HeydəR ƏLİyev fondu miLLİ yaddaşin keşİYİNDƏ II ciLD



Yüklə 1,7 Mb.
səhifə11/93
tarix25.06.2018
ölçüsü1,7 Mb.
#51864
1   ...   7   8   9   10   11   12   13   14   ...   93

28

bildirdi  ki,  Heydər  Əliyev  tərəfindən  yaradılmış  azərbaycançılıq  fəlsəfəsinin, 

azərbaycançılıq  ideyasının  təbliği,  gələcək  nəsillərə  çatdırılması,  ölkəmizin 

sosial problemlərinin həlli ilə bağlı məsələlər Fondun daim diqqət mərkəzin-

dədir. Fondun vəsaiti hesabına 26 uşaq evi və internat məktəbində əsaslı təmir 

və bərpa işləri aparılmış, uşaqlara vaxtaşırı yardımlar edilmiş, diabet və talas-

semiya  xəstəliyindən  əziyyət  çəkən  uşaqlara  kömək  üçün  xüsusi  proqramlar 

həyata keçirilir. 

Sentyabrın 30­da Finlandiya Respublikasının Prezidenti xanım Tarya Halonen 

Heydər Əliyev Fondunda olmuş və fəxri qonaqlar kitabına ürək sözlərini yazmış-

dır:

 “Heydər Əliyevin xatirəsini yad edən maraqlı sərginizə görə sizə dərin 

minnətdarlığımı bildirirəm. Bu sərgi sizin dövlətinizin formalaşdırılmasına 

həsr olunub və Avropa tarixinin çox maraqlı bir hissəsini əks etdirir”.

2006­cı  il  fevralın  14­də Azərbaycan  Prezidenti  İlham  Əliyev,  “Ukrayna” 

Fondunun  sədri  Leonid  Kuçma  Heydər  Əliyev  Fondunda  olmuş  və  fəxri  qo­

naqlar  kitabına  ürək  sözlərini  yazmışdır: 



“Bu  dahi  insanın,  Ukraynanın 

böyük dostunun xatirəsinin qarşısında baş əyirəm. Onun məni özünə dost 

saymasından  həmişə  qürur  duymuşam.  Onun  işləri  gözəl  ölkədə  – Azər-

baycanda davam etdirilir”. 

2006­cı il fevralın 22­də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 

Heydər Əliyev Fondunda olmuş və fəxri qonaqlar kitabına ürək sözlərini yaz­

mışdır: 


“Heydər  Əliyev  Fondunun  fəaliyyəti  ilə  böyük  maraqla  tanış 

oldum. Fond Azərbaycan xalqının görkəmli oğlunun xatirəsini nəinki ya-

şadır,  həm  də  mühüm  istiqamətlərdən  birində  onun  işini  davam  etdirir, 

insanlara ən müxtəlif humanitar sahələrdə - təhsil, səhiyyə və s. sahələrdə 

kömək göstərir”.

2006­cı il aprelin 5­də Türkiyə Prezidenti Əhməd Necdət Sezər Heydər 

Əliyev Fondunda olmuş və fəxri qonaqlar kitabına ürək sözlərini yaz mışdır: 

“Azərbaycanın  böyük  öndəri,  əziz  dostum,  mərhum  Cüm hurbaşqanı 

Heydər  Əliyevin  adına  qurulan  bu  önəmli  məbədgahı  zi yarətimdən 

məmnunam. 

Azərbaycan  dövlətinin  dünyada  öz  layiqli  yerini  tutması  üçün  atdığı 

addımlar onu həmişə yaşadacaqdır. 

Çağdaş Azərbaycanın indi mühüm inkişafa nail olduğunu görməkdən 

qürur duyuram. 

Bu nailiyyətlərin əldə edilməsində Heydər Əliyev Fondunun və onun 

rəhbəri  Mehriban  xanım  Əliyevanın  apardığı  böyük  işlərdə  uğurlar 

diləyirəm.” 

2007­ci  il  noyabrın  18­də  Türkiyənin  9­cu  Prezidenti  Süleyman  Də mi­

rəl  Heydər  Əliyev  Fondunda  olmuş  və  fəxri  qonaqlar  kitabına  ürək  sözlə-



29

rini  yazmışdır:



  “Azərbaycanın  dəyərli  Cümhurbaşqanı,  türk  dünyasının 

ulduz liderlərindən biri, türkün böyük övladı, əziz dostum və qardaşım 

mərhum  Heydər  Əliyevin  muzeyi Azərbaycan  xalqının  qədirbilənliyinin 

möhtəşəm  bir  göstəricisidir.  Çox  şad  oldum.  O  böyük  dövlət  adamının 

əbədiyyətə  qədər  yaşayacağına  inanıram.  Xatirəsi  türk  millətinin  dərin 

qəlbindədir. Xatirəsini sayğı ilə anıram. Allah rəhmət eləsin. Rahat uyu, 

əziz qardaşım. Gözəl ölkən və bütün türk dünyası səni sevir və sayır”.

Bununla  yanaşı,  2004­cü  il  sentyabrın  18­də  maestro  Mstislav  Rostropo­

viç, oktyabrın 23­də Çin Xalq Respublikasının Xarici İşlər naziri Li Çjaosin, 

noyabrın 11­də Sankt­Peterburqun qubernatoru Valentina Matviyenko, noyab-

rın 26­da BMT­nin Qaçqınlar üzrə Ali komissarı Ruud Lubbers, 2005­ci il mar-

tın 4­də Gürcüstanın Baş naziri Zurab Noğaideli, martın 4­də görkəmli gürcü 

rejissoru,  Böyük  Vətən  müharibəsi  haqqında  ən  yaxşı  filmlərdən  birinin  – 

“Əsgər atası” filminin müəllifi Rezo Çxeidze, aprelin 7­də Yunanıstanın Turizm 

naziri Dimitris Avramopulos, mayın 24­də Qazaxıstan Respublikasının Prezi-

denti Nursultan Nazarbayev, sentyabrın 14­də Moskvanın və Bütün Rusiyanın 

Patriarxı  II Aleksi,  oktyabrın  4­də  Latviya  Respublikasının  Prezidenti  xanım 

Vayra Vike­Freyberqa, 2006­cı il fevralın 13­də ABŞ­ın Aparıcı Yəhudi Təşki-

latları Sədrləri Konfransının nümayəndə heyəti, martın 3­də Ümumdünya Əqli 

Mülkiyyət Təşkilatının nümayəndə heyəti, martın 4­də Azərbaycanın Olimpiya, 

Dünya və Avropa çempionları, idman veteranları, aprelin 11­də MDB ölkələri 

Yəhudi  İcmaları  Federasiyasının  prezidenti  Lev  Levayevin  rəhbərlik  etdiyi 

nümayəndə heyəti, aprelin 25­də Dünya Səhiyyə Təşkilatının baş direktoru Li 

Yonq Vuk, mayın 26­da BMT­nin Qadınlar üçün İnkişaf Fondunun (UNİFEM) 

icraçı direktoru xanım Noelin Heyzer, mayın 31­də Səudiyyə Ərəbistanı Kral-

lığının  Gənclərə  Qayğı  Baş  Sədrliyinin  birinci  vitse­prezidenti  şahzadə  Əmir 

Nəvvaf bin Feysəl bin Fəhd bin Əbdüləziz, iyunun 11­də Litva Prezidenti Val-

das Adamkus və xanımı Alma Adamkiene, iyunun 30­da Böyük Britaniya kral 

ailəsinin  üzvü, York  hersoqu,  şahzadə  Endryu,  avqustun  23­də  Dövlət  naziri 

Mehmet  Ali  Şahin,  İordaniyanın  Kralı  əlahəzrət  II  Abdulla,  sentyabrın  8­də 

Ukrayna Prezidenti Viktor Yuşşenko, oktyabrın 12­də Rumıniya Prezidenti Tra-

yan Besesku, noyabrın 10­da Polşa Senatının sədri Boqdan Boruseviç, noyab-

rın  24­də  Bolqarıstan  Parlamentinin  –  Xalq  Məclisinin  sədri  Georgi  Pirinski, 

dekabrın 1­də Böyük Britaniya parlamenti Lordlar palatasının üzvü baronessa 

Okahoyn,  dekabrın  4­də  Rusiya  Federasiyası  hökumətinin  sədri  Mixail  Frad-

kov, 2007­ci il fevralın 6­da Boinq­Mülki Aviasiya təyyarələri” şirkətinin pre-

zidenti  və  baş  icraçı  direktoru  Skott  Karson,  fevralın  22­də  Moldovanın  Baş 

naziri Vasile Tarlev, martın 7­də Türkiyənin Quru Qoşunları komandanı, ordu 

generalı İlker Başbuğ, martın 9­da Türkiyə Respublikası Baş nazirinin xanımı 

Əminə  Ərdoğan,  martın  28­də  Rusiya  Federal  Məclisi  Federasiya  Şurası-




Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə