Himayə altında böyüyən uşaq və gənclər



Yüklə 363,84 Kb.
Pdf görüntüsü
səhifə12/12
tarix19.11.2017
ölçüsü363,84 Kb.
#11199
1   ...   4   5   6   7   8   9   10   11   12


 Ailə şəraitində himayə

Ailə mühitində  təmin edilən alternativ 

himayədir. Avropada ailə şəraitində himayənin 

yayılmış formaları aşağıdakılardan ibarətdir:

 qohumluq  himayəsi 

 – Bu himayənin elə 

növüdür ki, bu zaman uşaq geniş ailədə, 

yaxud da əvvəllər sıx münasibətlərin 

qurulduğu dost ailələrdə yaşayır.

 qəyyumluq

 – Uşağın səlahiyyətli orqanlar 

tərəfi ndən doğma ailəyə deyil, başqa ailəyə 

yerləşdirilməsi kimi himayə formasıdır. 

Himayədar ailələr hazırlıq səviyyəsinə 

uyğun olaraq seçilir və himayəni yaxşı 

şəkildə yerinə yetirmələrinə nəzarət edilir. 

 Alternativ himayə

Bu, valideyn qayğısı görməyən uşaq və 

gənclərin təmin olunduğu himayədir. Alter-

nativ himayə inzibati və ya məhkəmə orqanı 

tərəfi ndən razılaşdırılan, yaxud qəbul edilən 

tədbirdir. “Alternativ himayə” termini hətta va-

lideyn qayğısı olmadan belə uşağın əvvəlki 

kimi himayədar ailə, uşaq müəssisəsi və 

ya uşağı sabitlik, təhlükəsizlik və yardımla 

təmin edəcək digər növ tədbirdən ibarət ola 

biləcək “evdə” yaşamasını bildirir.

 Birləşmiş Millətlər Təşkilatının 



  Uşaq Hüquqları haqqında Konvensiyası

Bu, 18 yaşına çatmamış bütün insanların 

hüquqlarını müdafi ə edən və  dəstəkləyən 

beynəlxalq miqyasda razılaşdırılmış stan-

dart və öhdəliklər toplumudur. Bu hüqu-

qlar uşağın  ən yaxşı  şəraitdə boya-başa 

çatmasını, təhlükəsiz  şəraitdə inkişaf 

etməsini və  təhsil almasını, yüksək 

keyfi yyətli tibbi yardıma çıxışı əldə etməsini 

və ailə, mədəni və ictimai həyatda tam 

şəkildə iştirak etməsini təmin etmək niyyəti 

güdür. 


 Doğma ailə

Uşağın ailəsi dedikdə onun valideynləri, 

qardaş  və bacıları, nənə  və babaları  və 

digər qohumları nəzərdə tutulur. 

 Fərdi himayə planı

Bu plan həm himayə altında böyüyən uşaq, 

həm də birlikdə çalışan himayə qrupu 

tərəfi ndən işlənib hazırlanır. Sözügedən 

plan uşağın xüsusi ehtiyaclarına yönəldilmiş 

və onun fərdi qabiliyyət və səylərini nəzərə 

alır. Plan uşağın emosional, əqli, fi ziki və so-

sial inkişafına məsuliyyət daşıyan  şəxsləri 

təyin edir və dövrü şəkildə himayənin təhlili 

adlanan prosesdə qiymətləndirilir. 

 Himayənin nəzərdən keçirilməsi

Bu, fərdi himayə planının dövrü şəkildə 

nəzərdən keçirilməsidir. Uşaq və ya 

gənc, himayədar və digər peşəkarlar 

35

Lüğət

həqiqətdə bu nə deməkdir?



məsələn, doğma ailəyə yenidən qayıtmaq 

mümkünlüyü, hazırkı himayə  tədbirinin 

dəyişdirilməsinə ehtiyac, məktəb seçimi 

və s. kimi seçim və rəyləri müzakirə etmək 

üçün görüşürlər.

Himayədarlar

Bunlar uşaq və  gənclərə qayğı göstərən 

böyüklərdir. Himayədar bioloji valideyn, 

yaxud alternativ himayə halında xüsusi 

hazırlıq keçmiş  və  işinə himayə üzrə digər 

peşəkarlar tərəfi ndən nəzarət və yardım 

edilən yetkinlik yaşına çatmış  şəxs ola 

bilər. Alternativ himayə dövrü ərzində 

himayədar mümkün olduğu qədər az 

hallarda dəyişdirilməlidir.

 Himayənin planlaşdırılması qrupu

Buraya sosial işçi, doğma ailə üzvləri, 

himayədarlar və uşaq və ya gənclərə rəsmi 

qayğı göstərilməsi haqda qərarlar qəbul 

edilməsində  iştirak edən digər peşəkar 

böyüklər daxildir. Bu qrup himayəyə dair 

qərarlar qəbul edərkən himayə altında 

böyüyən uşaq və  gənclərlə birlikdə 

işləməlidir.

 Himayə ilə təmin edən təşkilat

Bu, alternativ himayə ilə  təmin edən və 

himayə tədbirlərinin keyfi yyət və fəaliyyətinə 

nəzarət edən təşkilatdır. Bu, dövlət, 

dini-əsaslı, yaxud da ailədə  və ya uşaq 

müəssisəsində alternativ himayəni təmin 

edən qeyri-hökumət təşkilatı ola bilər.  

 МHimayədən çıxmaq

Gənclərə himayədən müstəqil həyata ke-

çidin rəvan olmasında köməklik edən 

prosesdir. Buraya, himayə altında yaşayan 

zaman təhsil, təlim, həyat bacarıqlarının 

öyrənilməsi və müstəqil olduqdan sonra 

gənclərə “himayədən sonrakı xidmətlərin” 

göstərilməsi daxildir. Bu cür xidmətlərə 

daxildir: himayə altından çıxdıqdan sonra 

müstəqil həyat bacarıqları üzrə  məsləhət 

verilməsi və  təlim keçilməsi, ictimaiyyət 

tərəfi ndən vəsaitlə yardım edilməsi, pul-

suz təhsil və maliyyə yardımının müxtəlif 

formaları.

 Himayənin keyfi yyət standartları

Bu, himayənin müvafi q  səviyyəsini təmin 

edən standartlardır. Himayənin keyfi yyət 

standartları himayənin bütün formalarında 

nəzərə alınmalı və onun bütün mərhələlərində: 

himayəyə qəbuledilmə, planlaşdırma prosesi, 

himayədən sonrakı mərhələ, uşağın müdafi əsi 

kimi prosedurlara və s. riayət edilməlidir. 

“Uşaqların Rifahı Naminə Keyfi yyət” (Qua-

lity4Children (Q4C)) Standartları himayənin 

keyfi yyət standartlarının bir nümunəsidir.

36



 İnsan hüquqları

Bacarığından, vətəndaşlığından, etnik

mənşəyindən, cinsindən, dilindən, milliy-

yətindən, irqindən və cinsi oriyentasiyasından 

asılı olmayaraq sadəcə olaraq insan 

olduqlarına görə bütün insanların, habelə 

uşaqların malik olduqları hüquqlardır.

 Konvensiya

Ölkələr arasında hüquqi baxımdan  əməl 

edilməsi məcburi olan sazişdir. Konven-

siyalar bəzən sazişlər, paktlar, yaxud da 

beynəlxalq razılaşmalar adlanır.

 Müəssisələrdə himayə

Bu, alternativ himayənin ailədən kənar 

formasıdır, burada himayə daha kiçik və 

ya daha böyük qrup şəraitində növbə ilə 

çalışan ödənişli peşəkarlar tərəfi ndən 

həyata keçirilir. Himayə müəssisəsinə 300-

dən yuxarı çoxlu sayda uşaq yerləşdirilən 

zaman, onda bu, xüsusiləşdirilmiş himayə 

müəssisəsi adlanır. Bu model çərçivəsində 

yaradılan  şərait və himayə keyfi yyəti 

uşaqlara öz hüquqlarından yararlanmaqda 

çətinlik yaradır. Avropanın bir çox ölkələri 

öz təsisatlarını “deinstitusionalizasiya” kimi 

tanınan proses çərçivəsində ailədə himayə 

modeli ilə əvəz edirlər.

 Ombudsman

Ombudsman insan hüquqlarının dövlət 

və özəl təşkilatlar və ayrı-ayrı  şəxslər 

tərəfi ndən hörmət edilməsini təmin etmək 

üçün hökumətlər tərəfi ndən təyin edilmiş 

şəxsdir. Ombudsman uşaq hüquqlarına 

dair dərin biliyə malik olmalıdır. Uşaq və 

ya gənclər hüquqlarının pozulması barədə 

şikayət edən zaman ombudsmanın vəzifəsi 

araşdırma aparmaqdan və  həlli yolları 

göstərməkdən ibarətdir. Bəzi ölkələrdə 

uşaq və  gənclərin məsələsi üzrə xüsusi 

ombudsmanlar fəaliyyət göstərir. Avropada 

uşaq məsələləri üzrə ombudsmanlar Uşaq 

məsələləri üzrə Avropa Ombudsmanlar 

Şəbəkəsi yaratmışlar:

http://crin.org/enoc/members/index.asp



 Uşağın ən yaxşı maraqları

Böyüklər uşaqlar üçün ən yaxşı olanları 

etməlidirlər. Onlar uşaqların və  gənclərin 

inkişafına ən böyük müsbət təsir göstərəcək 

qərarlar qəbul etməlidirlər

 Uşaq məsələləri üzrə xidmətlər

Bu, alternativ himayə altında böyüyən 

uşaqlara cavabdeh olan yerli dövlət 

orqanlarıdır. Onlar alternativ himayəyə 

ehtiyacı olan hər bir uşağın rahat və 

təhlükəsiz yaşaması üçün  lazım olan yararlı 

yaşayış şəraiti ilə təmin edirlər. Bu şəraitlərin 

təmin edildiyini yoxlamaq üçün onlar dövrü 

37



yoxlamalar aparırlar. Uşaq məsələləri 

üzrə xidmətlər himayə altında böyüyən 

uşaq və  gənclərin rifahı üçün çalışırlar. 

Onlar uşaqların doğma ailələrinə  nə vaxt 

qayıtmalarına qərar verirlər.

 Uşaq

18 yaşına çatmamış istənilən  şəxs kimi 

müəyyən edilir. 12 yaşlı  və ondan yuxarı 

yaşda olan uşaq “yeniyetmə”, yaxud “gənc” 

adlana bilər. Birləşmiş Millətlər Təşkilatı 15 

yaşdan 24 yaş arasında olan şəxsləri gənc 

kimi müəyyən edir.  

 SOS Uşaq Kəndi

Valideyn qayğısından məhrum olmuş 

uşağın ailə mühitində böyüməsinə yardım 

edən ailə  əsaslı himayə modelidir. SOS –

un himayədarı SOS ailəsinə  rəhbərlik edir 

və uşağın himayəsinə və inkişafına birbaşa 

məsuliyyət daşıyır.

 Valideyn himayəsindən 



  məhrum olmuş uşaqlar

 

Bunlar, istənilən səbəbdən valideynləri ilə 



yaşamayan uşaqlardır.

 Yaşlarına görə himayə 



 altından çıxan gənclər

(himayəni tərkedənlər). Bu, himayə sistemi 

daxilində xüsusi müdafi ə və yardıma hüqu-

qu olmayan yaşa çatdıqlarına görə himayə 

altından çıxan gənclərə şamil edilir.

38



Məlumatlı ol və kənarda qalma!

39

Avropa Şurasının  



“Avropanı uşaqlar üçün və uşaqlarla birgə quraq”

 proqramı uşaqların 

insan hüquqlarının dəstəklənməsi və  uşaqları zorakılığın bütün formalarından qorumaq 

üçün yaradılmışdır. Proqrama görə  məsuliyyət daşıyan qrup məktəbdə zorakılıq, insan 

hüquqları sahəsində  təhsil, uşaqlar və  İnternet, eləcə  də  uşaqlar və  ədalət məhkəməsi 

sistemi kimi məsələlərlə məşğul olur. Proqramda valideyn himayəsindən məhrum olmuş 

uşaqların konkret hüquq və ehtiyacları, xüsusilə  də  təhsilə, sosial, səhiyyə  və hüquqi 

xidmətlərə çıxış və iştirak hüququ kontekstində nəzərə alınır. Konvensiyalar, görüşlər və 

nəşrlər barədə daha ətrafl ı məlumat almaq üçün, eləcə də “Vəhşi İnternet Meşəsi” onlayn 

oyununu oynamaq üçün aşağıda göstərilən İnternet saytına daxil ola bilərsiniz. 



 www.coe.int/children

SOS Uşaq Kəndi 

valideyn himayəsindən məhrum olmuş və ya məhrum olmaq təhlükəsi 

altında olan uşaqların himayəsi, təhsili və sağlamlıqlarının qorunması sahəsində birbaşa 

xidmətlər göstərən, uşaqların maraqlarına yönəldilmiş qeyri-hökumət və qeyri-dini təşkilatdır. 

Təşkilat, həmçinin müvafi q  himayənin təmin edilməsi üçün uşaqların himayədarlarının, 

onların ailələrinin və cəmiyyətin imkanlarını genişləndirmək üzərində çalışır. “SOS Uşaq 

Kəndi” valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqlarını da qoruyur. Təşkilat 

1949-cu ildə təsis edilmiş və BMT-nin UHK-nı rəhbər tutaraq hazırda 130 ölkəni əhatə edir.



 www.sos-childrensvillages.org 

“Uşaqların Rifahı Naminə Keyfi yyət” (Quality4Children (Q4C)) Standartları 

– Avropa-

da uşaqlar üzərində alternativ himayənin 18 keyfi yyət standartından ibarət toplumdur. Q4C 

Standartlarının işlənib hazırlanması prosesi uşaqlar, gənclər, doğma ailələr, himayədarlar, 

sosial işçilər və digər maraqlı tərəfl ər daxil olmaqla 32 ölkədən təxminən 500 nəfərin fəal 

iştirak etdiyi tədqiqat metodu olan “tarixçələrin danışılmasına” əsaslanır. “Uşaqların Rifahı 

Naminə Keyfi yyət” Standartları üç təşəbbüsçü təşkilat: SOS Uşaq Kəndi, Beynəlxalq Ha-

milik Tərbiyəsi Təşkilatı (IFCO) və Beynəlxalq Təhsil Cəmiyyətləri Federasiyası (FICE). 

tərəfi ndən Avropa Parlamentində 2007-ci ildə bəyan edilmişdir. O vaxtdan bəri, bu üç təşkilat 

milli siyasətlərdə və hamilik təcrübəsində bu standartların yerinə yetirilməsini həyata keçi-

rir. Uşaq və gənclər, eləcə də onların himayədarları himayə şəraitində Q4C Standartlarını 

bilməyə və istifadə etməyə sövq edilirlər.



 www.quality4children.info


Gənclərə Hakimiyyət (Power4Youth)

 Alternativ himayə altında böyüyən gənclərin birliyi-

dir. Onlar aşağıdakılarla maraqlanırlar: başqaları ilə fi kir mübadiləsi etmək; öz təcrübələrini 

paylaşmaq, dostluq əlaqələri yaratmaq, Q4C Standartlarının həyata keçirilməsində 

iştirak etmək; və həmyaşıdlarından dəstək almaq. Himayə altında böyümüş və 28 yaşına 

çatmamış  hər bir uşaq və ya gənc P4Y birliyinin üzvü ola bilər. Daimi virtual məlumat 

mübadiləsindən başqa, P4Y birliyi  himayə altında böyümüş uşaq və gənclər üçün maraq 

kəsb edən mövzuları müzakirə etmək üçün öz üzvləri ilə birbaşa görüşlər təşkil edirlər. On-

lar, həmçinin himayənin keyfi yyətini yaxşılaşdırmaq üçün təklifl ər irəli sürür və bu təklifl ərin 

milli və beynəlxalq səviyyədə nəzərə alınmasına çalışırlar.  



 www.power4youth.eu 

40



41

 

Birləşmiş Millətlər Təşkilatının Uşaq 

Hüquqları Konvensiyası:

 

Konvensiyanın tam mətni:



www2.ohchr.org/english/law/crc.htm

 

Uşaqlar üçün nəzərdə tutulmuş versiyası: 



www.unicef.org/voy/media/rights_leafl et.pdf 

 Konvensiyanı öz ana dilinizdə oxumaq üçün 

aşağıdakı ünvana daxil olun:

www.unicef.org/voy/explore/rights

/explore_2781.html 

 

Himayə müəssisələrində yaşayan

uşaqların hüquqlarına dair Avrop

Şurasının Rec(2005)5 saylı Tövsiyəsi:

www.coe.int/familypolicy

 

(“himayə müəssisələrindəki uşaqları” ingilis, rus, 



yunan, polyak, estoniya və serbiya dillərində seçin).

 

Avropa Şurasının Uşaq Hüquqları 

və Ailə Siyasəti üzrə Şöbəsi: 

www.coe.int/familypolicy

 Avropa Şurasının himayə

müəssisələrində böyüyən

uşaqlar üzrə işi:

www.coe.int/familypolicy 

(”himayə müəssisələrində böyüyən uşaqları” seçin)



 Avropa Şurasının “Avropanı uşaqlar 

üçün və uşaqlarla birgə quraq” proqramı:

www.coe.int/children 

 “Uşaqların Rifahı Naminə Keyfi yyət”

 (Quality4Children (Q4C)) Standartları: 

www.quality4children.info

 

26 dildə sənədlər:



w w w . q u a l i t y 4 c h i l d r e n . i n f o / c o n t e n t /

cms,id,89,nodeid,31,_country,at,_language,en.html 

 Gənclərə Hakimiyyət (Power4Youth):  

www.power4youth.eu 

 BMT-nin Rəhbər Göstərişləri: 

www.crin.org/docs/DRAFT_UN_Guidelines.pdf

 Uşaq məsələləri üzrə Avropa 

Ombudsmanlar Şəbəkəsi:

http://crin.org/enoc/members/index.asp 

 Beynəlxalq SOS Uşaq Kəndi:

www.sos-childrensvillages.org 

 Beynəxalq Hamilik Tərbiyəsi

üzrə Təşkilat (IFCO): 

www.ifco.info/ 

 Beynəlxalq Təhsil Cəmiyyətləri 

Federasiyası (FICE):

www.fi ce-inter.org/ 

 Avropa İttifaqının 

“Gənclər Fəaliyyətdə” proqramı:

www.salto-youth.net/about/

 Uşaqlar Avropa haqqında: 

Uşaqların İşi üzrə Milli 

Observatoriyaların Avropa Şəbəkəsi:

www.childoneurope.org

 CRIN: Uşaqların Hüquqları üzrə

İnformasiya Şəbəkəsi:

www.crin.org

 “Uşaqlara Ən yaxşı Qayğı” Şəbəkəsi 

http://crin.org/bcn/

 YUNİSEF: Birləşmiş Millətlər 

Təşkilatının Uşaq Fondu 

www.unicef.org

 Gənclərin səsi:

www.unicef.org/voy/explore/rights/explore_155.

html 

www.unicef.org/protection/fi les/Parental_Care.pdf

Faydalı istinadlar


42


Qeydləriniz

43



44



 Himayə altında böyüyən uşaq və gənclər

Öz hüquqlarını tanı!

Himayə altında yaşayan zaman doğma ailəmlə görüşə biləcəyəmmi? Bunu istəməsəm, nə olacaq? Alternativ 

himayə altında yaşadığım müddətdə kobud davranış və laqeydlikdən əziyyət çəkirəmsə, nə edə bilərəm? Əgər 

sosial işçilərimlə problem yaşayıramsa, kimə müraciət edə bilərəm? Şəxsi himayəmlə bağlı məsələ həll edildiyi 

zaman mənim səs hüququm varmı? 

“Himayə altında böyüyən uşaq və gənclər. Öz hüquqlarını tanı!” adlı məlumat kitabçası alternativ himayə altında 

yaşayan uşaq və gənclər üçün nəzərdə tutulmuşdur. O, yuxarıda verilən, eləcə də bir çox digər  suallara cavab 

verir. Şəkillər, tarixçələr və məlumatlar sayəsində himayə altında yaşayan uzaq və gənclər BMT-nin Uşaq Hüquqları 

haqqında Konvensiyasında, Avropa Şurasının himayə müəssisələrində yaşayan uşaqların hüquqları 

haqqında tövsiyələrində, eləcə də Avropada “Uşaqların rifahı naminə keyfi yyət” Standartlarında irəli sürülən 

hüquqları haqda məlumat əldə edə bilərlər. Onlar, həmçinin bu hüquqlardan necə yararlanmağı öyrənə və öz 

himayə məsələlərinin, eləcə də onun necə yaxşılaşdırılmasının həlli zamanı fəal rol oynaya bilərlər.

“Himayə altında böyüyən uşaq və gənclər. Öz hüquqlarını tanı!” adlı məlumat kitabçasını həm də uşaqların 

hüquqlarına həsr olunmuş “Avropa Şurasının”Avropanı uşaqlar üçün və uşaqlarla birgə quraq” proqramının 

veb saytından, www.coe.int/children e-ünvanından yükləmək mümkündür. 

www.coe.int/children

Avropa Şurasına 47 üzv ölkə daxildir və bu təşkilat demək olar ki, bütün Avropa qitəsini əhatə edir. Avropa Şurası 

1949-cu ildə yaradılmış  və  İnsan hüquqlarının müdafi əsi haqqında Avropa konvensiyasına və insanların, eləcə  də 

uşaqların müdafi əsinə dair digər baza sənədlərinə əsaslanan ümumi, demokratik və hüquqi prinsipləri inkişaf etdirmək 



yolları arayır. 

Yüklə 363,84 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə