HeydəR ƏLİyev fondu miLLİ yaddaşin keşİYİNDƏ II ciLD



Yüklə 1,7 Mb.
səhifə16/93
tarix25.06.2018
ölçüsü1,7 Mb.
#51864
1   ...   12   13   14   15   16   17   18   19   ...   93

39

mət,  uşaqlara  qayğı  xalqımızın  ən  gözəl  keyfiyyətlərindən  biridir.  Bu  olan 

halda,  əlbəttə,  hər  hansı  bir  ailədə  qadına  qarşı  zorakılıq  faktı  nəinki  qanun-

lara zidd, hesab edirəm ki, həm də etik normalardan kənar bir hərəkətdir. Bu 

faktları araşdırmaq və problemi aradan qaldırmaq üçün bu gün Heydər Əliyev 

Fondu  Ailə,  Qadın  və  Uşaq  Problemləri  üzrə  Dövlət  Komitəsi  və  BMT­nin 

Əhali Fondu arasında çox vacib bir layihə imzalanır”.

Bildirildi ki, 20 ay müddətində həyata keçirilməsi nəzərdə tutulan layihə 

Azərbaycanın  bütün  ərazisini  əhatə  edir.  Bakı  şəhəri,  Lənkəran,  Gəncə  və 

Naxçıvan MR bölgələri layihənin icrası üçün mərkəz regionlar kimi seçilmiş-

dir.  Layihənin  əsas  məqsədi  əhalinin  maarifləndirilməsi,  qadın  və  uşaqların 

məişət  zorakılığından  müdafiə  olunması,  ənənəvi  Azərbaycan  ailəsinə  zidd 

olan stereotiplərin aradan qaldırılması, erkən nikahların qarşısının alınması və 

ailədə baş verən zorakılığın uşaqlara təsirinə yol verilməməsidir. Layihə çər-

çivəsində beynəlxalq təcrübənin öyrənilməsi, o cümlədən layihəyə beynəlxalq 

ekspertlərin cəlb edilməsi, əhali arasında insan hüquqları və gender bərabər-

liyi ilə bağlı genişmiqyaslı məlumatlandırma kampaniyasının, regional semi-

narların  təşkili,  müvafiq  çap  məmulatlarının  hazırlanması,  orta  məktəblərdə 

insan alverinə və erkən nikahlara dair maarifləndirmə tədbirlərinin təşkili, küt-

ləvi  informasiya  vasitələrində  maarifləndirmə  xarakterli  proqramların  hazır-

lanması, gender əsaslı zorakılıq qurbanları üçün xidmətlər üzrə strategiyanın 

işlənməsi,  zorakılıqdan  zərər  çəkmiş  şəxslərə  xidmət  göstərən  mütəxəssislər 

üçün  tədris  proqramlarının  hazırlanması  və  təlimlərin  keçirilməsi,  onların 

sosial və psixoloji reabilitasiyasını təmin edən mərkəzlərin şəbəkəsinin yara-

dılması və s. nəzərdə tutulmuşdur.

Layihə çərçivəsində görülən işlər barədə ictimaiyyətin məlumatlandırılması 

üçün ayrıca internet saytı yaradılmışdır.

BMT­nin  Bakıdakı  rezident­əlaqələndiricisi,  UNFPA­nın  Azərbaycandakı 

nümayəndəsi Bruno Pueza qadınlara qarşı zorakılıq məsələlərinə diqqətlə ya­

naşdığına  görə  Heydər  Əliyev  Fondunun  prezidenti  Mehriban  xanıma  təşək-

kür  edərək  demişdir:  “Azərbaycan  iqtisadiyyatının  qeyri­adi  inkişaf  sürəti 

problemlərin həllinə böyük imkanlar açır. 2000­ci ildə bütün dövlət başçıları, 

o cümlədən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən 

imzalanmış  Minilliyin  Bəyannaməsinə,  xüsusilə  də  gender  bərabərliyinə  aid 

Minilliyin İnkişaf Məqsədinə dair Azərbaycan Respublikasının üzərinə götür-

düyü öhdəliklərə uyğun olan və İnsan Hüquqlarına dair Ümumi Bəyannamə-

nin 60­cı ildönümü qeyd edildiyi ildə həyata keçirilməyə başlayan layihə Azər-

baycanda qadınların insan hüquqlarının daha da yaxşı müdafiəsi üçün əlverişli 

şərait yaradacaqdır”.

2008­ci  il  yanvarın  25­də  Heydər  Əliyev  Fondu  ilə  ABŞ­ın  “Uşaqların 

Xilası” (Save the Children) təşkilatı arasında Azərbaycanda uşaqlar üçün inki-



40

şafa doğru yönəlmiş səylərin birləşdirilməsini nəzərdə tutan Anlaşma Memo-

randumu imzalanmışdır.

Fondun tarixi və fəaliyyəti ilə tanış olan qonaqlara bildirilmişdir ki, 2004­

cü  ilin  mayında  yaradılmış  Heydər  Əliyev  Fondu Azərbaycanın  ən  tanınmış 

qeyri­hökumət təşkilatıdır. Ümummilli Lider Heydər Əliyevin xatirəsinə ehti-

ram əlaməti olaraq yaradılmış Fond mədəniyyət, təhsil, sosial həyat, səhiyyə və 

ekologiya sahələrində mühüm layihələr həyata keçirir.

Cef Cakomini imzalanma mərasimindən sonra jurnalistlərə müsahibəsində 

bildirmişdir ki, artıq 15 ildir ki ölkəmizdə fəaliyyət göstərən təşkilatın məqsədi 

qaçqın­köçkün  ailələrindən  olan  və  ehtiyac  içində  yaşayan  uşaqların  sosial 

həyat, səhiyyə, təhsil sahəsində ehtiyaclarını təmin etməkdir. Bu niyyətlə Hey-

dər Əliyev Fondu ilə ilk dəfə əməkdaşlıq edildiyini söyləyən C.Cakomini birgə 

səylərlə bu sahədə irəliləyişə nail olunacağına əminliyini söyləmişdir.

Xatırladaq  ki,  “Uşaqların  Xilası”  dünyanın  40­dan  çox  ölkəsində  ehtiyac 

içində  yaşayan  uşaqların  həyatında  uzunmüddətli  müsbət  dəyişikliklərə  nail 

olmağa çalışan aparıcı beynəlxalq yardım və inkişaf təşkilatıdır.

Heydər  Əliyev  Fondu  ilə  imzalanmış  Anlaşma  memorandumu  uşaqların 

fiziki və psixososial kömək vasitəsilə müdafiəsi, onlara zəruri qayğının göstə-

rilməsi, təhsil almasının təmin edilməsi, sağlamlığı və keyfiyyətli qidalanması 

sahəsində birgə fəaliyyəti nəzərdə tutmuşdur. 

2010­cu il iyulun 12­də Heydər Əliyev Fondu ilə Litvanın Azərbaycan-

dakı səfirliyi arasında humanitar sahədə əməkdaşlığa dair Anlaşma Memo-

randumu imzalanmışdır.

Sənədi Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, 

UNESCO­nun  və  İSESCO­nun  xoşməramlı  səfiri,  Milli  Məclisin  deputatı 

Mehriban xanım Əliyeva və Litvanın Azərbaycandakı səfiri Kestutis Kudz-

manas imzalamışlar.

Mehriban  xanım  Əliyeva  mədəniyyət,  təhsil,  səhiyyə,  hüquq  sahələrini 

əhatə  edən  əməkdaşlığın  rəsmiləşdirilməsindən  məmnunluğunu  bildirmişdir. 

Bununla ikitərəfli əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu deyən Heydər 

Əliyev  Fondunun  prezidenti  sənədin  gələcəkdə  yeni  birgə  layihələrin  həyata 

keçirilməsinə zəmin yaradacağına ümidvar olduğunu söyləmişdir. 

Səfir  Kestutis  Kudzmanas  Heydər  Əliyev  Fondunun  fəaliyyəti  ilə  yaxın-

dan  tanış  olduğunu  bildirərək,  Fondun  gördüyü  işləri,  reallaşdırdığı  mühüm 

layihələri yüksək qiymətləndirmişdir.

Litva səfiri Fondun uşaqlarla bağlı çox mühüm layihələr həyata keçirdiyini 

deyərək, imzalanan memorandumun azərbaycanlı gənclər üçün yeni imkanlar 

açdığını söyləmişdir. Belə ki, memorandum çərçivəsində bu il xüsusi istedada 

malik 20 azərbaycanlı gənc Litvanın aparıcı universitetlərində ödənişsiz əsas-

larla təhsil almaq hüququ qazanacaqdır. 



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə