3 / GÜNDƏM
YENİ FİKİR
DEKABR 2015
N
axçıvan MR Gənclər və İdman
Nazirliyinin, Naxçıvan Dövlət
Universiteti və “Naxçıvan” Univer -
si tetinin birgə təşkilatçılığı ilə “Maliy -
yə resurslarının idarə edil mə si bacarığı
və onun təkmil ləş diril mə si” layihəsi
çərçivəsində 3 mərhələdə keçiriləcək
treninq öz işinə başlayıb. “Ailə büd -
cə si”, “Şəxsi karyera” və “Şəx si biz-
nes” mövzularının dinlə ni ləcəyi tre -
ninq, növbəti günlərdə “Naxçıvan”
Universitetində və gənc lə rin “Qış
məktəbi” zamanı Ağbulaq İstirahət
Mərkəzində davam etdiriləcək.
Sözügedən layihənin əsas
məqsədi, müasir dövrümüzün ən ak-
tual problemlərindən hesab olunan
maliyyə bacarığının təkmilləşdiril -
məsi, fərdi biznesdə uğur qazanma-
nın yolları, kariyeranın düzgün qu rul -
m ası və gələcəyə sağlam addımlar-
la atılmaq istəyən gənclərimizin
maliyyə bacarıqlarına yiyələnməsi
həmçinin sərbəst vəsaitlərin gəlirli
sahələrə investisiya edilməsi kimi
vərdiş və bacarıqların formalaşdırıl-
masından ibarətdir.
Naxçıvan Dövlət Universitetin -
də baş tutan “Ailə büdcəsi” mövzusu -
na həsr olunmuş ilk treninqdə, cəmiy -
yə tin iqtisadi maarifləndiril məsi istiqa -
mə tin də də fəal işlər aparan Mərkəzi
Bankın Naxçıvan Muxtar Respub li -
kası İdarəsinin əməkdaşı Elçin Əliyev
son zamanlar cəmiyyətdə ən aktual
məsələlərdən birinə çevrilmiş ailə
büd cəsi mövzusunda tələbələrə ətraflı
mə lumat verib. Elçin Əliyev bu mə -
sə lənin real həyatımızdakı əhəmiyyəti
haqqında danışıb, potensial gəlir
mənbələrinin müəyyənləşdirilməsi,
xərclərə qənaət edilməsi baxımından
müxtəlif aspektli yanaşmaları tələ bə -
lər lə birgə müzakirə edib. Vurğulanıb
ki, ailə büdcəsinin təşkili bütün dövr -
lərin və cəmiyyətin aktual problemi
hesab edilir. Maddi problemlərin qar -
şı sını almaq üçün ailə büdcəsinin
plan laşdırılması şərtdir. Müəyyən
müd dət ərzində ailənin gəlirlərinin və
xərc lərinin məcmusu olan ailə büdcəsi
gəlir və xərclərin fərqindən ası lı ola-
raq, aktiv və ya müsbət büd cə, passiv
və ya kəsirli mənfi büdcə kimi
qiymətləndirilir. Bankın əmək da şı
qeyd edib ki, ailə büdcəsi gün dəlik,
həftəlik, aylıq və illik büdcə şək lin də
formalaşdırılır və istifadə olunur.
İlk treninqin sonunda tələbə lə -
rin bu istimaqətdə biliklərinin yox-
lanılması üçün 10 sualdan ibarət sor-
ğu anketi paylanılıb.
Qeyd edək ki, ilk treninqdə
Nax çıvan Dövlət Universitetinin və
“Naxçıvan” Universitetinin tələbələri
iştirak ediblər.
Mina Qasımova
Maliyyə resurslarının idarə edilməsi bacarığı və
onun təkmilləşdirilməsi layihəsi çərçivəsində
treninq öz işinə başlayıb
O, Naxçıvan Dövlət Universite-
tinin ilk müəllim lərin dən biri ol-
muşdur...
1969-cu il sentyabrın 1-də
Azərbaycan Dövlət Pedaqoji İnsti-
tutunun Naxçıvanda filialının fəaliy -
yətə başlaması ziyalıların yadda -
qalan gününə çevrildi. Bəli, SSRİ
məkanında hər sahədə ögey-doğ-
malıq hökm sürürdü. Ölkədəki iyir-
mi muxtar respublika arasında yal-
nız Naxçıvan MSSR-də ali məktəb
yox idi. 1939-cu il sentyabrın 15-dən
iki fakültə (Dil-ədəbiyyat və fizika-
riyaziyyat) ilə fəaliyyətə baş la yan
Cəlil Məmmədquluzadə adına Nax -
çıvan Dövlət Müəllimlər İnstitutu
(təhsil 2 il olduğundan çox vaxt
iki illik institutut kimi xatır lanır)
1954-cü ildə bağlanır. Bu vəziyyətlə
barışmayan yerli ziyalılar Moskvaya
şikayət məktubları ünvanlamağa
başlayırlar.
APİ-nin Naxçıvan filialı-bu gün-
kü Naxçıvan Dövlət Universiteti beş
il indiki AMEA Naxçıvan Böl məsinin
Bioresurslar İnstitutu yer ləşən binada
fəaliyyət göstər miş dir.
1969-cu ilin iyulunda Azər bay -
canda rəhbərliyə başlayan ulu öndər
Heydər Əliyev filialın müstəqil pe-
daqoji instituta çevrilməsinə və in-
diki 108 hektarlıq əraziyə köçürül -
məsini həyata keçirdi.
Bu sətirlərin müəllifi də filialın ilk
109 nəfər tələbəsi arasında olmuşdur.
Direktor tarix elmləri na mi zə di Əli
Əliyev, onun müavini filolo gi ya
elmləri namizədi Yavuz Axun dov
tədricən işləri qaydasına qoyur, orta
məktəblərdən elmi adı olan və
qabaqcıl müəllimlərin dəvət olun-
ması hesabına yerli kadrlardan isti -
fa də etməyə çalışırdı. Doğulduqları
diyarda bu yeniliyə sevinən Bakıdakı
həmyerlilərimiz də ilk dövlərdə dərs
deməyə dəvət olunurdular. Onlardan
bir nəfər Moskvada çalışan filologiya
elmləri doktoru, professor, əməkdar
elm xadimi Əziz Şərif (1895-1988)
xüsusi bir sevinclə doğulduğu diya-
ra, burada ali məktəbin bünövrəsinin
qoyulması münasibətilə gəlmişdi.
Onun xoş siması, mehriban ca sı na
söhbəti yaddan çıxmır. Ə.Şərif
ədəbiyyatımız və onun təbliği haq-
qında M.T.Sidqinin məktəbi və
H.Cavidlə bağlı xatirələr söylədi.
Onun ustad dərsinin davamı olaraq
akademik Məmməd Cəfər, profes sor -
lar Məmmədhüseyn Təhmasib, Abbas
Zamanov və başqaları tələbələri daha
yaxşı oxumağa həvəsləndirir di lər.
İndiyədək bu təhsil ocağının məzunları
arasından bir nəfər akademik, iki
nəfər AMEA-nın müxbir üzvü, üç
nəfər elmlər doktoru və səkkiz nəfər
elmlər namizədi yetişmişdir.
Sovet hakimiyyətinin yaranışın -
dan yarım əsr sonra Naxçıvanda
müs təqil pedaqoji institutut yara-
dıldı. 5 il filial, 20 ilə yaxın institu-
tut adlanan ali təhsil ocağı artıq 25
ildir ki, Naxçıvan Dövlət Univetsiteti
kimi fəaliyyət göstərir.
NDU-da olmuş çoxsaylı elm,
ədəbiyyat və dövlət adamları arasın -
da bu il anadan olmasının 120 illik yu-
bileyini Naxçıvan MR Ali Məclisi nin
sədri Vasif Talıbovun sərəncamı ilə ge-
niş qeyd etdiyimiz Əziz Şərif
görüşlərinin əhəmiyyəti xüsusi qeyd
olunmalıdır. Böyük alimi universite-
timizin ilk müəllimlərindən biri kimi
xatırlayır və gənc nəslə təbliğ edirik.
Abbas Hacıyev
Filologiya üzrə fəlsəfə doktoru,
“Universitet dünyası” muzeyinin
müdiri, Azərbaycan Yazıçılar və
Jurnalistlər Birliklərinin üzvü, qa-
baqcıl maarif xadimi
ƏZİZ ŞƏRİF – 120
N
axçıvan Dövlət Universitetində
ilin yekunlarına həsr olunmuş
müşavirə keçirilib. Müşavirəni uni-
versitetin rektoru, AMEA-nın müx-
bir üzvü Saleh Məhərrəmov giriş
sözü ilə açaraq 2015-ci il universitetin
elm, təhsil, tədris sahəsi ilə yanaşı
idman və mədəniyyət sahəsində də
əhəmiyyətli uğurlar qazandığını vur-
ğulayıb. Rektor, tələbə gənclərin
hərbi-vətənpərvərlik ruhunda, əqli və
fiziki cəhətdən düzgün tərbiyə olun-
maları, onların asudə vaxtlarının
səmərəli təşkili, zərərli vərdişlərdən
yayınmaları, potensiallarının aşkar-
lanıb düzgün istiqamətləndiril məsi
baxımından müxtəlif intellektual
oyunlarda, idman yarış larında iştirak
etmələrinin zəru riliyindən danışıb.
Universitetin Fiziki tərbiyə və
idman oyunları kafedrasının dosenti,
Tələ bə İdman Klubunun sədri Məm -
mə də li Rəhimov çıxış edərək qeyd
edib ki, yola salmaqda olduğumuz
2015-ci il universitet üçün idman sa -
hə sindəki bir sıra əhəmiy yət li uğur-
larla yadda qalacaq. Belə ki, tələbə
boks çu Tayfur Əliyev Azərbaycan
çempionu kimi 2015-ci ildə Bakıda
keçirilən ilk Avropa Oyunlarında
mü vəf fəqiyyətlə iştirak edərək bü-
rünc medala sahib olub. Universi te -
tin tələbələri Azərbaycan Respubli -
ka sı ali məktəb tələbələri nin XII
uni ver siadasında uğurla çıxış ediblər.
Universiadada sərbəst güləş üzrə
Ramid Yaqubov bütün rəqiblərinə
qalib gəlib, Azər Əliyev isə III yerə
layiq görülüb. Şahmatçı tələbəmiz
Toğrul Həsənzadə 51 şahmatçı ara-
sında V olub. Universitetin qızlardan
ibarət badminton komandası III ye -
rə layiq görülüb. Toğrul Həsənzadə
ümummilli lider Heydər Əliyevin
anadan olmasının 92-ci ildönümünə
həsr olunmuş “Naxçıvan Open-
2015” beynəlxalq şahmat yarışında
mü vəffəqiyyətlə çıxış edərək I-III
yer ləri bölüşüb. Tələbələrimiz müx -
tə lif idman növləri üzrə müxtar res -
publika birinciliklərində də mü vəf -
fəqiyyətlə çıxış ediblər. Ekstre mal və
Hava idman növləri Federa si yasının
Gənclər və İdman Nazirliyi ilə birgə
keçirdiyi 8 km məsafəyə qa çışda
Samiq Səfərov I, Yuris Al lah verdiyev
II, Ramid Yaqubov III yeri tutub.
Naxçıvan Muxtar Respublikası At-
letika Federasiyası ilə Gənclər və İd-
man Nazirliyinin ke çir diyi Peyntbol
üzrə muxtar respublika birinciliyində
iştirak edən universitetin iki ko-
mandasından biri I, digəri isə III yerə
layiq görülüb. Ümummilli lider
Heydər Əliyevin anadan olmasının
92-ci ildönümünə həsr olunmuş ve-
losiped üzrə muxtar respublika
birinciliyin də universitet komanda-
sı ümumi komanda hesabında I yerə
çıxıb, futbol yığma komandası isə III
yerlə ki fa yətlənməli olub. Universi-
tetdaxili yarışlar, Naxçıvan Dövlət
Universitetinin XII universiadası
mü tə şəkkil şəkildə keçirilib, qeyri-ix-
tisas fakültələrində fiziki tərbiyə işi-
nin könüllülük prinsipi ilə təşkili
istiqamətində əhəmiyyətli işlər gö-
rülüb. Universitetdə idmanın maddi-
texniki bazası gücləndirilib.
Tədbirdə 10-17 noyabr “Tə lə -
bə Gənclər Həftəsinə həsr olunmuş
Naxçıvan Muxtar Respublikası ali və
orta ixtisas məktəb tələbələrinin
mux tar respublika birinciliyində qa -
lib gələn badmintonçu, şahmatçı və
bokşçu tələbələrə, habelə Naxçıvan
şəhər birinciliyində qələbə qazanan
voleybolçulara kubok, diplom və
hədiyyələr təqdim olunub, I kurslar
arasında voleybol, şahmat və digər
idman növləri üzrə keçirilən univer -
si tetdaxili seçmə yarışlarda fərqlənən
idmançılar da mükafatlandırılıb. İd-
manın inkişafı və fiziki tərbiyə iş lə -
ri nin təşkilində fərqlənən Tibb fakül -
tə si və Pedaqoji fakültə də diploma
layiq görülüb.
Tədbirdə Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi, Heydər
Əliyev Fondu, Təhsil Nazirliyi və
AMEA-nın İnformasiya Texnologi -
ya ları İnstitutunun birgə təşkilat çı lığı
il ə keçirilmiş ali məktəb tələbələri
ara sında informatika üzrə X Ümum-
respublika Olimpiadasında finalda
təm sil olunan informatika komanda -
sı nın üzvləri də təltif olunub. Yeni
Azərbaycan Partiyası Naxçıvan Mux-
tar Respublika Təşkilatının Heydər
Əliyev adına Gənclər Birliyi, Naxçı -
van Muxtar Respublikası Ali Məclisi -
nin Sədri yanında Gənclər Fondu,
Gənclər və İdman Nazirliyinin 10-17
noyabr – Beynəlxalq Tələbə-Gənclər
Həftəsi ilə əlaqədar Naxçıvan Mux-
tar Respublikasında fəaliyyət gös tə -
rən ali və orta ixtisas təhsili müəs sisə -
lə rinin tələbələri arasında keçirdiyi
yarış və müsabiqələrdə də universitet
liderlik edib. Bunlardan “Nuh yurdu”
intellektual oyunun qalibi olan
“Əlincə” komandasının, həmin ya-
rışda ikinci yerə layiq görülən “Şah-
dağ” komandasının, muxtar respub -
li kada fəaliyyət göstərən ali və orta
ixtisas təhsili müəssisələrinin Şən və
Hazırcavablar Klubları arasında
müsabiqənin qalibi olan Naxçıvan
Dövlət Universitetinin “Karvan” ko-
mandasının üzvləri də kubok, diplom
və mükafatlarla təltif olunublar.
Mehriban Sultan
Naxçıvan Dövlət Universiteti
tələbələrinin uğurları
N
axçıvan Dövlət Universitetində
İncəsənət fakültəsinin Xalq çalğı
alətləri ifaçılığı ixtisası üzrə II kurs
tələbəsi Ələsgər Cəlilzadənin solo
kon serti olub. Konsertdən öncə Ələs -
gər Cəlilzadə haqqında ətraflı məlu -
mat verilərək bildirilib ki, o, ilk ibti-
dai musiqi təhsilini Naxçıvan şəhər
Məmməd Məmmədov adına 1 nöm -
rə li Uşaq Musiqi Məktəbinin qarmon
sinfində almış, bir çox konsert proq-
ramlarında çıxış etmiş, 2003- ildə
ümum milli lider Heydər Əliyevin
ana dan olmasının 80 illik yubileyinə
həsr olunmuş müsabiqənin iştirakçı-
sı olmuş, Naxçıvan Muxtar Respub-
likasının uşaq musiqi məktəblərinin
qarmon ifaçıları arasında keçirilən
müsabiqələrdə 2004-cü ildə üçüncü,
2005-ci ildə isə birinci yerə layiq gö-
rülmüşdür. 2006-2010-cu illərdə Nax -
çıvan Musiqi Kollecində təhsil alan
Ələsgər Cəlilzadə kollecin xalq çalğı
alətləri orkestrinin, Naxçıvan Muxtar
Respublikasının əməkdar artisti Aqib
Seyidovun bədii rəhbəri olduğu “Hi-
caz” xalq çalğı alətləri an sam blının
tərkibində konsertlərdə fəal iştirak et-
mişdir. 2014-cü ildə Nax çı van Dövlət
Universitetinin İncəsənət fakültəsinin
Xalq çalğı alətləri ifaçılığı ixtisasına
daxil olan gənc müsiqi çi hazırda bu-
rada ali musiqi təhsili alır.
Sonra söz musiqiyə verilib.
Ələsgər Cəlilzadənin ifasında Tofiq
Quliyev, Hacı Xanməmmədov, Ra-
miz Mirişli kimi tanınmış Azərbaycan
bəstəkarlarının əsərləri, “Bayatı Şiraz”
muğamı və digər musiqi nömrələri
səs lənib. Gənc musiqiçinin XIX əs -
rin sonlarından etibarən Azərbaycan
xalqının məişətinə daxil olmuş və mil-
li musiqi mədəniyyətinin bir hissəsinə
çevrilmiş, xalq musiqi aləti kimi se -
vi lən qarmonda ifa etdiyi musiqi
nöm rələri alqışlarla, tamaşaçı sevgisi
ilə qarşılanıb. İfaçını Naxçıvan Mux-
tar Respublikasının əməkdar müəllimi
Nərminə Qədimova və digər sənət -
karlar müşaiyət edib.
Universitetin rektoru, AMEA-
nın müxbir üzvü Saleh Məhərrəmov
konsertin sonunda çıxış edərək Azər -
bay can mədəniyyətinin, incəsənətinin
inkişafına göstərilən dövlət qayğısın -
dan, Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri Vasif Talıbovun
Naxçıvan Musiqi Kollecinin 40 illik
yubileyi münasibətilə keçirilən təd bir -
dəki çıxışında orta və ali təhsilli mu-
siqiçi kadrların hazırlanması ilə bağ-
lı qarşıya qoyduğu vəzifələrdən da -
nışıb. Rektor qeyd edib ki, univer si -
tetdə təşkil olunan mədəniyyət
tədbirlərinin, İncənət fakültəsinin ka-
fedralarının hesabat konsertlərinin
keçirilməsi gənc istedadların üzə çı-
xarılması, onlarda sənət vərdişlərinin,
səhnə mədəniyyətinin aşılanması ba-
xımından mühüm rol oynayır. Rektor
gənc ifaçı Ələsgər Cəlilzadəni təbrik
edə rək ona ali təhsildə və sənətdə
uğur lar arzu edib. Sonda Ələsgər
Cə lil zadə çıxış edərək konsertin
təşkilatçılarına, Xalq çalğı alətləri
kafedrasının müdiri, sənətşünaslıq
üzrə fəlsəfə doktoru Aynurə
Quliyevaya, sənət müəllimləri Nax-
çıvan Muxtar Respublikasının
əməkdar artisti Aqib Seyidov və Mo-
bil Hacıyevə minnət darlığını bildirib.
Mehriban Sultan
Gənc ifaçının solo konserti