Bəhmən Əliyev-Ayvazalı
174
Qədim Delhi müasir dövrdə labirintə bənzər ensiz və əyri,
çoxsaylı dükanların, piştaxtaların yerləşdiyi küçələrdən ibarətdir.
Gediş-gəlişin həddən çox olduğu küçələr sənətkarlıq emalatxa-
naları, anbarlar, çoxsaylı velosipedlər, velorikşalar, “rikşa”lar
(“oto”), avtomobillər, avtobuslarla doludur. Qədim Delhinin əsas
ticarət küçəsi “Çandi Çouk” (“Gümüş küçə”) Qırmızı qalaya
çıxır. Ümumilikdə, Qədim Delhidə əhalinin sayı həddən artıq
çoxdur, burada ekoloji vəziyyət gərgindir.
Üçüncü şəhər olan, 1321-ci ildə qurulan Tuqhlakabad Qütb
Minarın 10 km güneyində yerləşir, ücbucağın şimal-şərq hissə-
sində qalır. Dördüncü Delhi Cihanpanah, Qütb Minar ətrafında,
XIV əsrdə yaradılmışdır. Beşinci Delhi “Firuzabad” adlandırıl-
mış və indi “Old Delhi” ərazisinə daxil olan Firuzşah Kotla böl-
gəsində tikilmişdir. Bu şəhərlərdə müxtəlif memari üsullarlarda
binalar tikilmişdir. Bunların sırasında qırmızı qum daşından ti-
kilən Qiyasəddin türbəsi (1325), silindrik, sivri başlı minarəli Ka-
lan məscidi (XIV əsr) və s. binaların adlarını çəkmək olar.
Yeni Delhi və ya Nyu Delhi 1911-ci ildə Şahcanabaddan
cənubda tikilməyə başlanmışdır. Buranı Edvin Lütens və digər
ingilis memarları layihələndirmişlər. Həmin dövrdə İngiltərədə
şəhər-bağlar memarlıq üsulu yayılmışdı. Yeni Delhi də şəhər-bağ
kimi yaradılmışdır. Şəhər dəqiq dairəvi palanlaşdırmaya malikdir,
küşələr mərkəzi ticarət meydanı olan Kannaut-pleys ilə kəsişir.
Hökumət mərkəzinə parlament və prezident sarayı (Raştra pati
Bhavan) aiddir, buradan əsas nümayiş küçəsi Rac Path (Dövlət
prospekti) şərqə doğru uzanır. Yeni Delhinin memarlıq ansamb-
lına Birinci və İkinci dünya müharibələrində həlak olmuş hind
əsgərlərinin şərəfinə ucaldılmış “Hindistan qapısı” adlanan zəfər
tağı aiddir. Bundan başqa, şəhər çoxsaylı bank binaları, sığorta
agentlikləri, mehmanxanalar və s. olan zəngin biznes mərkəzidir.
Hind və müsəlman memarlıq üslubu ilə tikilmiş Yeni Delhi
(əhalinin sayı 19 milyon nəfər), Mumbaidən sonra Hindistanın
Hindistan etnoqrafiyası
175
ikinci böyük şəhəridir, ərazisi 42,7 km kv-dən çoxdur. Hazırda
Hindistan hökuməti və Delhi şəhər hökumətinin rezidensiyası bu-
rada yerləşir. Hindistanın ittifaq ərazisi statusuna malikdir (Delhi
milli paytaxt dairəsi). Şəhər Yamuna çayının sahilində yerləşir.
Delhi çox qarışıq və kosmopolit şəhərdir, Hindistanın mədə-
ni, siyasi və ticari mərkəzlərindən biridir. Yeni Delhidə yerləşən
Hümayun türbəsi və Qütb kompleksi UNESCO Dünya Mirasına
aid edilir.
Mumbai və ya Bombey, Hindistanın Maharaştra əyalətinin
paytaxtı, Hindistanın ən böyük və dünyanın üçüncü böyük şəhə-
ridir. E.ə.I əsrdən başlayaraq bölgəyə yerləşən buddistlər, bura-
dakı mağaraları məbədlərə çevirmişdilər. Tarixən burada bir sıra
dövlətlər yaranmışdır. Portuqaliyalılar 1534-cü ildə Qucarat sul-
tanlığına məxsus liman və adaları, o cümlədən Mumbaini (Bom-
bey) ələ keçirmişdir, buraya “yaxşı körfəz” mənasını verən “Bom
Bahia” adını vermişlər. Buranı 1668-ci ildə ingilis “Ost Hind”
şirkəti kirayəyə götürmüş, bölgə ingilis koloniyasına çevrilmiş,
şəhər ingiliscə “Bombay” adlandırılmışdır.
Şəhər əsasən Salsette adası üzərinə salınmışdır. Salsettedə
II-IX əsrlərdə qayalarda oyulmuş 109 mağara məbədi var. Ən
məşhurları şəhərin şərqindəki Matheran, Khandala və Lonavla
məbədləri, Lonavla yaxınlarındakı buddist mağara məbədi (I əsr)
sayılır. Tarixən şəhər 7 ada üzərində yerləşsə də, 1817-1845-cı
illərdə bölgədə həyata keçirilən böyük tikinti layihəsilə adalar
birləşdirilmişdir. Bombey XIX əsrin ortalarında geniş şəkildə in-
kişaf etmişdir. Dekkanın mərkəzinə doğru quru yolları, daha son-
ra da dəmir yolları çəkilməsi, şəhərin iqtisadi inkişafını sürətlən-
dirmişdi. Hindistanda çoxsaylı pambıq və toxuculuq fabriklərinin
qurulması həmin dövrə təsadüf edirdi.
Bombey şəhərinin adı 1995-ci ildə hind tanrıçası Mumbadan
törəmiş mənasını verən “Mumbai” olaraq dəyişdirilmişdir. Ha-
zırda əhalisinin sayı 25-27 milyon nəfər civarındadır, dünyanın
ən sıx üçüncü şəhəridir. Süveyş kanalının açılması (1869), yeni
Bəhmən Əliyev-Ayvazalı
176
limanlar inşa edilməsiylə şəhər planlı şəkildə inkişaf etmiş, bey-
nəlxalq ticarət artmış və Hindistanın əsas sənaye, ticarət mərkəz-
lərindən biri halına gəlmiş, 1970-ci illərdə bura böyük köç yaşan-
mışdır. Şəhər Hindistanın ticarət, maliyyə, və mədəniyyət, elm
paytaxtıdır. “Bollywood” kimi məşhurlaşan hind kino sənayesi
burada yerləşir.
Mumbai ölkənin ən böyük ağır sənaye mərkəzidir, eyni za-
manda ənənəvi yüngül sənaye, xüsusilə pambıq parça istehsalı
inkişaf etmişdir. Bura ən böyük dəniz limanıdır, Hindistanın xari-
ci ticarət yükləri bu limandan keçir. Burada aparıcı milli və trans-
milli korporasiyaların, ölkənin mərkəzi banklarının, böyük fond
birjalarının mərkəzi binaları yerləşmişdir.
Ən geniş ərazisi olan Bombey adasının eni 6.4 km, uzunlu-
ğu 18.5 km-dir. Adanın “Fort” adlandırılan cənub hissəsi Avropa
şəhərinə bənzəyir. Burada geniş bulvarlar, parklar, məşhur şirkət-
lər, banklar, otellər, idarə binaları, muzeylər, teatrlar, stadion,
Bombey Universiteti (1857), Hind Texnologiya İnstitutu (1958),
Kanheri Milli Parkı yerləşir.
Kalkota (Calcutta-Kəlküttə) şəhəri Qərbi Benqal ştatının
paytaxtıdır. Qanq çayı ilə Brahmaputra çayının Benqal körfəzinə
töküldüyü deltada salınmışdır. İngilislərin gəlməsinə qədər Hin-
distanın dərinliklərinə doğru yolların üzərində yerləşən bu şəhər-
də portuqallar, hollandlar, danimarkalılar faktoriyalar açmışdılar.
Şəhər 1690-cı ildə Ost-Hind şirkətinin agenti olan “Cob Çar-
nok” şirkəti tərəfindən üç kənddə yaranmışdır, bu kəndlərdən
biri Kalkota adlanırdı. Şəhərin sürətli inkişafı 1773-1911-ci ildə
baş vermişdir, həmin dövrdə şəhər Britaniya Hindistanının pay-
taxtı idi, paytaxt Delhiyə köçürüldükdən sonra şəhərin inkişafı
zəifləmişdir. Ölkənin 1947-ci ildə iki dominiona ayrılması, Şərqi
Pakistanın (indiki Banqladeş) yaranması ilə Şərqi Benqaliya ilə
ənənəvi əlaqələr pozulmuşdur. Buna baxmayaraq müasir dövrdə
də şəhər Mumbaidən sonra Hindistanın ən böyük sənayə və liman
şəhəri, mədəni mərkəzidir.
Dostları ilə paylaş: |