HiNDİstan etnoqrafiyasi (Maddi mədəniyyət)



Yüklə 141,51 Kb.
Pdf görüntüsü
səhifə55/76
tarix26.11.2017
ölçüsü141,51 Kb.
#12770
1   ...   51   52   53   54   55   56   57   58   ...   76

Bəhmən Əliyev-Ayvazalı
168
daşı blokları ilə döşənmiş həyətə açılır. Camidə üzəriləri misdən 
olan  üç  qübbə  vardır,  ortadakı  qübbə  digər  iki  qübbədən  daha 
yüksək  və  böyükdür.  Caminin  şimal  və  cənubunda  yüksəkliyi 
39,6 metrə çatan, ağ mərmər və qum daşından tikilmiş iki minarə 
vardır. Minarələr 130 pilləkandan ibarətdir, çadıra bənzəyən sivri 
uclu, səkkizgüşəli, mərmərdən qübbə ilə örtülmüşdür. Cami Məs-
cid planlaşdırma baxımından Aqradakı Moti Məscidə bənzəyir. 
Aqrada 11 illik hökmdarlığından sonra Şah Cahan paytaxtını 
Delhiyə köçürməyə qərar verdi, memarlarına Aqra və Lahorda-
kı kimi qalaların Delhidə də tikilməsini əmr etdi. Yeni paytaxtda 
qalanın  inşasına  1638-ci  ildə  başlandı,  1648-ci  ildə  başa  çatdı. 
Əhməd və Həmid adlı mühəndislərin rəhbərliyi altında tikilən qa-
lanın çevrəsi 2,4 km-dir. Çaya baxan hissədə divarların üstünlü-
yü 18,2 metr, quru tərəfdəki divarların hündürlüyü 33,5 metrdir. 
Bundan başqa, qalanı 222, 8 metr enində, 9 metr dərinliyində su 
kanalı çevrələyir. Qalanın divarları qırmızı daşdan tikilmiş, qalan 
qüllələr, qübbələr, divarlar da oyulan rəsmlərlə zəngindir. Buna 
görə də qalaya “Qırmızı qala”, yəni “Lal Kila” deyilir. İki önəmli 
giriş qapıları olan Lahor və Delhi qapıları qalaya xüsusi gözəllik 
verirlər.  Qalanın  mərkəzində  üstü  açıq,  səkkizgüşəli  sahə,  dəh-
liz vardır. Qalada xalqa açıq toplantı salonu “Divani An”, Camna 
çayına yaxın yerdə dövlət adamlarının toplaşdığı “Divani Has”, 
“Rəng Mahal”, “Massaman Burc”, “Səkkizgüşəli qüllə”, “Ha-
bgah” (yuxu otağı), “Yağmurlu bürc” və s. vardır. Tarixin gedi-
şatında qalanın bəzi bölümləri dağılmışdır. 
Baburşahlar dövrünün ən zirvə memarlıq əsəri məşhur Tac 
Mahal sarayıdır. Şah Cahan xanımı Mümtaz Mahalı (Ərcümənd 
Banu) çox sevmiş, onu getdiyi yerlərə özü ilə bərabər götürmüş-
dür. Hökmdarın ikinci xanımı olan Mümtaz Mahal 1632-ci ildə 
dünyasını  dəyişmişdir.  Şah  Cahan  ondan  sonra  evlənməmişdir. 
Xanımının ölümündən çox üzülən Şah Cahan onun şərəfinə ağ 
mərmərdən,  qarşı  tərəfdə  isə  qara  mərmərdən  türbə  tikdirməyə 


Hindistan etnoqrafiyası
169
qərar vermiş, türbənin “Mümtaz Mahalın gözəlliyi qədər gözəl, 
zərifliyi qədər zərif olmasını, görünüşündə onun gözəlliyini əks 
etdirməsini” istəmişdir. Həm Mümtaz Mahalın, həm də Şah Ca-
hanın sənduqəsi buradadır. Çünki Övrəngzəb atasını taxtdan en-
dirdikdən sonra qara mərmərdən türbəni tikdirməmiş, Şah Cahanı 
Aqra qalasına saldırmışdır. Şah Cahan xanımının türbəsini bura-
dan seyr etmiş, öləndə Mümtaz Mahalın yanına dəfn edilmişdir. 
Tac Mahal iki özül (platforma) üzərində dayanır, onların ara-
sında qırmızı qum daşından bir zolaq vardır. İkinci platformanın 
hündürlüyü 6 metrdir, əsasa türbə bunun üstündədir, qübbəyə qə-
dər türbənin yüksəkliyi 39 metrdir. Türbənin kənarları səkkizguşə 
şəklindədir, qübbəsi nilufər çiçəyi şəklindədir.
Tikintidə  Hindistаn,  Оrtа  Аsiyа,  Ərəbistаn,  hətta  İtaliya 
mеmаrlаrı iştirаk еtmişdir. Bəzi məlumatlara görə, Tac Mahalın 
layihəsini istanbullu memar Mеhmеt İsa Əfəndi çəkmiş, qübbə-
ni istanbullu memar İsmayıl Əfəndi tikmiş, divarlardakı yazıları 
istanbullu  xəttat  Səddar  Əfəndi  yazmışdır.  Digər  mütəxəssislər 
isə əsas memarın venesiyalı Ceromino olduğunu bildirirlər. Bəzi 
araşdırmalar isə Tac Mahalın əsas memarının Şah Cahanın böyük 
önəm verdiyi Əhməd adlı memarın olduğunu üzə çıxarmışdır. Bir 
çox xarici usta, o cümlədən italyan memarları da inşaat dəstəsin-
də çalışmışdır. Tac Mahalın tikintisində çalışmaq üçün Bağdad-
dan xəttat, Buxaradan mozaika ustası, İstanbuldan qübbə ustası, 
Səmərqənddən minarə ustası, Qəndahardan daş ustası, Şirazdan 
rəssam  gətirilmişdir.
Tac Mahalın daxili və xarici divarları, tavanı ağ mərmərdən-
dir.  Bu  mərmərlərin  üzərinə  qiymətli  daşlarla  çiçək  mozaikası 
döyülmüşdür. Yasin surəsi sıra ilə güney, şimal, qərb, şimal, şərq 
qapılarında, hər qapının sağ kənarında yazılmışdır. Daxildə sək-
kiz güşə mərmərdən oyulmuş bir şəbəkə vardır, sənduqələr həmin 
hissədədir. Tac Mahalın mərmərlərin üzərindəki oymalarda əqiq, 
kristal, firuzə, yaqut, zümrüd, almaz, inci, mərcan, lacivərt, sədəf, 


Bəhmən Əliyev-Ayvazalı
170
fildişi kimi qiymətli daşlardan istifadə edilmişdir. Bu daşları hind 
şahzadələri Şah Cahana hədiyyə etmişlər.
Tаc Mаhаl bеş  künbəzli (mərkəzi künbəzin hündürlüyü  74 
mеtrdir),  4  minаrəli  binаdır.  Divаrlаr  cilаlаnmış  mərmərlərlə 
bəzədilmişdir. Tаc Mаhаlın yахınlığındа fəvvаrəli cənnət bаğlаrı 
yеrləşir.  Mümtaz  Mahalın  və  Cahan  şahın  məzarları  üst  qatda-
dır, sarayın qübbəsinin hündürlüyü 82 metrdir. Təxminən 20 min 
nəfərin işlədiyi tikinti 1631-1652-ci illərdə inşa olunmuşdur. 
Padşah məscidini Şah Cahanın оğlu Avrəngzəb tikdirmişdir. 
Bu məscidin üç böyük qübbəsi və səkkizbucaqlı mərmər qübbə-
cikləri vardır, üz tərəfi qırmızı qum daşı ilə bəzədilmişdir. Dün-
yada  ən  böyük  bağçası  оlan  məsciddir,  bu  memarlıq  möcüzəsi 
dünyada bir çox məscidin mеmarlıq quruluşuna təsir etmişdir. 
Bicaypurda  XVIII  əsrə  qədər  1600  məscid  inşa  edilmişdir, 
həmin  dövrdə  şəhərin  əhalisinin  sayı  bir  milyon  nəfərdən  çox 
idi. XVIII əsrdə şəhər Marathaların əlinə keçdikdən sonra bütün 
məscid və binalar yıxıldı, 1883-cü ildə şəhər ingilislərin qərarga-
hı olanda bəzi binalar təmir edildi. Bicaypurdakı Cami Məscid 
(1576) Hindistandakı ən gözəl camilərdən biridir. Bundan başqa, 
Muxtar Mahal camesi, su köşkü Calamandir. Sultan İkinci İbra-
him Övrənqzəb şahın dövründə memarlıq üsulu zəifləmə başla-
mışdır. Onun dövründə Delhidə mərmərdən Moti Məscid (1659), 
Lahorda Badasi Cami tikilmişdir. XVIII əsrin sonundan etibarən 
Hindistanda müsəlman memarlığı zəifləməyə başladı. Bu döv-
rdən sonra inşa edilən məscid, türbə, saray, ev kimi tikililər Tac 
Mahala  bənzədilməyə başlamışdır. 
 Baburşah-Mоğоl impеriyаsının tənəzzülündən çоnrа yаrаdı-
cılıq mərkəzləri yеnidən kənаr əyаlətlərə, məsələn, indiki Uttаr 
Prаdеş ştаtındаkı Оudh şəhərinə köçmüşdür. 
Hindistanın  öz  inşaat  üslubu  ilə  müsəlman  memarlığı  tam 
bir  təzad  meydana  gətirir.  Hind  memarlığı  çoxsaylı  heykəl  və 
bəzəklərlə  örtülmüş  uca  tikililər  şəklində  özünü  göstərir.  Bu-
nun əksinə olaraq,müsəlman memarlığında düz divarlar üstün-


Yüklə 141,51 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə