Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə195/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   191   192   193   194   195   196   197   198   ...   211

Yuma  

 

386 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil 2. Yastıqların yuyulması üçün maşın 

 

Yağlı  maddələr  suda  pis  həll  olunduğundan 



yuyucu məhlula qeyri-üzvi maddələrdən əlavə, 

səthi  aktiv  maddələrin  qatılması  da  tələb 

olunur.  Bu  xassələrlə  sabun,  turşular  və 

sintetik yuyucu məhlullar malikdirlər. 

Çox  vaxt  yüksək  dəqiqliyə  malik  vahidlərin 

yığılmasında  hissələrin  daha  səylə  təmizlən-

məsi  tələb  olunur.  Bu  onların  maye  daxilində 

ultrasəslə  təmizlənməsi  ilə  əldə  edilir.  Prinsip 

ondan  ibarətdir  ki,  əməliyyat  zamanı  hissədə 

ultrasəs  tuitrəmə  yaradılır  və  nəticədə  çirkli 

səthlərə  təsir  edən  kavitasiya  köpükləri  əmələ 

gəlir.  Yaranan  zərbə  dalğaları  yağ,  çirk  və  di-

gər  örtükləri  intensiv  olaraq  dağıdır.  Eyni 

zamanda  çirklər həll  edici  mayenin təsirinə  də 

məruz qalırlar. 20 Hs tezlikli titrəmələr adətən 

pyezokvarts və ya 

maqnitrostriksiya çevrici-



lərinin  köməyi  ilə  yaradılır.  Maye  kimi  üzvi 

həll  edici  məhlul  götürülür.  Hissənin  konfi-

qurasiyasından asılı olaraq  ultrasəs vannasında 

yuma 1


÷

5 dəq çəkir.  Sonra hissələr 10

÷

15 dəq 


müddətində  qurudulurlar.  Bu  üsulla  avtomobil 

hissələri 

(mühərrikin 

gövdəsinin 

təşkile-

diciləri) yuyulurlar. Ultrasəs və ya digər yuma 

qurğularının  tətbiqində  higiyena  qaydalarına 

və təhlükəsizliyinə riayət etmək lazımdır.  

 Təmizləmə  və  yuma  avadanlığının  növü,  his-

sələrə  və  yığma  vahidlərinin    təmizliyinə  qo-

yulmuş  tələbatdan,  həmçinin  texniki-iqtisadi 

göstəricilərdən, qabarit ölçülərdən, materialdan 

və çirklənmə dərəcəsindən asılı olaraq seçilir.

   


 

(alm. die Waschanlage, ingl. Washer system



 

Yumşaltma metal və xəlitələrin (əsasən 

po-



lad və 

çuqunların) müəyyən temperatura qə-



dər  qızdırmaqla,  digər  temperaturda  saxla-

maqla    və  yavaş  soyutmaqla  onun  daxilində 

dayanıqlı  strukturun  yaradılması  üçün  yerinə 

yetirilən 

termiki  emal  prosesidir.    Yumşalt-



ma  prosesi  qızdırma  temperaturundan  asılı 

olaraq iki növə bölünür. 

Poladların  və  çuqunların  yumşaldılmasında  

bu  aşağıdakı  səciyyəvi  mərhələlərdə  aparılır. 

Birinci  növ  yumşaltmada  faza  şevrilməsiz 

yenidən kristallaşma baş verir. Metalın daxilin-

də  olan  gərginlik  çıxarılır,  bərkliyi  aşağı  sa-

lınır, plastikliyi və zərbə özlülüyü artırılır. Bu-

rada rekristallaşma yumşaltması, bərkliyi azalt-

maq  üçün  yumşatlma  və  qalıq  gərginliklərini 

çıxartmaq  üçün  yumşaltma  səciyyəvidir.  Rek-

ristallaşma  yumşaldılması  zamanı  soyuq  plas-

tiki  deformasiyaya  uğradılmış  polad  rekris-

tallaşma  temperaturundan  yuxarı  (polad  üçün 

680÷700° C) qızdırlıb və bir müddət saxladıq-

dan  sonra  soyudulur.  Əsas  məqsədi  döyənək-

lənmiş  metal  strukturunda  plastikliyi  artır-

maqdır.    İsti  halda  emal  olunmuş  metallarda 

mövcud olan dayanıqsız halla şərtlənən yüksək 

bərklik  yumşaltma ilə aradan qaldırlılır. Bərk-

liyi  aşağı  salmaq  üçün  polad  650÷700°C 

temperaturda  3÷15  saat  müddətində  yumşalt-

maya  uğradılır.  Hissələrin  mexaniki  emalında 

və  qaynaq  olunmasında  qeyri  bərabər  soyuma 

və  plastiki  deformasiyalar  nəticəsində  yaranan 

qalıq qərginliyi onun 160÷700°C arasında qız-

dırılmaqla yumşaldılması ilə kənarlaşdırılır.  

İkinci  növ  yumşaltmada    faza  çevrilməsinin 

müşaiyəti  ilə  yenidən  kristallaşma  baş  verir. 

Metal  böhran  nöqtələrindən  (AS1  və  ya  AS3) 

yuxarı  qızdırılır  və  sonra müxtəlif  temperatur-

larda  saxlandıqdan  sonra  kiçik  sürətlə  soyu-

dulur.  Bu  mərhələdə  tamam,  natamam,  dənəli 

perlit və ya sferoidləşdirici, izotermiki, həmçi-

nin  homogen  diffuzion  yumşaltma  əməliy-

yatlarının köməyi ilə polad və çuqunların bu və 

ya digər xassələrinə təsir edilir.   

Tam  yumşaltma  poladı  yuxarı  böhran 

nöqtəsindən  (As3)  30÷50°С  yuxarıya  qədər 

qızdırdıqda  onun  tərkibi  tam 

austenitə  çev-



rilir  və 500÷600°С-də yavaş-yavaş sobada so-

yutduqda  ondan 

ferrit  və 



perlit  əmələ 

gəlir.  Soyutma  sürəti  legirli  poladlarda  40÷



Yumşaltma 

 

387 


 

 

60°С/saat, karbonlu poladlarda 100-150°С/saat 



arasında  yerləşir.  Natamam  yumşaltmada  po-

lad  və  çuqunlar  yuxarı  və  aşağı  böhran  nöq-

tələri  (A

s1

-A



s3

)  arasında  qızdırılaraq  kiçik 

sürətlə  soyudulur.  Bu  əməliyyatdan  metalın 

mexaniki  emalolunabilmə  qabiliyyətinin  yax-

şılaşdırılması  üçün  əlverişli  olan  dənəvərli 

perlit strukturunun alınmasında istifadə olunur.  

Evtektoiddən sonrakı karbonlu və legirli polad-

ları  As+(30÷50)°С  qədər    qızdırdıqda  yenidən 

tam  faza  kristallaşması  gedir  və  nəticədə 

lövhəli  perlitin  yerinə  dənəli  perlit  yaranır.  Bu 

əməliyyata  həmçinin  sferoidləşmə  də  deyilir. 

Sferoidləşdirici  yumşaltmada  poladı  750÷ 

820°C  arasında  qızdıraraq  30÷50  °C/saat 

sürətlə  620÷650°C-yə  qədər  soyudurlar.  Aus-

tenitin tam parçalanması üçün bu temperaturda 

1÷3  saat  saxlandqıdan  sonra  o  sonuncu  mər-

hələdə  yenə  də  havada  sürətlə  soyudulur. 

Sferoidləşdirici yumşaltmadan yüksəkkarbonlu 

poladlar    və  legirlənmiş  alət  poladlarının  kəs-

mə ilə emalını asanlaşdırmaq üçün, azkarbonlu 

poladların  stamplanmasını  yaxşılaşdırmaq  və 

qalıq  austenitin  miqdarını  azaltmaq  üçün 

istifadə olunur.  

Legirli poladlar üçün izotermik yuxarı böhran 

nöqtəsindən yuxarıya qədər qızdırıb saxlamaq, 

sonra  aşağı  böhran  nöqtəsindən  aşağı  soyut-

maq  və  austenitin  tam  perlitə  çevrilməsi  baş 

verənə  qədər  saxlamaq,  sonda  otaq temperatu-

runa qədər soyutmaqdan ibarət olan izotermiki 

yumşaltmadan istifadə  olunur.  Diffuziya  yum-

şaltması  yuxarı  böhran  nöqtəsini  həddən  artıq 

keçən temperatura qədər qızdıraraq saxlamaqla 

müşaiyət  olunan  bir  prosesdir.  Bu 

termiki 



emal  prosesinin  əsas  məqsədi  materialın  daxi-

lində homogenliyi yaxşılaşdırmaqdan ibarətdir. 

Bunun  nəticəsində  metalın  mexaniki  xassələri 

yaxşılaşır.   

Əlvan metalların yumşaldılması da poladlarda 

olduğu  kimi aparılır.  Fərq  termiki  emal rejim-

lərinin  seçilməsindən  ibarətdir.  Aluminium  və 

xəlitələrinin yumşaldılması 290÷450C° tempe-

ratur intervalında 0,5÷1 saat saxladıqdan sonra 

soyudulur.  Mis  və  mis xəlitələri  bundan  fəqrli 

olaraq 450÷700°C-yə qədər qızdırıla bilir.    

 

(alm. das Glühen, ingl. Annealing



 

Yumrucuq mexanizmi  yumrucuq və itələyici 

bəndlərdən  ibarət  idarə  mexanizmidir.  Bu 

mexanizm  yumrucuğun  fasiləsiz  fırlanması  ilə 

itələyicini  istənilən  qanunauyğunluqla  hərəkət 

etdirməyə qadirdir.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil 1. Yumrucuq mexanizmi 

1-yumrucuq, 2-itələyici 

 

Maşınların  işçi  orqanlarının  mürəkkəb  tra-



yektoriya üzrə hərəkətini (məsələn: toxucu ma-

şınlarda)  reallaşdırmaq  üçün  iki  yumrucuqdan 

istifadə  edilir.    Yumrucuq  mexanizmləri  kom-

pakt  olduğundan,  onu  istənilən  maşın  sxem-

lərinə  inteqrasiya  etmək  mümkündür.  İntensiv 

iş  gedişində  mexanizmin  kontakt  səthlərinin  

yeyilməsi onun səmərəliliyini aşağı salır. Buna 

görə  də,  bu  bəndlər  yüksək  keyfiyyətli  polad-

dan  hazırlanırlar.  Yumrucuq  və  itələyici  ara-

sında təmas səthinin dağılmasının  qarşısını al-

maq üçün onlar müəyyən qüvvə altında bir-bi-

rinə  sıxılırlar.  Burada  yayla  sıxma,  ya  da hən-

dəsi  qapanmadan  istifadə  edilir.  İkinci  halda 

itələyici  verilmiş  əyri  üzrə  yumrucuq  üzərində 

açılmış yarıqda hərəkət edir (şəkil 1a,b). Yum-

rucuğun  profili,  dönmədən  asılı  olaraq  itələ-

yicinin alacağı yerdəyişmə əsasında hesablanır 

(şəkil  1c).  Yumrucuğun  dönmə  bucağı  (

α

)  və 



Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə