Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə133/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   129   130   131   132   133   134   135   136   ...   211

Təmizləmə  

 

260 


 

Emal olunmuş səthi tələb olunan şəkildə əldə 

etmək  üçün  bir-birindən  fərqlənən  müxtəlif 

təmizləmə  üsulları  tətbiq  tapır.  Səth  →qırma-

atıcı  qurğularda, metal  və  ya  plastik  kürələrlə, 

və  ya qum dənəcikləri ilə  bombardman edilir. 

Yüksək  təzyiqli  buxar  şırnağı  ilə  səthlərdən 

özlü  maddələr  uzaqlaşdırılır.  Mexaniki  təmiz-

ləmədə  səthlər  dəsmal,  fırça,  qaşov  və  oxşar 

alətlərdən istifadə olunur. Səthə yapışmış, çətin 

silinən  maddələr  çox  vaxt  qazla  və  ya  ultrasəs 

üsulu ilə təmizlənir.  

Kimyəvi  təmizləmə  zamanı  səthə  əridici 

maddə  (benzol,  benzin,  trixloretilen,  per-

xloretilen)    çəkilir.  Səthə  bərk  yapışmış  mad-

dələrin  kənarlaşdırılmasında  bu  üsul  çox 

effektivlidir.  

Termiki  təmizləmə  zamanı  səthdə  olan  çirk-

lər termiki təsirlə buxarlanma və ya parçalama 

yolu ilə ayrılırlar.   

  

(alm.  das Reinigen, ingl. Clean



 

Tənzimləyici  ventil maşınların hidravlik idarə 

sxemində  mayenin  axın  istiqaməti,  həcmi  və 

təzyiqini  idarə  və  tənzimləmək  üçün  istifadə 

olunan hidravlik  qurğudur.  Aşağıdakı  ventillər 

fərqlənirlər: 

 

 



Bağlayıcı  ventil, 

 

Cərəyan ventili (drosel), 



 

Təzyiq ventili, 

 

Servoventil.  



 

Bağlayıcı  ventilin  məqsədi  maye  axının 

qarşısını  almaq  və  ya  açmaqdan  ibarətdir.  İş-

ləmə prinsipinə görə bu ventillər mayenin axın 

istiqamətindən  asılı  olaraq  həm  düz,  həm  də 

geriyə istiqamətlidirlər (şəkil 1). Şəkildə təsvir 

olunan  bağlayıcı  ventildə  mayenin  lazımi 

istiqamətdə  axını  (A,B)  gövdə  daxilində 

yerləşmiş  valın  sağa,  sola  hərəkəti  ilə    idarə 

olunur.   

Drosel    sabit  və  pilləsiz  tənzimlənə  bilən 

ventildir (şəkil 2). Onun giriş və çıxışındakı en 

kəsiklərinin  fərqi  nəticəsində  qapalı  şəbəkədə 

axan  mayenin  həcmi  idarə  edilir  və  digər 

parametrləri (temperatur, rütubət, qızma və s.)  

dəyişir.  Buxar turbinlərində yükləməni drosel- 

lərin köməyi ilə tənzim edirlər. Drosellər həm- 

çinin  dəzgahlarda  veriş  ötürməsinin,  daxili   

yanma  mühərriklərində  yanacaq  qarışığının 

işçi  silindrə  verilməsini  tənzimləmək üçün  ge-

niş tətbiq tapır.  

 

 



 

 

 



 

 

 



 

 

 

 

Şəkil 1. Bağlayıcı ventilə misal  

A,B-idarə  istiqaməti,  N-nasos,  Ə-əks  istiqamətdə 

axın 

 

 

 

 

 

 

 

 

Şəkil 2. Tənzimlənən drosel 

A-giriş  yolu,  B-çıxış  yolu,  1-tənzimləyici  başlıq,  2-

vint, 3-porşen,  4-gövdə, 5- keçid en kəsiyi 

 

Təzyiq ventili mayelərin təzyiqini buraxılabilən 

həddə  tənzimləməyə  xidmət  edir  (şəkil  3). 

Həmçinin  o,  çıxışda  mayenin  təzyiqini  müəy-

yən  qanunauyğunluqla  idarə  etməyə  imkan 

yaradır.  Təzyiq  ventilləri  üç  növə  bölünürlər: 

məhdudlaşdırıcı, azaldıcı,   tənzimləyici.  Birin-

ci halda mayenin  təzyiqi  verilmiş həddə qədər 

buraxılır,  sonra  isə  idarə  olunaraq  sabit  sax-

lanır.  İkinci  hal  anbarlarda  rast  gəlinir.  Maye 

anbara dolaraq orada təzyiq  yaradır. Bu təzyiq 

müəyyən  həddə  çatdıqdan  sonra  ventil  giriş 

xəttini  bağlayır.  Üçüncü  halda  tənzimləmə 

avtomatik  baş  verir.  Lazım  olan  halda    ventil 

açılaraq  təzyiqi azaldır.  Məsələn, nazik  divarlı 

hissələrin 

dəzgahda 

bərkidilməsi  zamanı 

təzyiqin azaldılması lazım gəlir.  




Tənzimləyici ventil 

 

261 


 

 

Şəkil 3-də məhdudlaşdırıcı



 

ventilin  sxematik 

təsviri  verilmişdir.  Konus    (1)  yayla  (2)  otu-

racağa (3) sıxılır. Əgər borudan keçən mayenin 

təzyiqi  yayda  yaranan  təzyiqdən  çox  olarsa 

onda konus yuxarıya basılır və artıq maye əla-

və  yolla  (7)  çənə  qayıdır.  Beləliklə,  mayenin 

təzyiqi sabit saxlanır. 



 

 

 

 

 

 

 

 

 

 

Şəkil 3. Təzyiq ventili 

 

Servoventil  avtomatlaşdırılmış  idarəetmədə 

pilləsiz  tənzimlənəbilən  ventildir  (şəkil  4). 

Onlar əksər hallarda elektromaqnit ötürmə sis-

temi  ilə  təchiz  olunuralr.  Servoventillərin  üs-

tünlüyü  ondan  ibarətdir  ki,  o,  gücü  kəskin 

artırmağa imkan verir:  az Vat-a malik güc tət-

biq  etməklə  çıxışda  bir  neçə  kVt  güc  əldə 

edilir. Digər üstün cəhəti onları analoq işləyən 

elektrohidravlik  idarə  sxeminə  qoşmaqdan 

ibarətdir.  Bu  ventillərin  tətbiqi  axan  mayenin 

incə süzülməsini (süzmə dərəcəsi 19 mkm-dən 

kiçik)  tələb  edir.    Şəkil  4-də  bir  servoventilin 

sxematik təsviri verilmişdir.   

Sxemə  əsasən,  mayenin  A  istifadəçisinə 

axması  üçün  idarə  porşeni  sağa  hərəkət  etmə-

lidir.    Bu,  ventilin  yuxarı  hissəində  yerləşmiş 

elektromaqnit  dolağına  cərəyan  verilməsi  ilə 

reallaşdırılır.  Dolağa  verilən  cərəyan  güclən-

diricinin  tutqacını  sola  sürüşdürür  və  bununla 

ucluq  ilə  arakəsmə  arasındakı  məsafə  kiçilir. 

Nəticədə  sol  tərəfədki  boruda  (7)  təzyiq  artır. 

Artan  təzyiq  porşeni  sağa  o  qədər  itələyir  ki, 

sistemdə  (yayda)  tarazlıq  yaransın.  Ser-

voventilin  giriş  və  çıxışında  yaranan  maye 

fərqi  ona  verilən  elektrik  cərəyanı  ilə  mütə-

nasib  olur.  İdarə  üçün  lazım  olan  elektrik 

cərəyanı  ilə  ventilin  çıxşında  yaranan  güc 

arasında nisbət 1:10

3

 – 1:10



5

 həddində yerləşir. 

Buna  baxmayaraq  bu  ventillərin  qabarit  öl-

çüləri çox kiçik olur.   

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil 4. Servoventilin en kəsiyi 

1-idarə  silindri,  2-süzgəc,  3,4-drossel,  5-güclən-

dirmə  sistemi,  6, 7-  borular,  8-yay,  T  əlavə  giriş  və 

çıxış  boruları,  A-əlaqə  borusu,  B-əlaqə  borusu,  N-

nasos. 

 

(alm. das Steuerventil, ingl. Control valves



 

Tərtibat  maşınqayırmada  pəstahın  dəzgahın 

işçi  orqanları  və  alətin  tilinə  nəzərən  yerləş-

dirilməsi  və  bərkidilməsi,  nəqli,  həmçinin 

yığma əməliyyatlarının yerinə yetirilməsi üçün  

tətbiq edilən texnoloji vasitədir. Onun məqsədi 

yerinə  yetirilən əməliyyat  üçün  vahid  formada 

və  etibarlı  təkrar  olunan  şəraitin  yara-

dılmasından ibarətir. Prosesin dəqiq aparılması 

ilə  bərabər   fəhlələrin iş  şərati  də  yüngülləşir, 

ağır  əl  əməyi  aradan  qaldırəlır.  Seriyalı 

istehsalda  tərtibatların  tətbiqi  məhsuldarlığın 

dəfələrlə artmasına imkan verir. Digər tərəfdən 

işçi  maşınların,  o  cümlədən  →dəzgahlarn 

tərtibatlarla  təchiz  olunması  onların  texnolji 

imkanlarını  artıraraq  emalı adi  halda  mümkün 

olmayan  hissələrin  hazırlanmasına 

şərait 

yaradır (şəkil 1).  



Tərtibatlar  bölünürlər:  müəyyən  qrup  hissə-

lərin  emalı  üçün  istifadə  olunan  xüsusi;  bir 

neçə  hissəsinin  dəyişdirilməsi  ilə  istənilən  öl-

çüyə sazlanaraq müxtəlif forma və ölçüyə ma-

lik  hissələrin  emalına  imkan  verən  universal-

sazlanabilən;  heç  bir  dəyişilməyə  ehtiyac  du-

yulmadan  istənilən  hissənin  emalını  mümkün 

edən universal tərtibatlar. 

Quraşdırılmasına  görə  tərtibatlar  aqreqat-

laşdırılmış  və  aqreqatlaşdırılmamış  olurlar. 

Aqreqatlaşdırılmış  tərtibatlar  sərbəst  düyüm-

lərdən  hazırlanır,    standartlaşdırılmış  və  uni-




Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə