Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə132/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   128   129   130   131   132   133   134   135   ...   211

Təkərüzlüyü hazırlayan maşın  

 

258 


 

kauçuk  profilləri  və  yan  tərəflərdən  ibarət 

yarımfabrikatlardan  təkərüzlüyünün    hazırlan-

ması  üçün  tətbiq  edilən  maşındır.  Bu  proses 

silindrik  baraban  üzərində  baş  verir.  Baraban 

mərkəzi  val  üzərində  sürüşəbilən  yerləşir.  Ha-

zır  üzlüyün  pəstahı  silindrik  formada  olur.  Bu 

formada  isti təkər üzlüyü presləyiciyə verilir.  

Radial  təkərlər  üçün  təkərüzlüyü  hazırlayan 

maşın  süni  material  presləməsi  ilə  çox  ox-

şardır.  Parça  karkası,  üzlük  bortu  və  yan  tə-

rəfləri  silindrik  barabanın  üzərində  formaya 

salınır  (şəkil  1).    Xüsusi  qasnaqlar  üçün  üzlü-

yün  hazırlanması  şəkil  1-də  (II  pillə)  göstəril-

mişdir. Üzlük üfürüldüyü zaman təkər qasnaq-

ları  aksial  birləşdirilir.  Bu  mövqedə  üzlüyün 

kəməri  və  işçi  üzü  mərkəzləşdirilmiş  şəkildə 

qasnağın  üzərinə  çəkilir.  Müasir  təkərüzlüyü 

hazırlayan  maşınlar  bütün  işləri  bir  iş  yerində 

icra  edir.  Bu  halda,  üfürülərək    təkər  üzlüyü-

nün  formasını  alabilən  bir  rezin  qabıq    polad 

barabanı əvəz edir.  

Təkər  presi  təkərüzlüyünə  son  formanın 

verilməsi və 

vulkanizasiya üçün xidmət edir 



(

rezin hazırlayan maşın).  



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

  

 



 

 

 



Şəkil  1.  Təkərüzlüyü  hazırlayan  maşının  sxematik 

təsviri  

 

(alm.  die  Reifenbaumaschine,  ingl.

 

Tire  building 

machine 

 

Təminetmə zənciri müştərilər üçün istehsal və 

xidmətlər  şəklində  mövcud  olan,  dəyər  zənci-

rindəki  müxtəliv  proses  və  fəaliyyətlər  ara-

sında,  onlardan  qabaq  və  sonrakı  əlaqələrdən 

ibarət şəbəkənin təşkili formasıdır. Təminetmə 

zəncirinin  konsepti  müəssisəni,  onu  təmin 

edəni  və  onun  özünü  təminedən  firmaları, 

həmçinin  sifarişçiləri  və  onların  müştərilərini 

əhatə  edir.  Nəzərə  almaq  lazımdır  ki,  müştəri 

özü  də  bu  zəncirin  tərkib  hissəsidir.  Müəyyən 

mənada  təminetmə  zənciri  təminedicilər, 

müəssisə və sifarişçi üçlüyü kimi başa düşülür. 

Təminetmə 

zəncirində 

çox 

vaxt  mal, 



infromasiya  və  maliyyə  axını  fərqləndirilir: 

Mal  və  xidmtələr  zəncirdə  istehsalçıdan 

istifadəçiyə  axır.  Pul  axını  isə  əks  istiqamətdə 

baş  verir.  Bu  zəncirə  aid  olan  informasiya  əv-

vəlcə  istismarçıdan  istehsalçıya  axır.  Məmulu 

müşaiyət  edən  informasiyalar  ya  onunla 

birlikdə, ya da ondan qabaq irəliləyir.   

Təminetmə  zəncirinə  daxil  olan  firmaların 

seçilməsi,  alış  və  eləcə  də  bütün  loqistika  iş-

lərinin  avtomatlaşdırılmış  təşkili  və  koor-

dinasiyası ilə təminetmə zəncirinin menecmen-

ti (TZM) sahəsi məşğul olur. Başlıca olaraq o, 

müəssisə  daxili  məhsul  hərəkəti  və  ondan 

xaricdə  icra  olunan  təminetmə  işlərinin  me-

necment  işlərini  əhatə  edir.  O,  müəssisənin 

məhsula  olan  tələbatının  ödənilməsini  daha 

yaxşı  təşkil  etmək,  alış  və  loqistika  üçün  xər-

cləri azaltmağa şərait yaradır. TZM xam malın 

alınması,  istehsalı  və  yayılmasınin  bütün  tsik-

lini əhatə edir və bu sahədə informasiya axınını 

bir sistemdə cəmləşdirir.  

 

 



(alm. die Lieferkette, ingl. Supply Chain )  

 

Təmir  maşınların    işləmə  qabiliyyətini  bərpa 

etmək  üçün  yerinə  yetirilən    tədbirlər  komp-

leksidir.  Maşınlarda  təmir  o  vaxt  aparılır  ki, 

onları  yenisi  ilə  əvəz  etmək  mümkün    və  ya 

məqsədəuyğun  deyil.    Nadir  hallarda  maşınlar 

onların  resurslarının  tam  istismarından    əvvəl 

mənəvi  köhnəlir    və  ya  maşının  istehsalı  üçün 

xərclər onların təmir xərclərindən kəskin aşağı 

olur,  bu  halda  təmir  istehsalından  istifadə 

edilir.  

Təmir işlərini aşağıdakı mərhələrə bölürlər: 

 

Texniki xidmət, 



 

İnspeksiya. 

 

Təmiretmə, 



 

Bərpa.



Təmir 

 

259 


 

 

Bundan  əlavə  aşağıdakı  məqsədlər  üçün  də 



qabaqlayıcı təmir işləri aparıla bilər: 

 

Maşının  və  avadanlıqların  istismarının  



uzunömürlülüyünü  uzatmaq  və  optimal 

istifadəsini mümkün etmək, 

 

İstismar təhlükəsizliyini artırmaq, 



 

Tez-tez sıradançıxmanın qarşısını almaq, 

 

Xərclərin əvvəlcədən planlanması. 



Maşınların  sıradan  çıxması  insan    həyatına 

təhlükə  yaratdığı  halda  təmiretmə  daha  əhə-

miyyətlidir.  Bu  zaman  təmir  işlərinə  nəzarət 

etmək  yüksək  prioritetə  malik  olur.  Məsələn, 

təyyarələrin təmiri çox dəqiq tənzimlənir. 



Təmir  işləri  şəkil  1-də  göstərildiyi  kimi 

təsnifatlaşdırılır.    Təmiretmə  işlərinin  kom-

binasiya  olunması  və  praktikada  tətbiqi  üçün 

təmiretmə  strategiyası  işlənir.  Burada  aşa-

ğıdakı  qaydaya  riayət  edilməlidir:  Təmir  işi 

verilmiş  maşın  hissəsində  (və  ya  düyümündə)  

tələb  olunan  planlama,  idarə  və  nəzarət  iş-

lərindən ibarətdir. Təmir işlərini aparmaq üçün 

öncə  maşının  işləməsini  protokollaşdırılır. 

Təmir işləri maşın istesalçıları tərəfindən əlavə 

servis  kimi,  bəzi  hallarda  isə  istismarçıların 

özlərində  mövcud  olan  təmirçi  qrupunun 

işçiləri  tərəfindən  həyata  keçirilir.  Adətən  tə-

mir  işləri  istehsalın  dayanmasını  minimallaş-

dırmaq üçün 1 gün ərzində baş verməlidir .  

 

Şəkil 1. Təmiretmənin aparılması üçün tədbirlər 

 

Son  illər  hazırlanıb  praktikada  tətbiq  olunan 



maşın  və  istehsal  avadanlıqları  həm  struktur, 

həm  də  dəqiqlik  baxımından  çox  inkişaf 

etmişdir.  Maşınlarda  çoxlu  sayda  hissələrin 

tətbiqi  onda  zəif  bəndlərin  sayını  artırır  və 

beləliklə  sıradançıxma  halları  çoxalır.  Maşın 

konstruksiyalarında  çox  sayda  hissələrin  yer-

ləşdirilməsi onda yerlərin optimallaşdırılmasını 

tələb edir və beləliklə yeyilməyə həssas texniki 

sistemlərin  yaradılmasına  gətirib  çıxarır.  Yük-

sək  bazar  təzyiqi  altında  işləyən  istehsalatda 

qabaqlayıcı  təmir  işlərinin  aparılması  səciyyə-

vidir.  Bunun  üçün  müəssisələr  maşın  dayan-

malarının  sayını  minimallaşdırmaq  üçün  öz 

xüsusi təmiretmə texnologiyalarını işləyirlər. 

 

(alm. die İndstandsetzung, ingl.



 

Maintenance

 

Təmirəyararlılıq  maşınların  etibarlılığının 

əsas  xassələrindən  biri  olub,  məmulun  texniki 

xidmətə  və  təmirə  yararlı  olmasını  səciyyələn-

dirir. Təmirəyararlılıq məmulun istismar və tə-

mir texnolojiliyi ilə müəyyən olunur.  

İstismar texnolojiliyi texniki xidmət və həm-

çinin məmulun  istismara hazırlanması zamanı, 

proses və onun sonunda   görülən işlərə uyğun-

laşmasıdır. 

Təmir texnolojiliyi  məmulun,  təmirin  tez  bir 

zamanda  və  əlverişli  aparılmasına  uyğunlaş-

masıdır.  

Təmirəyararlılıq  məmulun  konstruksiyası 

düzgün  seçilməsi  və  istehsal  texnologiyasına 

riayət  eyməklə  layihələndirilmə  mərhələsində 

təmin  olunur.  İstismar  mərhələsində  təmirə-

yararlılıq  texniki  xidmətin  və  təmirin  rasional 

sistemi ilə əldə olunur.  

Təmirəyararlılıq  bərpa  işlərinin  müddəti  və 

müəyyən  interval  daxilində 

işləmə  qabiliyyətinin  bərpa 

ehtimalı, qarşılıqlı əvəzolunma 

dərəcəsi ilə xaraketrizə olunur. 

 

(alm. die Wartbarkeit,  ingl. 



Maintainability)

    


 

 

Təmizləmə  maşın istehsalında 

hazırlanmış  hissələrin  səth-

lərinin arzulanmayan material-

lardan təmizlənməsi üçün icra olunan  əməliy-

yatdır.  Hissələrin  mexaniki  emalı  zamanı 

istifadə  olunan  soyuducu  yağlayıcı  maddə 

(yağ, emulsiya) emal olunmuş səthdə nazik qat 

şəklində  qalır.  Səthlərə  örtükçəkmə  prose-

sindən  qabaq  bu  maddə  səthdən    uzaqlaş-

dırılmalıdır.  Çünki,  səthdə  olan  toz  hissələri 

və  yağ  qatı  örtüyün  səthə  yapışmasına  mənfi 

təsir göstərir. 




Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə