Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə139/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   135   136   137   138   139   140   141   142   ...   211

Titrəmə ilə işləyən maşınlar 

 

272 


 

Titrəmə  maşınları  tikinti  işlərində,  material-

ların hazırlanmasında, yol örtüklərinin və özü-

lün  kipləşdirilməsində,  dəmir-beton  məmul-

ların  hazırlanmasında;  maşınqayırmada  tökmə 

formalarının  və içliklərin hazırlanmasında,  qə-

liblərin  dağıdılmasında,  →titrəmə  ilə  emalda, 

→titrəmə  ilə  kəsmədə,  avtomatik  axın  xət-

lərində  dəzgahların  pəstahla  qidalandırılma-

sında (titrəmə bunkerləri), axın xətlərində pəs-

tahların  və  hissələrin  əməliyyatlararası  nəq-

lində (titrəmə →konveyerləri) ; dağ-mədən dağ 

kütlələrinin deşilməsi, nəqli, emalı   və s. sahə-

lərdə geniş istifadə olunur.    

 

(alm. die Rüttelmaschine, ingl. Vibration machine



 

Titrətmə ilə kəsmə üsulu metalların kəsmə ilə  

mexaniki  emal  üsulu  olub,  emal  zamanı 

pəstaha  nisbətən  alətə  əlavə  titrətmə  verilməsi 

ilə  xarakterizə  olunur.  Bu  üsul  yonqarların 

qırılması,  çətin  emal  olunan  metalların  emalı 

(paslanmayan  və  istiyədavamlı  poladlar),  tit-

rəmə  qayçıları  və  mişarlarında  tətbiq  tapırlar. 

Yonqarların  qırılması  üçün  aşağı  tezlikli 

(<50Hs)  mexaniki,  pnevmatik  və  ya  hidravlik 

ötürmə  ilə  işləyən  titrəyicilərdən  istifadə 

olunur.  Sabit  kəsmə  rejimlərində  yaranan  öz-

özünə  titrəmələrdən  də  yonqarın  qırılmasında 

istifadə  oluna  bilir.  Çətin  emal  olunan  mate-

rialların  kəsmə  ilə  mexaniki  emalı  tezliyi 

100Hs-dən  yuxarı  olan  →maqnitostriksion, 

maqnitomexaniki,  pyezoelektrik,  elektrodi-

namik,  elektrohidravlik  və  hidravlik  titrəyi-

dicilərin  tətbiqi  ilə  yerinə  yetirilir.  Belə  dəz-

gahlarda  titrəyici  ilə  support  içərisində  maye 

olan  xüsusi  çubuqla  əlaqələndirilir.  Bu  yük-

səktezlikli  titrəyidicinin  üzünömürlülüyünü 

artırır.  Belə  titrəyidicilər  kiçik  qabarit  ölçülə-

rində  böyük  güc  yaratmaq  imkanına  malik-

dirlər.  Emal  sxemindən  asılı  olaraq  yüksək-

tezlikli titrəyidicilər  bir  komponentli,  iki  kom-

ponentli  və  ya  üçkomponentli  hazırlana  bilir-

lər. 

Yonqarın  qırılması  zamanı  titrəmə  ox  boyu 



verilir.    Oxboyu  titrəmənin  əsas  xüsusiyyətlə-

rindən bir də odur ki, yonqar qatının en kəsiyi 

bir tsikl daxilində çox dəyişir, effektiv kəsmə  

sürəti isə cüzi dəyişir. 

Pəstahın  emalolunabilmə  qabiliyyətini  yax-

şılaşdırmaq  üçün    titrəmə  kəsmə  sürətinə  to-

xunan  istiqamətdə  tətbiq  olunur.  Digər  kəsmə 

rejimlərinin sabit qiymətlərində çevrəvi sürətin 

titrəmə sayəsində artması müşahidə olunur. 

Qayçı  ilə  kəsmədə  və  ya  mişarlamada  tit-

rətmə  ilə  emal  tillərin  yaxşı  alınmasına  və 

məhsuldarlığın artmasına şərait yaradır.     

Titrətmə  ilə  kəsmə  üsulunun  rasional  tətbiqi 

üçün əsas şərt titrəmə (tezlik, amplituda) para-

metrlərinin düzgün seçilməsidir. 

 

(alm.  die  Vibrationsschneiden,    ingl.  Vibration 



cutting

 

Titrəmə ilə sürtmə (bəzi hallarda ultrasəs sür-

məsi də adlanır) ultrasəs diapazonunda titrəmə 

alan, maye daxilində paylanmış sərbəst abraziv 

dənəciklərin  köməyi  ilə  maşın  hissələrin 

səthlərinin  emalı  üsuludur.  Bu  üsul  cökək 

həndəsi  formaya  malik,  kövrək  materialdan 

hazırlanmış  səthlərin  emalında  istifadə  edilir. 

Şüşə,  keramika,  bahalı  daşlar  və  sinterlənmiş 

metalların  sürtülməsi  titrəmə  ilə  aparılaraq 

yarıqlar,  deşiklər  və  dərinliklər hazırlana  bilir. 

Emal dərinliyi 30÷40 mm arasında yerləşir.    

Titrəyən  alət  başlığı  ilə  pəstah  arasındakı 

boşluğa  sürtkü  qarışığı  verilir  (şəkil  1).  Alətin 

titrəmə  hərəkəti  və  statik  təzyiq  altında  sürtkü 

dənəcikləri  materialın  içərisinə  işləyir.  Emal 

zonasına  verilən  sürtkü  qarışığının  həcmi 

məhdudlaşdırılır. 

Sürtkü  dənəciklərinin  işləməsi  zamanı  müx-

təlif  kəsmə  mexanizmləri  yaranır.  Şüşə  və  ke-

ramikanın  emalında  dənəciyin  materiala  daxil 

olması sayəsində mikroçatlar əmələ gəlir. Pro-

ses  boyu  bu  çatlar  böyüyür  və  material  his-

səciyinin  qəlpələr  şəklində  qopması  ilə  nəti-

cələnir.  Özlü materialların  emalında isə  əvvəl-

cə  elastiki-plastiki  deformasiya  baş  verir,  səth 

bərkiyir.  Materialda  yaranan  reaksiya  qüvvəsi 

kəsilməyə  lazım  olan  möhkəmliyi  keçdikdə 

materialdan hissəcik ayrılır.  

Sürtmədə  titrəmənin  tezliyi  ultrasəs  (f

>

20 



kHs)  diapazonuna  yaxın  olur.  Bu  tezlik 

elektrik-maqnit  çevricilərinin  köməyi  ilə  yara-

dılır.  Generatorun  yaratdığı  titrəmə  rezonator 

tərəfindən  gücləndirilir  və  titrəmə  başlığına 

ötürülür.  Rezonatorun  uzunluğu  elə  seçilir  ki, 

işçi  zonada  böyük  amplituda  yaransın.  Bu 

təxminən  20÷30  mkm  arasında  yerləşir.



Titrəmə ilə sürtmə 

 

273 


 

 

Prosesin  məhsuldarlığını  artırmaq  üçün  təsir 



parametrlərini  optimal  kombinə  etmək  lazım-

dır.  Buraya  titrəmə  parametrləri,  pəstahın  və 

başlığın  mexaniki  xassələri,  həmçinin  sürtkü 

qarışığının tərkibi daxildir. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

Şəkil 1. Titrəmə ilə işləyən sürtmə avadanlığı 

 

Titrəmə başlığına əlavə olaraq fırlanma hərə-

kəti  verilərək  çıxarılan  materialın  həcmini  və 

kəsmə  dərinliyini  artırmaq  mümkündür.  Bu 

üsul yalnız fırlanma səthlərinin emalında tətbiq 

oluna bilir.  

 

(alm. das Schwingläppen,  ingl. Vibration lapping



 

Titrəmədən  izolyasiya    mühafizə  olunacaq 

maşının  elastiki  isolyasiya  elementi  ilə  titrə-

mələrdən  təcrid  olunmasıdır.  Mühafizə  etmə 

iki  yolla  aparılır:  passiv  və  aktiv.  Passiv  izol-

yasiyada əsas məqsəd verilmiş strukturun ətraf 

mühitdəki  rəqslərin  təsirindən  təcrid  etməkdir 

(şəkil 1). Aktiv izolyasiyada isə rəqsi həyacan-

landırıcının ətraf mühitə təsiri izolyasiya edilir 

(şəkil 2).   

İzolyasiya aparmadan öncə həyacanlanmış  

rəqs və ya qüvvələr, və təcrid olunan obyektin 

məlum xassələrində sistemin dinamik modeli  

araşdırılmalıdır.  Burada  qurğuların  vertikal 

rəqsetmədə  aktiv  və  passiv  izolyasiyası  bir 

hərəkətli  rəqqas  sınaq  modelinin  tətbiqi  ilə 

tədqiq  edilir  (şəkil  1  və  2).  Sistemə  amor-

tizasiyaedici  və  rəqsləri  söndürücü  kimi  izol-

yasiya elementlərini quraşdırmaqla  yırğalanan 

qüvvələr  və  ya  yırğalanma  enerjisinin  sistemə 

ötürülməsi azaldılır .  

 

 

 



 

 

 



 

 

 



 

Şəkil  1.  Qurğunun  titrəmələrə  qarşı  passiv  izolya-

siyası 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Şəkil 2. Qurğunun aktiv izolyasiyası 

 

Xətti    izolyasiya  elementləri  yaylar  və  xətti 



özlülü  söndürcülərdir.  Qeyri  xətti  izolyasiya-

edicilərə  avtomobil  amortizatorları,  sürtünmə 

rəqs söndürənlər, proqresiv və ya deqresiv yay-

lar  və  s.  aiddirlər.  Xətti  sistemlərdə  izolya-

siyaedicilərin  təsiri  sınaq  modelinin  ötürücü 

əmsalı ilə təsvir olunur. Qeyri xətti sistemlərin 

xəttiləşdirilməsindən  sonra  ötürücü  funksiya 

təsir parametrlərindən asılı olur.  

Ötürücü  funksiyanın  amplituda  gedişi  dəf-

etmənin  buraxıcı  qabiliyyətini  (V

d

)    göstərir. 



Rəqsetmənin 

izolyasiya 

sayəsində 

təcrid 


olunan  hissəsi  (1-V

d

)  izolyasiya  faktoru 



adlanır.    


Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə