Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə136/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   132   133   134   135   136   137   138   139   ...   211

Təzyiq altında tökmə 

 

266 


 

oturmanı  nəzərə  almaqla  hissənin  xarici 

həndəsi  formasına  uyğun  gəlir.  Bundan  əlavə 

qəlibə  hissənin  daxili  boşluğunu  yaratmaq 

üçün metal içliklər  və itələyicilər daxildir. So-

yuq kameraya malik qəlibə tökmə zamanı me-

tal ərintisi əl və ya tökmə qurğusu ilə kamera-

ya doldurulur. Presləyici porşenin təsiri altında 

metal  tökmə  sisteminə  daxil  olaraq  qəlibin 

içinə  axır.  Metal  bərkidikdən  sonra  qəlib  his-

sələri ayrılaraq hissə çıxarılır və təmizlənir. Isti 

kameraya  malik  qəliblərdə  əriniti  bir  başa 

tiqeldən qəlibə daxil olur və  porşen onu sıxır. 

Təzyiq  altında  olan  maye  töküyün  tökmə 

sisteminə  daxil  olur  və  qəlibi  doldurur.  Metal 

kristallaşdıqdan sonra tökmə maşını avtomatik 

olaraq  qəlib  hissələrini  ayırır.  Tökük  itələyi-

cilərin köməyi ilə qəlibdən xaric edilir.  

Təzyiq altında alınan töküklər qəliblərin yük-

sək  istilikkeçiriciliyinə  görə  qum  qəliblərdə 

olanlara  nisbətən    daha  tez  soyuyur.  Töküyün 

strukturu daha incə alınır ki, bu da onun fiziki-

mexaniki  xassələrinin  yaxşı  olmasına  imkan 

yaradır. Yüksək dəqiqlik, aşağı kələkötürlük və 

yüksək  səmərəlilik  bu  üsul  üçün  səciyyəvidir. 

Təzyiq  altında  tökülən  metallara  misal  kimi 

aluminum, maqnezium, mis, sink və mis-xrom  

xəlitələrini göstərmək olar.    

 

(alm. das Druckgießen, ingl. Die casting)  



 

Tırtıllı  gediş  mexanizmi  mühərrikdən  verilən 

fırlanmanı  özüyeriyən  maşınların  hərəkətini 

təmin  edən  faydalı  işə  çevirməyə  xidmət  edir.  

Tırtıllı gediş mexanizminin iş prinsipi maşının 

təkərləri  altına  aramsız  olaraq  tırtılın  döşən-

məsi  və  bununla  təkərlər  üçün  sonsuz  yolun 

yaradılmasından  ibarətdir.  Təkərlə  tırtıl  ara-

sında  yaranan  sürtünmə  yumşaq  suxurlu  tor-

paqlarda olduğundan dəfələrlə kiçik olur və bu, 

çətin keçilən yerlərdə maşının hərəkətini müm-

kün  edir.  Tırtılla  yer  arasında  yaranan  böyük 

təmas  sahəsi  vahid  sahəyə  düşən  təzyiqin 

qiymətini azaldır (31÷122 кN/m

2

),  bu isə insan 

ayağının  yerdə  yaratdığı  təzyiqdən  də  azdır.  

Nəticədə  tırtıllı  gediş  mexanizmin  yumşaq 

əsaslı  torpaqda  (həmçinin  bataqlıqda,  qarda, 

qumda  və  s.)   batmasının  qarşısı alınır.  Tırtıllı 

maşınlar 80 km/saat sürətlə hərəkət edə bilir.   

Tırtıllı  gediş  mexanizmindən  mühəndis  ma-

şınları  kimi  geniş  istifadə  olunur.  Buna  misal 

kimi  traktorları,  kombaynları,  ekskavatorları, 

yol  maşınları,  kranları,  boruqoyanları,  həm-

çinin  hərb  maşınları  tankları,  dartıcıları,  özü-

yeriyən  artilleriya  qurğularını  göstərmək  olar 

(şəkil 1).   

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

Şəkil 1. Tırtıllı traktor 

1-tırtıl,  2-aparıcı  çarx,  3-yönəldici  çarx,  4-dayaq 

diyircəkləri,  5-tutan  diyircəklər,  6-dartıcı  qurğu,  7-

asılqan  

 

Tırtıllar adətən metaldan hazırlanır. Çox vaxt 



zənciri  təşkiledən  lövhələrə  plastik  üz  çək-

məklə  onlarda  istismar  zamanı  yaranan  səsi 

batırmaq və yeri korlanmaqdan qorumaq olur.   

 

(alm. der Raupenantrieb, ingl.  Track Drive



 

Tırtıllı maşınlar→ Tırtıllı gediş mexanizmi 

 

Tikiş  maşını tikiş  məmullarının  birləşdirilmə-

si,  bəndlənməsi  və  emalı  üçün  tətbiq  olunan, 

mexaniki yolla tikiş yaratma qurğusudur. Tikiş 

maşınları  deşən  və  xüsusi  (ayyaqabı,  av-

tomobil)  olaraq  fərqlənirlər.  Bundan  əlavə 

materialın  üzərində  xüsusi  ölçülü  və  formalı 

tikişlərin  vurulmasına  imkan  verən  universal 

və müəyyən əməliyyatları icra edən avtomatlar 

da  mövcudddur.  Sapın  ilməklənməsi  üsuluna 

görə  tikiş  maşınları  ilişməli  və  vurulma 

prinsipi ilə işləyənlərə bölünürlər.  

Tikiş maşının əsas hissələri gövdədən,  iynə, 

sap verici, sap əyləci, materialı hərəkət etdirən 

dişli tamasa, val və ayaqlardan ibarətdir. Tikiş 

maşınının  işləməsi şəkil 1-də vurulma prinsipi 



Tikiş maşını 

 

267 


 

 

ilə  ilmə  yaratma  əsasında  izah  edilir.  Ötürmə 



mexanizmi  tərəfindən  hərəkətə  gətirilən  iynə 

aşağıya  hərəkət  edərək  materiala  batır  və  işçi 

lövhənin    alt  hissəsində  yerləşmiş  boşluğa 

daxil 


olur. 

Burada, 


valda 

oturdulmuş,  

doğuranı boyunca xüsusi kəsiyə malik  kapsula 

xüsusi  qarmağa  malikdir.  İynənin  aşağı  ölü 

nöqtəsində, onun hərəkəti ilə uzlaşdırılmış, fır-

lanan  kapsula  qarmağı  ilə  iynənin  gözlü-

yündəki  sapa  ilişir.  Kapsulanın  sonrakı 

dönməsi  zamanı  o  iynədən  götürdüyü  sapı  öz 

daxilində  yerləşmiş    dolaqdan  gələn  sapın 

ətrafına  dolayaraq  buraxır.  Bu  zaman  iynə 

yuxarıya  əvvəlki  vəziyyətinə  qalxır.  Kapsula  

iynənin  bir  dəfə  irəli-geri  hərəkəti  zamanı  bir 

dövr 

edir. 


Bəzi 

maşınlarda 

yırğalanan  

kapsuladan  istifadə  olunur.  Bu  halda  kapsula 

dövri  hərəkət  yox,  sağa-sola  yırğalanma 

hərəkətini icra edir.   

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

Şəkil 1. Vurma üsulu ilə alınmış tikiş 

 

İlmənin  yaradılması  zamanı  saplar  maşın 



hissələri ilə tarım çəkildiyindən parça üzərində 

möhkəm tikiş yaranır.   

Tikiş  maşınlarının   fırlanan hissələrinin işlə-

dilməsi üçün 

elektrik mühərrikindən istifadə 



olunur.  Bunlar  ilk  maşınlarda  olan  əl  və  ya 

ayaqla  işləyən  güc  mexanizmlərini  əvəz  et-

sədə,  hələ  də  tikiş  zamanı  iynəni  ilkin 

mövqeyə  gətirmək  üçün əl  ilə  valı  döndərmək 

lazım gəlir.   Böyük sürətlə hərəkət edən dəyi-

şən  cərəyan  mühərrikini  qısa  zamanda  lən-

gitmək və ya əyləcləmək üçün  muftalı mühər-

riklərdən  istifadə  olunur.  Belə  ötürməyə  daha 

çox  sənaye  tikiş  maşınlarında  rast  gəlinir. 

Seriyalı  istehsalda  tikiş  zamanı  köməkçi  əmə-

liyyatları  sadələşdirmək  üçün  tikiş  maşınına 

əlavə alətlər (məsələn bıçaqlar) quraşdırılır.  

Müasir  tikiş  maşınlarında  mikroprosessor-

ların  tətbiqi  tikişin  parametrlərini  yüksək  də-

qiqliklə  idarə  etməyə  imkan  verir.  Xüsusi  for-

malı tikişlərin (düymə, deşik) yerinə yetirilmə-

si tamamilə avtomatlaşdırılmışdır (şəkil 2). 

 

 



 

 

 



 

 

 

 

Şəkil  2.  Kompüterdən  idarəolunan  stolüstü  tikiş 

maşını

 

 



(alm. die Nähmaschine, ingl. Sewing machine

 

Tiksodöymə  metalların  təzyiq  altında  emalı 

üsullarına aid olunur (Tikso, yunanca “Thixis”, 

yəni  toxunma  deməkdir).  Üsulun  mahiyyəti 

tiksotrop  hala  qədər  qızdırılmış  metalı  ştamp-

larda  döyərək,  ona  alınacaq  hissənin  son  öl-

çülərinə yaxın forma verməkdən ibarətdir. Ma-

terialın  tiksotrop  hala  malik  olması  üçün  o, 

müxtəlif solidus temperaturuna malik ən azı iki 

fazadan təşkil olunmalıdır.  

Tiksotökmə üsulunda material kimi likvidius 

xəttindən  aşağı  (evtetika  xəttindən  yuxarı) 



Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə