  3  nadir  əlyazmasının  Dünya 

Yaddaşı Proqramının siyahısına daxil edilməsi əlamətdar hadisədir. Biz yazılı 

tarixi  irsin  qorunub  saxlanması  və  təşviq  olunmasına  diqqətlə  yanaşmalıyıq. 

Zənnimcə, Azərbaycanda bu cür tədbirin keçirilməsi ölkənin rəhbərliyinin bu 

istiqamətə, bu sahəyə xüsusi önəm verdiyini göstərir. Konfrans bu sənədlərin 

UNESCO  ilə  əməkdaşlıq  çərçivəsində  təbliğinə  və  onlara  marağın  artma-

sına xidmət edəcəkdir. Bu, sadəcə tarixi və ya arxeoloji iş deyildir. Biz hamı-

mız bu sahədə səylərimizi birləşdirməliyik və bütün cəmiyyət bu əlyazmalar 

barədə  məlumatlandırılmalı  və  onların  qorunub  saxlanmasında  iştirak  etmə-

lidir.  Bu  sahədə  müasir  texnologiyalardan  da  istifadə  edilməlidir.  Bu  tarixi 

sənədlər  ölü  bir  sənəd  kimi  qəbul  edilməməlidir.  Tarixçilər  bu  əlyazmaları 

müəyyən  kataloqlara  daxil  edərək,  onlar  barədə  məlumatları  cəmiyyətə  çat-

dırırlar. Lakin bu, işin bir hissəsidir. Digər sahələrdə çalışan alimlər də bu işə 

öz töhfələrini verməlidirlər. 

Zənnimcə, bu konfrans çox səmərəli olacaqdır. Artıq indidən konfrans iş tirakçı-

larının bu tədbirə maraqla yanaşdıqlarını hiss edirəm. Buna görə də UNESCO­nun 

nümayəndəsinə  və  doktor  Mehriban  xanım  Əliyevaya  bildirmək  istəyirəm  ki, 

mən  üzvü  olduğum  qurumu  burada  təmsil  etməkdən  qürur  duyuram  və  eyni 

zamanda sizə əməkdaşlıq təklif etmək istəyirəm. Sizin birgə tədqiqat proqram-

larınızda  iştirak  etmək  istəyirəm.  Bu,  qədim  yazıların  qorunub  saxlanmasına 

yönəldilmiş çox vacib işdir və bu baxımdan biz bütün vasitələrdən ­ müasir tex-

nologiyalardan,  internetdən  istifadə  etməklə  bunu  yaymağa,  öz  təhlillərimizi 

aparmağa, tövsiyələrimizi verməyə və daha çox insanların, elmi işçilərin bu işə 

cəlb olunmasına çalışmalıyıq. Hesab edirəm ki, Heydər Əliyev Fondu ilə belə 



51

əməkdaşlıq  tibb  sahəsində  tədqiqat  proqramına  nümunə  ola  bilər.  Zənnimcə, 

digər  ölkələrdə  fəaliyyət  göstərən  qurumlar  da  bizimlə  əməkdaşlıq  edə  bilər. 

Əgər  belə  bir  işbirliyi  alınarsa,  əsrlərdən  qalmış  nadir  yazıların  bəşəriyyətin 

inkişafında vacib rol oynamasına nail ola biləcəyik”. 

Sonra  Ümumdünya  Tibb  Tarixçiləri  Cəmiyyətinin  prezidenti  Afanasios 

Diamandopoulos  çıxış  edərək  demişdir:  “Mənim  buraya  gəlməyimin  iki  əsas 

səbəbi var idi. Burada böyük bir cəmiyyəti təmsil etmək və ölkənizdə səfərdə 

olmaq  mənim  üçün  şərəfdir.  Əminəm  ki,  siz  hamınız  bu  konfransdan  bəh-

rələnəcəksiniz.  İkinci  səbəb  təsisatla  bağlıdır.  Ümumdünya  Tibb  Tarixçiləri 

Cəmiyyətinin  prezidenti  kimi  bu  proqram  məni  çox  ruhlandırdı.  Çünki  siz 

burada  tibbə  dair  əlyazmaları  araşdırırsınızsa,  tibb  tarixinin  bununla  birbaşa 

əlaqəsi vardır və mən bu konfransın iştirakçıları qarşısında çıxış etmək imkanı 

yaranmasından çox şad oldum. Bizim cəmiyyət də bu sahədə bir çox işlər gör-

müşdür.  Biz  Qərb  ilə  Şərq  arasındakı  sərhədləri  keçərək,  dünyanın  müxtəlif 

ölkələrinin tarixi sənədləri ilə tanış olmaq imkanı əldə etmişik. 

Dünya  əhalisinin  70  faizi Asiyada  yaşayır.  Onların  əksəriyyəti  səfalət  və 

yoxsulluq  içindədir.  Bu  səbəbdən  də  onlar  öz  yazılı  tarixi  abidələrinin  qoru-

nub saxlanmasını təmin etmək imkanlarına malik deyillər. Buna görə də ətrafa 

baxıb, kimin bizə nümunə ola biləcəyini axtarmalıyıq. Azərbaycanı misal gətir-

mək  olar.  Çünki  Azərbaycan  hələ  qədimdən  alimləri,  tibbi  araşdırmaları  ilə 

tanınmışdır. Bu baxımdan tədbirin xüsusi əhəmiyyətini qeyd etmək istəyirəm”. 

Azərbaycan  Milli  Elmlər  Akademiyasının  prezidenti  Mahmud  Kərimov 

demişdir:  “Heydər  Əliyev  Fondu  ilə  Vaşinqton  Elmlər  Akademiyası  tərəfin-

dən  təşkil  edilmiş  bu  beynəlxalq  konfransın  iştirakçılarını  Azərbaycan  Milli 

Elmlər Akademiyasının  Rəyasət  heyəti  adından  ürəkdən  salamlayır,  konfran-

sın səmərəli və uğurla keçməsini arzu edirəm. Mehriban xanım Əliyevanın və 

onun  rəhbərlik  etdiyi  Heydər  Əliyev  Fondunun  səmərəli  səyləri  nəticəsində 

Bakıda ilk dəfə olaraq, qədim tibb və əczaçılıq üzrə beynəlxalq konfrans keçi-

rilir.  Bu  konfransa  dünyanın  20­dən  çox  ölkəsindən  nümayəndələr,  tanınmış 

alimlər gəlmişlər. Burada bir çox beynəlxalq və milli təşkilatların nümayəndə­

ləri  iştirak  edirlər.  Məsələn:  UNESCO,  Ümumdünya Tibb Tarixçiləri  Cəmiy-

yəti, İngiltərə Tibb Tarixi Cəmiyyəti, Türkiyə Tibb Tarixi Cəmiyyəti, Azərbay-

can Tibb Tarixçiləri Birliyi, Vaşinqton Elmlər Akademiyası, Azərbaycan Milli 

Elmlər Akademiyası, Beynəlxalq Əczaçılıq Tarixi Cəmiyyəti, Beynəlxalq İslam 

Təbabəti  Cəmiyyəti  və  bir  çox  başqa  qurumlar  təmsil  olunur.  Konfrans  çox 

mühüm bir hadisəyə həsr edilmişdir. Keçən il Azərbaycan Milli Elmlər Aka-

demiyasının Əlyazmalar İnstitutunda mühafizə olunan orta əsr tibb əlyazmaları 

kolleksiyası UNESCO­nun Dünya Yaddaşı Proqramına daxil edilmişdir. 

Azərbaycan xalqının qədim və zəngin mədəniyyəti var. Bizə gəlib çatmış 

qədim əlyazmalar bunu tam aydınlığı ilə sübut edir. Azərbaycan Milli Elmlər 



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə