Elmin mahiyyəti və fəziləti
haqqında
Ərz edim ki, Rəsulullah
(səllallahu əleyhi və alihi) demişdir:
“Hər bir müsəlman kişi və müsəlman
qadın elm öyrənməyə borcludur”.
Burada nəzərdə tutulan elm
nəticəsi mənfəət əldə etməyə gətirib
çıxaran elmdir ki, bu haqda deyirlər.
“Ən yaxşı elm vəziyyətin öyrənilməsi,
ən yaxşı əməl isə [əldə edilmiş] nə -
ti cə nin qorunmasıdır”. Elm insana
məx sus olduğundan onun nəticəsi heç
kəsdən gizli deyil, çünki elmdən baş -
qa, şücaət, qüvvət, şəfqət və sair
kimi bütün keyfiyyətlərdə insanla
bərabər, başqa canlılar da iştirak edir.
Allah-Taala Adəmin mələklər
üzərində üstünlüyünü elmlə göstərdi
və əmr etdi ki, onlar Adəmə səcdə qıl -
sın lar. Əgər bu iş tələb olunan kimi
yerinə yetirilərsə, elm əbədi səadətə
çatmaq üçün vasitədir. Mükəlləf
şəxsə tapşırılmış elm öyrənilməlidir,
əgər o öyrənməsə, məcbur edilməlidir.
Belə demişlər ki, elm həmişə qida
qədər əhəmiyyətlidir-deməli, hər kəs
üçün vacibdir, bəzi hallarda isə insa-
nın ehtiyac duyduğu dava-dərman
kimi xeyirlidir. Elmin mahiyyətinə
gəlincə, bu, elmlə məşğul olana ay-
dın olan keyfiyyətdir. Tələbə əvvəl-
axır ona nəyin faydalı, nəyin zərərli
olduğunu nəzərdən qaçırmamalı,
faydalı şeylə məşğul olmalı, zərərli
şeydən uzaq qaçmalıdır ki, ağlı və
elmi ona bir sübut olsun.
Niyyət haqqında
Elm öyrənənin elm öyrənməyə
mütləq niyyəti olmalıdır. Tələbə elm
öyrənməyi, cahilliyi özündən və
başqa cahillərdən yox etməyi niyyət
etməlidir. Elm öyrənən [tələbə] çə tin -
lik lər içində olmalı, var qüvvəsi ilə ça-
lışmalıdır, fani dünyada öz ömrünü
fay dasız işlərə sərf etməməli, acgöz -
lük ucbatından özünü zəlil etməməli,
kin-küdurətdən kənar və təkəbbürdən
uzaq olmalıdır.
Elmin, müəllimin, tələbə
yoldaşının və səbatlığın seçilməsi
Elm öyrənən [tələbə] elmlərin
ən yaxşısını seçməlidir. Müəllimə
gəl dikdə isə, tələbə onun ən savad lı -
sını və ən yaxşısını seçməlidir. Elm
öyrənilməsi, yəni hansı elm üzrə
təh sil almağa girişmək istəyi ətrafında
məs ləhətləşmək lazımdır. Tələbə təh -
sil almaq istədiyi şəhərə daxil olduqda
alimlərlə əlaqədar müxtəlif fikirlərə
düşməyə tələsməməlidir. Əgər Tələbə
iki ay səbir edərək, bu müddət ərzində
özünə müəllim seçərsə, o həmin mü -
əl limi tərk edəndə onun xeyir-duası-
nı almamış başqa bir müəllimin ya -
nı na getməz. Hər hansı bir müəllimi
və öyrəndiyi kitabı yarımçıq tərk
etməmək üçün səbirli və möhkəm ol-
maq lazımdır. Bir fən nə dərindən
yi yə lənməyincə başqa bir fənlə məş -
ğul olmaq olmaz. [tələbə] zərurət ol -
madan təhsil aldığı şəhərdən başqa bir
şəhərə getməməlidir, [çünki] bütün
bunlar [tələbəni] təhsillə bağlı işlərdən
ayırır, fikrini yayındırır və vaxt aparır.
Tələbə yoldaşı isə xeyirxah və
həqiqətpərəst xasiyyətli insanlardan
seçilməlidir. Tənbəldən, tüfeylidən,
çox danışandan, pozğun və söz
gəzdirəndən uzaq olmaq lazımdır.
Elmə və elm əhlinə səmimi
qəlb dən böyük ehtiram göstərmək la -
zım dır. Yazı yazan zaman yazının key -
fiy yətini yaxşılaşdırmaq, sıx və xır-
da yazmamaq, haşiyəyə ancaq zərurət
olduqda müraciət etmək lazımdır...
Elm istehza ilə yox, hörmət və
ehtiramla dinlənilməlidir. Elm sahəsi
tələbə tərəfindən deyil, müəllim
tərəfindən seçilir, çünki müəllim
tədris prosesində bu sahədə lazımi
təcrübə əldə etmiş olur. Müəllim hər
kəsə nəyin lazım olduğunu və hər
kəsin təbiətinə nəyin münasib oldu-
ğunu daha yaxşı bilir.
Elm öyrənən tələbə dərs zama -
nı zərurət olmadan müəllimə yaxın
oturmamalıdır. Onunla müəllim ara-
sında bir kaman məsafəsi olmalıdır -
bu məsafə hörmət əlamətidir. Elm
öyrənən tələbə pis əxlaqi keyfiy yət -
lər dən uzaq olmalıdır.
Ciddilik, səy və çalışqanlıq
haqqında
Elm öyrənən tələbə həm də cid-
di çalışqan və dönməz olmalıdır.
[Bunun la əlaqədar] deyilmişdir: “Bir
şey istəyən və onu cidd-cəhdlə axta-
ran axırda tapar, bir qapını döyən və
inadkarlıq göstərən içəri girə bilər”.
Həmçinin demişlər: “Nə qədər səy
gös tərsən, arzuladığın şeyə bir o
qədər çatarsan”. Deyirlər ki, təlim al -
maq da üç nəfərin-tələbənin, müəl li -
min və əgər sağdırsa, atanın səyinə eh-
tiyac vardır.
Elm öyrənən [tələbə] dərsini
öyrənmək və onu təkrar etmək üçün
axşam, gecə və gündüz, mübarək vaxt
olan dan yeri söküləndə səy
göstərməlidir.
Elm öyrənən tələbə elmdə
kifayət qədər çalışqanlıq göstərmə -
lidir. “Həqiqətən insan öz çalışqanlığı
sayəsində qoşa qanadları ilə uçan quş
kimi uçar”. Tələbə bəzi şeyləri öyrən -
mək üçün kitabların hamısını yadda
saxlamağa cəhd göstərməlidir.
O, elmlərin fəzilətlərini və
incəliklərini düşünməklə, səy göstərib,
cidd-cəhd və təhsillə özünü yorma-
lıdır. [Dünyada] elm qalır, ondan
baş qaları isə puç olub gedir. Elm əbədi
olaraq canlıdır. [Bununla əlaqədar]
demişlər: “Alimlər ölsələr də, canlı-
dırlar”.
Aqil üçün elmin ləzzəti təhsilə
çağırışdan ibarətdir. Tənbəllik bəl ğə -
min və rütubətin çoxluğundan əmələ
gəlir. Onların azaldılmasının yolu
ye mə yin azaldılması ilə bağlıdır. Ona
görə ki, yaddaşsızlıq bəlğəmin çox -
lu ğundan, bəlğəmin çoxluğu suyun
çox içilməsindən, suyun çox içilməsi
isə çox yeməkdəndir. Quru çorək də
rütubətin qarşısını alır. Eləcə də su
içməyə ehtiyac duymamaq və
bəlğəmi artırmamaq məqsədi ilə bir
qədər kişmiş yemək lazımdır. Dişi
təmizləmək bəlğəmi azaldır, yaddaşı
və nitqin gözəlliyini yaxşılaşdırır.
Az yeməyin xeyri haqqında
düşünsək, bu sağlamlıq, təmizlik və
s. deməkdir. Çox yeməyin zərərləri
haqqında düşünsək, bu xəstəliklər və
insanın təbii vəziyyətindəki yorğunluq
deməkdir. [Bununla əlaqədar belə]
demişlər: “Qarınqululuq dərrakəni
öldürür”. Yağlı yeməklərdən deyil, ən
yüngül və ləzzətli yeməklərdən is ti -
fa də etmək lazımdır. Yeməyə və yat -
mağa aludə olmaq zərərlidir.
Dərsin başlanması, həcmi və
tərtibi haqqında
Dərsə [həftənin] cümə axşamı
günü başlamaq lazımdır. Başlanğıcda
dərsin həcminə gəlincə, [tələbə üçün]
dərsin həcmi elə olmalıdır ki, [tələbə]
onu rahatca və tədricən iki dəfə tək -
rarlaya bilsin. Başlanğıcda dərs
uzandıqda və onu on dəfə təkrar la ma -
ğa ehtiyac olduqda, sonda da elə
olur, çünki [tələbə] buna adət edir və
böyük cidd-cəhdlə həmin təkrarı da-
vam etdirir. [Bu ba -
rə də] demişlər: “Dərs
bir sözdür təkrar-
min”. Elə bir şeydən
başlamaq lazımdır
ki, o, [tələbənin] dü -
şün cəsinə daha ya-
xın olsun. Müəllim -
lər [tələbələr üçün]
daha yaxşı başa dü -
şülən və yadda qalan
kiçik həcmli mətnlər
seçirlər. Tələbə başa
düşmədiyi şeyi yazmamalıdır. Bu
hal onu yorur, zehnini pozur və vax-
tını alır. [tələbə] müəllimindən düşün -
mək, fikirləşmək və çoxlu təkrar
etməklə öyrənmək üçün cidd-cəhd
göstərməlidir. Əgər [tələbə] dərsi
azal dıb, çoxlu təkrar etsə və düşünsə,
dərk edər və başa düşər. Həmçinin [bu
barədə] demişlər: “İki vərəqlik mətni
eşitməkdənsə, iki sözü yadda saxla-
maq yaxşıdır”. Əgər [tələbə] dərsin
başa düşülməsində diqqətsizliyə yol
verərsə və bir-iki dəfə onu başa düş -
mə yə cidd-cəhd göstərməzsə, dərsin
öyrənilməsində buna adət edəcək,
sadə sözü də başa düşməyəcəkdir.
Elm öyrənən tələbə üçün qar-
şılıqlı sual-cavab və müzakirə mütləq
lazımdır. O, insaflı, diqqətli və dü şün -
cəli olmalı, səs-küydən və əsəbilikdən
çəkinməlidir. Mübahisə və müzakirə
həqiqəti üzə çıxaran qarşılıqlı
məsləhətləşmədir. Qarşılıqlı sual-
cavab mücərrəd təkrardan daha fay-
dalıdır, çünki bu zaman, təkrarla
yanaşı, əlavə biliklər də verilir. Bir sa-
atlıq sual-cavab bir aylıq təkrardan
yaxşıdır.
Lakin sağlam təbiətli, ədalətli
şəxs pis təbiətli insanla müzakirə
aparmaqdan çəkinməlidir, [çünki]
onun təbiəti gizli, əxlaqı təcavüzkar
olacaq və qonşuluğu özünün təsir al-
tına salacaqdır. Elm öyrənən hər za-
man elmin incəliklərini düşünməli və
buna adət etməlidlir. Həqiqətən elmin
incəlikləri düşünməklə dərk edilir.
Sözü deməzdən əvvəl düşünmək la-
zımdır ki, deyilən söz düzgün olsun.
Həqiqətən söz ox kimidir.
Bədəni və ağlı sağlam olan
kəsin elmi öyrənməməsinə heç bir
üzrlü səbəb yoxdur. Elm öyrənən
çox çalışqan olmalı, insanların mal-
dövlətinə tamah salmamalıdır. Əvvəl -
ki zamanlarda əvvəlcə sənət, sonra isə
elm öyrənirdilər ki, insanların mal-
dövlətinə tamah etməsinlər. Hikmətli
sözlərdə deyildiyi kimi, baş qasının
ma lı ilə varlanan kəs yoxsul olar. Alim
tamahkar olduqda, onun üçün elmi
məşğuliyyət qalma yacaq və o, haqq
sözü deməyəcəkdir. [tələbə] dünənki
günün dərsini beş dəfə, srağagünün
dərsini dörd dəfə, ondan əvvəlki gü -
nün dərsini üç dəfə, ondan əvvəlkini
iki dəfə və nəhayət, ondan əvvəlki gü -
nün dərsini bir dəfə təkrarlamalıdır.
Bu yadda saxlamağın və təkrarın
mak simum və minimum həddidir.
Tələbə elm öyrənməkdə təhsilini əv -
vəldən-axıra kimi davam etdirməlidir.
Təhsilin müddəti haqqında
Deyirlər, oxuyub-öyrənmə
dövrü beşikdən qəbrə qədərdir. Bir
elmdən bezdikdə, başqa bir elmlə
məşğul olmaq lazımdır.
Şəfqət və nəsihət haqqında
Elm sahibi şəfqətli və nəsihət
verən olmalıdır. [Başqasına] həsəd
aparmaq zərər verir, o nəinki xeyir
gətirmir, hətta onu kamil təhsil almaq
niyyətindən yayındırır. Müəllim səy
göstərməlidir ki, tələbəsi onun döv -
rün də alim olsun. Dünya alim lərindən
üstün olmaq üçün o öz tələbələrinə
şəfqət göstərməlidir. Elm öyrənən heç
bir kəslə çəkişməməli və ədavət apar-
mamalıdır, çünki bu hal vaxt aparır.
Xeyirxah adam öz yaxşı əməlləri ilə
mükafatlandırılacaq, pis adama isə
onun bəd əməlləri özünə kifayət
edəcəkdir.
Fayda götürmək haqqında
Elm öyrənən tələbə fayda əldə
etmək üçün hər bir vaxtdan istifadə
etməlidir. Fayda əldə etməyin yolu
belə dir ki, eşitdiyi faydalı şeyləri
yaz maq üçün [tələbənin] mürəkkəb
qabı hər zaman onun yanında olma-
lıdır. [Bununla əlaqədar belə] de -
miş lər: “Nə yadda saxlasan-qaçacaq,
nə yazsan-qalacaqdır”. Bir şəxs öz oğ-
luna tövsiyə etdi ki, elmdən hər gün
bir şey yadda saxlasın, bu getdikcə
genişlənəcək və tezliklə çoxalacaqdır.
Elm çoxdur, ömür isə qısadır. Tələbə
vaxtını və saatlarını itirməməli, ge cə -
lər dən və tənha qaldığı vaxtlardan fay -
da götürməlidir. Elm öyrənən tələbə
müəllim [təcrübəsindən] istifadə et -
mə li və onlardan faydalanmalıdır.
Elm öyrənməkdə qılığa girmək olar.
Tələbə fayda götürmək üçün müəl li -
mi nin, tələbə yoldaşlarının və baş-
qalarının qılığına girməlidir. [Bununla
əlaqədar belə] demişlər: “ Elm
əzəmətdir, onda alçalma yoxdur. Elm
dikbaşlıqla yox, itaətlə dərk edilər”.
Yaddaşı və yaddaşsızlığı
yaradan amillər haqqında
Yaddaşı gücləndirən ən
qüvvətli amillər cidd-cəhd göstərmək,
çalışqanlıq, az yemək, itaətkarlıqdır.
Peyğəmbərə (səllallahu əleyhi və
alihi) görə, yaddaşın möhkəmlən di -
ril məsində ən yaxşı amil Qur'anın
qira ətidir. Dişlərin təmizlənməsi, bal
içmək, şəkərlə buxur və iyirmi bir
ədəd qara kişmiş dənəsi yemək yad -
da şı möhkəmləndirir, çoxlu xəstəlik -
ləri və ağrıları sağaldır. Bəlğəm və
rütubəti azaldan hər şey yaddaşı
möhkəmləndirir, bəlğəmi çoxaldan
hər şey isə unutqanlıq (yaddaşsızlıq)
yaradır.
Elm öyrənmək hüzn və qayğı-
ları aradan qaldırır.
Redaktor:
Şəhla Şirəliyeva
shshahla36@gmail.com
Qeydiyyat №330
Sifariş №
Tiraj 300
Ünvan: AZ 7012,
Naxçıvan şəhəri,
Universitet şəhərciyi
Telefonlar:
544-08-61 (13-60)
yenifikir.ndu@gmail.com
Dizayner:
Samir Tarverdiyev
“Əcəmi” Nəşriyyat-Poliqrafiya
Birliyində ofset üsulu ilə çap
olunmuşdur.
4/ SƏRBƏST
YENİ FİKİR
DEKABR 2015
"Adabül-mütəəllimin"- Tələbəlik mədəniyyəti
(ixtisarla)
Ötən saydakı məntiqi sualların cavabları:
1) Torbada qalan axırıncı top qara rəngdə olacaq.
2) 1-ci kəndirin yarısının yarısına qədər yandırıb 2-cinin 4 də 3-
ünü yandırıb birləşdirsək 45 dəqiqəni tapmış olarıq.
3) Almaları ən azı 12 dəfə kəsmək lazım gələcək.
4) 1b, 2ç, 3e, 4d, 5a, 6c.
Qədim zamanlarda Yaxın və Orta Şərq
ölkələrində, eləcə də Azərbaycanda “ədəb” mədəniyyəti
adı altında ata-babalardan irsən övladlara verilmiş adət-
ənənələr, əxlaq normaları və davranış qaydaları
nəzərdə tutulurdu.
Ədəb ədəbiyyatının əsas məqsədi insanların
təlim-tərbiyəsinə, onların geniş dünyagörüşünə malik
ziyalılar kimi yetişməsinə yönəldilmişdi.
Ədəb ədəbiyyatı sahəsində qələmini sınamış və bu
sahədə mükəmməl abidələr yaratmış alimlərimizdən biri
də XIII əsr Azərbaycan və dünya mədəniyyətinin
görkəmli dühalarından olan Nəsirəddin Məhəmməd Tu-
sidir (1201-1274). Onun "Əxlaqi-Nasiri" və "Adabül-
mütəəllimin" əsərləri ədəb ədəbiyyatının ən dəyərli
nümunələrindəndir.
Müəllif "Adabül-mütəəllimin" əsərində
tələbələrin elmi biliklərə yiyələnməsinin düzgün metod
və yollarını göstərməklə bərabər, onlara yüksək insani
keyfiyyəllərin aşılanmasına, xalqın tərəqqisində və
inkişafında elmin rolunu tam aydınlığı ilə şərh etməyə
çalışmışdır.
Məntiqi suallar
1) Diametri 2 sm olan çevrənin daxilinə, ən çoxu iki ədəd
diametri 1 sm olan qəpik yerləşir. Diametri 3sm olan çevrənin
daxilinə isə ən çoxu yeddi ədəd diametri 1 sm olan qəpik yerləşir.
Bəs diametri 4 sm olan çevrənin daxilinə ən çoxu neçə ədəd diametri
1sm olan qəpik yerləşdirmək olar?
2) Bir tələbə iki dənə kompyuter alır, amma sonra onları satmaq
qərarına gəlir. Kompyuterlərin hər birini 600 manata satır, və birində
20% gəlir digərində isə 20% itki etmiş olur. Hər iki satışdan sonra
tələbə hansı miqdarda pul qazanır(itirir)?
3) İşə yeni təyin olunmuş bağbana belə bir tapşırıq verilir: 9 ağacı
elə ək ki, bu ağaclar hərəsində 3 ağac olmaqla 10 düz sıra əmələ
gətirsinlər. Bağban bunu necə edə bilər?
4) Bir ata öz oğluna 150 manat hədiyyə verdi, digər bir ata isə öz
oğluna 100 manat hədiyyə verdi. Ancaq məlum oldu ki, iki oğlun
pullarının cəmi yalnız 150 manat artıb.Bunu necə izah etmək olar?