HeydəR ƏLİyev fondu miLLİ yaddaşin keşİYİNDƏ II ciLD



Yüklə 1,7 Mb.
səhifə15/93
tarix25.06.2018
ölçüsü1,7 Mb.
#51864
1   ...   11   12   13   14   15   16   17   18   ...   93

37

sil  sistemində  aparılan  islahatlardan  söhbət  getdiyini, Avropa  təhsil  sisteminə 

inteqrasiya və digər məsələlərin müzakirə olunduğunu, birgə memorandum im­

zalandığını  xatırlatmışdır.  Mehriban  xanım  Əliyeva  demişdir  ki,  gələn  ilin 

yayında ölkəmiz UNESCO ilə birlikdə təşkil olunacaq “Təhsil hamı üçün” 

konfransına ev sahibliyi edəcəkdir. Konfransın keçirildiyi günlərdə UNES-

CO­nun Baş direktorunun iştirakı ilə Bakıda Beynəlxalq Muğam Mərkəzinin 

açılışı da olacaqdır.

UNESCO­nun Moskva ofisinin baş direktoru Dendev Badarç Heydər Əli-

yev  Fondunun  və  onun  prezidenti  Mehriban  xanımın  genişmiqyaslı  ictimai, 

xeyriyyəçilik  fəaliyyətinin  nüfuzlu  beynəlxalq  qurumlar  tərəfindən  yüksək 

dəyərləndirildiyini vurğulayaraq, yeni əməkdaşlığın da səmərəli nəticələr verə-

cəyinə əminliyini söyləmişdir.

Heydər  Əliyev  Fondunun  təşəbbüsü  ilə Azərbaycanda  xüsusi  qayğıya  eh­

tiyacı  olan  uşaqlar  üçün  reabilitasiya  mərkəzi  tikilməsi  ilə  bağlı  2007­ci  il 

noyabrın  5­də  Heydər  Əliyev  Fondunun  prezidenti,  UNESCO­nun  və  İSES-

CO­nun  xoşməramlı  səfiri,  Milli  Məclisin  deputatı  Mehriban  xanım  Əliyeva 

layihənin  maliyyə  dəstəyini  öz  üzərinə  götürən  Rusiyanın  “Uralsib”  maliyyə 

korporasiyasının nümayəndələri ilə görüşmüşdür.

Mehriban xanım Əliyeva Fondun fəaliyyəti barədə danışaraq demişdir ki, 

onun əsas məqsədi görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrən-

mək  və  təbliğ  etməkdən,  Azərbaycanın  sosial­iqtisadi,  mədəni  tərəqqisinə 

yö nəl

 

miş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda 



əyani təsəvvür yaratmaqdan, ölkəmizin mədəniyyəti və tarixinin geniş təbliği 

ilə  əlaqədar  aparılan  işlərə  kömək  göstərməkdən  ibarətdir.  Bildirilmişdir  ki, 

Heydər  Əliyev  Fondu  təhsil,  səhiyyə  və  digər  sahələrdə  irimiqyaslı  layihələr 

həyata  keçirir,  UNESCO  və  İSESCO  ilə  sıx  əməkdaşlıq  edir.  Eyni  zamanda 

Meh riban  xanım Azərbaycanda  hələ  də  xüsusi  qayğıya  ehtiyac  duyan  çoxlu 

sayda uşaqların olduğunu təəssüflə vurğulamışdır.

2008­ci  il  yanvarın  16­da  Heydər  Əliyev  Fondu,  BMT­nin  Əhali  Fondu 

(UNFPA) və Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Ko­

mitəsi arasında “XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə” birgə la yi həyə 

dair sənədlərin imzalanma mərasimi olmuşdur.

Heydər  Əliyev  Fondunun  prezidenti,  UNESCO  və  İSESCO­nun  xoşmə-

ramlı  səfiri,  Milli  Məclisin  deputatı  Mehriban  xanım  Əliyeva  imzalanmış 

sənədi bu cür qiymətləndirmişdir: “Bildiyiniz kimi, Heydər Əliyev Fondu qısa 

bir zamanda ölkəmizdə böyük hörmətə malik olan təşkilata çevrilibdir. Əlbəttə, 

bu hörmət və dəstək Heydər Əliyev Fondunun fəaliyyəti ilə qazanılıbdır. Hey-

dər Əliyev Fondu ölkəmizdə elmin, təhsilin, mədəniyyətin inkişafı naminə, so­

sial problemlərin həlli naminə çox fəal işlər görür, bir sıra irimiqyaslı humani-

tar layihələr həyata keçirir.




38

Yəqin ki, siz bilirsiniz, “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çər-

çivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkədə 200 yeni məktəb inşa 

olunmuş, ən müasir avadanlıqla təmin edilmişdir. Heydər Əliyev Fondunun bu 

təşəbbüsü  dövlət  tərəfindən  dəstəklənib  və  3  il  ərzində  ölkəmizdə  1300  yeni 

məktəb inşa olunubdur.

“Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” çərçivəsində ölkə-

mizdə 30 uşaq evi və internat məktəbi əsaslı təmir olunub və bu müəssisələrdə 

yaşayan uşaqların problemlərini biz daim diqqət mərkəzində saxlayırıq.

Səhiyyə  sahəsində  bir  çox  tədbirlər  həyata  keçirilmişdir.  “Talassemiyasız 

həyat” layihəsi çərçivəsində ölkəmizdə böyük Talassemiya Mərkəzi inşa olu-

nur. O da ən müasir avadanlıqla təmin ediləcəkdir. “Diabetli uşaqlara ən yük-

sək  qayğı”  layihəsi  çərçivəsində  ölkəmizdə  diabetdən  əzab  çəkən  14  yaşına 

qədər hər bir uşaq yüksək keyfiyyətli insulinlə təmin olunur.

Bununla  yanaşı,  Heydər  Əliyev  Fondu  beynəlxalq  fəaliyyətini  də  səmərəli 

qurur. Dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları ilə bizim əməkdaşlığımız var.

Mədəniyyət sahəsində UNESCO və İSESCO ilə əməkdaşlıq edirik, BMT­

nin İnkişaf Proqramı ilə biz çox vacib layihə həyata keçirmişik. “Kor və görmə 

qabiliyyəti zəif olan insanların İKT­yə çıxışının təmin edilməsi” adlı bu layihə 

çərçivəsində həmin insanlar üçün Bakıda yeni bir mərkəz inşa olunub, audio 

kitabxana hazırlanıb və ən müasir kompüter avadanlığı alınıbdır.

Bir sözlə, Heydər Əliyev Fondu ölkəmizin ictimai həyatında, sosial prob-

lemlərin  həllində  çox  fəal  iştirak  edir.  Bu  gün  Azərbaycanın  yüksək  sürətlə 

həm iqtisadi, həm sosial inkişafı imkan yaradır ki, hər bir ailənin bütün ehti-

yacları təmin olunsun və hər bir ailə üzvünün hüquqları qorunsun. Ölkəmizdə 

qadınların və uşaqların hüquqlarının qorunması istiqamətində son illər bir sıra 

mühüm tədbirlər həyata keçirilibdir. Xüsusilə Ailə, Qadın və Uşaq Problemləri 

üzrə Dövlət Komitəsi yaradılıb və o, bu istiqamətdə dövlətin siyasətini həyata 

keçirir. Digər dövlət qurumları – Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Gənclər 

və İdman Nazirliyi bu istiqamətdə proqramlar hazırlayıb həyata keçirirlər.

Çox sevindirici haldır ki, hazırda Azərbaycanın həm siyasi, həm də ictimai 

həyatında qadınların rolu və sayı ildən­ilə artır. Amma bununla yanaşı, qadın-

lara qarşı zorakılıq, ailə zəminində qadınlara, uşaqlara qarşı zorakılıq faktları 

da qeydə alınır və əlbəttə, bu bizdə narahatlıq doğurur. Siz yəqin bilirsiniz ki, 

son  illər  məişət  zəminində  zorakılıq,  ailə  zorakılığı  bütün  dünyada  çox  ciddi 

müzakirə olunur və bir sıra beynəlxalq təşkilatların diqqət mərkəzindədir. Hər 

bir  zorakılıq  –  məişət  zəminində,  ailədə  zorakılıq  insan  hüquqlarının  ciddi 

pozulmasıdır. Nəticədə zərər çəkən insanlar öz hüquq və azadlıqlarından isti-

fadə edə bilmir, öz potensiallarını reallaşdırmağı bacarmırlar.

Biz hamımız yaxşı bilirik ki, Azərbaycan öz zəngin ailə ənənələri ilə seçilən 

bir ölkədir, dünyada tanınan ölkədir. Böyüklərə hörmət, qadınlara, anaya hör-



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə