NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ AZƏRBAYCANIN ƏN DƏYƏRLİ, QABAQCIL ALİ MƏKTƏBLƏRİNDƏN BİRİDİR
NDU-NUN “FİKİR” İNFORMASİYA BÜLLETENİNƏ ƏLAVƏ 24 dekabr 2015-ci il.№5(14)
HEYDƏR ƏLİYEV
Koreya ilə əlaqələrdə
yeni mərhələ
Naxçıvan Dövlət
Universiteti
tələbələrinin uğurları
Universitet Milli GRİD
seqmentinə qoşulacaq
Multikulturalizm və
xarici siyasət
səhifə-2-də
səhifə-2-də
səhifə-2-də
səhifə-3-də
"Adabül-mütəəllimin"-
Tələbəlik mədəniyyəti
səhifə-4-də
N
axçıvan Dövlət Universite tin də
Yeni Azərbaycan Partiyası
universitet şəhərciyi ərazi ilk təş ki la -
tı nın iştirakı ilə Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliye və
həsr edilmiş tədbir keçirilib. Tədbirdə
universitetin rektoru, AMEA-nın
müxbir üzvü Saleh Məhərrəmov gi-
riş sözü ilə çıxış edərək bildirib ki,
dünyaşöhrətli siyasi xadim, böyük ta -
ri xi şəxsiyyət Heydər Əliyevin Azər -
bay can xalqı qarşısındakı misilsiz xid -
mət ləri, keçdiyi şərəfli mübarizə yo -
lu, millilik və bəşərilik dəyərlərini
birləşdirən siyasi ideologiyası daim
ya şayacaq. Rektor, Heydər Əliyev
ide ya larının Azərbay can da, o cümlə -
dən muxtar respublikadakı bugünkü
uğurlarından bəhs edərək tələbə gənc -
ləri ulu öndərin siyasi irsini layi qin -
cə öyrənməyə və yaşatmağa çağırıb.
Ümumi riyaziyyat kafedrasının
professoru, fəlsəfə elmləri doktoru
Məhəmməd Hacıyev “Heydər Əliyev
şəx siyyəti və milli məsələlər” möv zu -
sunda məruzə edərək bildirib ki,
Azər baycanda müasir demokratik,
hü quqi və dünyəvi dövlət quruculu-
ğu, milli-mənəvi dəyərlərə qayıdış,
elm, təh sil və mədəniyyətin inkişafı
Heydər Əliyevin adı ilə bağlıdır.
Azərbay ca nın bugünü və sabahına
hesab lanmış üç əsas ideoloji prinsip
–azərbaycan çılıq, millilik, demokra-
tizm ümummilli lider tərəfindən
müəyyənləşdiril miş və inamla da-
vam etdirilir.
Yeni Azərbaycan Partiyası
universitet şəhərciyi ərazi ilk təşkila -
tı nın sədr müavini, Beynəlxalq mü na -
si bətlər kafedrasının dosenti, tarix
üzrə fəlsəfə doktoru Şamxal Məm -
mədov “Heydər Əliyev – dahi rəhbər”
mövzusunda məruzə edərək ümum-
milli liderin erməni işğalçılarının tor-
paqlarımızı zəbt ediyi, xarici sepe-
ratçıların ölkədə vətəndaş mü ha ri bə -
si cəhdlərini alovlandırdığı, çox çətin
və mürəkkəb ictimai-siyasi şəra it də
hakimiyyətə gəldiyini xatır la dıb.
Məruzəçi diqqətə çatdırıb ki, Heydər
Əliyevin əzm kar lığı sayəsində Azər -
bay can xalqına qarşı aparılan pərdə -
ar xası siyasi oyunlara, anarxiya və
xaosa son qoyulmuş, dövlət quruculu -
ğu prosesi uğurla aparılmışdır. Şamxal
Məmmədov nəinki, öz xalqının,
bəşəriyyətin taleyində və tarixində
özünəməxsus silinməz iz qoyan dahi
öndər haqqında fikirlərini belə ye-
kunlaşdırıb: “Azər bay canın mübari -
zə lər və qələbələrlə dolu olan müasir
tarixi dahi insan, ulu öndər Heydər
Əliyevlə başlanır və onunla bağlıdır”
Mehriban Sultan
NDU-nun Mətbuat şöbəsinin müdiri
Müasir Azərbaycan tarixinin
müəllifi və əsas siması
N
axçıvan Dövlət Universiteti
nəzdində fəaliyyət göstərən
Heydər Əliyev Universitetinin 201-
ci məş ğə ləsi keçirilib.
“Heydər Əliyev və Naxçıva-
nın inkişaf strategiyası” mövzusuna
həsr olunmuş məşğələni universi-
tetin rektoru, AMEA-nın müxbir
üzvü Saleh Məhərrəmov giriş sözü
ilə açaraq vurğulayıb ki, görkəmli
dövlət xadimi, xalqımızın ümum-
milli lideri Heydər Əliyev həyatının
bütün dövrlərində xalqı və dövləti
üçün xidmət göstərməyi ömrünün
başlıca qayəsi hesab etmişdir. İstər
1969-cu ildə Azərbaycan özünün
böhranlı günlərini yaşayanda, istərsə
də 1993-cü ildə dövlət müstəqil li yi -
miz məhvə sürüklənəndə dahi şəx -
siyyət Heydər Əliyev Azərbayca nı
həmin sınaqlardan qətiyyətlə və
üzüağ çıxarmış, bütün sahələrdə
mövcud olan durğunluğun aradan
qaldırılması istiqamətində mühüm
işlər görmüş, ölkə iqtisadiyyatının
sistemli inkişafını təmin etmişdir.
Rektor qeyd edib ki, ulu öndər
Heydər Əliyev tərəfindən təməli
qo yul muş və Prezident İlham Əliye -
vin başçılığı altında uğurla davam
etdirilən sosial-iqtisadi inkişaf strate -
giyası nəticəsində əldə olunan nailiy -
yətlər Azərbaycanın və muxtar res-
publikamızın bu sahədə gələcəkdə
daha böyük uğurlar qazanacağına
zəmin yaradır.
“Ümummilli lider Heydər
Əliyevin siyasi hakimiyyətdə oldu-
ğu 1969-1982-ci və 1993-2003-cü
illər Azərbaycanın tənəzzüldən yük -
sə lişə doğru sıçrayış dövrü kimi
xa rak terizə edilir. Ulu öndər bir-
birin dən fərqli bu iki dövrdə ölkəmiz
üçün strateji əhəmiyyət daşıyan bü -
tün məsələlərin həllinə nail olmuş,
o cümlədən Naxçıvan Muxtar Res -
pub likasının təhlükəsizliyini və inki -
şa fını təmin etmişdir”- bu fikir ləri
məşğələdə, universitetin Muhasibat
uçotu və maliyyə kafedrasının mü-
diri, iqtisad üzrə fəlsəfə doktoru, do-
sent Mehdi Bağırov “Heydər Əliyev
və Naxçıvanın inkişaf strategiyası”
adlı məruzəsində səsləndirib. Qeyd
olunub ki, Naxçıvan 70-80-ci illərdə
özünün sosial-iqtisadi inkişafında
sürətli yüksəliş mərhələsini yaşamış,
qısa müddətdə intensiv inkişafa nail
olmuşdur. Məruzəçi vurğulayıb ki,
aparılan kompleks tədbirlər sayə -
sində 1970-1982-ci illərdə muxtar
respublikanın sənaye potensialı təx -
mi nən üç dəfə yüksəlmişdir. Həmin
illərdə Araz çayı üzərində iri su an -
ba rı və elektrik stansiyası, habelə 16
iri sənaye müəssisəsi tikilib istifa də -
yə verilmişdir. Genişmiqyaslı qu ru -
cu luq fəaliyyəti nəticəsində Naxçı-
van Muxtar Respublikasında sənaye
məhsulunun ümumi həcmi 1985-ci
ildə 1970-ci ilə nisbətən 4,6 dəfə art-
mışdır.
Qeyd olunub ki, Ulu öndər
Heydər Əliyevin Naxçıvan MR Ali
Məclisinin Sədri işlədiyi dövr Nax-
çıvanın hüquqi statusunun möhkəm -
lən dirilməsində mühüm bir mər -
hə ləni təşkil edir. Dahi rəhbər
Naxçıvanın təhlükəsizliyini uğurlu
diplomatik gedişləri və mühüm
hərbi-siyasi addımları ilə təmin
etmiş, ərazi bütövlüyünü qətiyyətlə
qorumuşdur. Təməli 1993-cü ildən
qoyulan yeni iqtisadi yüksəliş özü-
nü sonrakı iri həcmli investisiyaların
Azərbaycana cəlbi ilə büruzə ver-
mişdir. Ulu ön dər Heydər Əliyevin
hakimiyyət siyasətində neft strate-
giyasını müəy yən etmiş ilk iri
iqtisadi sənəd - 1994-cü ildə “Əsrin
müqaviləsi” kimi tarixə düşən, neft
müqaviləsi nin bağlanılması ölkəyə
investisiya axınlarını təmin etmiş və
bütövlükdə iqtisadiyyatın yeniləşmə -
sini sürət lən dirmişdir. Vurğulanıb ki,
dahi rəhbərin Azərbaycanla, o
cümlədən onun ayrılmaz tərkib
hissəsi olan Naxçıvanla bağlı ha-
zırladığı strategiya bu gün böyük
öndərin davamçılarının fəaliyyət
proqramının əsa sını təşkil edir.
Natiq mövzu ilə bağlı geniş
məru zəsində iqtisadi inkişafın tarixi -
nə mərhələli şəkildə nəzər salıb, mə -
ru zəsini Azərbaycan xalqının ümum-
milli lideri, dünyaşöhrətli siyasi xadim
Heydər Əliyevin dəyərli fikirləri ilə
yekunlaşdırıb: “Strateji xəttimiz -
sərbəst iqtisadiyyat, özəlləşdirmə və
sosial inkişaf yoludur”.
Mina QasımovaNDU-nun
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı
Heydər Əliyev və Naxçıvanın
inkişaf strategiyası
O, əsrlərin, qərinələrin bir daha yetirəməyəcəyi bir şəxsiy -
yət, bir düha! Siyasət dünyasının məğlubedilməz fatehi!
Səbr, dözüm, iradə məktəbi. Elm qəvvası, söz sərrafı,
sənətlər xiridarı.
ULU TÜRKÜN ATA TÜRKÜ!
Varlığıydı düşmənimə ən layiqli ibrət görkü!
İmzalar içində millətimin imzası, haqq səsi, nəfəsi!
Azərbaycan və azərbaycançılığın əzəmət, şərəf, ləyaqət
mücəssəməsi!
O, dünyaya qucaq açdı, “Gör!” dedi.
O, dünyaya “Azərbaycan deyiləndə ayağa qalx, dur!” dedi!
Sərhəddimin pozulmayan həddi idi...
Xoş müjdəli qələbənin izi idi, rəddi idi.
Düşmən üstə hücum çəkib, şəhid olan oğulların son
nidası, son kəlməsi!
Əsrin müdrik filosofu, O, millilik fəlsəfəsi!
Azərbaycan dünyasına sığışmayan Azərbaycan!
Əbədiyyən doğan günəş, aydın səma, nurlu cahan!
Rahatlığı bacarmadı, sükunətə tab edtmədi!
Gördü xalqı məhv edəcək uçurumlu bir burulğan,
Qalan ömrün xalq yolunda etdi sipər, etdi qurban!
“Vətən eşqi məktəbi”ndə o öyrətdi verməyi can!
Bir pay idi, ərməğandı bu torpağa o Tanrıdan!
Haqdan doğan döndü haqqa!
Əcəl ilə çarpışırdı Azərbaycan sanki o an...
Vətən oğlu Vətənindən uzaqlarda gözlərini yuman zaman!
Nə zamandı ulu xalqım müntəzirdi yoluna!
İndi isə səcdə edir pak, müqəddəs ruhuna!
Bu gün Vətən ağı deyir, bu gün torpaq “Matəm!” deyib
qara geyir!
Ümidgahsız, qibləgahsız qalan millət ağı deyir!
Bu gün dünya hüzurunda sükut edib təzim edir!
Ulu öndər, ölümün də torpağıma, millətimə şərəf verir!
Əkdiyin gül ağı deyir, əzəmətlə getdiyin yol, gəldiyin yol
qara geyir.
Ağı deyir daş üstünə qoyduğun daş!
Ağı deyir Zərifənin daş gözündən süzülən yaş!
Xan Arazım, Göy Xəzərim, Ana Kür də məcrasına
sığmayaraq
Bu matəmlə edir savaş!
Sən ən böyük memar idin,
İstəməzdin qəddin əysin şah əsərin Azərbaycan!
Rahat uyu, ulu öndər!
Nə qədər ki, dalğalanır bayraqların sırasına ucaltdığın ay-
ulduzlu al bayrağım,
Ən müqəddəs andımızdır Sənin adın!
Siyasilər cərgəsində duran adın,
İndi Tanrı dərgahından millətimi, Vətənimi hifz edəcək,
qoruyacaq!
Başını uca tut, Vətən!
Dərdə yenmə, onun kimi dərddən güc al!
Yaşa, yarat, ucal, ucal!
O yaşayır, O ölmədi!
O, keçmişə gömülmədi!
O, bu gündü, o sabahdır! Gələcəkdir!
Əmin əldə olan xalqım istəyicə güləcəkdir!
Ondan qalan böyük miras azad Vətən, müstəqil xalq!
Alınacaq qəlbindəki son nisgili, o müqəddəs, pak Qarabağ!
Ehey! Xalq üçün, Vətən üçün alovlanan bir ürəyin
məşəlindən tonqal çatın!
Üç-üç çatın!
Bu xalq hələ yaşayacaq, var olacaq!
Göz bəbəyi Ana yurdu, bu torpağı son anadək qoruyacaq!
Çünki orda öz xalqına, millətinə fəda biri, şəhidlərin ən
şəhidi – ULU HEYDƏR uyuyacaq!
Mehriban Sultan
12-15 dekabr 2003-cü il.
ƏBƏDİYYƏT NƏĞMƏSİ
(Mənsur şeir)