Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə125/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   121   122   123   124   125   126   127   128   ...   211

Texnoloji baza 

 

245 


 

 

Əsas  yerləşdirmə  bazaları  hissəni  dəzgahda 



və  onu  maşınlarda  digər  qovuşma  hissələrinə 

nəzərən  mövqeləşdirmək  üçün  istifadə  edilir. 

Köməkçi  yerləşdirmə  bazası  yalnız  emalda 

istifadə  edilir,  onlar  maşının  yığılmasında  heç 

bir əhəmiyyət kəsb etmirlər (məsələn: bərkidici 

qulaqcıqlar).  

Texnoloji  bazalar  emal  ardıcıllığına  görə 

ilkin  (kobud),  aralıq  və  təmiz  olaraq  üç  qrupa 

bölünürlər. İlkin baza emalın əvvəlində istifadə 

edilən  ilkin  texnoloji  bazadır.  İlkin  bazalardan 

istifadə edilərək sonrakı mərhələlər üçün aralıq 

və  təmiz texnoloji  bazalar hazırlanır.  İlkin  ba-

zalar  kobud  olduğundan  təkrar  istifadəsi  məs-

ləhət  görülmür.  Bu  halda  baza  səthi  qeyri-də-

qiq olduğundan emal olunan səthlərin qarşılıqlı 

vəziyyət  dəqiqliyini təmin  etmirlər.  Buna  görə 

də,  ilkin  bazalaşdırmada  hissənin  maksimum 

sayda səthləri emal edilir və onlar sonrakı mər-

hələlər üçün baza kimi istifadə edilirlər.  

Ölçmə bazası emaldan alınmış ölçüyə nəzarət 

və  səthlərin  qarşılıqlı  vəziyyətinin  yoxlan-

masında  hesabat  üçün  başlanğıc  götürülən 

səthlərdir  (nöqtə  və  xəttlər).  Ölçmə  bazaları 

həm real, həm də nəzəri səthlər, xəttlər olurlar. 

Məsələn,  şəkil  2a-da  A  və  C  ölçüləri  göstə-

rilmişdir,  B  isə  sərbəstdir.  Deməli  2-səthi 

ölçmə bazasıdır. 

   

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şəkil 2. Ölçmə bazasının təsviri 

 

(alm. technologische Basen, ingl. Technological 



bases

 

Texnoloji  proses istehsal prosesinin elə tərkib 

hissəsinə  deyilir  ki,  burada  istehsal  obyektinin 

halı  və  keyfiyyəti  məqsədyönlü dəyişdirilsin.  

Bu  prosesin  reallaşdırılması  zamanı  istehsal 

obyektinin  həndəsi  forması,  ölçüləri  və  fiziki-

kimyəvi xassələri çevrilməyə məruz qalır.    

Texnoloji  proses  hazırlanan  məmulun  hən-

dəsəsi  və  materialından  asılı  olaraq  bir  neçə 

texnoloji  əməliyyatdan  ibarət  olur.  Texnoloji 

əməliyyat -istehsal prosesinin bir iş yerində, bir 

və  ya  bir  neçə  işçi  tərəfindən  istehsalın  bir  

obyekti (hissə, düyüm, məmul) üzərində yerinə 

yetirilən  hissəsidir.  Məmulun  forması  və 

təyinatından asılı olaraq əməliyyatın texniki tə-

minatı  əl,  maşın-əl,  maşın  və  apparatlar  kimi 

sinifləşdirilirlər. 

Əl  ilə  aparılan  əməliyyatlar  sadə  alətlərin 

tətbiqi  ilə  həyata  keçirilirlər  (məsələn:  rəng-

gləmə,  yğıma,  qablaşdırma).  Maşın-əl  əməliy-

yatlarında  işlər  maşının  tətbiqi  və  işçinin  işti-

rakı  ilə  görülür  (məsələn:  yüklərin  daşınması, 

dəzgahlarda  verişin  əl  ilə  verilməsi).  Maşın 

əməliyyatları  tamamilə  maşın  tərəfindən  icra 

edilir.  Burada işçinin  müdaxiləsi minimal  olur 

(pəstahın  işçi  zonaya  daxil  edilməsi,  çıxa-

rılması, nəzarət və s.).  

Aparat  əməliyyatları  xüsusi  avadanlıqlarda 

yerinə  yetirilir  (sobalarda,  vannalarda  və  s.). 

İşçi  avadanlığın  düzgün  sazlanmasına  nəzarət 

edir,  lazım  gəldikdə  onun  iş  rejimini  tələbata 

uyğun  korrektə edir. Apparat əməliyyatı səna-

yenin  metallurgiya,  yeyinti,  kimya    və  digər 

sahələri üçün səciyyəvidir.  

Əməliyyat  öz  növbəsində  keçidlərə  bölünür. 

Keçid  əməliyyatın  elə  tamamlanmış  hissəsinə 

deyilir ki, pəstahın bir və ya bir qrup səthi eyni 

vaxtda  işləyən  bir  və  ya  bir  neçə  alətlə,  emal 

rejimini  dəyişmədən  yerinə  yetirilsin.  Av-

tomatik  idarə  olunan  proseslərdə  emal  rejim-

lərinin  bir  keçid  daxilində  xüsusi  qanu-

nauyğunluqla 

dəyişdirilməsi 

mümkündür 

(adaptiv  idarəetmə).  Keçidin  alət  və  ya  alətlər 

qrupunun emal olunan səthə və ya səthlər qru-

puna  görə  birdəfəlik  yerdəyişməsində  forma, 

ölçü,  səthin  keyfiyyəti  və  ya  halının  dəyiş-

dirilməsi  ilə  müşaiyət  olunan  hissəsinə  gediş 

deyilir.  Maşınqayırma  texnologiyasında  gediş 

bir metal qatının çıxarılması ilə yerinə yetirilən 

sadə keçid kimi də baxıla bilər.  

 

(alm. technologischer Prozess, ingl.



 

Technological 

 

process




Texnoloji prosesin işlənməsi   

 

246 


 

Texnoloji prosesin işlənməsi istehsalın texno-

loji  hazırlığı  mərhələsində  yerinə  yetirilir.  İş-

lənilən  texnoloji  proses  proqressiv  (

proq-



ressiv  texnologiya)  olmalı,  yüksək  məhsul-

darlıq  və  keyfiyyəti,  həmçinin  əmək  və  ma-

terial  xərclərini  azaltmağı  və  ətraf  mühiti 

qorumağı təmin etməlidir.  

Texnoloji  proses  mövcud  olan  tipik  və  ya 

qrup  texnologiyası  üzrə  hazırlanır.  Bu  növə 



aid  olmayan  texnoloji  proses  məlum  texnoloji 

biliklər əsasında fərdi işlənir.  

Texnoloji  prosesin  layihələndirilməsi  ilkin 

məlumata  əsaslanır.  Layhələndirmə  üçün  ilkin 



baza  məlumatlar  kimi  hissələrin  cizgiləri, 

CAD  modelləri,  dəqiqliyi  müəyyələşdirən 

texniki  tələbatlar,  kələkötürlüyün  parametrləri 

və  keyfiyyətə  qoyulan  digər  tələbatlar,  mə-

mulun  buraxılış  proqramı  götürülür.  Layi-

hələndirmədən öncə sorğu materiallarında olan 

məlumatlar  öyrənilir  və  qoyulmuş  tapşırığa 

uyğun  biliklər toplanır.  Bundan  əlavə hissənin 

konstruksiyası  və  onun  maşındakı  funksiyası 

öyrənilir.  

Konstruksiyanın  texnolojiliyi    istehsal 



şərtlərini  nəzərə  almaqla  onu  analiz  edərək, 

hazırlama  mərhələsində  tələb  olunan  key-

fiyyəti  araşdırır.  Səthin  kələkötürlüyünün, 

ölçüsünün,  qarşılıqlı  yerləşmə  dəqiqliyinin 

təminindəki 

problemləri 

əvvəlcədən  üzə 

çıxarmaq tətbiq olunan finiş əməliyyatları   və 

ölçmə  vasitələri  haqqında  fikir  yürütməyə 

imkan verir.  

Hissələrin  hazırlanmasına  qoyulan  xüsusi 

texniki  tələbatların  da  (tarazlaşdırma,  termiki 

emal,  örtükçəkmə  və  s.)  texnoloji  proses 

ərəfəsində  təmin  edilməsi  və  onların 

yoxlanması yerlərinin işlənməsi zəruridir.  

Pəstahın  seçilməsi  hazır  hissənin  hazır-



lanmasına  çəkilən  minimal  xərci  əsas  tutaraq  

aparılır.  Pəstah  forma  və  ölçü  baxımından 

hazır  məhsula  nə  qədər  yaxın  olarsa,  onda 

onun  hazırlanması  da  bir  o  qədər  baha  başa 

gəlir.  Buna  baxmayaraq  onun  mexaniki  emalı 

asanlaşır  və  az  xərc  tələb  edir.  Məsələn,  

pəstahın hazırlanmasına  və  onun  sonrakı  ema-

lına çəkilən ümumi xərcin minimallaşdırılması 

əsasında  həll  edilir.  Stabil  keyfiyyətli  proq-

ressiv pəstahın  tətbiqi müasir, tez sazlanabilən  

çevik istehsalın reallaşdırılıması üçün ilkin şərt 

sayılır.  Texniki-iqtisadi  göstəricilər  əsasında 

seçilmiş  pəstahın  standart  üzrə  dəqiqiliyi 

müəyyənləşdirilir  və  hazır  hissənin  cizgisinə 

uğyun  olaraq    texnoloji  bazalar  təyin  edilir. 

→Emal  payının  hesablanmasından  sonra 

pəsthın  cizgisində  emal  üçün  ümumi  pay  gös-

tərilir.  

Texnoloji  prosesin  marşrutunu  bütün  tex-

noloji  proses  üçün 

texnoloji  bazaların  və 



bazalaşdırma sxemlərinin  seçilməsi ilə işləyir-

lər.  İki  baza  sistemi  seçilir-  əsas  bazalar  və 

emal  zamanı  əsas  bazaları  yerləşdirmək  üçün 

qara bazalar.   Bütün texnoloji proses →əmə-

liyyatlara  bölünür  və  beləliklə  onların  sayı  və 

yerinə yetirilmə ardıcıllığı müəyyən edilir. Hər 

bir əməliyyat üçün avadanlıq seçilir və tərtibat-

ların konstruksiyaları işlənir. İlkin əməliyyatda 

pəstah qara bazalar üzrə  tutularaq əsas bazalar 

emal  olunur.  Sonra  təmiz  emal  mərhələsində 

hissəyə  forma  verilir  (7

÷

9  dəqiqlik  kvali-



tetində).  Hissənin  ümumi  forması  hazır 

olduqdan  sonra  tamamlama  əməliyyatları  ilə 

əsas,  daha  məsuliyyətli  səthlər  təmiz  emal 

olunurlar (6

÷

7-ci dəqiqlik kvalitetləri, R



a

=0,32 


mkm).  

Texnoloji  marşrutun  qurulması  çox  zaman 

hissənin  konstruktiv-texnoloji  xüsusiyyətlərin-

dən  və  onun  əsas  səthlərinə  qoyulan  dəqiqlik 

tələbatlarından  asılıdır.    Az  əhəmiyyətli  səth-

lərin  emalı  konkret  şərtlərlə  təyin  olunur  və 

prinsipial  əhəmiyyət  daşımır.  Əgər  bu  səthləri 

yerləşməsinə və  tətbiq olunan alətlərin növünə 

görə əsas  əməliyyata  daxil  etmək  olarsa,  onda 

onların  emalı  kobud  və  təmiz  əsas  əməliy-

yatlarda keçid kimi nəzə alınır. 

Marşrut  texnologiyasının  işlənməsi  zamanı 

proses  boyu  keyfiyyətin  verilmiş  parametr-

lərinin  texnoloji  təmin  olunmasını  yoxlamaq 

üçün  nəzarət  nəzərdə  tutulur.  Texnoloq 

əməliyyatı  nəzərə  alaraq  dəqiqliyi  çətin  təmin 

olunan  nəzarət  obyekti  və  onun  yerini 

müəyyən  edir,  nəzarət  üsulu  və  vasitələrini 

təyin  edir  (→Texniki  diaqnostika).  Onların 

konstruksiya edilməsi üçün tapşırıqlar işləyir.

  

 

(alm.  die  Entwicklung  technologischer  Prozesse,  



ingl. Development of technological processes ) 

 

Texnoloji  poseslərin  modelləşdirilməsi  de-

dikdə  araşdırılan  obyekt  və  onun  istehsal  pro-

sesindəki  halı  arasında  mövcud  olan    müna-



Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə