HiNDİstan etnoqrafiyasi (Maddi mədəniyyət)



Yüklə 141,51 Kb.
Pdf görüntüsü
səhifə58/76
tarix26.11.2017
ölçüsü141,51 Kb.
#12770
1   ...   54   55   56   57   58   59   60   61   ...   76

Hindistan etnoqrafiyası
177
XIX əsrin birinci yarısında ölkənin ən mühüm universitetləri 
bu şəhərdə açılmışdır. Məsələn, 1817-ci ildə Hindu Kolleci adıyla 
yaradılan Kolkata Presidency University Hindistanın ən qədim 
ali məktəbidir. Şəhər çox zəngin ədəbiyyat və sənət irsinə malik-
dir. Tanrı Kalinin adını daşıyan şəhər sənət və düşüncə insanları-
nın qalası olmuş, müasir hind ədəbiyyatı Kəlküttədə yaranmışdır. 
Bu şəhər Nobel mükafatlı şair Rabindranat Taqorun doğulduğu 
və əsərlərini yaratdığı yerdir. 
Kəlküttə Hindistanın yenilənməyə başladığı şəhərdir. Hindu-
izmdə, hind təhsilində inqilab yaradan Ram Mohan Roy, Mahat-
ma Qandi, ruhani lider Svami Vivekananda kimi şəxslər müstəqil 
Hindistan ideyasının ataları sayılırlar. Hazırda şəhərdə 14 univer-
sitet, Hindistan Milli Kitabxanası yerləşir.
Kəlküttə 1911-ci ilədək Britaniya Hindistanının paytaxtı ol-
muşdur.  Bu  şəhərdə  Hindistanın  ən  mühüm  limanları  yerləşir, 
ölkənin xarici ticarətinin üçdə biri bu limanlardan həyata keçiri-
lir. Hindistanın daxilinə doğru uzanan, mühüm ticarət xətti sayı-
lan Hooqli çayının sahilləri limanlar, körpülərə mal endirib-yük-
ləyən gəmilərlə doludur. Xatırladaq ki, Hindistanın zənginlikləri-
ni tacirlərə çatdıran ilk qatar yolu bu bölgədə çəkilmişdir. Şəhər 
“para” adı verilən məhəllələrə bölünür. Hər məhəllənin ortaq bir 
yığıncaq salonu və oyun sahəsi vardır. Məhəllə sakinləri “adda” 
deyilən yığıncaqlarda tez-tez bir araya gəlib, gündəlik problem-
lərdən danışırlar. 
Hindistanda müasir şəhərlər inkişaf etsə də, həyatın müxtə-
lif sahələrindəki ziddiyyətlər yaşayış yerləri və yaşayış evlərində 
də özünü göstərir. Delhi, Kəlküttə, Mumbai şəhərlərində əhalinin 
yaşam  şərtləri  nisbətən  normal  olsa  da,  Orissa,  Bihar,  Carhend 
əhalisi çox və yoxsul şəhərlər sayılır. 
Şəhərlərdə  əhalinin  sürətlə  artması  isə  təkcə  demoqrafik 
məsələlərlə bağlı deyil, bu prosesdə kənd əhalisinin iş tapmaq ar-
zusu ilə öz yurd-yuvasını tərk etməsi də mühüm rol oynayır. Bu 


Bəhmən Əliyev-Ayvazalı
178
proses  şəhər  planlaşdırılması,  infrastrukturun  yaradılması  və  s. 
məsələlərdə ciddi problemlər yaradır. Hindistanın bir neçə şəhə-
rini çıxmaqla, əksər şəhərlərdə kasıb təbəqələrin antisanitar şərt-
lərdə yaşadıqları rayonlar, məhlələr mövcuddur. 
Mənzil çatışmazlığı problemi də dərinləşməkdədir, XX əsrin 
ortalarında 1-2 mərtəbəli evlər tikildiyi halda indi daha çox 3-4 
mərtəbəli və ya daha yüksək yaşayış binaları inşa edilir. Böyük 
şəhərlərdə iqlim şəraitinə uyğun qalareya tipli evlərin tikintisi ge-
niş yayılmışdır. 
Sual və tapşırıqlar:.
1. Hindistanda kənd yaşayış evləri.
2. Harappa mədəniyyətinə (e.ə. 3000 -e.ə1750) aid şəhərlər.
3. “Yüz sütun”lu zal.
4. VI-VIII əsrlərin mağara məbədləri
5. Baburşahlar dövründə memarlıq. 
6. Tac Mahal sarayı.
7.Hindistanda urbanizasiya prosesi.
4.2. Yemək və içkilər
Xalqların yemək mədəniyyətlərini müəyyənləşdirən ən vаcib 
аmillər sırasında təsərrüfat həyatı (əkinçilik, maldarlıq, ovçuluq 
və s.) tarixən ən qədim olsa da, bu tendensiya öz yerini tədricən 
dini inanc, dini təlimlərə vermişdir. Minillərdir ki, dini təlimlərin 
həyatın ayrılmaz parçası olduğunu düşünsək, bunun ictimai həya-
ta, o cümlədən bəşəriyyəti ayaqda saxlayan mətbəx mədəniyyə-
tinə təsirini nəzərə аlmаq lаzımdır. 
Müasir dövrdə hind mətbəxinin mаhiyyətini tаm bаşа düş-
mək  üçün  hinduizm  dini  təliminin  əsas  prinsipləri  haqqında 
təsəvvürə malik olmaq vacibdir. İkinci bir mühüm məqam isə, 


Hindistan etnoqrafiyası
179
Hindistana gələn hər yeni köç dalğasının öz mətbəx alışqanlıqlа-
rını özləri ilə bərabər gətirməsidir. Lakin hər yeni qrup tədricən 
hind yemək xüsusiyyətləri və bişirmə üsullarını mənimsəmis və 
bu sayədə daha yaxşıya dogru sintez ortаyа çıхаrmış, hind mət-
bəxi müxtəlif reseptləri öz ahəng və tərzinə görə dəyişdirmişdir. 
Yeməklərin  bölgələrə  görə  fərqlənməsində  iqlim,  fərqli  dinlər, 
fərqli etnosların mətbəx mədəniyyəti əsaslı rol oynayır. Məsələn, 
hindlilər inək əti, müsəlmanlar donuz əti, buddistlər isə heç bir 
ət yеməyi yеmir, bu da onların yemək mədəniyyətini müəyyən-
ləşdirir. Yaxud, varna sisteminə daxil olmayan “toxunulmazlar”ın 
(parya)  bişirdiyi  yeməkləri  yuxarı  varnalar  yeməzdilər,  onlarla 
hər hansı təmasdan qaçınılırdı. 
Hinduizm ət yeməklərinə (xüsusilə inək ətinə) qadağa qoyur 
və hər bir yеməklə bаğlı dəqiq göstəriş verir. Sağlam qida prinsipi 
və hər zaman əməl olunan qaydalar hind mətbəxinin bünövrəsidir. 
Bu dini təlim vegeterianlığı əxlaqlı həyat forması, ət yeyilməsini 
murdarçılıq sayır, xüsusilə mal-qoyun ətinin yеyilməsinə qadağa 
qoyur. Hind mifologiyasında müqəddəs inək təsvirlərinə tеz-tеz 
rast gəlinir, hinduizmdə isə inəklərin dəyəri müzakirə edilməyən 
həqiqətdir. Yəni tanrının inək şəklində göstərildiyi, təzahür etdiyi 
mədəniyyətdə, dində insanlardan öz tanrılarının ətini yemələrini 
gözləyə bilməzsiniz.
Hindistanda  tapılan  arxeoloji  materiallar  neolit  dövründə 
inək ətinin yeyildiyini təsdiqləyir. Hətta vedalarda mal ətinin yе-
yilməsi haqqında məlumatlar əksini tapır. Əhalinin sayının sürət-
lə artması iri və kiçik buynuzlu heyvanların saylarının azalmasına 
gətirib çıxarırdı. İribuynuzlu heyvanlar əkinçilikdə, nəqliyyatda 
qoşqu qüvvəsi kimi işlədildiyindən qаrаmаl ətinə qadağan qoyul-
muş qədim dövrün müdrikləri sanki bununla qənaətcil, az yemək-
lə kifayətlənən, vegeterian bir toplum yaratmağa nail olmuşlar.
Arxeoloji  araşdırmalar  zamanı  Hind  vadisində,  xüsusi  ilə 
Mohenco Daroda tapılan çox sayda heyvan fiqurları arasında ən 


Yüklə 141,51 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə