HeydəR ƏLİyev fondu miLLİ yaddaşin keşİYİNDƏ II ciLD



Yüklə 1,7 Mb.
səhifə13/93
tarix25.06.2018
ölçüsü1,7 Mb.
#51864
1   ...   9   10   11   12   13   14   15   16   ...   93

33

xəssis,  əməkdaş  üçün  çox  əlamətdar  gündür.  Çünki  BMT  olaraq  biz  Heydər 

Əliyev Fondu ilə birgə çox önəmli bir addım atdıq. Bunun nəticəsində kor və 

görmə qabiliyyəti zəif olan insanlara lazımi xidmətlər göstəriləcəkdir. Bir çox 

ölkələrdə  rəqəmsal  fərqin  aradan  qaldırılmasından  ötrü  müxtəlif  tədbirlərin 

həyata keçirilməsi BMT­nin İnkişaf Proqramı üçün mühüm bir məsələdir. Bu 

məsələyə əvvəlcə hörmətli şəxsiyyət Heydər Əliyev, daha sonra isə cənab Pre-

zident İlham Əliyev tərəfindən göstərilən maraq bizim üçün çox mühüm oldu. 

Azərbaycanın Tunisdə keçirilən son konfransdakı iştirakı isə onun bu sahəyə 

marağının nə qədər böyük olmasına bir sübut idi. Burada əsas məqsəd və əsas 

yekun  ondan  ibarət  idi  ki,  bu  cür  inkişaf  edən  ölkə  üçün  heç  kəs  diqqətdən 

kənarda qalmamalıdır. Bu layihənin həyata keçirilməsi təkcə Azərbaycana xid-

mət etməyəcək, həm də digər ölkələrə böyük bir nümunə olacaqdır. Mən tam 

əminəm ki, bu layihə çox səmərəli olacaq, müsbət nəticələrini verəcək və biz 

növbəti istiqamətlərdə əlaqələrimizi, əməkdaşlığımızı möhkəmləndirəcəyik”. 

İmzalanan  saziş  layihələri  BMT­nin  “Minilliyin  Bəyannaməsi”ndə  döv-

lət və hökumət başçıları tərəfindən yeni texnologiyaların, xüsusilə informasi-

ya­kommunikasiya texnologiyalarının (İKT) hamı üçün təmin olunması barədə 

götürülmüş öhdəliyə və Azərbaycan hökumətinin İKT üzrə Milli Strategiyasına 

uyğun hazırlanmışdır. Bu layihə üç mərhələdə həyata keçiriləcəkdir. İlk mər-

hələ kor və görmə qabiliyyəti zəif olan insanların İKT­yə ehtiyaclarını müəy-

yən etmək, onlar üçün rəqəmsal fərqin aradan qaldırılması üzrə ayrıca proqram 

layihəsi  hazırlamaqdan  ibarətdir.  Bu  məqsədlə  sorğular,  müzakirələr  keçiril-

məli,  təcrübə  mübadiləsi  aparılmalı,  alınacaq  avadanlığın  növləri  müəyyən 

edilməlidir. İkinci mərhələdə kor və görmə qabiliyyəti zəif olan uşaqlar üçün 

internat məktəbində model İKT sinfinin yaradılması istiqamətində işlər aparı-

lacaqdır. Burada kompüter avadanlığının alınıb quraşdırılması, proqram təmi-

natının lokallaşdırılması, internetə çıxışın təmin edilməsi və xüsusi tədris­təlim 

proqramlarının hazırlanması başlıca vəzifələr olacaqdır. 

Audiokitabxanaların  hazırlanması,  təlim  mərkəzlərinin  yaradılması,  kitab­

xana fondunun audioformata çevrilməsi üçün səsyazma studiyasının qurulması, 

bu studiyanın yardımı ilə mövcud kitabxanalarda Brayl şriftli və audiokitabla-

rın bərpası, internetə çıxış, informasiya texnologiya əsaslı təlim kursları, inter-

netdə informasiyanın tapılması, əldə edilməsi kimi xidmətləri təmin edən kom-

püter  mərkəzinin  yaradılması,  təlim  kurslarında  dərs  deyəcək  müəllimlərin, 

təlimçilərin hazırlığı üçüncü mərhələdə həyata keçiriləcəkdir. 

Səkkiz ay müddətində həyata keçiriləcək layihənin ümumi dəyəri 418 min 

ABŞ dolları təşkil etmişdir. 

2006­cı il fevralın 1­də Heydər Əliyev Fondunda Rusiyanın “Puşkin kitab­

xanası” Fondundan kitabların hədiyyə edilməsi mərasimi keçirilmişdir. 




34

“Пушкинская библиотека” Fondunun baş direktoru Mariya Vedenyapina 

səmimi  sözlərə  görə  Mehriban  xanım  Əliyevaya  təşəkkür  edərək  demişdir: 

“Mən həqiqətən hesab edirəm ki, kitab ən yaxşı hədiyyədir, çünki “Puşkins-

kaya biblioteka” Fondu, ilk növbədə, kitablar və kitabxanalarla işləyir. İkin-

cisi, demək istərdim ki, ölkələr arasında münasibətlərdə kitab ən xeyirxah və 

etibarlı səfirdir. Ona görə mənə çox xoşdur ki, məhz bugünkü hadisə – “Пуш­

кинская  библиотека”  Fondunun  Heydər  Əliyev  Fonduna  kitablar  hədiyyə 

etməsi Azərbaycanda Rusiya ilinin açılışının başlanğıcı olacaqdır. Həqiqətən 

hesab edirəm ki, ən başlıcası, ən vacibi və faydalısı bir­birimizə olan marağı 

itirməməkdir. Əgər bu meyar varsa, əgər tələbələrə və müəllimlərə rus dilində 

ədəbiyyat  lazımdırsa,  biz  onlara  həvəslə  kömək  edirik.  Əslində,  bu,  yardım 

deyil, birgə layihədir. 

Mən  “Пушкинская  библиотека”  Fondu  haqqında  bir  neçə  kəlmə  demək 

istərdim, çünki burada məndən soruşurlar ki, Sankt­Peterburqdakı Puşkin evinə 

bizim  hansı  aidiyyətimiz  var.  Biz  Puşkin  evi  deyilik,  baxmayaraq  ki,  onunla 

çox yaxşı və sıx əməkdaşlıq edirik. “Пушкинская библиотека” Fondunun əsas 

qayğısı kəndlərdəki, məktəblərdəki kiçik kitabxanalarından başlayaraq, federal 

və  ali  məktəb  kitabxanalarınadək  Rusiya  kitabxanalarıdır.  Biz  fondları  kom­

plektləşdirir,  həm  universitet  kitabxanaları,  həm  də  kütləvi  kitabxanalar  üçün 

müxtəlif tipli kataloqlar buraxırıq. Eyni zamanda kitabxana işinin dəstəklənmə-

sinə yönəldilmiş müxtəlif sosial layihələr həyata keçiririk, bu isə mahiyyət eti-

barilə elmin, təhsilin, mədəniyyətin dəstəklənməsi deməkdir. Odur ki, biz artıq 

federal hökumət tərəfindən də dəstəklənən ayrıca böyük layihə həyata keçiririk. 

Bu, “Kənd kitabxanaları” layihəsidir. Cari ildən həqiqətən böyük problemləri 

olan  məktəb  kitabxanalarının  komplektləşdirilməsinin  yenidən  qurulmasına 

dair  təzə  layihənin  gerçəkləşdirilməsinə  başlamışıq.  Doğrudan  da,  əvvəllər 

deyirdik ki, biz ən çox mütaliə edən millətik, kitab ən yaxşı hədiyyədir. Ancaq 

hazırda, yeni informasiya texnologiyalarının dünyanı fəth etdiyi dövrdə, təəssüf 

ki, kitab nüfuzunu itirir. 

Başqa  bir  proqramımız  –  mütaliənin  dəstəklənməsinə  və  genişləndirilmə-

sinə yönəldilmiş “Mütaliə edən Rusiya” proqramıdır. Biz bunu əsas layihəmiz 

sayırıq, çünki həqiqətən, kitabsız savadlı nəsil tərbiyə etmək olmaz. Ona görə 

də çox ümid edirəm ki, bugünkü tədbir ölkələrimizin rifahı naminə, başlıcası 

isə,  uşaqlarımızın  həqiqətən  savadlı,  mədəni  böyüməsi  və  bizim  onlarla  fəxr 

edə bilməyimiz naminə əməkdaşlığın möhkəm bünövrəsini qoyacaqdır”. 

Mehriban  xanım  Əliyeva  hədiyyə  olunan  kitablara  baxmış  və  qonaq-

ları da Heydər Əliyev Fondunun fəaliyyətə başladığı dövrdən nəşr etdirdiyi 

kitablarla tanış etmişdir. 

Mehriban xanım Əliyeva 2007­ci il aprelin 27­də İSESCO­nun Baş direk-

toru Əbdüləziz bin Osman əl­Tüveycri ilə görüşmüşdür.



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə