Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə127/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   123   124   125   126   127   128   129   130   ...   211

Texnoloji proseslərin modelləşdirilməsi  

 

248 


 

(alm.  die  Modellierung  technologischer  Prozesse

ingl. The modelling of technological processes

 

Texnoloji proseslərin optimallaşdırılması ef-

fektiv  texnologiyanın  işlənməsinin  tərkib  his-

səsidir.  Prosesin  optimallaşdırılması  üç  əsas 

elementin  olmasını  tələb  edir:  obyektin  riyazi 

modelli,  məqsəd  funksiyası  (optimalıq  krite-

riyası)  və  həll üsulları.  Riyazi  model  obyektin 

parametrləri  ilə  →optimallıq  kriteriyası  və 

məhdudiyyətlər  sistemi  arasında  funksional 

asılılığı göstərir. 

 Texnoloji  proseslərin  işlənməsində  üç  növ 

optimallaşdırma üsulu tətbiq olunur:   

 

Struktur, 



 

Parametrik,  

 

İstehsal. 



  Mexaniki  emalın  texnoloji  proseslərinin 

struktur optimallaşdırılması hissənin emal mar-

şrutu  və  texnoloji  əməliyyat  səviyyəsində 

həyata keçirilir. Marşrut səviyyəsində optimal-

laşdırma texnoloji  prosesin  strukturunun  seçil-

məsi ilə əlaqədardır.  

Bu  mərhələdə  pəstahın,  hissənin  səthlərinin 

emalı  marşrutu  və  müəyyən  olunmuş  istehsal 

məhdudiyyətlərini  nəzərə  almaqla    texnoloji 

əməliyyatın  tərkibinin      seçilməsi  aparılır.  Bu 

məsələlərin  həllində  istehsal  sisteminin  effek-

tivliyini  təmin  edən  strukturu  və  təşkili  təyin 

edilir.  Texnoloji  prosesin  effektivliyini  qiy-

mətləndirmək  üçün  optimallıq  kriteriyası  kimi 

hissənin mexaniki  emalında əməliyyatlara  sərf 

olunan cəm texnoloji maya dəyərinin  minimu-

mu götürülür.  

Parametrik  optimallaşdırma    texnoloji 



keçidlər  üzrə  optimal  rejimlərin  tapılması  ilə 

əlaqədardır.  Bu  məsələdə  optimallaşdırma 

parametrləri adətən kəsmə rejimlərindən ibarət 

olur.  Optimallıq  kriteriyası  lokal  gösrəricilərlə 

(alətin  yeyilməsi,  əsas  vaxtın  minimumu) 

məhdudlaşır.   

Texnoloji proseslərin istehsal optimallaşdırıl-

ması  verilmiş  hissələr  çeşidi  üçün  struktur 

optimallaşdırılmasının həlli  ilə  bağlıdır.  Başqa 

sözlə bu məsələni belə ifadə etmək olar: veril-

miş  hissələr  çeşidi  üçün  maksimal  effektivlik 

əldə  etməyə  imkan  verən  avadanlığın  tər-

kibinin  təyini  və  istehsalın  təşkili  həyata 

keçirilir.  Kiçik  seriyalı  istehsalda  texnoloji 

proseslərin  qrup  şəklində  təşkilindən  istifadə 

edilir.  Burada  hissələrin  aralıq  yığıcı  mən-

təqəsindən  götürüb  emalına  imkan  verən  ilkin 

sazlanmış  avadanlığa  malik  işçi  yerlər  təşkil 

olunur.   

 

(alm.  die  Optimierung  technologischer  Prozesse



ingl. Optimization of technological processes)  

 

Texnoloji  proseslərin  tipləşdirilməsi  hazır-

lanan  hissələrin  konstruktiv  və  texnoloji  gös-

təricilərinə  əsaslanan  texnoloji  proseslərin 

sinifləşdirilməsidir.  Əsas  məqsədi  istehsalın 

texnoloji  hazırlığının  sürətləndirilməsidir.  Ha-

zırlanacaq hissənin və düyümün tipləşdirilməsi 

olmadıqda  onun  texnoloji  hissəsinin  işlənməsi 

yeni  məsələ  təşkil  edir.  Fərdi  və  təkrar  olun-

mayan  kiçik  seriyalı  istehsalda  tipləşdirilməyə 

ehtiyac qalmır. Buna görə də, burada texnoloji 

prosesin  layihələndirilməsi  böyük  əmək  tutu-

mu tələb edir. Texnoloji proseslərin tipləşdiril-

məsi bu baxımdan seriyalı istehsalda artıq əldə 

edilmiş  təcrübə  əsasında  müəyyən  hissələr 

toplusu üçün ümumi qaydaların işlənməsindən 

ibarətdir.  

Hissələrin konstruksiyalarına nəzər saldıqda  

görmək  olur  ki,  onları  üç  qrupda  birləşdirmək 

olar: 

 

Bir çox maşınlar üçün eyni olan hissələr: 



flanslar,  işgillər,  qaykalar,  boltlar  və  bu 

növdən olan digər hissələr. 

 

Öz  aralarında  konstruktiv  göstəricilərinə 



və  ölçülərinə  görə  fərqlənən,  ancaq  ümumi 

texnoloji  oxşarlığı  olan  hissələr:  vallar,  dişli 

çarxlar  və  s.  Belə  hissələr  ümumi  təyinatlı 

hissələr adlanırlar. 

 

Yalnız  bir  növ  avadanlığa  aid  olan 



hissələr:  dəzgahların  gövdəsi,  dəyirmanların 

barabanı, avadanlıqların yığılmasında istifadə 

olunan konuslar və s. 

 

Tipik texnoloji proseslərin layihələndirilməsi 



zamanı  mümkün  həllər  arasından  ən  effektiv 

olanı seçilir.   

 

(alm.  typische  Fertigungsprozesse,  ingl.  Ty-



pical manufacturing processes

 

Texnoloji nəsillilik maşnqayırmada pəstahın 

mexaniki və fiziki-kimyəvi xasələrinin və ya 

hissənin  hazırlanması  prosesinin  ayrı-ayrı



Texnoloji nəsillilik 

 

249 


 

 

mərhələlərində  yaranan xətaların  və xassələrin 



hazır  məhsula  köçürülməsidir.  Mexaniki  ema-

lın  növünün  və  rejimlərinin  dəyişdirilməsi 

səthin  müxtəlif  hal  parametrlərinin  dəyişil-

məsinə  səbəb  olur,  uyğun  olaraq  hissələrin 

istismar  xassələri  də  dəyişir.  Bu  baxımdan  

ardıcıl  əməliyyatlarda  formalaşan    səthin  qatı-

nın  halının  və  onunla    müəyyən  olunan  istis-

mar  göstəricilərinin texnoloji nəsilliliyi  barədə 

danışmaq daha düzgün olardı. Texnoloji nəsil-

lilik  praktiki  olaraq  istənilən  emal  üsulunun 

tətbiqində  rast  gəlinə  bilir  və  hissələrin  səth-

lərində  baş  verən  mikro  və  makro  relyeflərin  

dəyişməsi,  qalıq  gərginliklərin  yaranması, 

döyənəklənmiş qatın yaranması, faza və struk-

tur  tərkibin  dəyişməsi,  yeni  kimyəvi  birləş-

mələrin  yaranması,  kənar  maddələrin  daxil 

edilməsi,  ilkin  həndəsi  formanın  dəyişilməsi 

ilə  müşaiyət  olunur.  Texnoloji  nəsilliyin  ilkin 

mənbəsi  kimi  töküyün  və  ya  prokatın  tərki-

bində mövcud  olan  struktur  catışmamazlıqları, 

şatmplama  və  ya  qaynaqetmə,  yonma  və  ya 

pardaqlama  ola  bilər.  Praktiki  olaraq  istənilən 

əməliyyatda  xətalar  baş  verə  bilir  və  onlar 

müəyyən  mərhələdən  sonra  özünü  büruzə 

verirlər. 

Şəkil  1-də  presison  hissələrin  emalında  ya-

rana  biləcək  texnoloji  nəsilliliyə  aid  misal 

göstərilmişdir.  Dəyişən  sərtliyə  malik  (oymaq, 

lövhə və s.) konstruksiya elementlərinin mexa-

niki emalında texnoloji nəsillilik yaranır.  

Emal  olunmuş  hissənin  səthi  kəsmə  qüv-

vəsinin  təsirindən  müxtəlif  zonalarda  defor-

masiyanı  göstərir.  Bu  1  və  2  əyrilərinin  (şəkil 

1a)  müqayisəsindən  görünür.  Anoloji  olaraq 

qeyri-simmetrik  en  kəsiyə  malik  oymağın 

mexaniki  emaldan  əldə  olunmuş  səthinin 

dairəvilik  ölçmə  cihazında  ölçülmüş  profil 

əyrisi,  hissənin  qeyri  sərtlikdən  deformasiya 

olunmasından  yaranır  (şəkil  1b).  Formanın 

belə  təhrif  olunması  finiş  əməliyyatına  qədər 

saxlanılır.  Bir  çox  əməliyyatlar  üçün  baza 

yerləşməsindən  yaranan  xətalar  xarakterik 

olur,  onlar  emal  olunmuş  səthə  köçürülürlər. 

Şəkil  1c-də  xüsusi  sıxıcı  oymaqlarda  tutulub 

emal  olunmuş  gilizin  səthinin  meyillənməsi 

verilmişdir. Qrafikdən qilizin oymaq zonasında 

deformasiya  olunması  və  onun  sıxma  qüv-

vəsindən asılılığı  aydın  görünür.  Bəzi hallarda 

səthlərdə  yaranan  dalğavarililiyin  mənbəyini 

bilmək  böyük  maraq  kəsb  edir.  Məsələn, 

pardaq  dairəsinin  səthində  olan  qeyri-bəra-

bərlikdən  yaranan  titrəmələrin  səthə  köçü-

rülməsi  də  texnoloji  nəsilliliyə  misaldır  (şəkil 

1d).  


 

 

 



 

 

 



 

 

 



 

Şəkil  1.  Dəqiq  hissələrin  emalında  texnoloji 

nəsillilik 

 

Texnoloji 



nəsillilk 

hissələrin 

istismar 

göstəricilərini  yaxşılaşdıra  və  ya  pisləşdirə 

bilər.  Hər  bir  ayrı  halda  nəsilliliyin  fiziki  ma-

hiyyəti  onun  idarə  olunması  üçün  öyrənil-

məlidir.  Belə  ki,  istiyədavamlı  xəlitənin  təmiz 

emalında  səthdə  yaranan  döyənəklənmiş  qatın 

qalınlığı artır. Ona görə də, səthin həddən artıq 

möhkəmlənməsinin  qarşısını  almaq  üçün 

pəstah  təmiz  emaldan  öncə 

termiki  emala 



uğradılmalıdır  ki,  texnoloji  nəsilliliyin  təsiri 

aşağı düşsün.  Ümumiyyətlə texnoloji nəsillilik 

əksər  hallarda  keyfiyyətə  mənfi  təsir  gös-

tərdiyindən 

və 

hissənin 



hazırlanmasında 

paralel  proses  olduğundan,  emal  zamanı  xə-

taların  əməliyyatlardan  əməliyyata  köçü-

rülməsinin  qarşısını  almağa  çalışırlar.  Başqa 

sözlə  əməliyyatları  bir-birindən  asılı  olmaya-

raq aparmağa cəhd göstərilir

.   

 

(alm.  technologische  Vererbung,  ingl.  Technologi-



cal heredity

 

Teleservis  uzaq  məsafədə  yerləşən  avadan-

lıqlarda  xətaların  aşkarı,  diaqnozu,  təmiri, 

verilənlərin  analizi  və  ya  optimallaşdırılması 

üçün    informasiya  mübadiləsindən  ibarət  xid-

mətdir (şəkil 1). Avadanlıq və istifadəçi arasın-

da  əlaqə  telefon  və  ya  internet  kimi  kom-

munikasiya  vasitələrindən  istifadə  etməklə 

aparılır.  

Son vaxtlar kommunikasiya texnologiyasının 

inkişafı  teleservis  xidmətinin  istehsalatda  tət-

biqini stimullaşdırmışdır. Maşın   istehsalçıları  




Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə