Hindistan etnoqrafiyası
171
lük təşkil edir, heykəl və insan fiqurları heç bir halda istifadə
olunmurdu. Hindu məbədləri tanrı heykəllərinin olduğu zəmin
üzərində yüksəldilmiş qübbə və qaim sütunların düzüldüyü dəh-
lizlərdən ibarət idi. Bunun əvəzində məscidlərdə camaatın toplan-
dığı geniş bir həyətin olması lazım idi.
Hindistanda orta əsrlərdə məscid memarlığında iki üsul var
idi. Birinci üsul ətrafı eyvanlarla əhatələnən bir sahədən ibarət
olan “namazgah” deyilən məscid idi. Bu məscidin qiblə tərəfin-
də böyük tağlarla bəzəkli mehrab və minarə olardı. İkinci üsulda
məscidlər qalaların içində və ya mədrəsə kimi binaların ortasında
yerləşirdi. Qala divarlarının dörd küncündə olan bürclərin qüllələri
minarə olaraq istifadə edilmişdir. Hind memarlığında qübbə yox
idi, müsəlman sülalələrinin hakimiyyəti illərində Hindistanda ya-
rımkürə şəklində qübbələrin tikintisi genişlənməyə başladı. Xüsusi
ilə Baburşahlar zamanında ənənəvi türk memarlığının xüsusiyyət-
lərindən olan kiçik qübbələrin yanaşı tikintisi yayılmışdır.
Hindistаnа gələn аvrоpаlı müstəmləkəçilər işğаl еtdiyi ərа-
zilərdə xristian məbədləri, Avropa memarlığına uyğun binalar
tikməyə bаşlаdılаr, оnlаrın yаşаdıqlаrı məhəllələr Pоrtiqаliyа,
Frаnsа və İngiltərənin (Kоçin, Pоndiçеrri, Kəlküttə (Kolkata) və
s. yеrlərdə) şəhərlərini хаtırlаdırdı.
Mеtrоpоliyаdаn göndərilmiş mütəхəssislər Hindistаndа
yunаn mеmаrlıq üslubunu, rеnеsаns dövrünün memarlığını оldu-
ğu kimi yаşаdırdılаr. Məsələn, ingilis mеmаr Lаçеnsə yеni pаy-
tахtın lаyihəsini hаzırlаmаq tаpşırılаndа о, ənənəvi hind аrхitеk-
turа mоtivlərindən həvəssiz istifаdə еtmişdir. Əsаs fоrmаlаr Qərb
аrхitеkturаsının nümunələri idi.
Hindistanda 1947-1959-cu illərdə baş verən tarixi hadisələr,
Pakistan və Çin ilə müharibələr fonunda milyonlarla qaçqın or-
dusunun yaranması əhalinin yaşayış evləri ilə təminatında ciddi
problemlərə gətirib çıxardı. Əvvəlcə hər hansı tikinti planlaşdırıl-
ması həyata keçirilmirdi, ölkədə, xüsusi ilə Pəncab, Delhi, Qərbi
Benqaliyada başdan-başa nizamsız tikinti gedirdi.
Bəhmən Əliyev-Ayvazalı
172
Müstəqilliyini yenicə qazanmış ölkənin memarlıq, arxitektu-
ra stili barədə ciddi müzakirələr aparılırdı. Modernizm və koloni-
al təcrübəyə əsaslanan memarlıq antimilli sayılır, hind mədəniy-
yətinin “qızıl dövrlərini” xarakterizə edən arxitektura forma və
üsullarına üstünlük verilirdi.
Aşramdakı Qolkond, Pondişerridə Aurobindo binalarının ti-
kintisi ölkədə xeyli maraq doğurdu. Çex memar Antonino Rey-
mondun (1888-1976) layihələndirdiyi Qolkond məbədi Hin-
distanda ilk beton tikili idi. Bu binanın tikintisində iqlim, yerli
ənənəvi vərdişlər nəzərə alınmışdı. 1948-ci ildə tikintisi başa ça-
tan Qolkond məbədi yeni dövrün ruhunu əks etdirirdi və Hindis-
tanda müasir arxitekturanın əsasını qoymuşdur.
Baş nazir Cavaharlal Nеhru əsl hind memarlığının dirçəldil-
məsinə çаğırırdı. C.Nehru frаnsız mеmаr Kоrbyuzyеyə Pəncаb
ştаtının yеni pаytахtı Çаndihаr şəhərini tikmək bаrədə sifаriş vеr-
di. Memar Kоrbüzyе şəhəri funksiоnаl хüsusiyyətə mаlik оlаn
sеktоrlаrа böldü və müаsir hind аrхitеkturаsının əsаslаrını yаrаtdı.
XX əsrin ortalarında Hindistаnda ənənəvi memarlığı yаşа-
dаn və müаsir üsullu qаrışıq tipli (Dеlhidəki Аkşаrdhаm məbəd
kоmplеksi kimi) binаlаr tikilmişdir. Bеlə binаlаrın tikintisində
аvrоpаlı memarlаr iştirаk еtmişlər.
Ümumiyyətlə, 1950-ci illərdə Hindistan memarlığında üç
istiqamət önə çıxmışdı. Birinci qrupa ABŞ-da təhsil almış me-
marlar Həbib Rəhman, Açyuta Kanvinde, Durqi Bacpayan aid
idi. Onlar Le Korbüzyedən ilham alsalar da, Amerika moderniz-
minin təsiri altında idilər. Rəhmanın layihələndirdiyi Yeni Katib-
lik, Kanvindenin ATİRA, Bacpayanın Cahangirdəki Sənətlər Mu-
zeyi, memar Korreanın Əhmədabaddakı Qandi memorialı hind
mədəni varisliyini müəyyən qədər əks etdirsə də yeni memarlıq
üsulları idi. Bu memarlıq nümunələri hind memarlarının ənənəvi
dünyagörüş və modernləşmə arasında tərəddüdlərini əks etdirirdi.
Müasir dövrdə Hindistan şəhər əhalisinin (350 milyon nəfər)
Hindistan etnoqrafiyası
173
ümumi əhaliyə nisbətinə görə (30%) zəif urbanizasiyalaşmış
ölkələr sırasına aid edilsə də, şəhər əhalisinin sayı ABŞ-ın əhali-
sinin sayına bərabərdir.
Hindistanda urbanizasiya prosesi sürətlidir, iri və əhalisinin
sayına görə milyonçu şəhərlərin sayı sürətlə artır. Hindistanın ən
iri şəhərləri Kolkota (Kəlküttə, Kəlkətə), Mumbay (Bombey), Del-
hi, Çennay (Mədrəs), Ahmadabad və Haydarabaddır. Kəlküttədə
təxminən 150 il Ost-Hind ingilis şirkətinin inzibati mərkəzi ol-
muşdur.
Orta əsrlərdə Delhi Hindistanda Hind-Qanq düzənliklərin
arasındakı qədim ticarət yollarının üstündə mühüm əhəmiyyətə
malik şəhər olmuşdur. 1639-cu ildə isə Babur imperatoru Şah Ca-
han Delhidə yeni bir şəhər inşa etdirmiş, bura 1649-1857 illərdə
Baburşah İmperatorluğunun paytaxtı olmuşdur.
XX əsrin əvvəllərində Böyük Britaniya imperatoru V Georqun
əmri ilə paytaxt Kəlküttəyə (Kolkata) köçürülmüş, 1911-ci ildə
təkrarən Delhi paytaxt elan edilmişdir, 1920-ci ildə yeni bir pay-
taxt- Yeni Delhi elan olunmuşdur. Hindistan 1947-ci ildə müstəqil-
liyini qazandıqda Yeni Delhi ölkənin paytaxtı seçilmişdir.
Delhi əslində “Old Delhi” və “New Delhi” olmaqla iki
hissədən ibarətdir. “Old Delhi” XII-XIX əsrlərdə Hindistanda
müsəlmanların hakim olduğu dövrdə dövlət mərkəzi idi, qədim
Delhidə bu dövrə aid çox məscid, mədrəsə, qala və monumental
tikili vardır.
Tarixən Delhidə 8 müxtəlif məskunlaşma mərkəzi yaradıl-
mışdır. Bunların ən qədimi indiki Purana Quila (Köhnə Qala)
ətrafında qurulan “İndraprastha”dır. Müasir dövrdə “Old Del-
hi” adı verilən, sultan Qütbəddinin tikdirdiyi şəhər üçbucağın şi-
mal-qərb tərəfində qalmışdır. Delhidə son hindu Tomar sülaləsi
Qutb Minara qədər olan bu bölgəni XII əsrin əvvəllərinə qədər
əlində saxlamışdı. İkinci şəhər XII əsrdə Delhi sultanı Əlaəddin
tərəfindən müasir Hauz Khas ətrafında qurulmuşdur, “Siri” adla-
nan şəhər Köhnə Delhinin şimal-şərqindədir.
Dostları ilə paylaş: |